Microsoft Word 25 Hekim qastroenteroloq telimat



Yüklə 124,48 Kb.
Pdf görüntüsü
səhifə1/4
tarix26.12.2016
ölçüsü124,48 Kb.
#3438
  1   2   3   4


Azərbaycan Respublikası Səhiyyə Nazirinin 

19 sentyabr 2012-ci il tarixli 70 nömrəli 

əmri ilə təsdiq edilmişdir. 

 

 

Həkim-qastroenteroloqun nümunəvi vəzifə 

TƏLİMATI 

 

I.



 

Ümumi müddəalar 

 

1.  



Bu  vəzifə  təlimatı  həkim-qastroenteroloqun vəzifə öhdəliklərini, hüquq 

və məsuliyyətini müəyyən edir. 

2.  

Həkim-qastroenteroloq vəzifəsinə ali tibb təhsili olan, qanunvericiliklə 



müəyyən edilmiş qaydada müvafiq  ixtisas üzrə peşə hazırlığı    keçmiş    şəxs təyin 

edilir.  

Elmi-tədqiqat institutlarının klinikalarında, respublika mərkəzlərində 

(xəstəxanalarında), klinik xəstəxanalarda ali tibb təhsili olan və qanunvericiliklə 

müəyyən edilmiş qaydada“qastroenterologiya” ixtisası üzrə peşə hazırlığı  keçmiş, 

ixtisası üzrə ən azı 3 il əmək stajına malik  şəxs təyin edilir.  

3. Həkim-qastroenteroloq Azərbaycan Respublikasının qüvvədə olan 

qanunvericiliyinə uyğun olaraq tibb müəssisə  rəhbərinin  əmri ilə  vəzifəyə  təyin  və 

vəzifədən azad edilir. 

4.  


Həkim-qastroenteroloq bilavasitə şöbə müdirinə, onun olmadığı halda isə 

tibb müəssisəsinin rəhbərinə və ya onun müavininə tabe olur. 

5.  

Həkim-qastroenteroloq aşağıdakıları bilməlidir: 



5.1.   Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan 

Respublikasının səhiyyə haqqında qanunvericiliyinin əsaslarını; səhiyyə 

müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları; 

5.2.   xəstəxana və ambulator-poliklinik müəssisələrində, təcili və 

təxirəsalınmaz hallarda əhaliyə müalicə-profilaktika və dərman  yardımının təşkilinin 

əsaslarını; 

5.3.   öz  ixtisası üzrə profilaktika, diaqnostika, müalicə  və reabilitasiyanın 

müasir metodlarını; 

5.4. qastroenterologiya  xidmətinin təşkili, strukturu, ştatları və təchiz edilməsi 

ilə bağlı məsələləri; 

5.5. öz ixtisası üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri

5.6.   tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını; 

5.7.   əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını və tibbi-sosial 

ekspertizanın aparılması qaydasını; 

5.8.   dispanserizasiyanın  əsaslarını, prinsip və metodlarını; 

5.9.   tibbi  sığorta  şəraitində  səhiyyə müəssisəsinin və tibb işçilərinin 

fəaliyyətinin təşkilati-iqtisadi əsaslarını;  

5.10.   həkimlərin etik davranış qaydalarının, tibbi etika və deontologiyanın 

əsaslarını;  



5.11. insan bədəninin üzv və sistemlərinin funksional vəziyyətinin klinik və 

laborator diaqnostikasının ümumi prinsip və əsas metodlarını;  

5.12.   təxirəsalınmaz tibbi yardım göstərilməsi qaydalarını;  

5.13.   sanitar-maarifləndirmənin əsaslarını;  

5.14.   daxili  əmək intizamı qaydalarını;  əməyin mühafizəsi, təhlükəsizlik 

texnikası, istehsalat sanitariyası və yanğına qarşı mühafizə qayda və normalarını.   

 


Yüklə 124,48 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin