Telman Orucov


Avropadakı müharibələrin Şimali Amerikanın vəziyyətinə təsiri



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə8/38
tarix14.01.2017
ölçüsü3,73 Mb.
#5282
1   ...   4   5   6   7   8   9   10   11   ...   38

Avropadakı müharibələrin Şimali Amerikanın vəziyyətinə təsiri 
 
Polkovnik  Frensis  Nikolson  Virciniyada  birinci  dəfə  qubernator  olanda 
vəziyyəti  hərtərəfli  öyrənib  vətəndəki  hökumətinə  məktub  göndərdi.  Digər 
məsələlərlə  yanaşı  o,  təkid  edirdi  ki,  fransızlara  və  hindulara  qarşı  müdafiə 
konfederasiyası  yaratmaq  lazımdır.  Konfederasiya  loyal  koloniyalardan  ibarət  olub, 
ona Virciniyanın başçılıq etməsi nəzərdə tutulurdu. Kral və onun hökuməti bunu həll 
etmək  üçün  yol  tapdı.  Onlar  Amerikadakı  koloniyalardan  Fransaya  qarşı  güc  kimi 
istifadə etmək istəyirdilər. Uilyam Fransanın qəti düşməni idi və o, protestantizmin 
Romaya  qarşı  mübarizəsinə  başçılıq  etmək  istəyirdi.  O,  taxtda  olduqda  İngiltərə 
Fransa ilə səkkiz illik müharibə apardı.  Koloniyalar Şanlı İnqilabdan azacıq da olsa 
fayda  götürürdü.  Uilyam  taxta  gələn  kimi  koloniyalar  qrupunu  bir  kral 
qubernatorunun  hakimiyyəti  altında  birləşdirmək  istədi.  Bu  əsasən  fransızların 
məskunlaşdığı  şimalda  olmalı  idi,  bunu  Ceyms  ondan  da  əvvəl  etmişdi.  O,  əlavə 
qüvvə  vermədən,  onlarda  olan  kiçik  hərbi  qüvvələrə  göstəriş  vermək  icazəsini 
koloniyaların özünə verdi.  
Fransız  qüvvələri  də  Amerikada  təhlükəli  şəkildə  böyüyürdü.  Burada  on  iki 
min fransız olduğu halda, Uilyam kral olduqda Amerikada iki yüz min ingilis var idi 
və  hər  onillikdə  onların  sayı  on  minlərlə  artırdı.  Lakin  fransızlar  hər  bir  strateji 
nöqtədə hərbi postlar tikmişdilər, ingilislər isə kəndli evlərindən və açıq kəndlərdən 
başqa heç nə tikməmişdilər. Fransızlar üçün əsas məsələ məskunlaşma deyildi, əsas 
məqsəd  torpağı  tutmaq,  əraziləri  hərbi  yolla  işğal  etmək  idi.  Onlar  ticarət 
marşrutlarını  qoruyurdular.  Fransa  burada  hərbi  qüvvələrini  genişləndirirdi,  böyük 
qitənin bütün şimal və qərb ərazilərini Fransa kralının hakimiyyətində saxlamaq üçün 
sərhədləri  postlar  və  yaşayış  məntəqələri  zənciri  ilə  əhatə  etmişdi.  Bu  ərazilər 
Müqəddəs Lavrenti çayının mənsəbindən başlayıb körfəzdə Missisipiyə çıxana qədər 
iki  min  milə  qədər  məsafədə  uzanırdı.  Böyük  çayların  və  göllərin  ətrafında  hərəkət 
əvvəllər  çox  yavaş  idi.  Lakin  nəsillərdən  nəsillərə  bu  sürətlənirdi  və  son  vaxtlarda 
çox iti olmuşdu. Jak Kartyer Müqəddəs Lavrenti çayını bir əsr yarım əvvəl, 1535-ci 
ildə  kəşf  etmişdi.  İngilis  şəhəri  Ceymstaun  tikiləndən  bir  il  sonra,  1608-ci  ildə 
Samyuel  Şampleyn  ilk  daimi  fransız  yaşayış  məntəqəsini  Kvebekdə  tikmişdi. 
Fransızlar öz qayıqlarında Oktava çayının yuxarılarından Huron gölünə qədər gəlib 
çıxırdılar, Miçiqan gölünə keçirdilər, hətta Böyük gölün uzaq sahillərinə yanaşırdılar. 
Nə  qədər  qabağa  gedirdilərsə,  orada  fort  və  ticarət  postu  yaradırdılar.  Beləliklə, 
göllər və qərb çayları, Missisipi özü də daxil olmaqla, Fransanınkı kimi görünürdü və 
postlar  Fransa  kralının  hakimiyyətini  sübut  etmək  üçün  bu  ərazilərdə  meydana 
çıxırdı.  Fransızlar  bu  kimsəsiz  yerlərdə  asanlıqla  yol  tapırdılar  və  hinduların 
düşərgələrinə və viqvamlarına onların yaxın adamları kimi gəlirdilər.  
Onlar  özlərini  cürbəcür  sifətlərdə  göstərirdilər.  Bəzən  kobud,  qanunla 
hesablaşmayan  adamlar  kimi  aparırdılar.  Litsenziyasız  ticarət  aparırdılar,  macəra 
axtarırdılar,  digərləri  isə  müntəzəm  ticarət  aparan  tacirlər  idi.  Bəziləri  qorxmaz 
keşişlər  olub,  bu  geridə  qalmış  tayfaların  arasında  xilas  barədə  dua  oxuyurdu, 
digərləri isə kiçik hərbçilər qrupu idi. Bu vaxtlar birləşmiş irokez tayfaları, şimalda 
yaşayan  bu  hindular  Hadson  çayının  və  göllərin  həqiqi  sahiblərinə  çevrilmişdilər. 
Fransızların içərilərində hərəkət etdikləri tayfalardan onlar çox qüvvətli idi.  

 
67 
Şampleyn isə ağılsızlıqla onları Fransaya əbədi düşmən etdi. Hələ çox əvvəl, 
1609-cu ildə o, ağlar unutsalar da, irokezlərin heç vaxt unutmadığı və bağışlamadığı 
bir  hərəkətə  yol  verdi.  O,  özünün  and  içmiş  düşmənləri  olan  alqonkvinlərlə  həmin 
gölün  sahilinə,  Hadson  çayının  mənbəyinə  gəlib  çıxdı,  sonralar  buranı  ağsifətlilər 
onun  adı  ilə  adlandırdılar.  Burada  ağlar  odlu  silahdan  istifadə  etdi.  Bu  vaxta  qədər 
hindular  belə  şey  eşitməmişdilər  və  o,  mohaukları  döyüşdə  bütünlüklə  darmadağın 
etdi. Hindular bu dəhşətli gündən sonra həmişə və hər yerdə nifrət etdikləri fransızlar 
əleyhinə  istənilən  adamlarla,  istər  holland  və  ya  ingilis  olsun  fərqi  yoxdur,  ittifaqa 
girməyə hazır idilər. Fransızlar isə hələ irokezlərlə yaxşı münasibətdə olanda onların 
mülkiyyətlərini əhatəyə almışdılar, göllərin aralarındakı və Missisipi vadisində olan 
torpaqlara çəkilmişdilər.  
Uilyam  İngiltərənin  protestant  qüvvələrini  XIV  Luiyə  qarşı  böyük 
müharibənin  iştirakçısı  etdikdə  çox  az  adam  hiss  edirdi  ki,  Fransa  və  İngiltərə 
arasındakı  bu  mübarizədə  Amerika  üstündəki  rəqabət  hələ  ehtiyatdadır.  İngilis 
koloniyaları  təkcə  dəniz  kənarında  böyümürdü,  inadkarlıqla  meşələrdən  və  geniş 
vadilərdən  keçməklə  uzaqlara  yayılırdı.  On  yeddinci  əsr  başa  çatmamışdan  əvvəl 
ingilis  tacirləri  kanoyelərdə  Ohayo  çayında  üzürdü  və  bu  kimsəsiz  yerlərdə  onlar 
komalar tikmişdilər ki, burada qalsınlar. Nyu Yorkun hersoq tərəfindən təyin edilmiş 
qubernatoru  polkovnik  Donqan  ironezlərlə  dostluq  yaratdıqda  gördü  ki,  fransız 
məskunlarının burada olması ingilislərə nə dərəcədə narahatlıq gətirir. Fransızlar isə 
göllərdən  Virciniyanın  və  Karolinanın  arxasına  və  Meksika  körfəzinə  qədər 
yayılmışdılar.  Onlar  ticarətdə  fərasətli  rəqib  idilər.  Lakin  Mendəki  bir  neçə  kiçik 
kənddən  başqa  Amerikada  ingilislərlə  fransızların  heç  bir  yaxın  əlaqəsi  yox  idi. 
Müstəsna  olaraq  tacirlərdən,  ehtiyatlı  qubernatorlardan  və  fransızların  hücuma  və 
qırğına qızışdırdıqları hindu tayfalarından qorxan sərhəd kəndlərindən başqa heç kəs 
fransızların nə planlaşdırdığını bilmirdi.  
Səkkiz  illik  müharibə  yeni  düşüncələr  meydana  gətirdi.  Kontinental 
münasibətlər  koloniya  işlərinə  də  öz  təsirini  göstərməyə  başladı.  Müstəmləkə 
mənafeləri artıq yerli xarakter daşımırdı, koloniyalar özlərini imperiyanın bir hissəsi 
kimi  düşünməyə  başladı.  Onlar  müharibədə  heç  də  ciddi  şəkildə  iştirak  etmirdilər. 
Uilyam  Fips  1690-cı  ildə  Akadiyaya  qarşı  ekspedisiyaya  başçılıq  etmişdi  və  Port 
Royalı  tutmuşdu.  Lakin  bu  rəsmi  müharibə  səviyyəsinə  qalxa  bilməzdi.  Onun 
Kvebekə  ikinci  ekspedisiyası  isə  uğursuzluqla  nəticələnmişdi.  Nyu  York 
Massaçusetsdən  və  Mendən  heç  də  az  dərəcədə  fransızlarla  münaqişədə  deyildi. 
Çünki fransızlar hindulara onların törətdikləri bədbəxtliklərdə daim kömək edirdilər. 
Ona  görə  də  qubernatorluğu  ələ  keçirmiş  Ceykob  Leysler  müharibə  üçün  plan 
hazırlayırdı.  O,  koloniyaların  konfransını  çağırdı  ki,  ümumi  müdafiəni  necə  təşkil 
etmək  lazım  olduğunu  müəyyən  etsinlər.  Massaçusets,  Plimut  və  Konnektikut  bu 
çağırışa  cavab  verdi  və  1690-cı  ildə  keçirilən  bu  konfransa  nümayəndələrini 
göndərdilər. Belə bir konfrans Amerikanın məskunlaşmağa başladığı vaxtdan birinci 
dəfə keçirilirdi. Onlar Yeni Fransanın işğalına cəhd etməyə razılaşdılar. Uilyam Fips 
Kvebekə qarşı ekspediyaya başçılıq etməli idi. Digər qüvvələr isə Monreala hücum 
etməli  idi,  bu  hücumda  irokez  müttəfiqləri  də  onlara  kömək  edəcəkdi.  Lakin  bu 
ekspedisiya Şampleyn gölündən o tərəfə gedə bilmədi. Yeni Fransa qubernatoru qraf 
Lui  de  Frontenak  bütün  gücü  ilə  Kvebeki  müdafiə  etdi  və  Fips  əliboş  geri  qayıtdı. 

 
68 
Ümumi planlaşdırılmış ilk cəhd uğursuzluqla nəticələndi. Lakin bu müharibənin hələ 
sonu  deyildi.  Qraf  Lui  de  Frontelak  başladığı  iyrənc  işi  başa  çatdırmaq  istəyirdi. 
Başlanğıcda  isə  Nyu  Yorka  donanma  göndərmək  üçün  imkanı  olmadığından  o, 
özünün  hindu  müttəfiqlərini  Sxenektadiyə  hücuma  göndərdi  və  onalr  1689-cu  ildə 
burada  altmış  adam,  o  cümlədən  qocaları  və  qadınları  öldürdülər.  İlbəil  belə  barbar 
müharibələri  təkrar  olunurdu.  Bu  hücumlar  nə  şimal  koloniyaları,  nə  də  Nyu  York 
tərəfindən unudula bilməzdi.  
İngiltərə ilə Fransa arasında aparılan müharibə, ticarəti xeyli zəiflətdi. Fransız 
Vest  İndiyası  düşmən  ərazisinə  çevrildi,  buradan  isə  Yeni  İngiltərə  dənizçiləri 
evlərində  rom  qayırmaq  üçün  patka  gətirirdilər.  Dəniz  quldurları  cənub  dənizlərini 
doldurmuşdu. Tütündən başqa iri bir ticarət malı yox idi. Bütün koloniyaların ixrac 
etdiyi  tütünün  yarısını  Virciniya  verirdi.  1699-cu  ildə  Parlament  koloniyaların 
üzərinə yeni məhdudiyyət qoydu. Onlara ixrac üçün öz yununu emal etməyi və parça 
toxumağı qadağan etdi. Ev sahibləri öz ailə istifadələri üçün bu yundan evdə paltar 
toxuyurdular,  kəndlərə  isə  öz  qonşuları  ilə  ticarət  etmək  üçün  paltar  toxumaq 
qadağan  olunmamışdı.  Lakin  İngiltərə  yun  parça  toxucuları  öz  ixraclarının  yarısını 
koloniyalara  göndərirdi  və  buna  görə  də  Amerikada  manufakturaların  meydana 
gəlməsinə qətiyyən razı ola bilməzdi.  
1697-ci  ildə  Risvik  müqaviləsi  ilə  müharibə  qurtardıqdan  və  sülh 
bağlandıqdan sonra Fransa, İngiltərə, Hollandiya və İspaniya birlikdə qərara gəldilər 
ki,  onlar  dəniz  quldurluğuna  qarşı  müharibə  aparacaqlar.  İspaniya  ilə  İngiltərə  hələ 
1670-ci  ildən  quldurları  məhv  etmək  barədə  birgə  qərara  gəlmişdilər.  Dəniz 
quldurları  əsasən  Amerika  sahillərində  çox  idi.  Bu  qanunsuz  əməl  isə  hələ  çox 
əvvəllər  meydana  gəlmişdi.  İspaniya  bunu  qızışdırmışdı.  O,  Mərkəzi  və  Cənubi 
Amerikada  və  Vest  İndiya  adalarında  böyük  torpaqlar  tutmuşdu  və  başqa  xalqlara 
burada dayanmağı və bir şey götürməyi qadağan etmişdi. Bu vaxt isə onun gəmiləri 
vətənə  ağır  qızıl-gümüş  yükü  ilə  üzürdü.  İspaniya  bütün  başqa  xalqların  ticarət 
hüququnu  inkar  edirdi.  O,  hətta  öz  dənizçilərinə  İspan  Amerikasının  sularından 
kənarda  öz  istifadələri  üçün  ehtiyat  ərzaq  götürməyi  də  qadağan  etmişdi.  O,  cənub 
dənizlərində tapılan hər bir gəmi ilə buraya müdaxilə etmiş kimi rəftar edirdi. Bu o 
dövrlər idi ki, dənizdə heç bir qanun yox idi. Hər bir ağıllı adam öz gəmisini silahla 
təmin  edirdi  və  gəminin  özünün  müşayiətçisi  vardı.  Bu  vaxt  İspaniya  ümumi 
düşmənə  çevrilmişdi.  İngilis,  fransız  və  holland  dənizçiləri  limanlarda  onlara  lazım 
olan şeylərdən imtina edilməsindən uzun müddət əziyyət çəkməyə dözə bilməzdilər. 
Ona  görə  də  dəniz  quldurluğu  ilə  ingilislər  özləri  də  az  məşğul  olmurdular.  İngilis 
dəniz  quldurları  1655-ci  ildə  Kromvel  üçün  Yamaykanı  tutmaqda  Uilyam  Pennə 
kömək etdilər. Müharibə getmədiyi illərdə isə Amerikanın uzun sahil boyunun sakit 
və müşahidə olunmayan limanları dəniz quldurlarından ötəri sığınacaq və gəmilərin 
təmiri üçün sevimli yerlərə çevrildi. İngiltərənin buradakı ən yaxşı lövbər dayanacağı 
olan  Nyu  Providens  və  Bahama  adalarındakı  limanlar  o  vaxtlar  ən  arzu  olunan  və 
xidmətə əlavə adam cəlb edilən yerlər idi. Məskunların gəlməsi heç də onlara mane 
olmurdu, əksinə hətta onları razı salırdı. Onlar sakinlərdən mal alırdılar. Otuz beş ilə 
yaxın  bir  müddətdə  qızıl  parçaları  və  ispan  gümüşü  Karolinanın  demək  olar  ki, 
yeganə valyutası olmuşdu. 

 
69 
Kral  Uilyamın  müharibəsi  başa  çatdıqdan  bir  az  sonra  kraliça  Annanın 
müharibəsi  başladı.  Fransızlarla  hindular  dəniz  quldurlarından  daha  böyük  təhlükə 
idi.  1692-ci  ildə  iki  illiyə  Penn  Pennsilvaniyaya  qubernatorluqdan  məhrum  edildi, 
çünki  o,  kral  Ceyms  Styuartla  çox  səmimi  dostluq  münasibətində  olmuşdu.  Buna 
görə  də  o,  yeni  monarxa  qarşı  intriqalarda  iştirak  edirdi.  Lakin  o,  özünün  heç  bir 
qeyri-loyal  və  vicdansız  hərəkət  etmədiyini  sübut  etdiyindən  öz  əyalətinə  bərpa 
edildi. 1699-cu ildə o, yenidən Amerikaya qayıtdı. O, Amerikada qaldıqda onun ilk 
əyaləti olan Qərbi Cersinin mülkiyyət hüququ nəhayət taxt-tacın əlinə keçdi. Şərqi və 
Qərbi  Cersi  taxta  təslim  olduqdan  sonra  bu  iki  vahid  bölünməmiş  əyalət  kral 
idarəetməsinin  birbaşa  subyektinə  çevrildi.  Nyu  York  qubernatoru  həm  də  Nyu 
Cersinin  qubernatoru  oldu.  Lakin  Nyu  Cersi  həm  öz  quberantorluğunu,  həm  də  öz 
həyat yolunu saxlayırdı.  
Koloniyalarda  çox  şeylər  dəyişmişdi,  hadisələrin  gedişi  isə  daha  böyük 
dəyişiklikləri  vəd  edirdi.  1700-ci  ildə  Fransadan  yeddi  min  huqenotun  gəlməsi 
hesabına Virciniyanın əhalisi xeyli artdı. Onlara bir neçə Avropa ölkəsində sürgündə 
olmuş və nəhayət Virciniyanı özünə vətən seçmiş markiz de la Myus başçılıq edirdi. 
Onların  hamısı  Nant  edikti  ləğv  edildikdən  (1685-ci  il)  sonra  protestantlara  qarşı 
Fransada  davam  edən  dəhşətlərdən  qaçmışdılar.  Sonrakı  il  Konnektikutda  bir  qədər 
sonra  Yel  adlanacaq  kollec  açıldı.  Ehhu  Yel  bu  kollecə  1714-ci  və  1718-ci  illərdə 
səkkiz yüz funt sterlinq məbləğində kitab və pul bağışlamışdı.  
1702-ci  ildə  kral  Uilyam  öldü,  səkkiz  il  əvvəl  isə  onun  kraliçası  və  arvadı 
Mariya  ölmüşdü.  Onlar  övladsız  olduqlarına  görə  Mariyanın  bacısı  Anna  kraliça 
oldu. Həmin il Avropada siyasi hadisələrin kulminasiya nöqtəsi idi. 1701-ci ildə XIV 
Lui  öz  nəvəsi  Filip  Anjulunu  İspaniya  taxt-tacına  gətirmişdi.  Bu  birbaşa  İngiltərə 
qarşısında  verilmiş  təəhhüdlərin  zorakılıqla  pozulması  olmaqla,  Avropada  qüvvələr 
tarazlığını  süpürüb  atmağın  da  bir  nümayişi  idi.  Çox  keçməzdi  ki,  Pireney 
yarımadası,  Flandriyadan  tutmuş  Gibraltara  qədər  Burbonların  bölünməz 
hakimiyyətində  olacaqdı.  Bununla  belə  XIV  Lui  Risvikdə  verilən  vədin  ziddinə 
olaraq  İngiltərəyə  məhəl  qoymayıb,  Ceymsin  oğlunun  ingilis  taxt-tacına  şərik 
olduğunu  bəyan  etdi.  O  saatca  İngiltərə,  Hollandiya  və  Avstriya  Fransa  təcavüzü 
əleyhinə  böyük  alyans  yaratdılar,  çünki  on  bir  il  idi  ki,  İtaliya,  Almaniya  və 
Niderland  İspaniya  taxt-tacının  varisliyi  üstündə  müharibəyə  cəlb  olunmuşdular. 
Anna kraliça olduqda tufanın başlanması artıq hazır idi.  
İngiltərə  dünyaya  böyük  bir  general  bəxş  etməklə  müharibə  siqnalını  verdi. 
Bu  Malboro  hersoqu  Con  Çörçill  idi.  Əsgərlər  onun  dahiliyi  haqqında,  böyük 
mübarizə başa çatdıqdan yarım əsr sonra da öz qonşularına və uşaqlarına danışırdılar. 
1704-cü ildə ingilislər Gibraltarı tutdular. Savoylu prints Yevgeni Böyük Malboroya 
Blenheymdə 1705-ci ildəki məşhur qələbəsini qazanmaqda kömək etdi. Virciniyalılar 
onu  unuda  bilmirdilər  ki,  döyüş  cəbhəsindən  kraliçaya  xəbərləri  onların  yerlisi 
polkovnik  Park  çatdırırdı.  1706-cı  ildə  isə  hersoq  Malboro  kimi  tanınan  Çörçill 
Ramillisdə,  Yevgeni  isə  Turində  böyük  qələbə  çaldı.  İki  böyük  sərkərdə  birlikdə 
1708-ci  ildə  Oldenardda  və  1709-cu  ildə  Malplekdə  parlaq  qələbə  çaldı.  Fransa  və 
İspaniya taxt-tacları da aralandı və qüvvələr tarazlığında Fransa zəiflədi.  
Bütün  bunlar  koloniyalar  üçün  sadəcə  kraliça  Annanın  müharibəsi  olaraq 
qalırdı. 

 
70 
Koloniyaların öz düşmənləri ilə münaqişələri 
 
Koloniyaların  sərhədlərində  yenə  də  qırğınlar  baş  verirdi,  şimala  göndərilən 
ekspedisiyalar  uğursuzluğa  uğrayırdı.  Vətəndəki  saray  adamları  Amerikada 
düşmənçiliyin  bərpa  olunması  ilə  əlaqədar  heç  bir  hazırlıq  görmürdülər.  Onlar 
kifayət  qədər  xəbərdar  edilmişdilər,  koloniyalardan  xahişlər  və  müraciətlər  gəlirdi. 
Lakin  bu  xəbərdarlıqlara  və  xahişlərə  diqqət  verilmirdi.  Lord  Bellomont  xüsusi 
ləyaqət  hissi  olan  adam  və  müşahidəçil  qubernator  idi.  O,  demişdi  ki,  vətəndəki 
nazirlər  şimalda  kolonistlər  üçün  əsgərlərlə  birgə  qabaq  cərgədə  olmaq  lazım 
gəldikdə,  çox  sakit  olurlar.  İngilis  əsirləri  fransızların  əlinə  düşdükdə  deyirdilər  ki, 
onlar eşitmişlər ki, ingilislər öz sərhədlərini və qüvvələrini genişləndirmək istəyirlər. 
Pennsilvaniya  qubernatorunun  müavini  ön  cərgədə  saxlamaq  üçün  militsia  xahiş 
etmişdi. Bir şimal centlmeni qubernatordan ümumi müdafiə sistemi yaratmağı xahiş 
etmişdi.  Lakin  heç  bir  iş  görülmürdü.  Əksinə,  Risvik  müqaviləsinə  görə,  Fipsin 
tutduğu Port Royal və Akadiya fransızlara qaytarıldı.  
Başlanması  labüd  olduğunu  hamının  bildiyi  müharibə  sərhədə  hücumla 
başlandı.  Hindular  hücumu  ilk  başladılar,  ingilislər  də  fransızlardan  daha  çox 
onlardan  qorxurdular.  İngilislərin  ilk  hərəkəti  cənubda  baş  verdi,  müharibənin  ilk 
ilindən (1702-ci il) əvvəl karolinalılar Floridadakı ispan qüvvələrinə zərbə endirdilər. 
Onlar  Sent  Avqustin  fortuna  qarşı  kiçik  qüvvə  göndərdilər  və  çox  asanlıqla  şəhəri 
yerlə yeksan etdilər, qəsrin divarları qarşısında ispanları qorxuzmağa başladılar, lakin 
topları olmadığından onları təslim olmağa məcbur edə bilmədilər və tezliklə limanda 
dayanan  iki  gəminin  diqqətindən  uzaqlaşmalı  oldular.  Lakin  onlar  ən  azı  öz 
sərhədlərini  hindulardan  təhlükəsiz  saxlayırdılar,  özlərinin  kiçik  paytaxtı  Çarlstonu 
isə ispanların qisasından qoruyurdular. İspanların sərhədində xidmət edən appalaçları 
onlar  1703-cü  ildə  hinduların  meşə  ölkəsindən  süpürüb  atdılar  və  öz  sərhədlərini 
atəşdən  və  qılıncdan  sakit  etdilər,  yüzlərlə  hindunu  öldürməyərək,  qovub  Savanna 
çayının arxasına çıxardılar. Üç il keçdikdən sonra onlar Floridadan olan qüvvələrin 
hücumuna məruz qaldılar.  
1706-cı  ilin  avqust  günlərinin  birində  kiçik  paytaxt  malyariyanın  zərbəsinə 
məruz  qalarkən  beş  fransız  gəmisindən  ibarət  donanma  onların  limanının  ağzını 
tutdu.  Onlar  Havanadan  və  Sent  Avqustindən  ispan  dəstələri  gətirmişdi.  Burada 
ləngimədən  onları  qarşılamaq  üçün  səfərbərlik  keçirildi.  Koloniya  militsiası  sahilə 
düşən  dəstələri  qarşılamağa  getdi.  Polkovnik  Fett  kiçik  donanma  ilə  suda  onları 
yoxlamaq istədi və onlar qaçmağa məcbur oldular. Bu vaxt onlar iki yüz otuz əsir və 
bir  təslim  olmuş  gəmi  qoyub  getdilər.  Cənub  sahili  öz  qayğısında  qalmağa  başladı. 
Lakin bu vaxt şimalda heç bir iş görülmürdü.  
Müharibənin  birinci  ilində  -  1702-ci  ildə  Bostonun  üç  yüz  sakini  su  çiçəyi 
xəstəliyinə məruz qaldı. Nyu York isə Vest İndiyadan gətirilmiş ölümcül isitmə ilə 
sirayətləndi.  Həmin  il  adamların  yaddaşında  "böyük  xəstəliklər  dövrü"  kimi  qaldı. 
Şimalın bir sıra sərhədlərinə 1703-cü ildə fransız hinduları tərəfindən hücum edildi. 
1705-ci  ildə  Akadiyadakı  fransızlar  Nyufaundllenddəki  ingilis  ticarət  postunu 
müvəqqəti  olaraq  dağıtdılar.  1705-ci  ildə  fransızlar  günün  günorta  vaxtı  Nyu 
Yorkdakı buxtaya girdilər və ingilislərə öz böyük limanlarının müdafiəsiz olduğunu 
göstərdilər.  İngilislər  heç  bir  tutarlı  cavab  verə  bilmirdilər.  Təkcə  Massaçusetsdən 

 
71 
olan  polkovnik  Çörç  1704-cü  ilin  yayında  sahildəki  kiçik  və  pis  müdafiə  olunan 
fransız  və  hindu  kəndlərini  dağıtdı.  1707-ci  ildə  Port  Royalı  tutmaq  üçün  bir  neçə 
ciddi  cəhdlər  edildi.  Polkovnik  Març  min  adamla,  onları  daşıyan  iyirmi  üç  gəmi  və 
müşaiyət  edən  hərb  gəmisi  ilə  bu  limanı  mühasirədə  saxladı.  Lakin  bu  işdən  baş 
çıxarmadığından  bütünlüklə  uğursuzluğa  düçar  oldu.  Sonrakı  üç  il  də  əvvəlki  dövr 
kimi keçdi. Fransızlar bu illəri özlərinin reydləri və törətdikləri qırğınlarla əlamətdar 
etdi.  1708-ci  ildə  Haverhill  qarət  edilib,  sonra  da  yandırıldı.  İngilislər  Bahama 
adalarından qovuldu. Amerikada fransızlara qarşı istifadə edilmək üçün göndərilməli 
olan  ekspedisiyanın  yollanması  barədə  əmr  ləğv  olundu.  Qəflətən  onlardan  vətəndə 
istifadə etmək ehtiyacı yarandı.  
1705-ci  ilə  qədər  Virciniya  qubernatoru  olan  polkovnik  Frensis  Nikolson 
işlərin ümidsiz olduğunu gördükdə İngiltərəyə yollandı. İnadkar adam kimi müxtəlif 
vasitələr  axtarıb  taparaq  okeanın  o  tayından  koloniyaya  köməklik  göstərirdi.  Hələ 
Virciniya  qubernatoru  olarkən  o,  təklif  etmişdi  ki,  koloniyalar  vahid  vitse-kralın 
hakimiyyəti altında birləşsin və daimi ordu tərəfindən müdafiə olunsun. Bu ordunun 
xərclərini koloniyalar özləri ödəməli idi. Vətəndəki nazirlər kabineti bu təklifi qəbul 
etməklə  ağıllı  tərpəndilər.  Lakin  onlar  təkcə  Amerikaya  qüvvə  göndərmək  təklifini 
eşitdilər.  
1710-cu  ilin  sentyabrında  ingilislər  otuz  beş  yelkənli  gəmidən  ibarət  olan 
donanma  ilə  Port  Royalın  yanında  dayandılar.  Donanmaya  həmçinin  hospital  və 
ərzaq  ehtiyatı  gəmisi  də  daxil  idi,  onun  gəmilərinin  göyərtələrində  dörd  Yeni 
İngiltərə militsia polku var idi. Oktyabrın 1-də donanmadakı üç top batereyasından 
atəş  açıldı.  İyirmi  dörd  saat  ərzində  şəhər  iyirmi  il  əvvəl  Uilyam  Fipsə  təslim  olan 
kimi təslim oldu. Akadiya yenidən zəbt edilərək İngiltərənin əyaləti oldu. Polkovnik 
Nikolson  bu  limanı  xidmət  etdiyi  kraliçanın  şərəfinə  Annapolis  Royal  adlandırdı. 
Əyalətin adını isə ingilislər Nova Skotia (Şotlandiya) adlandırdılar. İki il idi ki, artıq 
müharibə  qurtarmışdı,  lakin  Port  Royal  nailiyyətinin  üstünə  heç  bir  qələbə  əlavə 
olunmamışdı.  Polkovnik  Nikolson  Akadiyadakı  qələbəsindən  sonra  yenidən 
İngiltərəyə yollandı ki, indi də Kvebeki tutmaq üçün daha güclü qüvvə xahiş etsin və 
istədiyinə  nail  oldu.  1711-ci  ilin  yayında  Havenden  Uolker  nəqliyyat  və  hərb 
gəmilərindən  ibarət  donanma  ilə  Bostona  gəldi,  özü  ilə  polkovnik  Hilli  və  yeddi 
Malboro veteran alayını  gətirdi ki, onlar Yeni İngiltərənin dəstələrinə qoşulub, Yeni 
Fransanın  alınmaz  qalası  olan  bu  şəhərə  hücum  etsin.  Polkovnik  Nikolson  isə 
koloniyanın  səfərbər  edilmiş  əsgərlərindən  ibarət  dəstə  ilə  meşədən  keçməklə 
Kvebekə  yaxınlaşırdı.  Havenden  Uolker  Kvebekə  yaxınlaşırdı,  Müqəddəs  Lavrenti 
çayına  çatdı  və  oradan  hücuma  keçdi.  Lakin  heç  bir  qüvvə  Kvebeki  tuta  bilmirdi. 
Admiral  dumanda  səhv  etdi  və  böyük  çay  axınının  ağzında  onu  mühasirəyə  aldılar. 
O, səkkiz gəmi və demək olar ki, min adam itirdi. Bundan o, ciddi qorxuya düşdü və 
birbaşa  İngiltərəyə  yollandı.  Polkovnik  Nikolson  tezliklə  admiralın  biabırçı 
məğlubiyyətini eşitdi və öz yürüşünü davam etdirə bilmədi.  
Sonrakı  1712-ci  ildə  Kvebekin  tacirləri  bu  daşdan  tikilmiş  şəhərin  istehkam 
tikintilərini tamamlamaq üçün fonda əlavə pul verdilər. Bu tikintidə könüllü olaraq 
hətta qadınlar da işləyirdi ki, bu işi ingilislər yenidən gələnə qədər başa çatdırsınlar. 
Lakin  ingilislər  bir  daha  gəlmədilər.  Həmin  yayı  barışıq  yarandı,  1713-cü  ildə  isə 
müharibə  Utrext  sülhü  ilə  başa  çatdı.  Bu  müqavilə  İngiltərəyə  Hadson  körfəzini, 

 
72 
Akadiyanı,  Nyufaundlendi  və  Lesser  Antill  adalarındakı  Nevis  yanında  kiçik 
müqəddəs Kristofer adasını verdi. "Kraliça Anna müharibəsi" başa çatdı.  
Fransanın  ahıl  yaşda  olan  kralı  XIV  Lui  -  Günəş  Kral  öz  imkanında  olan 
böyük vasitələrlə Akadiyanı ingilislərə verməmək üçün son cəhdlər etdi, lakin bunlar 
heç  bir  nəticə  vermədi.  Utrext  sülhü  on  altı  il  əvvəlki  Risvik  müqaviləsi  kimi 
müvəqqəti  idi.  Çünki  Amerikadakı  problemlər  həll  edilməmiş  qaldı.  Müqavilədə 
Akadiyanın hüdudları göstərilmirdi, heç bu sənəd Britaniya koloniyaları ilə Kanada 
arasındakı sərhədləri də müəyyən etməmişdi. Müharibə közü bu dəfə də bütünlüklə 
söndürülməmiş  qaldı  və  onun  alışıb  alova  çevrilməsi  dövrü  nə  vaxtsa  gələcəkdi. 
Utrext  müqaviləsi  nominal  sülh  gətirdi  və  otuz  ildən  sonra  bu  sülh  də  pozuldu.  Bu 
vaxt  iki  qonşu  millət  qəzəbli  pələnglər  kimi  bir-birinin  üzərinə  atılmağa  hazır  idi. 
Lakin cənubda hələ dinclik yox idi. Hələ müharibə davam edən vaxt Şimali Karolina 
qan  və  terrorla  irokez  tayfalarına  üstün  gələ  bildi.  Müharibə  qurtardıqdan  sonra  isə 
Cənubi  Karolina  ispanlarla  birlikdə  onların  üstünə  hücum  edən  hindu  tayfalarının 
bütöv  birliyinə  qalib  gəldi.  Tuskarora  tayfaları  şimalda  öz  qohumları  irokezlərlə 
birləşmək  üçün  Nyu  Yorka  miqrasiya  etdikdə,  Karolina  onların  təhlükəsindən  bir 
dəfəlik qurtardı.  
Cənubi  Karolinanın  meşələrində  hökmranlıq  edən  güclü  hindu  tayfaları  - 
yamassilər,  kataubalar  və  çerokilər  şimaldan  olan  irokezlərə  qohum  deyildilər  və 
özlərinin  ingilislər  tərəfindən  darmadağın  edilməsinə  imkan  verdilər.  İspanlar 
onlardan  istifadə  etməyə  çalışır  və  buna  nail  olurdular.  Onlar  böyük  birliyə  daxil 
oldular  və  yeddi-səkkiz  min  qoçaq  döyüşçünü  müharibə  cığırına  çıxarıb,  ingilisləri 
məhv  etməyə  göndərdilər.  1715-ci  ilin  aprelindən  1716-cı  ilin  fevralınadək  on  ay 
ərzində  bu  vəhşi  əməliyyat  qurtarmırdı  və  dörd  yüz  ağ  adam  onların  əlindən  həlak 
oldu.  Lakin  axırıncı  haqq-hesab  vaxtı  gəlib  çatanda  onların  tayfalarının  qalıqları 
özlərinə  yeni  yurd  axtarmağa  başladı.  Onlara  qarşı  mübarizə  Karolinanı  taqətdən 
salırdı,  çoxlu  qan  və  pul  rüsumu  tələb  edirdi.  Adamlar  buna  görə  çox  vaxt 
qidalanmaq üçün ərzaq da tapmırdılar. Bəziləri öz evini tərk edib gedirdi ki, daha az 
dəhşətli qiymətə bir qədər dinclik tapsın. Lakin artıq burada da azacıq dinclik var idi 
və tam məhvolma təhlükəsi artıq sovuşmuşdu.  
Müharibə davam edəndə Nyu York özü də öz döyüşünü aparırdı. 1712-ci ildə 
gecə  vaxtı  bir  ev  yanmağa  başladı  və  bura  yığışan  zəncilər  yanğını  söndürməyə 
gələnləri  öldürdülər.  Belə  söz-söhbət  yayılmağa  başladı  ki,  zəncilər  arasında  qəsd 
planlaşdırılıbmış  ki,  bütün  şəhəri  məşələ  döndərsinlər.  Təhqiqat  başa  çatdıqda  on 
doqquz zənci edam edildi.  

 
73 
Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin