Telman Orucov


İngiltərədə inqilab və onun nəticələri



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə5/38
tarix14.01.2017
ölçüsü3,73 Mb.
#5282
1   2   3   4   5   6   7   8   9   ...   38

İngiltərədə inqilab və onun nəticələri 
 
Yeni birliyin Puritan koloniyalarına verdiyi konfederasiya maddələri okeanın 
o tayından, ana vətəndən gözlənilən məsləhətdən və himayədən xəbər verirdi. Lakin 
bu maddələr koloniyalar üzərində İngiltərənin hakimiyyəti haqqında heç nə demirdi. 
Bu  koloniyalar  müqavilə  hissəsində  özlərini  müstəqil  dövlətlər  kimi  aparırdı  və heç 
kəsi  bu  birliyə  girməyə  dəvət  etmirdi.  İngiltərə  özü  vətəndaş  müharibəsində 
boğulurdu.  Nəhayət,  on  il  ərzində  parlamentin  çağırılmasına  imkan  verməyən  kral 
Çarlzla  haqq-hesab  çəkildi.  O,  özünü  ingilislərin  azadlıqlarının  açıq  düşməni  kimi 
göstərmişdi.  Buna  görə  də  ona  qarşı  hiddət  güclənirdi.  Bu  Şotlandiyadan  baş 
qaldırmağa  başladı  və  adamlar  inqilabın  dik  gözünə  baxırdılar.  Çarlz  özünə  qarşı 
təhlükəni  hiss  edib  yumşaldı  və  parlamentin  yığılmasına  razılıq  verdi.  Pim  və 
Hempden  kimi  qətiyyətli  adamların  təsiri  altında  İcmalar  Palatası  kralın 
ədalətsizliyinə  kömək  etmiş  adamları  ittihamlandırdı  və  hökuməti  yenidən  geriyə, 
sərbəstliyin  azaldılmasının  köhnə  vəziyyətinə  qaytardı.  Çarlz  görürdü  ki,  o,  ya 
bütünlüklə  güzəştə  getməli,  yaxud  da  müqavimət  göstərməlidir.  O,  müqavimət 
yolunu  seçdi.  Nottinqemdə  1642-ci  ilin  avqustunda  kral  bayrağını  təsis  etdi  və  ona 
rəğbət  bəsləyən  bütün  təbəələrini  kralı  müdafiə  etməyə  çağırdı.  Beləliklə,  o 
İngiltərəni vətəndaş müharibəsinə və inqilaba cəlb etdi. Heç kəs nə etməli olduğunu 
bilmirdi.  İlk  dövrdə  parlament  parçalanmış  kimi  görünürdü.  Pim  vəfat  etmişdi  və 
Hempden öldürülmüşdü. Lakin artan sayda parlament tərəfdarları şəhərlərdə birliklər 
şəklində  formalaşdıqca,  könüllü  silahlı  dəstələrə  Mançester  hersoqu  ilə  birlikdə 
Oliver  Kromvel  komandanlıq  etməyə  başladı.  1644-cü  ilin  iyulunda  Kromvelin 
suvariləri prints Rupertin adamlarını ümidsiz bir yerə qovdu.  
Sonrakı  ilin  iyun  ayında  isə  Neysbidə  Kromvel  bu  qorxulu  işi  təkrar  etdi. 
Başladığı  işi  başa  çatdırdı  və  kralın  tam  məhvinə  nail  oldu.  1646-cı  ilin  mayında 
Çarlz ümidsiz vəziyyətini görüb özünü şotlandlara təslim etdi ki, yenidən siyasi oyun 
oynamaq  imkanı  əldə  etsin.  Çünki  müharibə  oyunu  artıq  uduzulmuşdu.  O,  güman 
edirdi  ki,  şotlandlar  presviterian  ollduqlarından,  Kromvellə  asanlıqla  razılığa 
gəlməyəcəklər.  Kromvelin  özünü  də  presviterianların  qurduğu  bir  tələyə  gətirmək 
olduqca çətin olacaqdı.  
Üç  il  keçdikdən  sonra  təslim  olmuş  kral  Uaythollda  1649-cu  ilin  yanvarında 
dar  ağacından  asılmaqla  öldürüldü.  O,  ölüm  hökmünə  parlament  tərəfindən  deyil, 
ordu  tərəfindən  məhkum  edildi.  Ordu  isə  heç  də  xalqı  təmsil  etmirdi.  Kromvel  öz 
adamlarını  hər  hansı  bir  rəy  sınağına  çəkmirdi.  Parlament  Şotlandiyanın  aparıcı 
adamları  ilə  ittifaqda  idi.  Axırıncılar  isə  presviterian  kimi  ordunun  artan  gücünə 
qısqanclıqla  yanaşırdı.  Düzdür  Kromvel  zorakı  qaydada  ordunu  geri  qaytardı. 
Əsgərlər  ona  İcmalar  Palatası  ilə  rəqabətdə  güc  vasitəsilə  qalib  gəlməkdə  kömək 
etdilər  və  Kromvel  onlara  başçılıq  etməyi  seçdi.  Kim  ordunun  və  istiqlaliyyətin 
tərəfdarı  deyildisə,  o,  İcmalar  Palatasından  qovulurdu  və  burada  bir  ovuc  adam 
qalmışdı və onlar kralı məhkəməyə gətirdilər. Ona ölüm hökmü verdilər və nəticədə 
onu Uaythollda öldürdülər. Bu yer onun ziyafət zalının pəncərəsinə çox yaxın idi.  
Krala qarşı çıxanlar özlərini əhalinin çoxluğu kimi aparırdı və heç kəs onları 
dayandırmağa cəsarət etmirdi. Belə hadisələrin cərəyan etdiyi İngiltərənin vaxtı yox 
idi  ki,  okeanın  o  tayından  koloniyalardakı  hadisələri  müşahidə  etsin.  Yeni  İngiltərə 

 
39 
öz konfederasiyasını istədiyi kimi təşkil edə bilərdi. Əgər müharibə onlara fəaliyyət 
azadlığı verdisə, lakin həm də onlar üçün arzu olunmayan vəziyyətlər yaratdı. Artıq 
İngiltərədən  heç  bir  yeni  məskun  gəlmirdi.  Bunun  əvəzində  adamlar  İngiltərəyə 
qayıtmağa başladı. Bir çox görkəmli adamlar parlament ordusuna daxil oldu, bəziləri 
isə İngiltərəyə qayıdıb, kralın əleyhinə hərbi-dəniz komandanlığına köməklik edirdi. 
Salemdən  olan  Hyuq  Piter  İngiltərəyə  ilk  yollananlardan  idi  və  kral  üçün  matəm 
moizəsi  oxudu.  Bundan  əvvəl  isə  o,  İsayyadan  kəlamlar  söylədi:  "Sən  nifrətamiz 
budaq kimi, ayaqlar altında dağıdılmış cəmdək kimi qəbrə atıldın... Çünki sən torpağı 
dağıtdın  və  adamları  öldürdün".  Bu  Puritan  inqilabı  idi  və  Yeni  İngiltərədəki 
puritanların  düşüncələri  və  ümidləri  yenidən  ana  vətənə  tərəf  çevrildi.  Bu  Puritan 
koloniyaları üçün olduqca ciddi bir işi idi, çünki onların iti sürətlə böyüməsi birdən 
tam dayanmışdı. Bu fermerlər üçün öz mal-qarasını və taxılını satdıqda, baha qiymət 
gözləmək ümidinə son qoyurdu. Axı onların çoxu taxıl becərdikdə, axışıb gələn yeni 
immiqrantları  nəzərdə  tuturdu.  Torpağın  da  qiyməti  ciddi  surətdə  aşağı  düşdü. 
Bütünlüklə  ticarət  süquta  uğradı.  O  qədər  də  əvvəldən  bol  olmayan  pulun  gəlməsi 
bütünlüklə dayandı, çünki pul yalnız İngiltərədən gələ bilərdi. Kolonistlərin bir çoxu 
öz ürəyini itirmişdi, İngiltərəyə getməyə tələsirdi.  
Bəziləri  Vest  İndiya  adalarına  yollandı,  eşitdiklərinə  görə,  orada  yaşamaq 
asan  idi.  Bəziləri  Hadson  çayının  üstündə  hollandlara  qoşuldu.  Xoşbəxtlikdən 
kolonistlər  qorxaq  adamlar  deyildilər,  hətta  uğursuzluqda  belə  təzədən  yaxşı 
başlanğıc götürə bilirdilər. Massaçusets, dörd mahalı və otuz şəhəri ilə, on dörd min 
azad  sakini  ilə  özünə  militsia  adlanan  xalq  silahlı  könüllü  dəstəsi  düzəltdi.  Onlara 
kilsə  xadimləri  təlim  keçirdi  və  şimal  koloniyaları  arasında  onlar  aparıcı  rol 
oynayırdı. Digər koloniyalar isə, məsələn, Konnektikut və Saund mübarizə şəraitində 
yaşamağa  qadir  olduqlarını  sübut  etdilər.  Massaçusets  öz  kollecini  yaratdı  və  bu 
məktəb az müddətdə vətəndəki universitetdən asılı oldu. Burada təhsil almaqla, din 
xadimləri  və  nəcib  adamlar  yetişdirilirdi.  Baş  məhkəmə  1636-cı  ildə  öz  məktəbini 
təsis  etməyə  başladı  və  Nyutaunda  yerləşən  bu  məktəbin  şəhərlə  bağlı  olan  adını 
dəyişib Kembric qoydular. Çünki vətəndə qulaqlar bu sözə öyrənmişdi. İki il sonra 
isə onu kiçik Harvard kolleci adlandırdılar. 1638-ci ildə vəfat edən gənc keşiş iki yüz 
altmış  kitabını  kollecin  kitabxanasına  vəsiyyət  etmişdi,  həmçinin  o,  bu  kollecə  bir 
neçə  yüz  funt  pul  və  öz  malikanəsinin  yarısını  qoyub  getmişdi.  Məhz  belə  nəcib 
adamın adı kollecə verilmişdi.  
Təkcə  Virciniya  vətəndaş  müharibəsindən  müəyyən  mənada  birbaşa  maddi 
fayda götürdü. Onun əhalisi Puritan deyildi. Onlar kilsənin və tacın müqəddəsliyinə 
inanan  ingilislərdən  seçilirdi,  həm  də  onlar  öz  azadlıqlarını  sevirdilər,  kilsənin  və 
dövlətin  başında  kimin  olmasından  asılı  olmayaraq  özlərini  aldatmırdılar.  Onlar 
müxtəlif  dövlətlərdən  olan  adamlar  idi,  heç  bir  rəyin  arxasınca  getmirdilər,  ayrı 
evlərdə  yaşayırdılar,  hər  şeyə  yalnız  öz  faydaları  mövqeyindən  yanaşırdılar.  Onlar 
vətəndə nələr baş verdiyini eşitdikdə, vaxt itirmədən öz işlərini bildilər. Çünki onlar 
krala  qeyri-loyallığı,  şərəfsizlikdən  ayrı  bir  şey  hesab  etmirdilər.  Onların 
assambleyası  kralın  ölümünü  eşidən  kimi  bunu  xəyanət,  çox  ağılsız  hərəkət 
adlandırdı,  çünki  bu  tədbirə  qanun  pərdəsi  geyindirmək  istəyirdilər  və  belə  qərara 
gəldilər ki, yalnız mərhum kralın oğlu Çarlzın hüququdur ki, Virciniyanın və bütün 
digər  Alihəzrət  dominyonlarının  və  mahallarının  kralı  olsun.  Onlar  özlərinin  tabe 

 
40 
olmamaq  barədə  rəylərini  isti-isti  öz  qubernatorları  Uilyam  Berkili  vasitəsilə 
çatdırdılar. Qubernatoru kral Nattinqemdə öz bayrağını təsis edən ili təyin etmişdi. O, 
vətənində  krala  qarşı  hansı  işlərin  görüldüyünü  müşahidə  etdikdə,  inqilab  əleyhinə 
olan tabe olmamaq hərəkatına başçılıq etdi.  
İngiltərədə  kral  tərəfdarları  ölkələrində  hər  şeyin  belə  parçalandığını  hiss 
etdikdə tezliklə başa düşdülər ki, Virciniya onlar üçün təbii və təhlükəsiz sığınacaq 
yeridir. Ona görə də Virciniyaya təzə güclü qan axmağa başladı və Yeni İngiltərənin 
inkişafının dayandığı bir vaxtda Virciniya tərəqqi etməyə başladı. Lakin Virciniyaya  
uzaq  olsa  da,  vətəndəki  Puritan  hökumətinə  tabe  olmamaq  o  qədər  də  asan  deyildi. 
Puritan  liderlər  ölkənin  sahibləri  idi.  Hətta  Berkili  belə,  silahlı  freqat  çaya  daxil 
olduqda  tabe  olmağa  məcbur  oldu.  Gəmidəki  xüsusi  səlahiyyətli  adamların  vəzifəsi 
Virciniyanın  federasiyaya  tabeliyini  azaltmaq  və  lazım  olduqda  gördükləri  hər  işdə 
onlara qüvvə vasitəsilə kömək etmək vədini vermək idi.  
Lakin  kral  öldürüldükdə  virciniyalıların  arasında  qarışıq  hisslər  baş  qaldırdı. 
Onlar gördülər ki, digər adamlar yeni qaydalara baş əyməyə məcburdurlar. Berkili də 
başqaları  kimi  Kromvelə  baş  əymək  kimi  ağıllı  yolu  qəbul  etdi.  İngiltərədən  gələn 
səlahiyyətli adamlar virciniyalıları parlamentin əlinə verməyə məcbur etmədi, onlar 
təkcə  kralın  adamlarını  sıxışdırıb  çıxardılar.  1660-cı  ilə  kimi  Virciniya  özü-özünü 
istədiyi kimi, bir dövlət kimi, böyük dövlətin okeanın bu tayındakı iri subyekti kimi 
idarə  etdi.  Koloniya  özünə  qayğı  göstərmək  iqtidarında  idi.  Onun  bir-birinə  qonşu 
olan mahallarında on beş min nəfər qənaətcil ingilis yaşayırdı. Otlaqlarda iyirmi min 
qara  mal  otlayırdı.  Bundan  başqa  çoxlu  qoyun  sürüləri,  meşənin  dərinliklərində  isə 
saysız-hesabsız donuz var idi. Çayla daim gəmilər gəlib gedirdi. Gəmilər Bostondan 
və  Nyu  Amsterdamdan,  uzaq  London  və  Bristondan,  Hollandiyanın  limanlarından 
gəlirdi.  Koloniyada  adamların  hamısı  indi  yaxşı  qidalanırdı.  İlk  günlərin  acı  həyat 
şəraiti  arxada  qalmışdı  və  unudulmuşdu.  Sürgün  edilmiş  royalistlər  isə  burada  öz 
məğlubiyyətlərinin  acısını  daha  az  görürdü,  parlamentə  və  Lord-Protektora  tabe 
olmaq  isə  onlar  üçün  qəbul  edilməz  idi.  Virciniyanın  qonşusu  olan  Merilenddə  isə 
sakinlərin işi inqilabla əlaqədar olaraq daha ağır şəkil aldı. Parlamentin səlahiyyətli 
adamları  virciniyalılara  dost  olduqlarından,  onlarla  sakit  dolanırdılar.  Lakin  onlar 
Merilendə qarşı heç bir xeyirxahlıq hiss etmirdilər. Onların gəlişindən əvvəl bu kiçik 
əyalət  müharibə haqqında öz təsəvvürlərinə malik idi. Onların bu əhval-ruhiyyəsini 
görüb,  parlamentin  silahlı  adamları  əvvəlcə  Kent  Aylendi,  sonra  isə  Sent  Merinin 
özünü  tutdu.  Parlamentin  tapşırığı  ilə  ərzaq,  paltar,  silah  və  digər  sursatlar  çatdıran 
səkkiz gəmi bu əyalətə müdafiə və maddi kömək gətirmişdi. Kromvel lord Baltimora 
yenidən  hüquqlar  verənə  qədər  koloniyanın  idarəçiliyi  xeyli  dəyişikliyə  məruz 
qalmışdı. 1654-cü ildə koloniyanın idarə olunması bir qrup puritanın əlinə keçmişdi. 
Bu dövrdə əyaləti bir qrup sahibkar azlıq idarə edirdi. Bu puritanlar isə Virciniyadan 
gəlmişdi.  Lakin  İngiltərə  puritan  inqilabçılarına  qarşı  mübarizəyə  qalxanda  onlar 
buradan qovuldu.  
İngiltərədəki  yeni  hökumət  kralın  vaxtında  olan  hökumətdən  və  Kromvelin 
Lord-Protektor olduğu dövrdən heç də az ciddiyyətlə koloniyalarda öz hakimiyyətini 
qorumurdu.  Təkcə  Massaçusets  onu  idarəedənlər  puritanlar  olduğundan  özünü  bir 
qədər  müstəqil  aparırdı.  Nyu  Hevn  və  Konnektikut  Massaçusetsin  dincliyinə  və 
inkişafına heyran qalmışdı. Koloniyalar konfederasiya şurasında bərabər səsə malik 

 
41 
idilər; lakin qanunun maddəsinə görə, onun xərclərinin ödənilməsinə hər bir koloniya 
kömək  etməli  idi.  Burada  köməyin  məbləği  bərabər  deyil,  əhalinin  sayına  müvafiq 
olaraq  müəyyən  edilirdi.  Ona  görə  ən  ağır  yükü  Massaçusets  daşımalı  idi.  Bu 
səbəbdən Massaçusets  öz mənafeyinə birbaşa uyğun olmayan xərclərə etiraz edirdi. 
Məsələn,  Cənub  çayının  üstündə  hollandların  Nyu  Hevnə  vurduğu  ziyanın 
ödənilməsinə  kömək  göstərilməsinə  səs  vermədi.  Hətta  İngiltərə  Niderlandla 
müharibə  apardıqda,  konfederasiyanın  səlahiyyətli  nümayəndələri  hollandlarla 
müharibə  aparmağa  səs  verdiyi  halda,  massaçusetslilər  bundan  qəti  imtina  etdilər. 
Həmçinin  bu  koloniya  başqa  koloniyalardan  Bostona  gətirilən  mallar  üçün  rüsum 
tələb  edirdi.  Çünki  konfederasiya  Konnektikut  çayının  mənsəbində  rüsum  yığmaq 
hüququnu Konnektikut koloniyasına vermişdi. Bu Plimut və Konnektikut üçün xeyli 
dərəcədə faydasız partnyorluq idi. Lakin bu Nyu Hevn üçün xüsusən ağır idi, çünki o 
hollandlardan  daha  çox  ziyan  görürdü.  Onun  əhalisi  tacirlər  idi  və  vətəndən  bura 
gələrkən  bəslədikləri  niyyətlərini  unutmamışdılar.  Onlar  sakit  cənub  limanını  seçib 
burada  məskunlaşmışdılar.  Bu  vaxt  da  yalnız  öz  din  və  ticarət  nöqteyi-nəzərlərini 
əsas götürmüşdülər.  
1650-ci ildə nəhayət ingilis və holland koloniyalarının sərhədlərinin müəyyən 
olunması haqqında müqavilə imzalandı. Bundan bir il əvvəl Massaçusetsinin əsasını 
qoyan  Con  Uintrop  buradan  getmişdi.  Başqa  liderlər  də  müxtəlif  səbəblər  üzündən 
dəyişilirdi. Beləliklə liderlərin ilk nəsli sıradan çıxdı. Onların yerini yeni növ adamlar 
tutdu.  
Kromvelin  ölkəni  idarə  etdiyi  dövrdə  bütün  Avropa  İngiltərənin 
güclənməsindən  qorxurdu.  Onun  üçün  İrlandiyanı  işğal  etmək  və  Şotlandiyanı 
ordunun  gücü  ilə  sakitləşdirmək  heç  də  kifayət  deyildi.  O,  özünü  ölkədə  ağaya 
çevirmişdi,  artıq  Lord-Protektor  titulunun  pərdəsi  altında  əsl  diktatorluq  edirdi.  O, 
hesab edirdi ki, onun vəzifəsi İngiltərəni qələbələrin və gücün böyük taleyinə doğru 
irəli  və  yalnız  irəli  aparmaqdır.  Adamlar  buna  Şekspir  və  Xeyirxah  Kraliça 
günlərində  açıq  nəzərlə  baxırdılar,  lakin  həmin  hisslər  Styuartların  vaxtında 
unudulmuş  və  itirilmişdi.  Lord-Protektorun  gizli  təlimatlarına  uyğun  olaraq  ingilis 
qüvələri fransızların olduğu Akadiyaya gəldi və buranı qəflətən zəbt edərək, ingilis 
əyalətinə  çevirdi.  Elə  həmin  1654-cü  ildə  Toskana  qrafı  admiral  Bleyk  ingilislərə 
ziyan vuran Tunis dəniz quldurlarını cəzalandırmaq üçün Aralıq dənizinə göndərildi. 
1655-ci ildə böyük donanma ispan mülkiyyətinə qarşı Vest İndiyaya girdi və böyük 
Yamayka adası İngiltərə bayrağı altına keçməklə onun ticarətinə xidmət etməli oldu. 
Vest  İndiya  ilə  azad  ticarət  aparmaq  üçün  İspaniyadan  buna  şərait  yaratmaq  tələb 
edildi.  Bununla  kifayətlənməyib,  ingilis  təbəələrini  inkvizisiyanın  dəhşətli 
tiraniyasından  azad  etməyi  tələb  etdi.  Əgər  İngiltərə  İspaniya  ilə  güc  qaydasında 
rəqabət apara bilsə, ondan daha çox şey tələb edə biləcəkdi. Bu vaxt İspaniya özünün 
Qərbdə olan varlı koloniyalarından çoxlu qızıl və gümüş daşıyırdı. İngiltərə heç bir 
şübhə etmədən gözləyirdi ki, İspaniya onun bu tələblərini rədd edəcəkdir, ona görə 
də əvvəlcə hərbi gəmi göndərmək istədi ki, İspaniyanın vermədiyini özü ondan alsın. 
O  başa  düşürdü  ki,  gələcəkdə  Amerikaya  sahib  olmaq  və  bu  ərazinin  ticarəti  necə 
böyük  əhəmiyyət  kəsb  edəcəkdir.  Ona  görə  də  İngiltərə  Amerikadan  olan  şuranın 
təsiri ilə bunları edirdi. Bu şuraya isə Amerikanın ən nüfuzlu adamları daxil idi. Bu 

 
42 
adamların  çoxu  Puritan  olduqlarından  İspaniyaya  nifrət  edirdi  və  onu  Roma 
kilsəsinin aləti hesab edirdi.  
Kromvel  Amerikanı  pis  tanımırdı.  O,  özü  danışırdı  ki,  Çarlz  kral  olanda  və 
parlament  çağrılmayanda  çalışmışdı  ki,  həmin  məşəqqətli  günlərdə  təhlükəsiz 
sığınacaq  tapmaq  üçün  Puritan  koloniyalarından  birinə  getsin.  Kromvel  Yeni 
İngiltərədən  Hukeri  kilsənin  islahatını  aparmaq  üçün  geriyə  İngiltərəyə  qayıtmağa 
dəvət edən məktubu imzalayan bir qrup parlament üzvünə qoşulmuşdu. Şübhəsiz ki, 
bu  tədbir  Amerikada  İngiltərənin  böyük  imperiya  yaratması  üçün  öz  vətənində 
Kromvelin əl-qolunu xeyli açardı. Lakin 1658-ci ilin 3 sentyabrında baş verən ölümü 
onun bütün planlarını pozdu. Bu planlar isə olduqca geniş və böyük idi, hətta bütün 
Avropanın gələcək taleyinə əsaslı təsir göstərəcəkdi.  
Massaçusets  bu  vaxtdan  öz  səlahiyyətlərini,  yeni  gələn  sakinlərin  üzərinə 
doğru genişləndirmək üçün istifadə etdi. Öz sikkələrini buraxmaq üçün pul düzəldən 
müəssisə - sikkəxana təsis etdi. Bu puldan o, koloniyaya gətirilən mallar üçün haqq-
hesab çəkməkdən ötrü istifadə edəcəkdi. Burada kilsənin işlərinin nizamlanmasına da 
başlandı.  
Bu  dövrdə  Virciniya  həqiqi  dəyişikliyə  məruz  qaldı.  İngiltərə  dövləti  ilə 
razılaşıb,  onlar kapitan Riçard Benetti qubernator seçdilər.  O, puritanların lideri idi 
və vaxtilə Berkili onu Merilendə qovmuşdu.  
İngiltərədə bu qarışıqlıqlar baş verən vaxt Virciniyaya royalist qaçqınlar axını 
davam edirdi. Lakin dövlət süqut etdikdə və II Çarlz kral kimi bərpa edildikdə belə 
immiqrantların  gəlişi  dayanmadı.  Böyük  bir  ərazi  yeni  gələn  adamlarla  dolmuşdu. 
Əgər 1648-ci ildə Virciniyada on beş min ingilis əhalisi var idisə, 1670-ci ildə burada 
otuz  səkkiz  min  ingilis  yaşayırdı.  Doqquz  yeni  mahal  Burqess  Assambleyasına 
nümayəndəsini  göndərdi.  İyirmi  il  ərzində  koloniyanın  əhalisi  iki  dəfədən  çox 
artmışdı.  Gələnlərin  çoxu  bura  həm  də  öz  həyat  tərzini  gətirirdi.  Onların  gəlişi 
həmçinin  koloniyadakı  yaşayış  tərzində  və  onun  miqyasında  dəyişikliklər  əmələ 
gətirirdi. Burada indi zənci qullara daha çox tələbat vardi. Holland və Yeni İngiltərə 
gəmiləri  onları  Afrikadan  və  Vest  İndiya  adalarından  gətirərkən,  körfəzdə  həmişə 
olduğundan daha artıq sevinclə qarşılanırdı. Bu kiçik əyalətin cəmiyyəti bir çox saray 
adamlarının  iştirakı  ilə  zənginləşirdi.  Bu  əvvəlki  illərə,  Virciniya  əhalisinin  bu 
münbit torpaqlara yaşamağa gəlməsi dövrünə bənzəmirdi. İndi bura böyük adamlar, 
qədim sülalərə məxsus olanlar gəlirdi. Onların arasında polkovnik Riçard Li, Lourens 
Vaşinqtonun nəvəsi Con Vaşinqton, Randolflar, Pendletonlar, Medisonlar, Ladvellər, 
Marşalllar, Parklar, Kabellər kimi adamlar var idi. Virciniya bu adamları heç də yeni 
növ  və  bir  ənənə  kimi  qəbul  etmirdi.  Onlar  Virciniya  və  Yeni  İngiltərə  arasında 
müəyyən  dərəcədə  mövcud  olan  tam  kontrastı  əmələ  gətirdilər.  Onlar  kral 
partiyasının,  restavratsiya  partiyasının  adamları  idi,  onlar  üçün  Virciniya  artıq  adi 
vətənə çevrildi.  

 
43 
Koloniyaların bərqərar olması. İlk qiyamlar 
 
İkinci  Çarlzın  taxt-taca  gəlməsi  Virciniya  koloniyasında  böyük  hərarətlə 
qarşılandı. Hər bir sosial zümrədən olan  adamlar islahatlara  can atırdı. Burada var-
dövlət də artmağa başladı. Yeni İngiltərənin puritan zadəganlarına isə əksinə, hər cür 
islahat  işin  qorxulu  sonluğu  kimi  görünürdü.  Virciniyalılar  müstəqilliyi  ehtirasla 
arzulayırdılar. Onlar vətəndəki hökumətə edilən hər cür müraciəti kəsmək istəyir və 
beləliklə öz idarəçiliklərini müdafiə edirdilər. Ona görə də onların kraldan qorxmağa 
əsasları  var  idi,  çünki  Puritanlar  İngiltərədə  onu  tacdan  məhrum  etmişdi  və 
Kromvelin  ölümü  hər  şeyi  geri  qaytaracaqdı.  Lakin  Puritan  Parlamenti  onları 
İngiltərədəki hökumətin tabeliyinə gətirmək üçün irəliyə doğru ilk addım atdı. 1651-
ci  ildə  parlament  belə  qərar  qəbul  etdi  ki,  Asiyadan,  Afrikadan,  Amerikadan 
İngiltərəyə,  İrlandiyaya  və  ingilis  koloniyalarına  mal  gətirən  hər  bir  tacir  malları 
müstəsna olaraq krallığın ərazisində qayırılmış, Britaniya təbəələrinə məxsus olan və 
ingilis  sahibi  və  komandası  tərəfindən  idarə  edilən  gəmilərdə  daşımalıdır.  Bircə 
istisnaya  yol  verilirdi  ki,  əgər  bu  mallar  yetişdirildiyi  yerdən  birbaşa  Avropadakı 
onları  emal  edən  manufakturalara  daşındıqda,  başqa  gəmilərdən  istifadə  oluna 
bilərdi. Bu qərar koloniyaların ticarətinə zərbə vurmaq məqsədini güdmürdü. Lakin 
Virciniya ilə Barbadosun ticarətinə mane olurdu. İngiltərənin yeni liderləri Gilbertin, 
Relinin  və  Elizabetin  köhnə  niyyət  və  ümidlərini  canlandırdılar,  İngiltərə  üçün  iri 
ticarət  donanması  qurmağa  başlamaq  və  bu  ölkəni  böyük  dənizçilik  imperiyasının 
mərkəzi etmək istəyirdilər.  
İngilislər  öz  dəniz  ticarətindəki  rəqibləri  olan  hollandlara  zərbə  endirdilər. 
Hollandlar  bu  hərəkəti  üzlərinə  vurulan  sillə  kimi  qəbul  etdilər  və  yəqin  ki,  tezliklə 
bundan müharibə alınacaqdı. Çünki ingilislərin yeni ticarət siyasəti hollandlara qarşı 
yönəlmişdi.  
Bərpa  olunandan  sonra  1660-cı  ildə  birinci  dəfə  toplaşan  parlament  bu 
siyasətə  daha  böyük  ciddilik  verdi.  O,  dövlətin  təbəəsi  olmayanlara  koloniyalarda 
tacir  və  ya  agent  kimi  xidmət  etməyi  qadağan  etdi  və  Amerika,  Asiya  və  ya 
Afrikadan  olan  ticarət  barədə  1651-ci  ildə  qoyulmuş  qadağanı  qüvvədə  saxladı. 
Koloniyada istehsal edilən müəyyən mallar, beləliklə bu qərara uyğun olaraq yalnız 
ingilis  tacirləri  vasitəsilə  İngiltərəyə  gətirilirdi.  Bunların  içərisində  əsas  mallar 
Barbadosdan gətirilən şəkər və Virciniyadan gətirilən tütün idi. Bu mallar müstəsna 
olaraq  İngiltərəyə  gətirilməklə  yanaşı,  yalnız  İngiltərədən  ixrac  olunmalı  idi.  Bu 
Virciniya plantatorları üçün böyük çətinlik əmələ gətirirdi, çünki onlar bundan ikiqat 
ziyana  düşürdülər.  Onlara  öz  malını  daşımaq  qadağan  olunurdu.  Həm  də  özlərinə 
bazar seçmək yasaq edilirdi. Onlar hər şeyi ingilis vasitəçilərinə həvalə etməli idilər. 
Lakin  parlament  onlara  bunun  əvəzini  ödədi,  hər  şeydən  əlavə  onlar  hiss  etdilər  ki, 
əslində bundan gəlirlərinin olduqca az hissəsini itirirlər.  
Amerikanın  koloniyalarına  qarşı  Britaniya  siyasətinə  İngiltərənin  daxili 
siyasəti  zəruri  təsir  göstərirdi.  XII  və  XIII  əsrlərdə  İngiltərənin  siyasəti  heç  vaxt 
stabil  olmamışdı,  ona  görə  də  Britaniya  müstəmləkə  siyasətinin  həmin  illər  ərzində 
aydın olmadan inkişaf etməsi heç də təəccüb doğurmurdu. Məskunlaşmanın ilk yarım 
əsrlik  dövrü  ərzində  koloniyaların  özlərinin  olduqca  təşkilatlanmamış  olması 
ucbatından  bunu  etmək  İngiltərə  üçün  daha  çox  çətin  idi.  Koloniyaların 

 
44 
məqsədlərinin  və  idarəetmə  quruluşlarının    fərqliliyinə  görə  İngiltərə  öz  imperiya 
layihəsində  layihəsində  onların  hansı  rol  oynayacağını  görə  bilməzdi.  Buna 
baxmayaraq,  1660-cı  ildə  İngiltərə  daha  faydallı    //////////////    imperiyanı  yenidən 
qurmaq  yolunda  ilk  addım  atdı.  1651-ci  ildə  qəbul  edilmiş  müvəqqəti  qanunlara 
əlavə  olaraq,  1660-cı  il  Dənizçilik  Aktı  (Naviqasiya  Aktı)  ilə  belə  qayda  qoydu  ki, 
İngiltərə  və  ya  İngiltərə  koloniyaları  ilə  əlaqəli  olan  mallar,  harada  təmsil 
edilməsinə  məhəl  qoyulmadan  yalnız  ingilis  gəmilərində  daşınmılıdır.  Həmin 
gəmilərin şəxsi heyətinin dörddə üçü ingilislər olmalıdır. Şəkər, pambıq və tütün kimi 
dəqiq sadalanan mallar yalnız İngiltərəyə göndərilməlidir, bu mallarla ticarət digər 
millətlərə qadağan edilirdi. Axırıncı tələb xüsusən Virciniya və Merilendə ağır zərbə 
vururdu.  Onlar  İngiltərə  tütün  bazarında  inhisar  hüququ  qazanmışdılar.  Bu  vaxt 
özlərinin  hər  yerdəki  tütün  bazarlarından  onlar  təcrid  edilirdi.  İngiltərə  təkbaşına 
onların tütün məhsullarını mənimsəyəcəkdi.  
1660-cı  il  Aktı  Britaniya  kommersiya  imperiyasına  adekvat  olmayan 
təhlükəsizlik  verirdi  və  sonrakı  illərdə  sistemi  möhkəmləndirmək  üçün  digər 
naviqasiya aktları qəbul edildi. 1663-cü ildə parlamentdən keçən qanun tələb edirdi 
ki,  koloniyalarla  bağlı  olan  Avropa  malları  yüklənmiş  bütün  gəmilər  birinci  olaraq 
ingilis  limanlarından  keçməlidirlər  ki,  onlara  rürsum  ödəsinlər.  1673-cü  ildə 
tacirlərdən  tələb  edildi  ki,  sahil  boyu  ticarətdə  sadalanan  malların  bir  koloniyadan 
dicərinə,  oradan  isə  xarici  ölkəyə  götürülməsinin  qarşısını  almaq  üçün  ticarət 
postları  təmina  versin  ki,  həmin  mallar  yalnız  İngiltərəyə  daşınacaqdır.  Britaniya 
kommersiya  imperiyasına  nəzarət  etmək  üçün  Ticarət  Şurası  təsis  edildi.  Koloniya  
qubernatorlarının  /////////  mallarının  həyata  keçirilməsinə  köməklik  göstərəcəyinə 
əmin olmaq üçün institut yarandı. Həmçinin Amerikada Naviqasiya aktını pozanlarrı 
cəzalandırmaq  üçün  dənizçilik  məhkəmələri  təsir  etdi.  Bu  tədbirlər  XVII  sonunda 
Naviqasiya Aktının uğurlü həyata keçirilməsinə şərait yaratdı, amerikan koloniyaları 
üzərinə  mühüm  əhəmiyyət  kəsb  edən  iqtisadi  yük  qoydu.  Kommersiya  imperiyası 
möhkəmləndikcə koloniyalar ağır iqtisadi təzyiqə məruz qalırdı.  
Əyalət Amerikasının siyasətində kral hakimiyyətinin zəifliyinə zərbə vuruldu. 
Bəzi  ərazilərdə,  xüsusən  Yeni  İngiltərənin  əlaqə  qurmuş  koloniyalarında  XVII  əsr 
ərzində, Mülkiyyət koloniyalarında isə bütüşn mövcudluqları dövründə qubernatorun 
tac  qarşısındakı  məsuliyyəti  şəklində  kral  hakimiyyəti  yox  idi.  Həmin  koloniyalarda 
kral  qubernatorunun  olmaması  ticarət  nizamlamalarına  xüsusən  məhvedici  təsir 
göstərirdi. Qubernatorun hakimiyyəti siyasi quruluşun əksər cəhətlərində böyük idi. 
Kral  qubernatorları  //////////////  keçən  istənilən  qanunvericiliyə  veto  qoya  bilirdi, 
//////////  buraxa  bilirdi,    onun  nə  vaxt  çağırılması  barədə  qərar  vermək  hüququna 
malik  idi.  Qradfolıq  məhkəməsinin  qulluqçuları  yerli  hökumətin  həqiqi  agentləri 
olmaqla,  əksər  kral  koloniyalarında  qubernator  tərəfindən  təyin  edilirdi.  Belə 
vəziyyətdə  kral  koloniyaları  iqtisadi  riçaqlar  vasitəsilə  boğmağa  üstünlük 
verirdi.əksər vaxtlarda  koloniyalar özünü dövlət kimi aparmaq istəyirdi.  
 
 
1663-cü ildə qəbul edilən sənəd isə bu məhdudiyyətlərə ağır bir əlavə etdi. Bu 
sənəd  koloniyalara  "hər  hansı  bir  torpaqda  becərilən,  istehsal  edilən  məhsulları  və 
Avropa  manufakturasının  istehsalı  olan  malları  İngiltərədən  gətirilən  və  ingilis 

 
45 
gəmilərində daşınan mallar istisna olmaqla idxal etməyi qadağan etdi". Bu hərəkətlər 
koloniyaların plantatorlarını krallığın daha ciddi asılılığında saxlayırdı.  
 
Ticarət  barədəki  sənədlərə  tabe  olmaq  Amerikadakı  bütün  ingilis 
limanlarından  xarici  ölkələrin  gəmilərinin  çıxarılması  demək  idi.  Nyu 
Amsterdamdakı  qonşu  holland  gəmilərinin  də  başqaları  kimi,  koloniyalarla  bir  başa 
əcnəbi mallarla alver etməkdən əlini kəsirdi, onların nə alıb satması da İngiltərədən 
asılı vəziyyətə düşürdü.  
Lakin Amerikanın təhlükəsiz məsafəsində bu qadağalara hiss edilmədən tabe 
olmamaq  da  mümkündü.  Belə  ki,  Yeni  İngiltərə  açıqca  bu  qadağalara  məhəl 
qoymurdu.  Həmin  sənədin  qəbul  edilməsindən  on  beş  il  sonra  bu  koloniya 
Parlamentin  nüfuzuna  heç  bir  əhəmiyyət  vermədən  istədiyi  kimi  ticarət  edirdi. 
Onunla  Dənizçilik  aktının  razılaşdırılmadığını  bəhanə  gətirərək,  Massaçusets  Baş 
məhkəməsi  bu  sənədlə  heç  cür  bağlı  olmadığını  bəyan  etdi.  Lakin  qanuna  belə 
hörmətsizliyə  görə  kral  hökuməti  istədiyi  vaxt  koloniyanı  intizama  dəvət  edə  və 
onlardan  belə  müstəqillik  üçün  haqq-hesab  verməyi  tələb  edə  bilərdi.  Koloniyalar 
ingilis qanunlarının təsiri altında fəaliyyət göstərən subyektlər idi, şura isə bütünlüklə 
kralın hakimiyyəti altında idi.  
Massaçusetsə tezliklə agah oldu ki, əgər tabe olmaq barədə məsələ qalxsa, o, 
hücum  üçün  olduqca  təhlükəli  vəziyyətdədir.  Buradakı  magistratlar  Massaçusets 
hökumətinə  içilmiş  and  altında  fəaliyyət  göstərirdi.  Onlar  İngiltərə  kilsəsinin 
üzvlərini səsvermə hüququndan məhrum etmişdilər. Onlar öz hakimiyyətlərini şimal 
rayonlarına  doğru  genişləndirmişdilər,  ancaq  bu  rayonlar  çarter  ilə  onlara  verilmiş 
torpaqların  sərhədlərindən  kənarda  idi.  Ona  görə  də  1664-cü  ildə  onların  taxt-tacla 
əlaqələrini  yoxlamaq  üçün  kralın  komissiya  göndərməsinə  təəccüblənmədilər  və 
şəraitin  imkan  verəcəyi  şəkildə  müdafiəyə  və  öz  müstəqilliyini  qorumaq  üçün 
mübarizəyə  hazırlaşdılar.  Massaçusetslilər  II  Çarlzın  kral  kimi  tanınmasına 
münasibətdə  çox  ləng  tərpəndilər.  Onlar  bunu  eşidəndən  yalnız  bir  il  sonra  onun 
hakimiyyətini  açıq  şəkildə  tanıdılar.  Onlar  əmin  olmaq  istəyirdilər  ki,  bu  xoş 
olmayan xəbər doğrudur və kral İngiltərədə həqiqətən də qəbul edilmişdir. Bu xəbəri 
1660-cı  ildə  gətirən  gəmi  həm  də  Kromvel  ordusunun  iki  zabitini  gətirmişdi.  Bu 
zabitlər  vaxtilə  kral  I  Çarlzın  ölüm  şəhadətini  imzalamışdılar.  İndi  isə  İngiltərədən 
qaçqın  kimi  çıxmışdılar.  Parlament  yeni  kralın  qaytarılmasına  kömək  edənlərin 
hamısını,  I  Çarlzın  ölümündə  birbaşa  iştirak  etməmələrinə  görə  əfv  etmişdi. 
Qaçmayanların çoxu artıq həbs olunmuşdu.  
Kromvel  diktaturası dövründə royalistlər Amerikaya qaçırdısa,  indi Kromvel 
tərəfdarları  İngiltərəni  tərk  edirdi.  Süvarilər  vətəni  tərk  edib  Amerikadakı 
koloniyalara,  əsasən  Virciniyaya  axışmağa  başladı.  Bu  vaxtilə  Puritanların 
Massaçusetsə istiqamətlənmiş böyük miqrasiyasına bənzəyirdi. Bu miqrasiya iyirmi 
il əvvəl əks partiyanın qələbəsi nəticəsində meydana gəlmişdi.  
Süvarilər Amerikaya böyük miqdarda gəlirdilər, onların şəxsində buraya yeni 
gələnlər  əvvəl  məskunlaşanlardan  yaxşı  növ  adamlar  idi.  Onların  arasında  Corc 
Vaşinqtonun, Ceyms Medisonun, Con Marşallın və bir çox digər məşhur adamların - 
"Virciniyanın Birinci Ailələrinin" əcdadları var idi.  

 
46 
Yeni İngiltərə kolonistləri isə bu qaçan adamlara köməklik göstərirdilər, kral 
qulluqçularının axtarmasına baxmayaraq onları ölənə qədər təhlükəsiz saxlayırdılar. 
Massaçusets  öz  nümayəndələrini  İngiltərəyə  göndərdi  ki,  kralla  sülh  bağlasın,  laikn 
onlar belə bir məktubla geri döndülər ki, Alihəzrət onun hakimiyyətinin ləngimədən 
qəbul edilməsini tələb edir. Məktubda digər tələblər məhkəmə icrasının onun adı ilə 
əlaqələndirilməsinə, İngiltərə kilsəsinə yaxşı münasibət yaradılmasına aid idi. Bunun 
arxasınca  isə  1664-cü  ilə  səlahiyyətli  nümayəndələr  gəldi.  Bu  komissiyanın  başlıca 
vəzifəsi  Yeni  İngiltərə  əhalisinin  kral  hökumətinin  tabeliyinə  qoymaq  idi,  belə  bir 
tədbir on iki il əvvəl Virciniya və Merilenddə sakitcə keçirilmişdi. Onların başlıca işi 
Amerikada  holland  hakimiyyətinə  son  qoymaq  oldu.  Onlar  üç  hərbi  gəmidən  ibarət 
olan  donanmada  gəlmişdilər  və  gəmilərdə  dörd  yüz  əlli  əsgər  gətirilmişdi  ki,  Nyu 
Amsterdamı  işğal  etsin  və  Yeni  Niderlandı  birdəfəlik  ingilis  əyalətlərindən  birinə 
çevirsin. Bu heç də İngiltərənin Hollandiya ilə müharibə aparması demək deyildi. Bu 
belə bir vəzifəni qoyurdu ki, İngiltərə əvvəldən sahildəki bütün əraziləri əhatə etməli 
idi,  hollandlar  isə  bura  müdaxilə  etmişdilər.  Bunu  Konnektikut  çayı  üzərindəki 
sakinlər  daim  onlara  deyirdilər.  Bu  o  qədər  də  ədalətli  deyildi,  çünki  hollandlar 
Hadson  çayının  üstünü,  Konnektikutu,  Böyük  Saundun  özünü  kəşf  etmiş  və  burada 
məskunlaşmışdılar.  Lakin  o  da  bir  həqiqət  idi  ki,  İngiltərə  kralları  bu  torpaqların 
hamısını  öz  müstəsna  hüququ  ilə  təsdiq  etmişdi.  Buraya  Şimaldakı  fransız 
məskunlarından başlamış ispan məskunlarının olduğu Floridaya qədər bütün Atlantik 
okeanın  sahil  boyu  daxil  idi.  Təkcə  Yeni  Niderland  sakinləri  burada  ticarət 
kompaniyası kimi məskən salmışdılar.  
İngiltərənin  bu  siyasəti  aydın  idi.  İngiltərənin  dövlət  adamları  görürdülər  ki, 
nə  qədər  ki,  holland  koloniyası  özlərininkilərin  yanında,  daha  doğrusu  arasında 
istədikləri  kimi  ticarət  edir,  onlar  Amerikanı  Dənizçilik  Aktını  həyata  keçirməyə 
məcbur  edə  bilməyəcəkdir.  Onlar  yaxşı  görürdülər  ki,  böyük  Hadson  çayı  qitənin 
ürəyindən və xəz ticarəti ərazilərindən keçən təbii böyük yoldur. Onlar başa düşürdü 
ki,  Holland  qüvvələri  tutarlı  çəkidə  onların  şimal  və  cənub  koloniyalarının  arasına 
girəcəksə,  mərkəzi  limanı  və  sahilin  təbii  bazarını  əlində  saxlayacaqsa,  bu  nəinki 
narahatlıq  törətməkdə  davam  edəcəkdir,  həm  də  ciddi  təhlükəyə  çevrilə  biləcəkdir. 
Onlar  öz  istədiklərinə  zor  vasitəsilə  nail  olmağı  qət  etdilər.  Əslində  II  Çarlzın 
hökuməti  Kromvel  planını  həyata  keçirdi.  Kromvel  Dənizçilik  aktı  ilə  ilk  dəfə 
hollandları  fitnəkarlıqla  müharibəyə  cəlb  etmək  üçün  Amerikaya  donanma 
göndərmişdi. Yalnız sülh müqaviləsinə görə, o, qüvvələri geri çağırmışdı.  
Kral Çarlzın ilk addımı Yeni Niderlandı saray hədiyyəsi kimi qardaşı Ceymsə 
verməsi  oldu.  Bununla  York  və  Olbani  hersoqu  olan  Ceyms  Konnektikut  çayından 
qərbdə  və  onun  mənsəbindən  Hadson  çayının  mənsəbinədək  olan  böyük  ərazilərə 
sahib olurdu. Hərbi gəmidə səlahiyyətli adamlar hersoqun naminə bu ərazini tutmağa 
gəldi.  Plan  kifayət  dərəcədə  asan  başa  gəlirdi.  Holland  qubernatoru  Styuvezant  bir 
döyüşə girmədən təslim oldu. Burada kral freqatına və ordusuna qarşı vur-tut yüz əlli 
təlim  görmüş  silahlı  adam  və  iyirmi  top  var  idi.  İngilislərin  onların  idarə  edəcəyi 
xəbəri  sakinlərə  elə  bir  təsir  göstərmədi.  Çünki  ingilis  komandiri  polkovnik  Nikols 
yaxşı əsgər kimi həm də yaxşı dövlət adamı idi. O, əmin edirdi ki, hollandlar da azad 
ingilislər  kimi  eyni  hüquqlara  malik  olacaqlar.  Bir  ilin  içərisində  Nyu  Niderland  - 
Nyu  Yorka  çevrildi  və  qanunların,  vəd  olunan  dözümlülük  və  yaxşı  idarə  etmənin 

 
47 
nəticəsində bütün ağıllı adamlar məmnuniyyətlə koloniyaya qəbul edildi. Burada hər 
cür  adamların  qarışığı  vardı.  Hersoqun  mülkiyyəti  bütün  Lonq  Aylendə  yayılırdı. 
Holland  şəhərinin  uzandığı  ərazidə  Styuvezantın  təyin  etdiyi  magistratlar  işləyirdi. 
Nyu  Asterdamda  adamlar  bütün  millətlərdən,  dillərdən,  həyat  tərzindən  olmaqla 
kosmopolit  rəngarəngliyində  qarışmışdı.  Cənub  çayının  üstündəki  sakinlərin  yarısı 
isveçli,  yarısı  holland  idi.  Ona  görə  də  burada  vahid  idarəetmə  sistemi  yaratmaq 
mümkün  deyildi.  Hollandlar  mümkün  olduqca  seçkisiz  idarə  olunurdular,  onları 
qubernatorun təyin etdiyi vəzifəli adamlar idarə edirdi.  
İngilis  şəhərləri  isə  özlərinin  magistratlarının  seçilməsində  səsə  malik 
olmalarını  təkid  edirdilər,  şəhər  yığıncaqlarından  öz  vəzifə  borcunun  öhdəsindən 
gəlməyən  və  özlərinin  seçdikləri  vəzifəliləri  birbaşa  azad  etmək  məqsədi  üçün 
istifadə  edirdilər.  Polkovnik  Nikols  otuz  doqquz  yaşında  idi,  xoşbəxtlikdən  öz 
davranışı və qətiyyəti ilə azacıq çətinliklə də olsa, "Hersoq qanunlarını" qura bilirdi 
və onun şurası York hersoqunun özü tərəfindən təyin edilsə də, bütün koloniyanı heç 
bir  maneəçilik  olmadan  idarə  edirdi  və  lazım  gəldikdə  yeni  qanunlar  yaradırdı. 
Burada jüri məhkəməsi var idi, din və ibadətlər üçün praktiki olaraq mütləq azadlıq 
mövcud idi və təslim edilmiş əyalətin sakinləri bunu görür və bundan razı qalırdılar.  
Bu  Hadson  çayının  mənsəbində  ingilis  hakimiyyətinin  özünə  yaxşı  və 
müdrikcəsinə belə yer salmasının ilk nəticələri idi. Bu böyük çay şimaldan axarkən 
fransızların sahib olduqları ölkələrdən keçirdi. Burada ingilis qüvvələri dayana və ya 
dağıdıla bilərdi. Kral Çarlz buraya hollandları qarət etmək və Nyu Niderlandı qardaşı 
üçün  əyalət  etməkdən  ötəri  öz  donanmasını  göndərəndə,  bunun  bütöv  mahiyyətini 
ağlına  belə  gətirə  bilməzdi.  Lakin  Amerikada  hər  bir  düşünən  adam  bunun 
əhəmiyyətini  bilirdi.  Bura  qitənin  özünün  strateji  mərkəzi  idi.  Buraya  sahib  olan 
bütün  Amerikanı  özününkü  adlandıra  bilərdi.  İngilis  koloniyaları  mərkəz  limanına 
malik  olmadan  və  ölkənin  şimaldan  keçən  çay  yolu  olmadan  ümumi  əraziyə  sahib 
olmağa və ya özünü müdafiə etməyə qadir deyildi. Hersoq da bura belə bir müdrik 
adam göndərmişdi.  
Bu  vaxtlar  Konnektikut  və  Rod  Aylend  də  sarayın  yaxşı  nəzərində  idi.  Rod 
Aylend 1663-cü ildə kraldan yeni çarter almağa müvəffəq olmuşdu.  
Polkovnik Nikols isə hersoq əyaləti olan Nyu-Yorkun qubernatorluğunu təsis 
etməklə  əlaqədar  işlərlə  məşğul  idi.  Massaçusets  baş  məhkəməsi  kralın  çarterinə 
əsaslanaraq,  buraya  onların  hüquqları  olması  barədə  bəyanat  verdi.  Onlar  öz  bütöv 
idarəçiliyinə hüquqları olduğunu iddia edirdilər.  
Amerika  sadəcə  olaraq  puritan  və  royalist  qaçqınları  üçün  uzun  müddət 
sığınacaq yeri olmadı. Bura artıq macəra regionu da deyildi. Bura nəsldən nəslə iş və 
risqli cəhdlər meydanına çevrilirdi.  
Yeni Niderlandın təslim edilməsi İngiltərəyə müharibə gətirsə də, Amerikaya 
təhlükəsiz  sülh  gətirdi.  Bu  ərazi  yalnız  qısa  müddətə  Yeni  İngiltərə  ilə  Virciniya 
arasında yad qüvvə kimi görünürdü. Bütün sahil nəhayət ingilis torpaqları oldu. Nyu 
Amsterdamda polkovnik Nikols öz hakimiyyətini qurdu, 1664-cü ilə kimi isə nə o, nə 
də onun səlahiyyətli yoldaşları burada özlərinə mülkiyyət götürmədilər. Hersoq Yeni 
Niderlandın  böyük  hissəsini  dostu  lord  Con  Berkiliyə  -  Stratton  baronuna  və  Corc 
Karteretə  verdi.  Bu  dostlar  isə  həmin  ümumi  ərazini  bir  əyalət  kimi  Nyu  Cersi 
adlandırdılar.  Karteret  La  Manşdakı  Cersi  adasının  qubernatoru  olmuşdu.  Nyu 

 
48 
Yorkun  qubernatoru  Nikols  bu  barədə  heç  nə  bilmirdi.  Hadson  çayının  üstündəki 
Lonq  Aylend  torpaqlarını,  York  hersoqu  həm  də  Olbani  hersoqu  olduğuna  görə 
Olbani adlandırmışdı.  
Corcun  əmisi  oğlu  Filip  Karteretin  Nyu  Cersidə  yaratdığı  qubernatorluq  da 
Nikolsun  Nyu-Yorkda  təsis  etdiyi  qubernatorluq  kimi  liberal  və  ağıllı  idi.  1668-ci 
ildə isə Nyu Cersidə ilk assambleya üzvləri seçildi.  
1663-cü  ildə  Virciniyanın  cənubunda  olan  torpaqları  kral  səkkiz 
mülkiyyətçiyə verdi və bu regionu virciniyalılar həmin vaxtdan "Cənubi Virciniya" 
adlandırmağa başladı. Kralın səkkiz lordun idarəçiliyinə verdiyi torpaqlar "Karolina" 
adlandırıldı. Bu əyalətin assambleyası yeni gələn sakinləri beş illiyə vergi verməkdən 
azad  etdi.  1669-cu  ildə  səksən  bir  maddədən  ibarət  "Karolinanın  VII  Fundamental 
Konstitusiyaları"  adlanan  sənəd  qəbul  olundu.  Ancaq  hələ  bu  koloniyada  Olbemarl 
istisna  olmaqla  məskunlar  yox  idi.  1660-cı  ildə  Massaçusestdən  olan  bir  neçə  ailə 
hindulardan torpaq alıb Fear River burnu yanında məskən saldılar. Dörd il sonra isə 
bura  başqa  adamlar  da  gəldi.  Lakin  üç  il  sonra  onlar  getdilər  və  çay  ölkəsi  yenə 
boşaldı.  
Belə bir xəbər yayıldı ki, kral bütün Virciniyanı Karolina və Nyu Çersi kimi 
lordlardan Arlinqtona və Kalpererə idarə etmək üçün deyil, bir mülkiyyət kimi verir. 
İngiltərədə  bu  uzurpasiya  narazılıqla  qarşılandı.  Karolina  mülkiyyətçiləri  də  öz 
aralarında onu əyalətlərə böldü.  
Kolonistlər  öz  ticarətlərini  parlamentin  qanunlarından,  öz  azadlıqlarını  isə 
lord mülkiyyətçilərin iradələrindən üstün tuturdular.  
Bu  vaxt  Virciniyada  hindularla  əlaqədar  xoşagəlməz  hadisələr  baş  verdi. 
Qubernator  onlarla  iş  görməkdən  imtina  etdi  və  onların  məskunlaşmasına  icazə 
vermədi.  Hindular  müharibə  cığırına  çıxmalı  oldu.  Onlar  ölkənin  sərhədlərinə  və 
içərilərinə  hücum  edə  bilərdi,  sərhəddə  isə  heç  də  az  adam  yaşamırdı.  Hindular 
tərəfindən törədilməsi gözlənilən qırğının qarşısını almaq üçün tədbirlər görülsə də, 
çoxlu adam öldürüldü, plantasiyalar xaraba qoyuldu, sərhədlər məskunsuzlaşdı.  
Virciniyada  adamlar  var  idi  ki,  onlar  qubernatora  tabe  olmamağa  və  onun 
hüquqlarını  silahlı  yolla  əlindən  almağa  hazır  idilər.  1676-cı  ilin  may  ayında  xəbər 
gəldi  ki,  hindular  magistrat  Bekonun  özünün  plantasiyasına  hücum  etmiş  və  onun 
nəzarətçilərini  və  nökərlərini  öldürmüşlər.  Bu  vaxt  o,  nə  etmək  barədə  tərəddüd 
etmədi. Bir qrup silahlı və süvari adamdan özü ilə birlikdə qırmızı dərililərin üstünə 
getməyi xahiş etdi və o, qanunsuz və icazəsi olmadan bu qanlı işi görməyə yollandı. 
Bu  əslində  qiyam  idi  və  Berkili  də  onu  açıqca  hədələmək  yolunu  seçmədi.  O, 
assambleyanı yığdı və Bekonun burada iştirakına icazə verdi.  
Lakin  assambleya  iclas  edən  vaxt  Nataniyqem  Bekon  Ceymstaundan  qaçdı. 
O,  xəbərdar  edilmişdi  ki,  onun  həyatı  təhlükədədir.  O,  altı  yüz  adamla  qayıtdı  və 
qubernatoru məcbur etdi ki, ona səlahiyyətlər versin. O, yenidən qanundankənar elan 
edildi,  onun tərəfdarları da belə hökmə  məruz qaldı, bu vaxt, o, hinduların ölkəsinə 
soxuldu və artıq müharibə vətəndaş müharibəsinə çevrildi.  
Bekonun zərbəsi qısa və dəhşətli idi, lakin ondan daha çox həcvli çıxışlarına 
görə qorxurdular. O, hiddətini, ona müharibə elan edən kimi hökumətin özünə qarşı 
çevirdi.  O,  öz  tərəfdarlarına  and  içdirdi  ki,  nəinki  hökumətə,  həm  də  kralın 
göndərdiyi  hər  hansı  bir  qüvvəyə  qarşı  o  vaxta  qədər  müqavimət  göstərəcəkdir  ki, 

 
49 
nəhayət  əyri  olan  hər  şey  düzə  çevrilsin.  Ona  görə  də  Berkili  bir  fərari  kimi 
körfəzdən  uzaqdakı  mahallara  qaçmağa  məcbur  oldu.  O,  rəngbərəng  qüvvələrlə 
Ceymstauna  döndükdə,  yenidən  qaçmağa  məcbur  oldu  və  Ceymstaun  yandırıldı. 
Təkcə Bekonun ölümü bu iyrənc işə son qoydu. 1676-cı ilin oktyabrında o xəstələndi 
və  öldü.  Onun  səhhəti  düşərgələrdə  və  çöllərdə  yaşamaqdan  ağırlaşmışdı.  Onun 
tərəfdarları isə dağıldılar. Bekon Ceymstaunu yandırdıqda, böyük torpaq sahiblərinin 
plantasiyalarını  qarət  etdi,  onları  öz  düşmənlərinə  çevirdi.  Ona  görə  də  onun 
dəstələrinə  qarşı  hərtərəfli  qisas  tədbirləri  aparıldı.  1677-ci  ilin  əvvəlində  kral 
döyüşçülərindən  ibarət  alay  gəmi  ilə  İngiltərədən  gəldi,  koloniyada  qaydanı  bərpa 
etməyə  səlahiyyətli  olan  nümayəndələr  də  əsgərlərlə  gəlmişdi.  Onlar  dəli  olmuş 
qubernator  Berkilini  məzəmmət  etməli,  həm  də  onu  ağılsız  hərəkətlərdən  saxlamalı 
oldular.  Bekon  qiyamına  da  onun  ağılsız  siyasəti  şərait  yaratmışdı.  Onlar 
gəlməmişdən əvvəl isə o, edamları icra etmək üçün cəllad tutmuşdu və yanvar ayında 
qiyamda  iştirak  etdiyinə  görə  iyirmi  adamı  dar  ağacından  asdırmışdı.  Kral 
Virciniyadan gələn bu xəbərləri öyrəndikdə qışqırmışdı ki, "nə qədər mən sağam, bu 
boş  ölkədə  bu  qoca  axmaq  çox  adamı  öldürəcək,  ya  da  ki,  mən  atamın  qatili 
olacağam" və kral azacıq səbr göstərdi ki, bu qoca adam vətənə gəlib öz dincliyini 
bərpa  etsin.  Kral  onu  görmədi  və  taqətdən  düşmüş  qubernator  1677-ci  ildə  öldü. 
Virciniya  fasilə  müddəti  nəzərə  alınmaqla  25  il  qubernatorluq  etmiş  bu  adamdan 
canını  qurtardı  və  əvvəllərdə  onu  necə  sevdiyini  yadından  çıxardı.  Adamlar  onun 
koloniyadan gedişini tonqallar qalamaqla və toplardan atəş açmaqla bayram etdilər.  
1677-ci ildə Virciniya qiyamı yatırıldıqdan və onun başçıları asıldıqdan sonra 
Albemarlın bu hadisələrdən məst olmuş sakinləri mülkiyyətçilərin və Ticarət aktının 
əleyhinə  qalxdılar,  qubernatoru  bayıra  atdılar  və  üç  min  funt  gəliri  ələ  keçirdilər. 
Onlar yalnız dörd min nəfər idi. Lakin onlar bir rəyə malik idilər, ancaq Bekon buna 
nail  ola  bilməmişdi.  İki  ilə  qədər  onlar  özləri  özlərini  idarə  etdilər.  Bu  Virciniya 
qiyamlarının  modelinə  çevrildi.  Hindularla  münasibətlər  də  elə  sadə  deyildi. 
İngilislər  onların  ov  elədikləri  ərazilərə  girdikcə  bu,  hindular  tərəfindən  yaxşı 
qarşılanmırdı.  Ağlar  tutduqları  torpaqların  haqqını  verirdilər.  Lakin  onlar  qırmızı 
dərililərin  torpağı  satmaqdan  imtina  etməsinə  icazə  vermirdilər.  Ağlar  özlərini  ağa 
kimi  aparırdılar.  Yeni  İngiltərədə  1675-ci  ilin  iyununda  başlanan  və  1676-cı  ilin 
avqustunda  başa  çatan  Pekvot  müharibəsi  sərhədi  pozan  hindu  tayfalarının  məhv 
edilməsilə  nəticələndi.  Öldürülməyənlər  qaçmaqla  canını  qurtardı.  Əsir  tutulanlar 
Vest  İndiyaya  qul  kimi  satıldı.  Təkcə  şimalda  haqq-hesab  çəkilməli  olan  tayfalar 
qalırdı. Lakin ağ adamların da itkiləri elə hindularınkı kimi böyük idi. Massaçusetsin 
və Plimutun şəhərlərinin yarısı bu dəhşətli ildə yanan məşəlləri və tomohavkları çox 
görmüşdü.  Onlardan  on  ikisi  dağıdılmışdı,  əsasən  məskunlaşmış  altı  yüzdən  az 
olmayan bina yandırılmışdı, altı yüz adam həlak olmuşdu, qadın və uşaqlara da aman 
verilməmişdi. Bu dəyən ziyanları bərpa etmək üçün neçə illik ağır zəhmət lazım idi. 
Yeni İngiltərə əslində bir qədər tərk edilmiş və dağıdılmış yerə bənzəyirdi.  
Massaçusetsin  bədbəxtliklərinə  İspaniya  kralı  IV  Filippin  ölməsi  və  düşmən 
hindu  tayfalarının  məhv  edilməsi  ilə  də  son  qoyulmadı.  Həmin  qan  və  dəhşətlər  ili 
olan  1676-cı  ildə,  əksinə,  köhnə  təhlükənin  bərpa  olunduğu  göründü.  İngiltərədən 
səlahiyyətli nümayəndə kimi Randolf koloniyanın şimalını məskunlaşdırmaq barədə 
qərarla  əlaqədar  vəziyyəti  yoxlamağa  gəlmişdi.  Bu  ərazilər  çarterlə  verilmiş 

 
50 
torpaqların  sərhədlərindən  kənarda  olduğundan,  buradakı  leqal  mülkiyyəti  olan 
adamların  hüquqlarına  qarşı  yönəlmiş  hərəkət  xarakteri  daşıyırdı.  Ona  görə  də  bu, 
çox  ciddi  məsələninin  başlanğıcını  qoydu.  1684-cü  ildə  Virciniya  lord  Kalpererin 
mülkiyyətindən çıxaraq, kral əyaləti kimi yenidən özünün normal idarə olunmasına 
başladı.  
İrəlini  görə  bilməyən  kral  Virciniyanı  1672-ci  ildə  Lord  Arlinqtona  və 
Kalpererə  verməklə  kifayətlənməmişdi,  uzağa  gedərək  1675-ci  ildə  lord  Kalpereri 
bura ömürlük qubernator təyin etmişdi. Axırıncı lord Arlinqtonun da hüquqlarını öz 
üzərinə götürmüş və özünü Virciniyanın həqiqi mütləq ağası kimi aparmışdı. Lakin 
bir qədər sonra onun bir sahib və bir qubernator kimi fəaliyyətinə son qoyuldu. Kral 
1684-cü ildə onun səlahiyyətlərini də əlindən aldı və koloniya yenidən birbaşa taxt-
tacın  subyektinə  çevrildi.  Onun  idarəçiliyi  dövründə  koloniyanın  üstünə  yeni 
qaydasızlıqlar düşdü. 1679 və 1680-ci illərdə tütün məhsulu həddən çox idi, satılması 
mümkün  olandan  da  xeyli  çox  idi  və  onun  qiyməti  çox  aşağı  düşdü.  Bu  vaxt  tütün 
hələ  koloniyanın  başlıca  valyutası  idi.  Assambleya  tütünün  əkinini  bir  qədər 
azaltmağı  və  dayandırmağı  fikirləşirdi.  Lakin  kral  qubernator  vasitəsilə  bu 
məhdudiyyəti qadağan etdi və bu yeni növ qiyamın başlanmasına səbəb oldu. 1682-ci 
ildə  cuşə  gəlmiş  adamlardan  ibarət  olan  kütlə  bir-birinin  ardınca  plantasiyaları 
dağıtmağa,  tütün  əkinlərini  məhv  etməyə  başladı.  Koloniyanın  ordu  qüvvələri 
qiyamçıları  dayandırmağa  cəhd  etdi.  Qiyamın  təşəbbüskarlarından  üçü  edam  edildi 
və koloniyada qayda bərpa olundu. 

 
51 
Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin