Təlimin təşkili formaları anlayışı və onların təsnifatı Plan: Plan



Yüklə 0,91 Mb.
səhifə2/12
tarix02.01.2022
ölçüsü0,91 Mb.
#43589
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   12
Abbasova Humay M432

Təlim prosesinin müvəffəqiyyətli həlli onun təşkili formalarmdan, başqa sözlə, pedaqoji prosesin mütəşəkkilliyini təmin edən qaydalarla aparılmasından asılıdır. Ali məktəbdə tədris prosesi bir qayda olaraq auditoriya və auditoriyadankənar formalarda həyata keçirilir. Auditoriya və auditoriyadankənar məşğələlər öz növbəsində tələbələrlə frontal, qrup, yarımqrup, fərdi iş formaları şəklində icra olunur.

MÜHAZİRƏ

Ali məktəb mühazirələri qarşısında aşağıdakı didaktik vəzifələr durur:

• təlimin məqsəd və vəzifələrini müəyyənləşdirmək və əsaslandırmaq, mövzuya tələbat yaratmaq;

• yeni məlumatların, informasiyaların verilməsi və mənimsənilməsini təmin etmək;

• intellektual bacarıq və vərdişlər aşılamaq;

• təlim motivlərini inkişaf etdirmək;

• elmi nəzəriyyənin müşahidə olunan gerçəkliklə və praktika ilə müqayisəsini vermək;

• tədris olunan elmin digər elmlərlə inteqrasiyasını təmin etmək;

Təlim prosesinin təşkilində oynadığı rola görə mühazirələrin aşağıdakı növlərini qeyd etmək olar:


Giriş mühazrələri Motivlə edirici mühazirələr Hazırlıq mühazirələri İnteqrativ mühazirələr Oriyentir (yönəldici) mühazirələr Tələbələri tədrisolunan elmin əsas elmi-nəzəri müddəaları ilə tanış edir, ona ehtiyac hissi aşılayır Tələbələri təlim-idrak fəaliyyətinə təhrik edir, elmə maraq oyadır Tələbələri daha mürəkkəbfıkri əməliyyatlara, təfəkkür proseslərinə hazırlayır Elm tam məntiqi sistem kimi inkişaf və dinamikada təqdim olunur, daha dərin nəzəri təhlil üçün şərait yaradılır Tələbələr informasiya mənbələrinə istiqamətləndirilir, onlara müstəqil işlərlə bağlı göstərişlər, praktik tövsiyyələr verilir Mühazirələr məzmununa görə də təsnif olunur: Tematik mühazirələr İcmal mühazirələr Yekun mühazirələri Hazırda mühazirənin inkişafetdirici rolunu gücləndirmək və tələbələrin fəallığını yüksəltmək məqsədilə ali məktəbdə mühazirələrin aşağıdakı formalarından geniş istifadə olunur. Problemli mühazirələr. Bu halda müəllim öyrədiləcək məsələni tələbələrə problem şəklində təqdim edir. Tələbələrin vəzifəsi problemi qəbul etmək, qavramaq və həllini tapmaqdır.Tələbələr fıkir mübadiləsi edir, öz düşüncələrini bildirir, Düzgün olan mülahizələr müəyyənləşdirilir və bu yolla yeni biliklər mənimsənilir. Gerçəkliyin ziddiyyətlərini nəzəri konsepsiyalarda ifadə edən problem mühazirə tələbələrin müstəqilliyini artırır, idrak qabiliyyətbrini inkişaf etdirir.

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin