Microsoft Word 50 Sahe hekimi terapevt telimat



Yüklə 124,54 Kb.
Pdf görüntüsü
səhifə2/4
tarix26.12.2016
ölçüsü124,54 Kb.
#3653
1   2   3   4
II. Vəzifə öhdəlikləri 

 

6.  


Sahə həkim-terapevti  ona təhkim edilmiş sahənin əhalisinə  tibbi xidməti 

göstərir.  

7. Sanitar-gigiyenik 

maariflənməni həyata  keçirir, sağlam həyat tərzinin 

formalaşması məsələləri üzrə məsləhətlər verir. 

8.  


Xəstələnmənin qarşısının alınması  və azaldılması üzrə profilaktik 

tədbirləri, xəstəliklərin erkən və gizli formalarının, sosial əhəmiyyətli xəstəliklərin və 

risk faktorlarının  aşkarlanmasını  həyata keçirir, sağlamlıq məktəblərini təşkil edir və 

aparır. 


9.  

Sağlamlıq tədbirlərində xidmət etdiyi əhalinin tələbatını öyrənir və bu 

tədbirlərin aparılması proqramını işləyib hazırlayır; 

13.   Pasiyentlərin dispanser müşahidəsini həyata keçirir; 

14.   Müxtəlif xəstəlik və vəziyyətlərin diaqnostika və müalicəsini, o cümlədən 

pasiyentlərin ambulator, gündüz stasionarı  və evdə stasionar şəraitlərində  bərpaedici 

müalicələrini təşkil edir və aparır;    

15.   Kəskin xəstələnmələr, travmalar, zəhərlənmələr və digər təxirəsalınmaz 

hallarda pasiyentlərə ambulator, gündüz stasionarı  və evdə stasionar şəraitlərində 

təxirəsalınmaz tibb yardım göstərir;  

16.   Pasiyentləri məsləhət üçün mütəxəssislərə, o cümlədən tibbi göstərişlər 

üzrə stasionar və bərpaedici müalicə üçün istiqamətləndirir; 

17.   Müvafiq qaydada epidemiya əleyhinə tədbirləri və immunoprofilaktikanı 

təşkil edir və aparır; 

18.   Müvafiq  qaydada  əmək qabiliyyətinin müvəqqəti itirilməsinin 

ekspertizasını aparır və tibbi-sosial ekspertizaya göndəriş üçün sənədləri rəsmiləşdirir;  

19.   Pasiyentlərin tibbi göstərişlər üzrə sanatoriya-kurort müalicəsinə 

göndərişlərinin zəruriliyi barədə  rəy verir;  

20.   Dövlət, bələdiyyə  və özəl səhiyyə sistemlərinin tibb təşkilatları, tibbi 

sığorta kompaniyaları və digər təşkilatlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir; 

21.   Əhalinin sosial müdafiəsi orqanları ilə birlikdə  vətəndaşların ayrı-ayrı 

kateqoriyalarına – qulluğa ehtiyacı olan tənhalara, ahıllara,  əlillərə, xroniki xəstələrə 

tibbi-sosial yardımı təşkil edir; 

22.   İlkin tibbi-sanitar yardımını  həyata keçirən orta tibb personalının 

fəaliyyətinə rəhbərlik edir;  

23.   Tibbi  sənədləşdirməni  müəyyən edilmiş qaydada aparır, təhkim edilmiş 

əhalinin sağlamlıq vəziyyətini və həkim sahəsinin fəaliyyətini təhlil edir; 

24.   Rəhbərliyinin  əmr, sərəncam və tapşırıqlarını, peşəkar səviyyədə  və 

vaxtında icra edir; 

25.


 

Qanunvericiliklə müəyyən edilmiş müddətdə  işlədiyi istiqamət üzrə 

təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz ixtisasını artırır. 

26.


 

Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir. 

27. 

 Daxili intizam, yanğın təhlükəsizliyi və  təhlükəsizlik texnikası 



qaydalarına, sanitariya-epidemioloji rejimə riayət edir; 


28.   Tibb  müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə  təhlükə yaradan 

təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan 

qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ 

tədbirlər görür;  

 


Yüklə 124,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin