Telman Orucov



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə27/38
tarix14.01.2017
ölçüsü3,73 Mb.
#5282
1   ...   23   24   25   26   27   28   29   30   ...   38

Qərbə tərəf ekspansiya. 
Texasın və Kaliforniyanın Birləşmiş Ştatların tərkibinə daxil olması. 
 
Viq  liderləri  özlərinin  prezidentliyə  gətirdiyi  adamdan  narazı  idilər.  1844-cü 
ilin  aprelində  Tayler  Texasla  apardığı  danışıqların  nəticəsi  kimi,  Texasın  anneksiya 
edilməsi  barədə  müqaviləni  Senata  göndərdi.  Danışıqlar  gizli  aparılmışdı  və 
qurtardıqdan sonra, prezidentə yararlı şəkildə xalqa çatdırılmışdı. Senat 16 səsə qarşı 
35 səslə müqaviləni rədd etdi. Bu məsələni heç kəslə məsələhətləşmədiyinə görə hər 
iki partiya prezidentdən ciddi narazı qalmışdı. Lakin məsələ bir daha qəti surətdə irəli 
srüldü və yenidən kənara qoyula bilməzdi. Bu məsələ qitəyə sahib olmaq məsələsi ilə 
üzvi  surətdə  bağlı  idi,  Qərb  planlarının  özəyini  təşkil  edirdi.  Ona  görə  də  Senat  öz 
səsi ilə bunu kənara qoya bilməzdi. Bu, partiyaların ciddi mübarizəsini tələb edirdi. 
Ona  görə  də  demokratlar  viqlərdən  daha  çox  hazırlaşmışdılar.  Viq  partiyası  isə  hər 
yeni məsələni tərəddüdsüz və çəkinmədən qarşılamağa hazır idi.  
Texas  sıçrayış  etdi  və  10  il  ərzində  cənubi-qərbdə  gənc  imperiya  meydana 
gəldi.  Heç  şübhəsiz  onun  iddia  etdiyi  və  ağalıq  etdiyi  nəhəng  region  Ceffersonun 
1803-cü ildə Fransadan satın aldığı geniş Luiziananın bir hissəsi idi. Lakin Birləşmiş 
Ştatlar  1819-cu  ildə  İspaniyanın  iddiasına  güzəştə  getmişdi  ki,  onunla  müqaviləyə 
görə, bütün Floridanın təhlükəsizliyini təmin etsin. Sonrakı dövlət katibi Adams Yeni 
İngiltərədən  olmasına  baxmayaraq  arzu  edirdi  ki,  Birləşmiş  Ştatların  cənubi-qərb 
sərhədlərinin  Rio  Qrande  del  Norte  çayına  tərəf  qoyulmasına  təkid  etsin.  Lakin 
prezident  Monro  Cənublu  olmasına  baxmayaraq  kabinetin  digər  üzvləri  kimi  bunu 
yaxşı başa düşürdü ki, Şərq sakitləşməyəcəkdir. Monro general Ceksona yazırdı ki, 
Qərblə  Şərqin  birliyində  Şərqin  vəznini  nəzərə  alaraq  mən  qəti  surətdə  hazırki 
şəraitdə  Florida  məsələsi  ilə  razılaşmaq  fikrindəyəm.  O,  Cənubun  və  Qərbin 
narazılığına  baxmayaraq  Şərqin  qənaətlənməsi  qayğısına  qalırdı.  Luiziananın  iddia 
etdiyinin  üçdə  birini  itirməsinə  baxmayaraq,  sonrakı  1820-ci  ildə  Monro  heç  bir 
müqaviləsiz  Missuri  Kompromisini  həyata  keçirdi.  Lakin  bununla  quldarlığın 
genişlənməsi  və  Cənubun  ekspansiyası  uğrunda  mübarizə  başlandı.  Texas 
İspaniyanın mülkiyyəti olaraq qalmadı. Meksika xalqı 1821-ci ildə İspaniya tacı ilə 
ittifaqını  pozaraq  öz  müstəqilliyini  elan  etdi  və  Texası  öz  torpaqlarının  içərisinə 
qatdı. 1825-ci ildə Adams Mexikoya bu ərazi üçün bir milyon dollar təklif etdi, lakin 
Meksikanın  yeni  hökumətinin  onun  təklifinə  qısqanc  inamsızlığı  nəticəsində  o,  heç 
nə  əldə  edə  bilmədi.  1827-ci  ildə  "Kohaliya  və  Texas  ştatı"  Meksika  Federal 
Birliyinin üzvü oldu. İspaniya ilə mübarizəsində qüvvəsini artıran Meksika, həm də 
Birləşmiş Ştatlardan onun ərazisinə immiqrant axınını bəyənirdi.  
Əvvəllər  onun  qanunları  quldarlığa  icazə  verirdi.  Birləşmiş  Ştatların  Texasa 
malik  olmaq  barədə  arzusunun  böyüməsindən  onun  qorxusu  artdıqda,  şərqdən  olan 
immiqrantlar üçün öz qapısını bağladı.  
Haiti zəncilərinin İspaniyaya qarşı mübarizəsində onların rəğbətini qazanmaq 
üçün Meksika quldarlığı ləğv etdi. Lakin immiqrantların ölkəyə gəlməsi dayanmırdı, 
bu uzunluğunda sərhədi nə qorumaq, nə də müşahidə etmək mümkün deyildi. Buraya 
qullar  öz  sahibləri  ilə  gəlirdi,  həmçinin  Meksika  qanunlarının  fəaliyyəti 
amerikanların  xeyrinə  dayandırıla  bilməzdi.  Sahibkar  adamlar  ölkəyə  uzun  sərhəd 
boyunca əsasən cənub ştatlarından gəlirdi. Onlar görürdülər ki, Meksika hakimiyyəti 

 
248 
daimi  olmamaqla,  prinsiplərə  malik  deyildir,  onun  stabil  gücü  yoxdur.  Onların  sayı 
artdıqca  işləri  öz  əllərinə  götürdülər.  Texas  üçün  Konstitusiya  yaratdılar.  Bu  sənəd 
onların  öz  konstitusiyalarına  oxşayırdı.  Onlar  Meksika  hökumətindən  bunun  üçün 
razılıq ala bilmədikdə, hökumətin icazəsi olmadan 1833-cü ildə hüquqlardan və yerli 
hakimiyyətdən  kənarda  inqilab  etdilər.  1836-cı  ildə  hökumət  devrildi  və  Meksika 
prezidenti  Santa  Anna  özünü  diktator  etdi.  O,  döyüşdə  dövlətin  müstəqilliyini 
yaxşılaşdırdı,  lakin  onun  uzurpasiyası  yaddan  çıxana  oxşamırdı.  Bıçaqla,  tüfənglə 
silahlanmış  Texasın  yeddi  yüz  qırx  səkkiz  adamdan  ibarət  kiçik  ordusu  sərhəddə 
heybətli  Sem  Hyustonun  başçılığı  altında  min  altı  yüz  nəfərlik  Meksikanın  Santa 
Anna  ordusunun  üzərinə  hücum  etdi.  Düşmən  altı  yüzə  yaxın  əsgərini  döyüş 
meydanında  ölü  kimi  itirdi,  iki  yüzdən  artıq  yaralı  meksikalı  bu  dəhşətli  iş  başa 
çatanda müalicə olunmağa göndərildi, yeddi yüz otuz nəfər əsir götürüldü, diktatorun 
özünü isə qənimət kimi nümayiş etdirmək üçün Hyuston əsir götürdü. Hyustonun öz 
qüvvələrindən  isə  cəmi  altı  adam  həlak  oldu,  iyirmi  beş  adam  isə  yaralandı.  Bu 
xəbər,  tənhalığında  ona  gəlib  çatanda,  qoca,  sürgün  edilmiş  və  unudulmuş  Aaron 
Barr qışqırdı ki, "Mənim tezliklə otuz yaşım olacaqdır". 
Avropa  dövlətləri  sonrakı,1837-ci  ildə  ürəkdən  istəyirdilər  ki,  Texasın 
müstəqilliyini ticarətlə tanısınlar. General Cekson Texasın müstəqilliyini gecikmədən 
tanıdı.  O,  bir  sahibkar  qaydasında  nə  Konqress,  nə  də  heç  kəslə  məsləhətləşmədi. 
Onun məsləhətləşdikləri adamlar müstəsna olaraq Texasdan olan özünün dostları idi. 
O, özü general Hyustonun dostu idi və heç şübhə etmirdi ki, Birləşmiş Ştatların İcra 
Hakimiyyətinin  köməyi,  nəticə  etibarilə  ölkəyə  yeni  ştat  verəcəkdir.  Texas  öz 
imperiyasında  özü  ev  sahibəsi  oldu.  Lakin  Cənubdan  gəlib  onu  məskunlaşdıran 
adamlar  hökumətin  sərəncamına  götürülmürdü  ki,  öz  müstəqilliklərini  müdafiə 
etsinlər. Onlar bu qaydada vətəndaşlığa götürülürdülər ki, bu ərazi Birləşmiş Ştatların 
mənsubiyyətinə  keçsin.  Birləşmiş  Ştatların  genişlənməsi  Cənubda  torpaqların  təbii 
surətdə  artması  demək  idi.  Texasın  Birləşmiş  Ştatlara  açıq  əlavə  olunmasından 
Cənubun  siyasi  faydasının  məhsulu  yığılacaqdı.  Təkcə  ərazinin  əlavə  olunması  və 
cənubda  yeni  ştatların  yaradılması  Missuriyə  kompromiss  əldə  etməyə  imkan  verdi 
ki,  Cənub  senatdakı  seksiyalar  arasındakı  bərabərliyi  saxlamağa  ümid  bəsləsin. 
Texasın  nəhəng  əraziləri  bir  çox  ştatların  birlikdəki  ərazisindən  böyük  idi.  Bura 
ölkənin qalan hissəsinə göstərirdi ki, Cənubun qanunsuzluğu və ambitsiyalı adamları, 
onlar üçün olan oyunun bir hissəsidir.  
Belə  deyirdilər  ki,  general  Hyuston  Tennessidəki  evindən  bir  ümidləri  boşa 
çıxmış və etibarını itirmiş adam kimi gəlmişdi ki, Texası Meksikadan ayırsın. Hər bir 
sərhəddə olan kimi ölkə macəra üçün  gələn adamlarla dolmuşdu. Bu adamlar əmin 
idilər ki, bura əvvəlcədən planlaşdırılmış xüsusi macəra üçün gəlmişlər.  
Texas gizli dəstələri Cənubun ambitsiyasına xidmət edirdi. Buraya məskunlar 
başqa ştatlardan gəlmişdilər. Texasın istiqlaliyyəti bir mühüm iş kimi meydana çıxdı, 
əhali  yeni  gələn  adamların  əhval-ruhiyyəsinin  təsiri  altında  Meksika  hakimiyyətini 
qəbul etmirdilər.  
Birləşmiş  Ştatların  tərkibinə  daxil  olmaq  təklifi  onun  sərəncamına  keçmiş 
adamlardan gəldi, ona görə yox ki, istiqlaliyyəti qorusunlar, ancaq ona görə ki, yeni 
vətəndə onlar amerikanlar kimi azad olacaqdılar. Çünki bu ölkənin sərhədlərini onlar 
tez-tez  keçib  Ştatların  ərazisinə  daxil  olurdular.  Bu  məsələ  Van  Buren  tərəfindən 

 
249 
qaldırıldı. O, zamanın əlamətlərini yaxşı tutmuşdu və bununla əlaqədar nə isə etməyə 
meyl  edirdi.  Tayler  bu  məsələni  müəyyən  həvəslə  qəbul  etdi.  Özü  Cənublu  olan  və 
Cənub  nöqteyi-nəzərində  tərbiyə  alan,  Cənubun  konstitusiya  doktrinasını  daha 
möhkəm müdafiə edən, müəyyən dərəcədə radikal olan və onun kabinetində Dövlət 
katibi olan Kalhoun kimi bu işdə səriştəsi olmayan Tayler federal sistemdə bacardığı 
qədər tarazlıq yaratmağa çalışırdı. Texasın anneksiyası ona hər bir dövlət xadiminin 
atmağı arzu etdiyi addım kimi görünürdü. Texas öz təklifi rədd edildikdə separatçılıq 
rolunu  qəbul  etməyə  hazır  idi.  Ehtiyatlı  partiyaların  qısqanclığı  onu  Birləşmiş 
Ştatlardan xaric etsəydi, general Hyustonun dediyi kimi "rəqib qüvvələr onu yenidən 
qurardılar  və  Sakit  okean  Atlantik  okeanı  kimi  otuzuncu  illərdə  Texasın  bir 
hissəsinin komponenti olardı". "Birləşmiş Ştatlara paxıllıq edən və ya ondan qorxan 
bütün  qüvvələr  bu  yazılı  cəhdləri  qitədə  mövcud  ola  bilən  bir  rəqib  qüvvə  kimi 
istifadə  edəcəklər".  Sakit  okeanın  uzun  sahili  işğal  edilmək  üçün  açıq  idi. 
Kaliforniyanı  və  Nyu  Meksikanı  ələ  keçirmək  üçün  irəli  baxmaq  lazım  idi.  Onun 
etibarlı  lideri  elan  edirdi  ki,  "Şimali  Amerikanın  xəritəsinə  baxmaq  mümkün 
olmadıqda və layihənin səmərəsi başa düşülməsə, onlar gəlməlidirlər". Lakin Texas 
eksperiment  keçirilmək  üçün  qalmadı.  Müqavilənin  1844-cü  ilin  iyununda  Senat 
tərəfindən  səsvermədə  uğursuzluğa  düçar  olmasına  baxmayaraq,  Tayler  Texası  bu 
rədd qərarından heç on iki ay keçməmiş Birləşmiş Ştatların tərkibinə daxil etdi.  
Taylerin şəxsi həyatında da gözlənilməz hadisələr baş verirdi. 1844-cü ilin bir 
açıq havalı fevral günündə Potomak çayı ilə hərb gəmisində yüz nəfərlik sərnişinlə o, 
ekskursiyaya  çıxmışdı.  Bu  hörmətli  kompaniyaya  prezident,  onun  kabineti  və 
Konqress üzvlərinin çoxu və onların ailələri, həmçinin ahıl yaşlı missis Medison kimi 
Ağ  evin  köhnə  sahibəsi  daxil  idi.  Ekskursiyanın  məqsədi  "Sülh  yaradan"  adlı  iri 
topun  necə  işləməsinə  tamaşa  etmək  idi.  Bu  top  225  funtluq  mərmi  atırdı.  Top  bir 
neçə dəfə  heç bir hadisə olmadan atdı və geri qayıdanda, onlar şəhərə  yaxınlaşanda 
final  salyut  üçün  ağır  mərmi  lüləyə  qoyuldu  və  dəhşətli  səslə  partlayış  baş  verdi. 
Tüstü dağılanda göyərtədə bir xeyli adam ölmüşdü, ya da ölürdü. Ölənlərin arasında 
Dövlət  katibi  Apşar,  Donanma  naziri  Cilmer  və  həmçinin  Qardner  də  var  idi. 
Axırıncının  qızı  tezliklə  prezident  Taylerin  arvadı  olacaqdı.  Senator  Benton  və 
başqaları  huşsuz  uzanmışdılar.  Bu  vaxt  prezident  yalnız  təsadüf  nəticəsində 
təhlükədən qaçmışdı, o, Miss Qardner tərəfindən partlayışdan əvvəlki anda zarafatla 
aşağı çağrılmışdı.  
Prezident  Con  Kalhounu  dövlət  katibi  seçdi.  Bu  böyük  Cənubi  Karolinalı 
Cənuba xidmət naminə bu təklifi qəbul etdi. O, işdən möhkəm yapışdı və anneksiya 
barədə  gizli  müqavilə  Texas  hökuməti  ilə  bağlandı.  Bu  müqavilə  prezident  Tayler 
tərəfindən  22  aprel  1844-cü  ildə  Senata  göndərildi  və  bəlalı  müxalifətlə  qarşılaşdı. 
Ratifikasiya üçün lazım olan üçdə iki səs toplamaq əvəzinə müqavilə üçdə iki səslə 
rədd  edildi.  Bu  admintrasiya  üçün  ciddi  sarsıntı  idi.  Texas  məsələsi  belə  qaldı  və 
1844-cü ilin prezident seçkilərində həyati əhəmiyyət kəsb etdi.  
Viqlər  1844-cü  ildə  birləşdilər.  Bu  kampaniyada  Kley  viqlərin  vicdanı  idi. 
Demokratların qurultayı bir neçə həftə sonra həmin Baltimor şəhərində keçirildi, o, 
məlum  olmayan  nəticəsinə  görə,  böyük  maraq  doğurmuşdu.  Gələn  adamlara  Van 
Buren 
təklif 
edildi. 
Nümayəndələrin 
yarısından 
çoxu 
onun 
lehinə 
təlimatlandırılmışdı.  Lakin  orada  onun  əleyhinə  işləyən  qüvvələr  də  var  idi.  Ona 

 
250 
qarşı  olan  səbəblərdən  başlıcası  onun  Texas  məsələsinə  münasibəti  idi.  Onun 
düşmənləri  Van  Burendən  belə  bir  bəyanat  çıxartdılar  ki,  anneksiyanın  tez 
aparılmasına mane olsunlar və bu ona Cənubda böyük ziyan vurdu. Digər namizədlər 
Pennsilvaniyadan  Ceyms  Byukenen  idi,  lakin  o,  öz  namizədliyini  geri  götürdü. 
Kalhoun da Byukenenin nümunəsini təkrar etdi. Qalan namizədlər Miçiqandan Luis 
Kess və Kentukkidən Riçard Conson idi.  
Səsvermə  başlandı.  Van  Buren  digərləri  üzərində  yaxşı  çoxluğa  malik  idi, 
lakin tələb olunan üçdə iki səsdən aşağı düşdü. Sonra onun namizədliyinin mümkün 
olmaması  müəyyən  olundu.  Qurultay  doqquzuncu  səsvermədə  yekdilliklə  Ceyms 
K.Polku namizəd göstərdi.  
Polk  ilk  "tutqun  at"  kimi  namizəd  olmaqla  gözlənilməyən  iddiaçı  idi.  O, 
Tennessinin  qubernatoru  olmuşdu  və  14  il  Konqressdə  xidmət  göstərmişdi,  dörd  il 
Nümayəndələr Palatasının spikeri olmuşdu. Lakin o, yaxşı tanınan dövlət xadimi və 
milli  partiya  lideri  deyildi  və  hər  tərəfdə  belə  sual  qalxdı:  "Polk,  kimdir  bu  Polk?" 
Qurultay  sonra  Pennsilvaniyadan  olan  Corc  M.Dallası  vitse-prezidentliyə  namizəd 
göstərdi  və  təxirə  salmadan  Oreqonun  tutulması  və  Texasın  anneksiya  edilməsini 
bəyan etməklə möhkəm platforma qəbul etdi.  
Üçüncü  qurultay  elə  həmin  şəhərdə  həmin  həftənin  içərisində  keçirildi. 
Prezident  Tayler  gəlmişdi  ki,  Viq  partiyasını  Kleyin  əlindən  alsın,  lakin  uğur 
qazanmadı.  Bundan  sonra  o,  bütün  viqləri  Kabinetindən  atmağa  başladı  və 
demokratların  rəğbətini  qazanmağa  çalışdı,  bu  da  eyni  qaydada  uğursuz  oldu.  O, 
Tayler partiyasını təsis etdi, onu qorumaq üçün hökumətin himayəsindən bütünlüklə 
istifadə etdi. "Tayler və Texas" onların partiya şüarına çevrildi. Prezident axırda bu 
faktla  yuxudan  oyandı  ki,  hamı  əvvəlcədən  bilir  ki,  o,  heç  də  növbəti  prezident 
deyildir və o, avqustda döyüş meydanından çəkildi.  
Kley isə Alabama məktubu ilə özünə siyasi ölüm şəhadətnaməsi imzaladı və 
bu vaxtdan etibarən viqlərin məsələsi yavaş-yavaş süqut etdi. Kley uzun illər ərzində 
böyük  partiyanın  parlaq  lideri  olmaqla  yanaşı,  onun  bütü  idi.  O,  öz  mövqeyini  izah 
etmək,  aydınlaşdırmaq  üçün  məktublar  yazırdı.  Alabamadan  olan  dostuna  yazılan 
məktuba  qədər  onların  faydası  və  ziyanı  kiçik  idi.  "Alabama  məktubu"nda  Kley 
Texas  məsələsinə  toxunaraq,  bəyan  edirdi  ki,  «anneksiyaya  heç  bir  şəxsi  etirazı 
yoxdur, buna biabır olmadan, müharibəsiz, dəqiq və düzgün şərtlərlə nail olmaq olar. 
O,  bunu  görməyə  şad  olacaqdır".  Bu  hissiyyat  onun  yaxşı  məlum  olan  "Deli 
məktubu"nda  ifadə  edilən  fikrə  tam  əks  idi.  Axırıncı  isə  Viq  partiyasının  bu  böyk 
məsələ barədə yaxşı məlum olan mövqeyinə bərabər idi. Demokratlar hər yerdə onun 
"bunu  görməyə  şad  olacaqdır"  kəlməsini  təkrar  edirdilər.  Viq  natiqləri  və  naşirləri 
məsələni  izah  etməyə  cəhd  etdilər.  Lakin  bu  əbəs  idi.  Əbəs  yerə  Kley  özü  əlavə 
məktublar yazırdı və elan edirdi ki, o, indiyə qədər öz yeni məktubundakı mövqedə 
dayanır. Bu çox gec idi, səhv artıq buraxılmışdı. Fuşenin məşhur sözləri ilə deyilsə, 
bu cinayətdən də betər səhv idi.  
1842-ci  ildə  Morze  teleqrafı  icad  etdi  və  onun  qoyulması  imtiyazını 
Kapitolinin aşağı otaqlarına verdi. Təcrübə uğurlu oldu, Konqress üzvləri buna çətin 
inanırdılar  ki,  Morze  müxtəlif  otaqlardan  onların  söhbətini  təşkil  etməyə  qadirdir. 
Konqressin bir görkəmli üzvü hamıya bəyan etmişdi: "Maqnit teleqrafı əhəmiyyətsiz 
ximeradır, heç nəyə yaramayandır".  

 
251 
Tayler Virciniyadakı evinə döndü və tezliklə ictimai diqqətdən qeybə çəkildi. 
Ancaq 16 il sonra Vətəndaş Müharibəsi başlananda o, "Sülh Konqressi"nin prezidenti 
kimi Vaşinqtona gəldi. Bu gəliş heç nə edə bilmədi və Tayler öz kartını Cənubla bir 
yerdə atdı və Konfederat Konqressinin üzvü oldu. Sonrakı il o, öldü. Bu bir fakt idi 
ki,  ona  hakimiyyət  vermiş  partiyanı  satan  adam  kimi  o,  tarixə  düşdü.  Con  Tayler 
gözə çarpan nümunə idi və onun xatirəsində ona paxıllıq etmək üçün heç bir şey yox 
idi.  
Yeni  Prezident  Ceyms  K.Polk  Şimali  Karolinada  anadan  olmuşdu,  çalışqan 
fermerin  oğlu  və  on  üç  uşaqdan  ən  böyüyü  idi.  Polk  ciddi,  qabiliyyətli,  fərasətli  və 
dindar  adam  idi.  Onun  nöqsanı  siyasi  intriqalara  meyl  etməsi  idi.  Onun  Kabineti 
güclü  idi  və  ən  azı  yaxşı  şöhrəti  olan  dörd  adam  onun  üzvü  idi.  Pennsilvaniyadan 
subay dövlət xadimi olan Ceyms Byukenen Dövlət katibi oldu.  
Ötən ilin yayında keçirilən prezident seçkisi kampaniyasının başlıca nəticəsi 
artıq  həll  edilmişdi.  Tayler  adminstrasiyasının  son  günlərində  razılıq  əldə  edildi  və 
sonrakı ayda Texas birliyin üzvünə çevrildi. Yeni ştat Konqressin birgə qətnaməsi ilə 
anneksiya  edildi.  Şimalın  viqləri  arasında  və  Massaçusets  qannuverici  orqanından 
bunun  "qeyri-konstitusion"  olması  barədə  qışqırıq  qalxdı.  Bu  etiraza  az  diqqət 
verildi.  
Ancaq  yarım  əsr  sonra  Havay  adaları  oxşar  qətnamə  ilə  anneksiya  ediləndə, 
bu  metoda  çox  kiçik  müxalifət  qalxdı.  Geniş  və  münbit  Texas  torpağı  imperiya 
genişliyində olmaqla, kənd təsərrüfatı və otlaq üçün nəhayətsiz imkanlara malik idi. 
Hər bir amerikalı bu geniş düzənlik torpağın Birliyin bir hissəsi olmasına sevinirdi, 
lakin  heç  kəs  onun  əldə  edilməsi  vaxtı  baş  verən  siyasi  intriqalar  üçün  iftixar  hissi 
keçirmirdi.  Texas  barədə  bəzən  "yenidən  anneksiya"  termini  işlədilir,  çünki  iddia 
olunduğuna  görə,  Texas  Luiziana  satın  alınmasının  bir  hissəsi  idi,  lakin  Floridanın 
haqqının bir hissəsi kimi bu ərazi İspaniyaya geri qaytarılmışdı.  
Polk  Meksika  ilə  müharibəni  istəmirdi,  ondan  yayınmaq  istəyirdi.  O, 
inanmışdı  ki,  Meksika  Texasa  görə  vuruşmayacaqdır,  baxmayaraq  ki,  anneksiya 
edilən  vaxtdan  bütün  diplomatik  əlaqələr  kəsilmişdi.  O,  Konqressi  və  ölkəni  yeni 
ərazinin  qan  tökülmədən  əldə  edilməsinə  görə  təbrik  etdi.  O,  açıqca  gözləyirdi  ki, 
danışıqlar və ya satın alınma yolu ilə Kaliforniyanı ələ keçirsin və Con Slidelli hər 
cür səlahiyyətlərlə Meksika paytaxtına göndərdi ki, bütün çətinlikləri yoluna qoysun 
və  Kaliforniya  üçün  yuvarlaq  məbləğ  təklif  etsin.  Lakin  meksikalılar  Slidelli  qəbul 
etmədilər.  Müharibədən  yayınmaq  üçün  prezidentin  cəhdlərinə  baxmayaraq  onun 
başlanğıcında Polk ciddi səhv buraxdı. O, Havanada sürgündə yaşayan Santa Annanı 
Meksikadakı  evinə  bərpa  etdi.  Santa  Anna  öz  dövrünün  diqqəti  cəlb  edən 
şəxsiyyətlərindən biri idi. O, çox saxta, qisascıl və hökmlü adam idi, igidlik və hərbi 
bacarıqdan da xali deyildi. İlk dəfə 1833-cü ildə o, Meksikanın prezidenti olmuşdu. 
Sonralar  bir  neçə  dəfə  müxtəlif  vaxtlarda  da  bu  vəzifəni  daşımışdı.  Lakin  qısa 
müddətli  xidmətindən  sonra  xalq  adətən  ona  qarşı  qalxırdı  və  onu  bir  müddətə 
sürgünə  göndərirdi.  Onun  bu  yaxınlardakı  qovulması  1845-ci  ildə  baş  vermişdi. 
Prezident  Polk  bu  vaxt  Santa  Annanı  geri,  Meksikaya  qaytarmaq  üçün  hərbi  gəmi 
göndərdi, ümid edirdi ki, birincisi, o yeni prezident Paradesi devirəcəkdir. Həqiqətən 
də  o,  bunu  etdi  və  ikincisi,  özünə  rəğbətə  görə  minnətdarlıq  etmək  üçün  Birləşmiş 
Ştatlarla sülh münasibətləri quracaqdır, bunu isə o, etmədi. Meksikaya çatan kimi o, 

 
252 
Birləşmiş  Ştatlarla  müharibə  etmək  yolu  ilə  öz  populyarlığını  yaxşı  bərpa  etmək 
niyyətinin üstünü açdı və bir qədər sonra belə də etdi.  
Prezident  Polk  burada  müharibə  olmaması  üçün  ehtiyatlı  qaydada  general 
Zakari  Teyloru  üstündə  mübahisə  gedən  əraziyə,  "İşğal  ordusu"  ilə  göndərdi, 
donanmanı  isə  Meksika  körfəzinə  yola  saldı.  Meksika  da  ordunu  Matamorosda 
yerləşdirməklə  öz  düşmənçiliyini  göstərdi.  İşğal  ordusu  Rio  Qrande  çayının 
mənsəbinə tərəf hərəkət etdi və Meksika generalı Arista isə onu qarşılamaq üçün çayı 
keçdi.  İki  ordu  üz-üzə  gəlmək  üçün  iki  gün  yol  getdi  və  Palo  Alto  və  Resaka  de  la 
Palma  adlanan  döyüşlərdə  vuruşdu.  Meksikalılar  məğlub  oldular,  həm  də  az 
miqdarda  amerikan  öldrüldü  və  bu  məğlubiyyət  kifayət  idi.  Prezident  Polk  nəhayət 
Konqressə  məktub  göndərib,  elan  etdi  ki,  "Amerikan  qanı  amerikan  torpağında 
axıdılmışdır",  ilk  zərbəni  Meksika  vurdu  və  müharibə  vəziyyəti  mövcuddur, 
baxmayaraq ki, ondan yayınmaq üçün bütün cəhdləri etdik.  
1847-ci  ilin  fevralında  düşmən  demək  olar  ki,  amerikanları  mühasirəyə  aldı 
və  Meksika  generalı  Teylora  xəbər  göndərdi  ki,  o,  sağ  qalmaq  istəyirsə  onun  kiçik 
ordusu  mövcud  olmaqdan  birbaşa  hissələrə  parçalanmalıdır  və  təslim  olmalıdır.  O, 
açıq təslim olmamaq üçün belə edə bilər. Lakonik cavab bu oldu ki, "General Teylor 
heç vaxt təslim olmur" və Buena Vistada döyüş başlandı. Bu 23-nün səhəri başladı və 
bütün  günü  davam  etdi.  Axşama  yaxın  Teylor  meksikanların  qorxuya  düşdüyünü 
gördü  və  əmr  etdi:  "Kapitan  Breq  onları  kiçik  üzüm  salxımı  kimi  götür"  və  gecə 
düşəndə  meksikalılar  biabırçı  surətdə  qaçmağa  başladılar.  Meksikalıların  itkisi,  əsir 
düşənlər  daxil  olmaqla  iki  minə  çatdı,  amerikanların  isə  itkisi  750-yə  bərabər  idi. 
Həlak  olanlar  arasında  Henri  Kleyin  oğlu  da  var  idi.  Bu  döyüş  Zakari  Teylorun 
Meksika  müharibəsindəki  karyerasını  başa  çatdırdı.  Lakin  bu  şöhrət  uzun  müddət 
yaşadı. O, bir neçə ay sonra doğma torpağına dönəndə yüksək şərəflə qəbul edildi. 
Prezidentin  acgözlüklə  baxdığı  Kordilyerlərdən  dənizə  qədər  olan  nəhəng 
region  onun  əlinə  yetişmiş  meyvə  kimi,  həm  də  demək  olar  ki,  qan  tökülmədən 
düşdü.  
Serro  Qordo  döyüşündə  Santa  Anna  öz  səhvini  gördü,  lakin  onu  düzəltmək 
artıq gec idi. Onlardan min adam öldürülmüş və yaralanmışdı. Üç min adam isə əsir 
götürülmüşdü.  Santa  Anna  öz  faytonunda  qaçmağa  başladı,  lakin  fayton  aşdı  və 
böyük  miqdarda  qızıl  və  onun  özəl  kağızları  ilə  dolu  olan  faytonu  atıb  öz  protez 
ayağı ilə qatırın belinə minib qaçdı. Amerikanların itkisi yüngül idi, dörd yüzdən bir 
az çox idi.  
Sentyabrın  14-də  general  Skott  öz  qabiliyyətli  ordusunun  başında  Mexiko 
şəhərinə girdi. Santa Anna əvvəlki gecə öz ordusunun böyük hissəsi ilə qaçmışdı, iki 
minə  yaxın  cinayətkarı  dustaqlıqdan  azad  edib  onları  silahlandırmışdı.  Bu  adamlar 
şəhərə  girən  orduya  evlərin  damından  hücum  etdilər,  lakin  tezliklə  qaçmağa  üz 
qoydular.  
Cənubi-qərb  iri  regionunda  bu  torpaqlar  azadlıq  və  ya  qul  torpaqları 
olacaqdımı?  Bu  kiçik  məsələ  deyildi.  Cənubda  Luiziana  1812-ci  ildə  birliyə  qəbul 
edilmişdi, sonuncu qəbul edilən isə 1836-cı ildə Arkanzas oldu.  
Nəhayət, 1848-ci ilin fevralında Qvadelupa Hidalqo sülh müqaviləsi bağlandı, 
bu,  Birləşmiş  Ştatların  tərkibinə  sonralar  Kaliforniya,  Nevada  və  Uta  ştatları, 
Kolarodonun  bir  hissəsi  və  Yeni  Meksikanın  və  Arizonanın  böyük  hissələri  daxil 

 
253 
olmaqla  iri  bir  ərazinin  keçməsi  ilə  müşayiət  olundu.  Beş  il  sonra  Birləşmiş  Ştatlar 
Meksikadan  Arizonadan  cənubda  45  min  kv  mil  ərazisi  olan  Mossilla  vadisini  10 
milyon dollara satın aldı. Satın alınma kapitan Qadsden tərəfindən icra edildi və bu 
Qadsden  satın  alınması  kimi  tanınır.  Amerikanlar  təhvil  verilmiş  torpaqlar  üçün 
Meksikaya 15 milyon dollar verdilər.  
Müqavilə imzalanmasından doqquz gün əvvəl Kaliforniyada qızıl yatağı kəşf 
edilmişdi. Bir neçə il bundan əvvəl burada isveçrəli Con Satter sahibkarlıq edirdi və 
Sakramentodakı  gözəl  vadidə  məskunlaşmışdı.  Satter  işləmək  üçün  Nyu  Cersidən 
olan  Ceyms  Marşall  adlı  dülgəri  də  işə  götürmüşdü  və  bu  məhz  o  adam  idi  ki,  ilk 
qızılı  kəşfi  etmişdi.  Marşall  Serra  Nevada  dağının  ətəyində  Amerikan  çayının 
üstündə  tikilən  dəyirmanın  inşasında  baş  nəzarətçi  idi.  O,  dəyirmanda  parıldayan 
hissələri  müşahidə  edəndə  anladı  ki,  bu  qızıldır.  Xəbər  tezliklə  yaxındakı  yaşayış 
məntəqələrinə  yayıldı,  lakin  adamlar  buna  olduqca  ləng  inanırdılar.  San  Fransisko 
kəndi  böyük  kəşfdən  sonra  gur  inkişaf  etdi.  Çoxları  özlərinin  bütün  əmlakını  satıb, 
qızıl  yataqlarına  tələsirdi.  Bütün  digər  biznes  sahələri  fəaliyyətsiz  idi,  dayanmışdı. 
Hakimlər  öz  məhkəmə  kürsülərini,  həkimlər  öz  xəstələrini  tərk  edirdilər.  Şəhər 
şuraları kvorum olmadığından dağılırdı, fermalar icarəçilərsiz qalmışdılar, dalğalanan 
taxıl zəmiləri viranəyə dönürdü. Hər yerdə sevinc çox böyük idi, bütün məqsədlərə 
xidmət  edən  gəmilər  ticarətdən  dönüb,  Sakit  okeana  istiqamət  götürürdü.  Çoxları 
Keyp  burnu  yolu  ilə  gəlirdi,  digərləri  Panamanın  ölümcül  iqliminə  dözməli  olurdu, 
Birliyin  hər  güşəsindən  arabalar  qərb  düzənliklərini  keçib  gedirdilər.  Uzun  və  ağır 
səfərdə onlara çox şey təhlükə idi - vəhşi heyvanlar və vəhşi hindular, dağ qarlarının 
sürüşməsi  və  hər  şeydən  əlavə,  vəba  bu  qərbə  gedən  karvanlara  hücum  edirdi. 
Yorulmuş yolçular heç vaxt El Doradoya gəlib çatmırdı, evindən çox-çox uzaqlarda, 
Qərbin  nəhayətsiz  və  yolsuz  rayonlarında  öz  adsız  qəbirlərini  tapırdı.  1849-cu  ilin 
yayında  insan  axını  çox-çox  uzaqlardan  başlayıb  Sakramento  vadisinə  axışırdı  ki, 
varlanmaq  barədə  öz  arzularını  həyata  keçirsin.  Lakin  çoxları  ümidlərini  itirməklə 
qarşılaşırdı,  sağlamlıqları  və  ruhları  məhv  olunmuş  şəkildə  qayıtmaq  və  ya  vəhşi 
mühitdə naməlum qəbrlərini tapmaq kimi çox rəhmsiz olan bir müdhiş əvəz alırdı.  
Kaliforniya  Qərb  dünyasındakı  heç  bir  digər  ştat  və  ərazi  kimi 
məskunlaşmamışdı  və  qızıl  yataqları  kəşf  edildikdən  sonra  iki  ildən  az  müddətə 
burada sakinlərin sayı yüz mini keçdi.  
Viqlər  ümid  bəsləyirdilər  ki,  onların  ulduzu  qalxdı.  General  Teylor  ilk  dəfə 
eşidəndə ki, onun prezident olması barədə söhbət gedir, o, təəccüb qaldı. Sonra o, bu 
ağılsız  ideyaya  güldü.  Lakin  aylar  keçdi  və  qəzetlər  bu  məsələ  barədəki  yazılarla 
doldu. O, bunu ciddi qəbul etməyə başladı.  
Zakari  Teylor  əsgər  idi  və  yalnız  əsgər  idi.  Siyasətçi  məkrindən,  partiya 
təşkilatının  qəribə  qaydalarından  o,  bir  uşaq  kimi  xəbərsiz  idi.  Erkən  yaşında  o, 
orduya daxil olmuş və 1812-ci il müharibəsində hindu qəbilələri olan Qara Hauk və 
Seminol müharibələrində xidmət etmişdi. O, əlli il ərzində öz ölkəsinə itaətlə qulluq 
etmişdi,  Meksika  müharibəsindəki  qəflətən  irəli  çıxmağa  qədər  şöhrət  əslində  ona 
bütünlüklə məlum deyildi.  
Kaliforniya  bu  vaxt  azad  ştat  kimi  Birliyə  daxil  olmaqdan  ötəri  qapını 
döyürdü  və  bu  cəhdlərdən  sonra  1850-ci  ildə  31-ci  ştat  kimi  Birliyə  daxil  oldu. 
Mədənlərə  yollanan  adamlar  qul  sahibləri  deyildilər,  baxmayaraq  ki,  çoxları 

 
254 
Cənubdan  idi.  Kaliforniyalılar  ştat  konstitusiyası  tərtib  edib,  yekdil  səslə  quldarlığı 
torpaqlarından  xaric  etmişdilər.  Bu  Cənuba  dərindən  təsir  etdi  və  onu  hərəkətə 
gətirdi.  Müharibə  cənublu  prezidentin  və  cənubluların  üstünlük  təşkil  etdiyi 
Konqressin  təzyiqi  ilə  başa  çatmışdı.  Başlıca  məsələ  qul  ərazisini  artırmaq  idi  və 
onlar ümid dolu gözlərini 1849-cu ildə öz vəzifəsinə başlayan prezident Teylora tərəf 
çevirdilər. O, nə edəcəkdir? O, cənublu idi və Luizianada iri plantasiyanın və bir neçə 
yüz  qulun  sahibi  idi.  Cənubluların  ümidi  buna  əsaslanırdı,  baxmayaraq  ki,  Teylor 
demişdi ki, o, hansısa bölmənin və ya tərəfdarlarının prezidenti olmayacaqdır. Axırda 
onun patriotizmi qalib gəldi və Kaliforniya azad ştat kimi qəbul edildi.  
Yeni  ərazilərdə  quldarlığa  icazə  verilməsinə  gəldikdə,  Nümayəndələr 
Palatasının  Pennsilvaniyadan  olan  demokrat  deputatı  Devid  Uilmot  səsverməyə 
düzəliş kimi təklif etdi ki, nə quldarlığa, nə də məcburi əməyə Meksikadan alınmış 
ərazilərdə icazə verilməsin. Bu əlavə Nümayəndələr Palatasında qəbul olundu, lakin 
Senatdan  keçmədi.  Senatda  pulun  ayrılmasına  da  səs  verilmədi.  Quldarlığın 
genişlənməsi  məsələsi  yenidən  müzakirələrə  və  müqavilələrə  maraq  oyatdı.  Burada 
Birləşmiş  Ştatların  ilkin  bütün  ərazisindən  böyük  olan  nəhəng  əyalətlər  var  idi. 
Quldarlıq  oralara  yeriyəcəkdirmi  və  quldarlıq  ştatları  dağlar  ərazisində  və  Sakit 
Okean qonşuluğunda yaranacaqdırmı? Axı bu ərazi həm də Şimalla Cənub arasında 
Senatda  tarazlıq  yaratmaq  məqsədinə  xidmət  etməli  idi.  "Uilmot  düzəlişi"  ya  qəbul 
olunmalı, ya da rədd edilməli idi. Bu məsələ diqqətdən yayına bilməzdi.  
Bu  dövrdə  demokratlar  özlərinə  yaxşı  proqram  tərtib  etdilər.  1844-cü  ilin 
seçkilərində Konqressin hər iki palatası demokratik oldu və indi partiyanın tədbirləri 
həyata keçirilə bilərdi. 1846-cı ilin iyununda yeni Tarif Aktı qəbul olundu. Avqustda 
Akt  qəbul  edildikdən  sonra  bir  daha  Müstəqil  Xəzinə  yaradıldı,  bunu  vaxtilə  Van 
Buren planlaşdırmışdı. Lakin demokratların hakimiyyəti Polk adminstrasiyasının ilk 
Konqressi ilə başa çatdı.  
1846-cı  ilin  payızındakı  Konqress  seçkilərində  Nümayəndələr  Palatasındakı 
demokratların  çoxluğu  yenidən  viqlərə  keçdi.  Dəyişməyə  daha  ləng  tərpənən  Senat 
demokratik olaraq qalırdı. Palatalar bir-biri ilə razılaşmırdılar. Partiya planları qarma-
qarışıqlığa  düşürdü.  Konqress  siyasətdən  dərində  yerləşən  məsələlər  barədə 
narahatçılıq  keçirirdi.  Quldarlıq  məsələsi  yenidən  bayraq  edildi.  Demokratik  senat 
"Sərhəd  məsələsinə  dair  müqaviləni",  pul  ödəmək  qanununu  qəbul  etmək  istəyirdi, 
bu məsələdə heç kəs quldarlığın genişlənməsi barədə heç nə deyə bilməzdi.  
Nümayəndələr  Palatasındakı  viqlər  isə  Uilmotun  əlavəsi  üzərində  təkid 
edirdilər.  Oreqon  məsələsi  mübahisə  yaratdı.  Senat  Oreqonun  bir  quldarlıq  istisna 
edilən ərazi kimi onun barəsində hər hansı bir qanunun qəbul edilməsinə razı deyildi. 
Nümayəndələr  Palatası  isə  quldarlığı  istisna  etməyən  heç  bir  tədbiri  qəbul  etmirdi. 
Sülh müqaviləsində və güzəşt barədə palatalar bir-birilə razılaşmırdılar.  
1848-ci  ilin  avqustunda  onlar  Oreqonun  təşkil  edilməsi  barədə  razılığa 
gəldilər.  Sonra  Senat  güzəştə  getməli  oldu  və  onun  ərazisinə  1787-ci  il  qadağan 
olunma  barədəki  qanunun  yayılmasını  nəzərdə  tutan  qanun  əsasında  Oreqonun 
yaranmasına  razılıq  verdi.  Lakin  Kaliforniya  və  Nyu  Meksika  məsələlərində  qıfıl 
açılmırdı.  Bütün  tədbirlər  baş  tutmadı  və  yeni  ərazilər  Meksikadan  alındığı  vaxtda 
olan  kimi  qanunsuz  qaldılar.  Demokrat  partiyasından  olan  siyasətçilər  siyasi 
doktrinanı ön plana çəkirdilər. Bu ərazilərə quldarlığın buraxılması, onların dediyinə 

 
255 
görə,  elə  bir  şey  deyildir  ki,  əvvəlcədən  və  ya  federal  hakimiyyət  tərəfindən 
müəyyənləşdirilsin. Bu məsələ şəraitin özü tərəfindən və ya oranı özünə vətən seçən 
adamların  azad  seçkisi  tərəfindən  həll  edilməlidir.  Özlərinə  institutlar  və  iqtisadi 
həyat  seçməkdə  onların  öz  hüququ  olmalıdır  və  Konqress  onların  seçkilərinin  necə 
olması  barədə  diqtəyə  yol  verməməlidir.  Onlar  bunu  demokratiyanın  prinsipi 
adlandırırdılar  və  təsdiq  edirdilər  ki,  hər  bir  icma,  birlik  öz  həyatını  özü  müəyyən 
etməlidir.  
Palatalar  arasındakı  açılmayan  qıfılın  mövcud  olduğu  həmin  il  həm  də 
prezident  seçkisi  ili  idi.  Hər  kəs  əhəmiyyətli  bir  dəyişikliyin  baş  verəcəyinə  şübhə 
edirdi.  Viqlər  və  demokratların  hər  ikisi  dövrün  əlamətlərini  müşahidə  edirdi. 
Demokratlar  Polkdan  üz  çevirərək  prezidentliyə  Miçiqandan  olan  Lyuis  Kessi 
namizəd  göstərdilər.  O,  mühafizəkar  xüsusiyyətlərə  malik  idi,  köhnə  doktrinaların 
prinsiplərinin dili ilə danışırdı. Viqlər isə indiyədək ehtiyatlı olduqlarından, yenidən 
1840-cı  il  taktikasına  əl  atdılar.  Filadelfiyadakı  Viq  qurultayında  prezidentliyə 
general Zaxari Teylor namizəd göstərildi. O, siyasətçi deyildi, lakin general Harrison 
kimi  əsgər  idi.  Vitse-prezidentliyə  isə  Nyu  Yorkdan  olan  Millard  Filmor  namizəd 
göstərildi.  Viqlər  prinsiplər  barədə  ümumiyyətlə  heç  bir  bəyanat  vermədilər.  Lakin 
nəticə elə də qaranlıq deyildi. Demokratların Nyu Yorkdakı güclü fraksiyası onların 
elan etdikləri proqramı qəbul etmədiyinə görə açıq etiraz etdi və onlar kimi düşünən 
digər  dörd  ştatdan  olan  adamlarla  birlikdə,  əvvəldən  quldarlığın  yayılması  əleyhinə 
olan Van Bureni prezidentliyə namizəd göstərdi.  
Lakin məsələ bununla qurtarmadı. Avqustda Buffaloda digər qurultay yığışdı, 
bu  qurultayda  on  səkkiz  ştatın  nümayəndələri  iştirak  edirdi,  bunlar  müstəqil  "Azad 
Torpaq"  partiyası  yaratmaq  üçün  yığışmışdılar.  Onlar  nə  qanunları  Konqressə 
dəyişiklik üçün heç bir səlahiyyət verməyən ştatlarda quldarlığa mane olmağı, nə də 
qanunları Konqress tərəfindən yaxşılaşdırılan ərazilərə quldarlığın gətirilməsinə icazə 
verməyi vəd etmirdilər. Bu qurultay da Van Bureni namizəd göstərdi. Nyu Yorkdakı 
demokratik  parçalanma  Kessin  seçkini  uduzmasına  başa  gəldi.  Ştatın  otuz  altı  səsi 
general Teylora verildi və bu otuz altı səs elektoral kollegiyasında general Teylorun 
üstünlüyü  idi.  Van  Burenə  üç  yüz  minə  yaxın  səs  verilmişdi.  "Azad  torpaq"çılar  öz 
qüvvələrini  demokratlardan  daha  çox  viqlərdən  alırdılar.  Növbəti  Nümayəndələr 
Palatasında  onlar  qüvvələr  tarazlığını  yaratdıqlarından  demokratlar  və  ya  viqlər 
onlarsız palatada çoxluq təşkil edə bilmirdilər.  

 
256 
Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin