Telman Orucov


Fransızlarla toqquşma və Corc Vaşinqtonun fəaliyyətinin başlanğıcı



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə10/38
tarix14.01.2017
ölçüsü3,73 Mb.
#5282
1   ...   6   7   8   9   10   11   12   13   ...   38

Fransızlarla toqquşma və Corc Vaşinqtonun fəaliyyətinin başlanğıcı 
 
Yeddi ildən sonra Fransa və İngiltərə toqquşdu. bu axırıncı nizamlanma dövrü 
idi.  Onlar  qərbi  vadilərdə  görüşdülər  və  müharibənin  birinci  qığılcımı  bütün 
Avropanın  diqqətini  cəlb  etdi.  Müharibə  dramının  birinci  səhnəsi  Virciniya 
sərhədlərində  oynanılırdı.  Fransızlar  bir  qərara  gəldilər  ki,  onların  müdafiə  xəttinə 
yaxın olan ərazi Müqəddəs Lavrentidən başlayıb Missisipiyə və körfəzə keçir. Onlar 
bilirdilər  ki,  Ohayo  vadisinə  sahib  olmaqla,  onlar  bunu  edə  bilərlər  və  bu  plan 
hazırlandı.  Lakin  bunu  etmək  üçün  ingilislərə  həmişə  olduğundan  daha  çox 
yaxınlaşmaq  lazım  idi.  Bir  neçə  alman  ailəsi  Pennsilvaniyada  qərbə  doğru  özlərinə 
yol salmışdılar. Yüzlərlə yorulmaz şotland-irlandlar iyirmi il ərzində bura yığışmışdı. 
Pennsilvaniyanın  və  Virciniyanın  ön  tərəfində  olan  bu  adamlar  onların  qarşısında 
nələr  baş  verdiyini  müşahidə  edirdilər  və  gördüklərini  başa  düşməyə  başlayırdılar. 
Tacirlərin dağdan aşdıqlarını da ingilislər qeydə götürürdülər. Bir ildə onlar üç yüz 
dəfə  belə  səfər  etmişdilər.  İngilislər  Ohayoda  axan  çayları  fransızlar  kimi  yaxşı 
tanıyırdılar.  1748-ci  ildə  axırıncı  sülhdən  bir  il  sonra  Virciniyadan  olan  adamlar 
Ohayoda  Torpaq  Kompaniyası  təşkil  etdilər.  Onların  içərisində  Lourens  Vaşinqton 
da var idi. O, Vernonla və Ventvorsla Kartaxendə birgə xidmət etmişdi və bu əzablı 
xidmətdə  öz  sağlamlığını  itirmişdi,  vərəmlə  xəstələnmişdi.  O,  pensiyaya  çıxdıqdan 
sonra  da  yaşadığı  Potomak  yaxınlığındakı  öz  malikanəsini  istedadlı  dənizçiyə 
məhəbbətinə  görə  admiral  Vernonun  şərəfinə  Maunt  Vernon  adlandırmışdı. 
Cənubdakı odlu-alovlu günlərdə onu həqiqətən də səmimi məhəbbətlə sevmişdi.  
1750-ci  ildə  ingilis  hökuməti  burada  yaradılan  Torpaq  çayı  kompaniyasına 
Ohayo çayı üstündəki altı yüz min akr sahəsi olan ərazini verdi.  
Ohayo ölkəsinə isə ingilislərin iddiası tərəddüdsüz və hərtərəfli idi. İngilislər 
fransız  tacirlərini  lisenziyasız  ticarət  etdiyinə  və  bu  ərazilərə  girdiklərinə  görə 
tutdular, fransızlar isə qayıtdıqdan sonra ərazilərindən keçən ingilisləri oradan qovub 
çıxardılar.  
Fransız hakimiyyəti adətən olduğu kimi birinci hərəkətə başladı. 1752-ci ildə 
Kanadanın  qubernatoru  olan  fransız  markiz  Dyuken  ilk  həlledici  addımı  atdı.  O, 
müxtəlif istiqamətlərdə qüvvələr göndərdi. Həmin ili Virciniya qubernatorluğuna isə 
Robert  Dinviddi  gəldi.  O,  Qlazqo  tacirinin  oğlu  idi,  vətəndə  tərbiyə  olunmuşdu. 
Bermudaya gömrükçü gəlmiş, Amerikanın cənub portlarının baş gömrük nəzarətçisi 
işləyərkən Virciniyada yaşamışdı. Sonra Ohayo Torpaq Kompaniyasının səhmlərini 
almaqla,  onun  iyirmi  səhm  sahibindən  biri  olmuşdu.  O,  yeni  vəzifəyə  gələndə, 
koloniyada  adamlara  başçılıq  etməyin  yolları  ilə  tanış  idi.  Xüsusilə  o  vaxt  Ohayo 
Kompaniyasının prezidenti olan və gələcək yeni dövlətin ilk prezidenti olacaq Corc 
Vaşinqtonun əmisi oğlu Lourens Vaşinqton və bir qrup nüfuzlu adamlarla - Lilərlə, 
Ferfakslarla  və  başqaları  ilə  o,  tez-tez  Lourensin  malikanəsində  -  Maunt  Vernonda 
görüşürdü. Onlar gözlərini qərb torpaqlarına dikmişdilər. O, fransız qubernatorunun 
yerdəyişməsini  gördükdə  vətəndəki  hökuməti  məlumatlandırdı.  Ona  göstəriş  verildi 
ki, ləngimədən fransızlara belə bir tələb göndərsin ki, "dinc yolla çıxıb gedin", əgər 
onlar bu xəbərdarlığa məhəl qoymasalar, "ordunun gücü ilə onları qovsun". Bu xəbər 
ona  çatdıqda  Lourens  Vaşinqton  əmisi  oğlu  Corc  Vaşinqtonu  Maunt  Vernona 
çağırdı. Corc Vaşinqtonun bu vaxt vur-tut iyirmi bir yaşı vardı, lakin o, artıq işləmək 

 
81 
üçün  bacarığa  malik  idi.  O,  Lourens  kimi  İngiltərədə  təhsil  almamışdı,  lakin 
Virciniyada  məktəbdə  oxumuşdu.  Lourens  Vaşinqton  Dinviddi  qubernator  olan  ili 
otuz  dörd  yaşında  öldü.  Əmisi  oğlu  Corca  isə  öz  malikanəsini  və  on  bir  mahalın 
militsiasına  başçılıq  etməyi  qoyub  getdi.  Fransızlara  Ohayodan  çıxmaq  tələbini 
vermək üçün Dinviddi məhz bu cavan oğlanı seçdi. Bu xəbər fransızlara qış vaxtları 
çatdırıldı. Vaşinqton meşənin içərisi ilə at belində bizonların cığırları ilə irəliləyirdi. 
O,  məlumat  verirdi  ki,  fransızlar  onları  çox  hörmətlə  qarşıladı,  lakin  Ohayonu 
özlərininki adlandırdılar və bildirdilər  ki, bu yerləri onlar ingilislərin  əmrinə uyğun 
olaraq  tərk  etməyəcəklər.  Fransız  zabitlərindən  ən  cavanı  Vaşinqtona  dedi  ki,  əgər 
onlar nahardan sonra evə girsələr, onları ingilis tacirləri adı ilə tutacaqlar.  
Vaşinqton  Vilyamsburqa  1754-cü  ilin  yanvarında  qayıtdı  və  sonrakı  ay 
yenidən Ohayoya yollandı ki, orada istehkamlar tiksin. Tezliklə fransızlar da gəldi. 
Bura  beş  yüz  fransız  gətirildi  və  qırx  ingilisin  isə  bu  yerlərin  müdafiəsini  başa 
çatdırmadan ya geri çəkilmək, ya da zərbə ilə çayın içərisinə tökülməkdən başqa yolu 
yox idi. Fransızlar bu yerlərin qərb torpaqları üçün bir açar olduğunun əhəmiyyətini 
bilirdi və bu açara yiyələnmək istəyirdilər. Bu isə açıq müharibə hərəkətindən başqa 
bir  şey  olmayacaqdı.  Onların  qüvvələri  yay  girənə  qədər  min  dörd  yüz  nəfər  idi. 
Onlar  etibarlı  fort  tikmişdilər,  bu  kifayət  dərəcədə  qüvvətli  fort  idi.  İndi  onlar 
ingilislərin  nə  edəcəklərini  gözləyirdilər.  Dinviddi  bir  şotland  fərasəti  ilə  hərəkət 
edirdi.  O,  bütün  işlərini  koloniyanın  assambleyası  ilə  razılaşmalı  idi,  fransız 
qubernatoru  üçün  isə  buna  ehtiyac  yox  idi.  Dinviddi  sərhədlər  barədə  fikirləşəndə, 
assambleya diqqətini daxili işlərə verirdi. Vaşinqton meşənin dərinliklərində olanda, 
assambleya qubernatorla mübahisə edirdi ki, məhz onun vaxtında torpaqlar üçün yeni 
qiymətlər  qoyulmuşdur  və  bu  məsələdə  o,  güzəştə  getməsə,  ona  pul  verməkdən 
imtina  edəcəklər.  Lakin  onlar  biləndə  ki,  Qərbdəki  məsələlər  necə  aktualdır  və 
görəndə  ki,  qubernator  hərbi  dəstələr  yığır,  razılaşdılar  ki,  əgər  o,  öz  cibindən  bu 
dəstələr üçün lazım gəldikdə haqq versə, onlar bu xərcləri ödəyəcəklər.  
Ohayo  ilə  əlaqədar  məsələni  həll  etmək  virciniyalılar  və  fransızlar  üçün  heç 
də açıq rəqabət yolu deyildi. Virciniya fransızlar kimi silahlı dəstələrə malik deyildi. 
Könüllülərdən  ibarət  hazırlıqsız  dəstələr  yığılır,  geyindirilib,  bir  qədər  təlim 
keçdikdən sonra onlar dağ yolunu kəsmək üçün göndərilirdi. Lakin yayda fransızlar 
hücum  edib  onları  qovmağa  hazır  idi.  Buna  qədər  də  rəqiblər  arasında  qan 
tökülmüşdü. Vaşinqton kiçik bir dəstəyə komandirlik edirdi. 1754-cü ilin mayında o, 
qırx  nəfər  öz  döyüşçüsü  ilə  fransız  döyüş  qrupuna  hücum  etdi.  Fransız 
kəşfiyyatçılarının gənc komandiri bu toqquşmada öldürüldü və onun otuz adamı əsir 
götürüldü.  Okeanın  hər  iki  tayında  adamlar  bunu  eşitdikdə  başa  düşdülər  ki, 
müharibə başlanmışdır. Gənc Vaşinqtonun yandırdığı alovdan bütün Avropa tezliklə 
bir qığılcım götürdü. İyunda Vaşinqton geri çəkilməyə məcbur oldu. Onun vur-tut üç 
yüz əlli adamı vardı. Həmin ay fransızlar yeddi yüz adamla hücuma keçdilər. 3 iyul 
1754-cü ildə bütün gün ərzində leysan yağış altında gedən vuruşdan sonra fransızlar 
Vaşinqtona  şərəfli  təslim  təklif  etdi  və  sonrakı  gün  ona  toxunmadan  adamlarını  və 
silahını götürüb getmək imkanı verdi.  
Bu  Qərbin  fransızlardan  qoparılmasının  uğursuz  başlanğıcı  idi.  Ən  pis  cəhət 
isə  orasında  idi  ki,  bu  hadisələr  ingilislərin  belə  işlər  üçün  nə  qədər  zəif  olduğunu 
göstərdi.  Təhlükə  təkcə  Virciniya  üçün  deyildi,  Amerikada  olan  bütün  ingilislərə 

 
82 
yönəlmişdi. Lakin koloniyalar birləşib əməkdaşlıq edə bilmirdilər. Ümumən hərəkət 
etdikdə isə çox ləng tərpənirdilər, elə bil ki, müharibə gözləyəcəkdir ki, iki dəstə bir 
yerdə  getməyə  nə  vaxtsa  hazır  olsun.  Pennsilvaniyanın  və  Nyu  Yorkun 
assambleyaları tam soyuqqanlılıqla elan etmişdilər ki, ingilis tacının Ohayo vadisinə 
hansı hüquqları olması onları maraqlandırmır. Merilend qüvvə qaldırmağın tərəfdarı 
idi. Lakin Vaşinqtonun məğlub olduğu gün o heç nə etmədi. Şimali Karolina üç yüz 
əlli  adam  göndərdi.  Yalnız  Cənubi  Karolinadan  olan  çox  kiçik  qrup  fransızların 
hücumundan qabaq gəlib, Vaşinqtonun vuruşduğu Böyük Çəmənliklərə çıxdı.  
Dinviddi  də  başqa  qubernatorlar  kimi  İngiltərə  hökumətinin  diqqətini  necə 
hərəkət  etmək  barədəki  işlərə  yönəldirdi.  Hökumət  tezliklə  Amerikanın  ələ 
keçirilməsi və ya uduzulmasının nəhayət etibarilə necə əhəmiyyət kəsb edə biləcəyini 
gördü. İngiltərədən hərbi dəstə göndərildi. Avropa üçün bu Yeddi illik müharibənin 
(1756-1763-cü illər) başlanğıcı idi.  
Bu  müharibədə  Prussiya  kralı  Böyük  Fridrix  özünün  cəbhədə  sərkərdə 
ustalığını  sübut  etdi.  Vuruş  cəbhəsi  isə  Avropadan  Asiyaya  və  Afrikayadək 
yayılmışdı. Bu müharibədə Fransa həm Hindistanı və həm də Amerikanı İngiltərənin 
əlindən  almaq  istəyirdi.  Kolonistlər  üçün  isə  bu  müharibə  yalnız  "Fransız  və 
Hindistan müharibəsi" idi. Başlanğıcda İngiltərə hökumətinin gördükləri işlər çox az 
və  olduqca  zəif  idi.  1755-ci  il  fevralın  20-də  kralın  nizami  ordusunun  iki  alayını 
gətirən  nəqliyyat  gəmiləri  Çesapik  limanına  girdi.  Bu  qüvvələr  Dyukenə 
göndərilməli  idi.  Fransızlar  da  hərəkətə  gəldi.  Erkən  yazda  on  səkkiz  fransız  hərb 
gəmisi  Kanadaya  tərəf  üzürdü,  onların  göyərtələrində  altı  batalyon  əsgər  və  yeni 
qubernator var idi. Onların yolunu kəsmək üçün ingilislərin dənizə bərabər qüvvədə 
donanma  çıxarmalarına  baxmayaraq,  fransızlar  Müqəddəs  Lavrenti  çayına  girdilər. 
Bu  vaxt  onlar  azmış  və  donanmadan  ayrı  düşmüş  iki  gəmini  ingilislər  tərəfindən 
tanındığına  görə  itirdilər.  Həm  şimaldakı,  həm  də  ki,  cənubdakı  vəziyyət 
müharibədən  xəbər  verirdi.  General-mayor  Eduard  Breddok  Virciniyaya  göndərilən 
polklara  komandanlıq  edirdi  və  ona  Amerikadakı  bütün  qüvvələrin  baş  komandanı 
səlahiyyəti  verilmişdi.  Ona  görə  də  o,  koloniyaların  qubernatorlarını 
Aleksandriyadakı öz qərargahına müşavirəyə yığdı.  
Aprelin  ortasında  bura  beş  qubernator:  əlbbətə  ki,  Virciniya  qubernatoru 
Robert  Dinviddi,  Pennsilvaniya  qubernatoru  Robert  Hanter  Morris,  Merilendin  fəal 
qubernatoru olan Horatsio Şarp, Nyu York əhalisinin qubernatoru Ceyms de Laksi və 
Massaçusets qubernatoru Uilyam Şirli gəlmişdi. Şirli hüquqşünas kimi təhsil almışdı, 
axırıncının  hər  hüceyrəsinin  "centlmen  və  siyasətçi  olduğunu"  deyirdilər.  O,  on  il 
əvvəl  Luisburqa  hücumu  təşkil  etmişdi,  özünə  çox  güvənən  adam  idi.  Müşavirədə 
Niaqaraya  hücum  planlaşdırıldı.  Fransızların  Dyukenlə  əlaqəsini  kəsmək  üçün  olan 
bu  hücuma  Şirli  rəhbərlik  etməli  idi.  Kraun  Poynta  hücuma  polkovnik  Uilyam 
Conson başçılıq edəcəkdi. Nyu Yorkdan olan polkovnik Consona hindu tayfası olan 
mohauklar  kömək  etməli  idi  ki,  o,  Şampleyndə  fransızları  darmadağın  etsin. 
Akadiyaya hücum kral nizami ordusunun polkovnik-leytenantı Monktonun başçılığı 
altında  aparılmalı  idi.  General  Breddok  özü  meşələrdən  keçərək  Dyukenə  qarşı 
hücum  etməli  idi.  Vaxtilə  bu  yolla  Vaşinqton  Böyük  Çəmənlikdən  çıxış  yolunu 
kəsmişdi.  Bir  şey  daha  sərfəli  idi  ki,  general  Breddok  şimala  tərəf  daha  uzaq 
marşrutu seçmişdi.  

 
83 
Pennsilvaniya  fermerləri  sərhəddə  yol  düzəltməyə  və  əkin  üçün  meşədə  yer 
almağa başlamışdılar. Lakin elə bil ki, taleyin işləri Breddoku uğursuzluğa aparırdı. 
Onun  həm  cəsarəti,  həm  də  qabiliyyəti  var  idi,  lakin  o,  təəssüf  ki,  ehtiyatlılığını 
itirmişdi.  Breddok  bu  tənha  çöllərdə  müharibəni  Avropada  öyrəndiyi  qaydada 
aparmaq istəyirdi, əyalət adamlarının heç bir məsləhətinə ehtiyac duymurdu. Bir neçə 
adam,  o  cümlədən  Vaşinqton  yalnız  öz  təşəbbüsləri  əsasında  ona  məsləhətləri  ilə 
kömək  etmək  istəyirdi,  ancaq  baş  komandan,  "xarakteri  etibarilə  əsl  irokez  idi". O, 
iki  min  adamı  artilleriya  arabaları  və  yükləri  ilə  birlikdə  kimsəsiz  yerə  gətirib 
çıxarmışdı.  Min  dörd  yüz  nizami  əsgər  və  beş  yüzə  yaxın  virciniyalı,  süvari  və 
piyada, Nyu Yorkdan olan iki müstəqil kompaniya və nəqliyyat gəmilərində xidmət 
edən  dənizçilər  öz  ehtiyatlarını  və  sursatlarını  bu  ağır  yolla  özləri  ilə  aparmalı  idi. 
Vaşinqton  baş  komandanın  köməkçilərindən  biri  kimi  hərəkət  edirdi,  lakin  adi  bir 
əyalət  zabiti  olaraq  qalırdı.  Bu  ordu  balta  və  belin  köməyi  ilə  meşədən  özünə  yol 
açaraq irəliləyirdi. Sonra isə bütün koloniyaları vahiməyə bürüyən bədbəxt gün gəlib 
çatdı.  Dyuken  fortundakı  fransız  komandanı  heç  də  Breddokun  ona  qarşı  gətirdiyi 
qədər qüvvəyə malik deyildi. O, geri çəkilməyə məcbur ediləcəyini gözləyirdi. Lakin 
iyunun  9-da  ingilis  generalı  və  onun  irəlidəki  min  iki  yüz  nəfərlik  qüvvəsi  qarşıya 
çıxan çayın dayaz yerini ayaqla keçdilər, bura Dyukendən səkkiz mil aralı idi, forta 
aparan  cığırla  irəlilədilər  və  nəhayət  yolda  fransızların  qurduğu  tələyə  düşdülər. 
Minlərlə  adam,  əsasən  hindular  və  Kanada  əyalət  qüvvələri,  onların  üzərinə  ölüm 
saçan  atəş  yağdırmağa  başladılar.  Onlar  qalın  meşə  ilə  örtülü  olan  yerlərdən  və  iki 
əllə  atəş  açırdılar.  O,  öz  döyüş  qaydasını  planlaşdırarkən,  meşə  hücumunu  necə 
qarşılamağı  izah  etməmişdi.  Vaşinqton  isə  əvvəlcədən  ondan  bunu  etməyi  xahiş 
etmişdi.  Bir  də  öz  adamlarını  yolun  açıq  yerində  saxlamışdı  ki,  tamam  məhv 
olmamaq  üçün  arxaya  qaçmaq  mümkün  olsun.  Bu  məğlubiyyyət  biabırçılıq  idi, 
təəssüflənməli  hal  idi.  Vaşinqton  və  onun  Virciniya  meşəçiləri  məğlubiyyət  anı 
gəldikdə  arxanı  çətinliklə  saxlaya  bilirdilər  və  buraya  ölümcül  yaralanmış  baş 
komandanı gətirdilər ki, o, bu sığınacaqda ölə bilsin.  
Dinviddi  virciniyalıların  qabağında  dayanmışdı  ki,  hindulardan  sərhəd 
məskunlarını  qorusun.  Bu  Vaşinqton  üçün  qeryi-mümkün  bir  vəzifə  idi  ki, 
müharibənin qalan dövründə əyalət militsiasının bir qrup adamı ilə üç yüz əlli millik 
bir  sərhədi  qoruyub  saxlasın.  Burada  şotland-irlandların  kiçik  komaları  və  azacıq 
məskunlar  səpələnmişdi.  Məğlubiyyət  həyəcanı  vaxtı  Breddokun  kağızları  itdi, 
fransızların  əlinə  keçdi  və  ingilislərin  planları  ilə  bütün  Avropa  tanış  oldu.  Bu 
sənədlər nələr olacağı barədə xəbədarlıq edirdi.  
Şirli  gölə  çatmamışdan  Niaqaranı  tutmaq  cəhdindən  imtina  etdi.  Conson 
fransızlarla  Corc  gölü  yanında  qarşılaşdı  və  onları  geri  çəkilməyə  məcbur  etdi. 
Fransız komandanı Duesko ingilislərə əsir düşdü. Lakin onlar öz müvəffəqiyyətlərini 
davam  etdirmədilər.  Təkcə  Byunseqo  üzərində  olan  hücum  planlaşdırdığı  kimi  baş 
tutdu.  Yeni  İngiltərənin  iki  min  nəfərlik  əyalət  qüvvələri  polkovnik  Monktonun  və 
polkovnik  Con  Uinslonun  başçılığı  altında  bir  tikintisi  başa  çatmamış  istehkamı  ələ 
keçirdilər və Akadiya artıq həmişə olduğuna nisbətən bu vaxt xeyli təhlükəsiz oldu.  
Bu  uğursuzluqdan  və  məğlubiyyətdən  üç  ilə  yaxın  vaxt  keçdi.  1756-cı  ildə 
markiz  Monkalm  Kanadada  komandan  oldu  və  elə  həmin  il  fransızlar  Osveqodakı 
ingilis  fortunu  tutub  dağıtdı.  Amerikaya  gələn  London  qrafı  da  heç  nə  edə  bilmədi. 

 
84 
Vətəndəki  hökumət  bura  kömək  göndərdi.  Lakin  heç  bir  müvəffəqiyyət  qazanıla 
bilmədi.  Pitt  həyəcanla  deyirdi:  "Mən  Amerikadan  bir  şey  eşitməyə  qorxuram". 
1757-ci ildə qraf London özünün ən yaxşı qüvvələrini Luisburqa hücum etmək üçün 
Şimala  çıxardı.  Monkalm  bu  hərəkətdən  özünəməxsus  fayda  götürdü  və  Uilyam 
Hendil fortunu tutdu. Bu ingilislərin Corc gölündəki ən irəliyə doğru çıxmış fortu idi. 
London  beləliklə  Luisburqa  qarşı  niyyətlərində  uğursuzluğa  uğradı.  General  Ceyms 
Eberkrombay on beş min nəfərlik ordu ilə, onlardan altı mini nizami ordunun əsgəri 
idi, Monkalmın vur-tut dörd min adamı olan Tikonderoqaya hücuma keçdi. Lakin bu 
hücum  özünün  ən  həlledici  nöqtələrində  uğursuzluğa  uğradı,  general  iki  min  adam 
itirdi və 1758-ci ilin iyulunda qaçıb canını qurtardı. Lakin bu məğlubiyyətlərin hələ 
sonu deyildi. Uzağı görən Bencamin Franklin ingilislərin böyük nöqsanını müşahidə 
etmişdi,  bu  da  koloniyalar  arasında  birliyin  olmaması  idi.  Fransızların  ingilislərdən 
bir üstünlüyü var idi ki, bu, onların birlikdə olması idi. Olbanidə keçirilən konfransa 
Franklin öz birlik planını gətirmişdi. Bu Olbani planı kimi məşhurdur. Bu plan taxt-
tac tərəfindən təyin edilən baş prezidentin olmasını, qanunvericilər tərəfindən seçilən 
şuranın  təsis  edilməsini  nəzərdə  tuturdu.  Lakin  İngiltərə  hökuməti  sənədin 
demokratikliyinə  görə  bu  planı  rədd  etdi.  Kolonistlər  isə  onu  kralın  hakimiyyətinin 
bərpa  edilməsi  qorxusuna  görə  rədd  etdilər.  Ona  görə  də  koloniyalar  razılaşmış 
tədbirlər olmadan bu müharibəyə başlamışdılar.  
Bu vaxt İngiltərənin taleyi ən aşağı səviyyəli çəkilməyə düşdü. Üç il ərzində 
o, bu və digər məğlubiyyətləri dadmalı oldu. 1757-ci ildə Müqəddəs Lavrenti çayının 
hövzəsində  və  Ohayo  vadisində  artıq  bir  dənə  də  olsun  ingilis  fortu  və  ya  hansısa 
kiçik  kəndi  yox  idi.  Bütün  bunlardan  başqa  İngiltərə,  işlərin  başında  duran  fərasətli 
və qətiyyətli şəxsiyyətin yoxluğundan əziyyət çəkirdi. Nəhayət, ölkə belə bir adamı, 
yüksəlməkdə olan əsl dövlət xadimini tapdı. Bu adam həmin nəslin ən böyük ingilisi 
sayılan  Uilyam  Pitt  idi.  Pitt  hakimiyyətə  1757-ci  ilin  yayında  gəlmişdi  və  onun 
hərtərəfli  inkişaf  etmiş  ağlı  tezliklə  bütün  situasiyanı  dərk  edə  bildi.  O,  hər  bir 
məsələni  sahib  xüsusiyyəti  ilə  tuturdu.  O,  tezliklə  məğlubiyyətlər  ardıcıllığını 
qələbələr seriyasına çevirdi. Şimali Amerikanın Fransanın deyil, İngiltərənin torpağı 
olması  faktına  görə  adamlar  hər  şeydən  əvvəl  məhz  ona  borcludurlar.  1757-ci  ildə 
Böyük  Pitt  İngiltərədə  işlərə  ümumi  nəzarət  etməyə  gəldikdən  sonra  Amerikada  bir 
daha orduya rəhbərlik etməyə səriştəsiz adamlar seçilmədi. Pitt Eberkombayın həmin 
vəzifəyə irəli çəkilməsində səhv etmişdi. Lakin o, bir daha belə səhvlərə yol vermədi 
və bu, uğursuzluqlar müharibəsini uğurlar müharibəsinə çevrilməyə səbəb oldu, özü 
də  bu  proses  sürətlə  və  dönməz  qaydada  getdi.  İki  ildən  çox  olmayaraq  fransızlar 
Amerikada başqa xalqların da torpaqlarına sahib olmaqda qalırdılar. Pitt görürdü ki, 
bu  məsələni  həll  etmək  üçün  güc  də  istedad  kimi  eyni  dərəcədə  adekvat  qaydada 
istifadə  olunmalıdır.  1758-ci  ilin  iyulunda  admiral  Baskouenin  başçılığı  altında 
donanma  on iki min nəfərlik ordu ilə,  dəstəyə general Cefri Emherst başçılıq edirdi 
və  onu  Pitt  özü  xüsusi  olaraq  komandanlıq  etmək  üçün  seçmişdi,  Luisburqu  tutdu. 
Avqust ayında polkovnik Con Bredstrinq Eberkrombayın üç min əsgəri ilə fransızları 
Osveqodakı  Frontenak  fortundan  qovub  çıxartdı.  Noyabrda  fransızlar  Dyuken 
fortunu tərk etdilər. 1759-cu ilin iyununda Conson Niaqara üstündəki fransız fortunu 
zəbt etdi və Ohayoya gedən yolu kəsdi. Dyuken fortu öz adını dəyişərək Pitt fortuna 

 
85 
çevrildi,  bu  ad  Uilyam  Pittin  şərəfinə  verilmişdi,  1816-cı  ildə  isə  şəhər  statusunu 
almaqla Pittsburq adını daşıdı.   
Yayın  ortasında  general  Emherst  on  bir  minlik  ordunu  Pikondoroqaya  qarşı 
hücuma  apardı  və  fransızların  qabaqdan  qaçdığını  gördükdə  çox  məmnun  oldu.  O, 
Corc gölünü təmizlədi və Şampleyn üstündəki Kraun Poyntu tutdu. Fransızlar bütün 
qüvvələrini  şimala  yığmağa  məcbur  oldular,  çünki  Pitt  Vulfu  Kvebekin  üstünə 
göndərdi.  Onlar  Vulf  buraya  gələnə  qədər  on  dörd  min  canlı  qüvvə  topladılar  və 
1759-cu  ilin  iyundan  şəhəri  qalaya  çevirdilər.  Şəhərin  istehkamları  hər  yerdə 
müdafiəyə  hazır  idi.  Üç  ay  ərzində  ingilislərin  bu  şəhərin  üstünə  etdiyi  güclü 
hücumlar  nəticəsiz  oldu.  Bütün  dünyanın  xatırladığı  sentyabr  gecəsi  Vulf  cığırla 
Abraham  yüksəkliyinin  yanındakı  dərin  dərəyə  gəlib  çıxdı  və  burada  13  sentyabr 
1759-cu ildə öz həyatını itirsə də,  Kanadanı İngiltərə üçün işğal etdi.  Bundan sonra 
vəzifələrin qalan hissəsini həll etmək çətin deyildi. Sonrakı ili Monreal təslim oldu. 
Bütün Kanada ingilislərin əlinə keçdi  və müharibə praktiki olaraq başa çatdı. Lakin 
hələ  üç  il  gözləmək  lazım  gəldi  ki,  rəsmi  sülh  bağlansın.  Çünki  Avropa  xalqları 
Amerikadakı  vuruşların  və  mühasirələrin  sonu  ilə  əlaqədar  olan  nəticələrdən  irəli 
gələn işlər barədə bir qərara gəlməmişdilər. Lakin ingilis koloniyaları üçün mübarizə 
artıq  başa  çatmışdı.  Qələbənin  bütün  şərəfi  Baskouenə,  Emherstə  və  Vulfa  çatdı, 
qələbənin  başlıca  tərəfi  isə  Uilyam  Pitti  mükafatlandırmalı  idi.  Məhz  Pitt 
ekspedisiyanı  ilhamlandırmışdı.  Pittin  hakimiyyətinin  ilk  ilindəki  müvəffəqiyyətlər 
heyrətləndirici  idi.  Luisburq,  Frontenak  və  Dyuken  onun  qalibiyyətli  ordusu 
qarşısında  məğlub  olmuşdu  və  Ohayo  ölkəsində  fransızların  əraziləri  bütünlüklə 
dağıdılmışdı.  Pitt  qarşıdakı  il  üçün  də  belə  böyük  şeylər  planlaşdırmışdı.  Nəzərdə 
tutulan  tədbirlər  Yeni  Fransada  olan  tam  işğallardan  və  bütün  Şimali  Amerikadan 
fransız hakimiyyətinin qovulmasından az olmamalı idi.  
Sərkərdə  Ceyms  Vulfa  gəldikdə,  onun  cəmi  32  yaşı  var  idi.  Səhhəti  yaxşı 
deyildi, lakin gözlərindən qığılcım çıxırdı. Pittin iti görən gözü onu seçmiş, Kvebekə 
təhlükəli ekspedisiyanın komandanlığını ona həvalə etmişdi. Qışı İngiltərədə keçirən 
Vulf  gözəl  qıza  vurulmuşdu  və  ona  vida  deyib,  bir  daha  qayıtmayacağı  səfərə 
yollanmışdı.  Vulf  öz  düşərgəsini  Mon  Moreni  çayının  şərq  sahilində,  çayın 
mənsəbinə  yaxınlıqda  salmışdı.  O,  fransız  mövqelərinə  ümidsiz  hücum  etdi. 
Fransızlar atəş alovu ilə Britaniya donanmasını məhv etmək istədilər, lakin bu əbəs 
idi.  Vulfun  cəsarəti  nəhayətsiz  idi.  O,  xəstə  yatağından  yenicə  qalxmışdı,  onun 
isitməsi  bir  qədər  çəkilmişdi.  Lakin  o,  igid,  fədakar  əsgərin  ən  yaxşı  xüsusiyyətinə 
malik idi - doğma vətəninə sağ şəkildə qayıtmağa heç də ümid etmirdi. Öz həkiminə 
demişdi: "Mən tam yaxşı bilirəm ki, siz məni müalicə edə bilməyəcəksiniz; lakin dua 
məni elə vəziyyətə gətirər ki, mən bir neçə günlüyə öz borcumu ağrısız yerinə yetirə 
bilərəm və ona qadir olaram".  
Vulf  ölümü  əvvəlcədən  hiss  etmək  kimi  qəribə  bir  qabiliyyətə  malik  idi. 
Flaqmanında üzərkən öz çoxdankı dostuna sevimli nişanlısının miniatür şəklini verdi 
və  xahiş  etdi  ki,  şəkli  qıza  qaytarsın.  Qayığın  göyərtəsində  olanda  o,  Qreysin 
"Elegiya"sından  bu  sözlərlə  bitən  bir  beyti  söylədi:  "Şöhrət  cığırı  ancaq  qəbirə 
aparır".  

 
86 
İki  ordu  münaqişəni  həll  edən  döyüşə  girdi.  Döyüş  qısa  və  həlledici  idi. 
Fransızlar yol verməli oldular və öz həyatını xilas etmək üçün qaçdılar. Bir neçə gün 
sonra Kvebok şəhəri Britaniya qaliblərinin əlinə keçdi.  
Lakin ingilislər öz qələbələri üçün olduqca baha haqq verdilər. Onların nəcib 
komandanı  bir  daha  ayağa  qalxmamaq  üçün  artıq  torpağa  gömüldü.  Döyüş  ərzində 
CeymsVulf  yağan  güllələrin  arasında  ora-bura  tələsirdi,  öz  adamlarını  həvəsləndirir 
və  cəsarətləndirirdi.  O,  iki  dəfə  yaralandı,  lakin  öz  cəhdlərini  güllə  onun  döşündə 
yatana qədər davam etdirdi və o, top atəşindən yerə yıxıldı. Onu arxaya apardılar və 
cərrahiyyə  köməyi  təklif  etdilər.  Onun  cavabı  belə  oldu:  "Buna  ehtiyac  yoxdur,  bu 
mənim  üçün  hər  şeyin  bitməsidir".  Sonuncu  anda  ona  xəbər  verdilər  ki,  fransızlar 
bütünlüklə geri çəkilir. O, bu xəbəri mürgüləməkdən ayılanda eşitdi və o saat göstəriş 
verdi  ki,  alay  Çarlz  çayının  körpüsünü  tutub  düşmənin  geri  çəkilməsinin  qarşısını 
kəssin.  Sonra  o,  mızıldanaraq  sakit,  ancaq  xoş  səslə  dedi:  "İndi  Allaha  alqış 
deyilməlidir.  Mən  dinc  şəraitdə  öləcəyəm".  Və  bir  an  sonra  onun  ruhu  əbədiliyə 
qovuşdu.  
Belə  bir  tale  fransızlar  arasında  ən  nəcib  insan  olan  Monkalma  da  qismət 
oldu.  Şəhər  qapısına  tərəf  qaçan  qoşunlara  başçılıq  etdikdə  o,  ölümünə  səbəb  olan 
yara  aldı.  Öz  yarasının  ölümcül  olduğunu  bildikdə  o,demişdi:  "Mən  buna  şadam". 
Sonra o nə qədər yaşamalı olduğunu həkimindən soruşduqda öyrəndi ki, on iki saat 
ərzində ölə bilər. Onun cavabı belə oldu: "Bu olduqca yaxşıdır. Mən xoşbəxtəm ki, 
Kvebekin təslim olacağını görməyəcəyəm".  
Kvebekin  alınması  ilə  Amerikada  praktiki  olaraq  müharibə  başa  çatdı. 
Monreal  tezliklə  general  Emherstə  təslim  oldu  və  Amerikada  fransız  ərazilərinin 
mövcudluğuna  son  qoyuldu.  Yalnız  Kvebekin  təslimindən  üç  il  sonra  sülh 
müqaviləsi bağlandı. Bu Avropada davam edən və yeddi illik müharibə kimi tanınan 
böyük münaqişənin başa çatmaması ilə əlaqədar idi. Bu vaxt İspaniya Fransanı xilas 
etməyə  gəldi  və  nəticədə  1762-ci  ildə  İngiltərə  tərəfindən  işğal  edilən  Kuba  və 
Filippin  adalarındakı  ərazilərini  -  Havana  və  Manilanı  bir  müddətə  itirdi.  Onlar 
İspaniyaya verildi, həmçinin Fransa Nyu Orlean ərazisini İspaniyaya təhvil verdi.  
1763-cü  ildə  imzalanan  Paris  müqaviləsi  torpaqları  güzəştə  getmək 
əhəmiyyətinə  görə  bütün  müqavilələr  içərisində  ayrıca  yer  tutur.  İngiltərə  Kuba  və 
Filippin adalarını İspaniyaya geri qaytardı. Fransa özünün Amerikadakı bütün qalan 
torpaqlarını Böyük Britaniyaya təhvil verdi.  
Kanadadakı  və  Qərbdəki  Fransa  torpaqlarının  əldən  çıxması  Eldonkvin 
hindularını  himayəsiz  və  müdafiəsiz  qoydu.  Burada  iri  hindu  qəbilələri  fransızlarla 
harmoniyada  yaşayırdılar  və  sonuncu  müharibə  vaxtı  onların  sədaqətli  müttəfiqləri 
olmuşdular.  Fransızlar  hindulara  bərabər  və  qardaş  kimi  münasibət  göstərirdilər. 
İngilislər isə müxtəlif qəbilələri özünə dost edəndə, heç vaxt onlarla barışıqdan uzağa 
getməmişdilər.  Fransızlar  onların  arasında  yayılmaqla,  hinduları  ingilislərə  qarşı 
qızışdırdılar.  Virciniya,  Pennsilvaniya  sərhədlərində  və  Böyük  Göllər  rayonunda 
bütün  ingilisləri  qırmaq  məqsədini  güdən  qəsd  hazırlanmışdı.  Bu  böyük  hərəkatın 
lideri  Amerikadakı  ağ  irq  arasında  daha  yaxşı  tanınan  fərasətli  hindu  döyüşçüsü 
Pontiak  idi.  Pontiak  Oqtava  qəbiləsinə  məxsus  idi,  anası  isə  Ocibvey  qəbiləsindən 
idi.  O,  iki  qəbilənin  və  həmçinin  bir  neçə  başqa  qəbilənin  başçısı  oldu  və  ingilislər 
əleyhinə olan böyük qəsdin döyünən ürəyinə çevrilmişdi. 1763-cü ilin iyununda ay 

 
87 
dəyişən  gün  hər  bir  ingilis  postuna  hücum  edilməli  və  qarnizon  məhv  edilməli  idi. 
Pontiak  bir  çox  qəbilələri  gəzib  öz  natiqliyi  ilə  onları  öz  tərəfinə  çəkdi.  Hər  yerdə 
hücum  eyni  vaxtda  başladı  və  Detroyt,  Fort  Pitt  və  Niaqara  istisna  olmaqla  bütün 
ingilis  postları  qırmızı  dərililərin  əlinə  keçdi.  Müharibə  fasilələrlə  üç  il  davam  etdi, 
axırda hindular məğlub oldu və sülh müqaviləsi bağlamağa razılaşdılar. Pontiak bir 
neçə  il  sonra  Missisipi  vadisinə  getdi,  özünün  böyük  prototipi  Makedoniya  çarı 
Filipp  kimi  öz  irqindən  olan  bir  adamın  əli  ilə  öldürüldü.  Sonralar  Sent  Luis  şəhəri 
ucalan  torpaqda  o,  dəfn  edildi  və  çox  dəqiq  deyildiyi  kimi  "belə  alovlanan  qəzəblə 
nifrət etdiyi irq onun unudulmuş qəbrini ardı kəsilməyən addımlarla tapdaladı".  
Bu  dövrün  ən  məşhur  adamlarından  olan  İcmalar  Palatasının  Böyük  üzvü 
Uilyam  Pitt  kübar  olmaqla  müasir  qaydada  götürüldükdə,  heç  də  demokrat  deyildi. 
Onun  eqotizmi  (özü  barədəki  rəyi)  bu  böyük  şəxsiyyətin  ən  böyük  nöqsanı  idi.  O, 
demişdi: "Mən əminəm ki, bu ölkəni mən xilas edə bilərəm və bunu məndən başqa 
heç  kəs  edə  bilməz".  O,  Vulfu  Kvebek  yürüşünə  komandan  təyin  etdiyinə  görə 
kəskin  tənqid  olunurdu.  Keçmiş  baş  nazir  Nyukasl  deyirdi  ki,  "Pittin  yeni  generalı 
quduzdur".  Pitt  bu  sözlərə  belə  cavab  vermişdi:  "O,  quduzdurmu?  Onda  mən  ümid 
edirəm ki, mənim generallarımdan bir neçəsini dişləyəcəkdir". Pittin belə iti cavabı 
sonralar  prezident  Linkolnun  Vətəndaş  Müharibəsinin  qəhrəmanı  general  Qrant 
barədəki  bir  kəlməsində  xatırlanmışdır.  Linkolna  məlumat  verəndə  ki,  Qrant  bəzən 
içir,  sərxoş  olur,  o,  öz  istəyini  belə  ifadə  etmişdi  ki,  Qrantın  hansı  marka  viskidən 
içdiyini bilsəydi, o, başqa generalların da bu içkini içməsini arzu edərdi.  
Digər qabiliyyətli bir insan olan hindu hərəkatının məşhur komandanı Pontiak 
çox  istedadlı  sərkərdə  hesab  olunurdu.  Pontiak  iki  katib  saxlayırdı,  biri  ona  gələn 
məktubları oxumaq üçün, digəri isə onlara cavab yazdırmaq üçün. Onları bir-birinin 
gördükləri  işdən  tam  xəbərsiz  saxlayırdı.  Bir  dəfə  o,  eşitdi  ki,  onun  kanadalı  olan 
etibarlı dostuna, onu satmaq müqabilində bir buşel gümüş təklif edilmişdir. Pontiak 
dostunun  evinə  getdi  və  gecəni  onun  evində  yatıb  keçirdi  ki,  özünün  ona  olan 
etibarını göstərsin. Pontiak qeyri-adi alicənablığa malik idi.  
1763-cü  ildə  Parisdə  imzalanan  rəsmi  sülhə  görə  İngiltərə  Kanadanı,  Nova 
Skotianı,  Breton  burnunu  və  Müqəddəs  Lavrenti  körfəzindəki  bütün  adaları  aldı. 
Bütün  mübahisəli  torpaqlar  da,  o  cümlədən  Nyu  Orlean  istisna  olmaqla  Missisipi 
çayının  axını  boyu  olan  torpaqlar,  böyük  çayda  azad  üzmək  hüququ  ilə  birlikdə 
İngiltərəyə  verildi.  İspaniyadan  isə  İngiltərə  Floridanı  aldı.  Bir  il  əvvəl  Fransa 
ispanlara  özünün  Luiziana  əyalətini  təhvil  vermişdi.  Bu  Missisipi  çayının  arxasında 
böyük region olub, onun genişliyi və sərhədləri barədə heç kəs bir söz deyə bilməzdi. 
Bu  ərazi  bütün  Amerika  torpaqlarından  bir  zolaq  kimi  ayrılmışdı  və  ingilislər  öz 
koloniyalarının yeni erasına doğru irəli baxa bilərdilər.  
İngilislər qalib gəldilər, fransızlar isə uğrunda vuruşduqları hər şeyi itirdilər. 
Fransızlar  da  ingilislər  kimi  burada  uzun  müddət  olmuşdular,  lakin  bu  müharibə 
başlayanda ingilislərin əhalisinin və ya var-dövlət barədə qüvvəsinin onda birinə belə 
malik  deyildilər.  Kanadada  onların  əlli  beş  min  ağ  adamdan  ibarət  kolonistləri  var 
idi.  Onlardan  iyirmi  beş  min  nəfəri  Müqəddəs  Lavrentidən  uzun  Missisipi  vadisini 
keçməklə  körfəzə  qədər  uzanan  postların  və  xırda  kəndlərin  nazik  xəttində 
yerləşmişdi.  Ümumilikdə  isə  belə  sakinlər  səksən  min  idi.  İngilis  yaşayış 
məntəqələrində  isə  bir  milyona  qədər  kolonist  var  idi.  Onlar  əsasən  şəhərlərdə  və 

 
88 
kəndlərdə  yerləşmişdilər  və  həmin  ərazilərdə  meşələr  təmizlənmişdi,  yollar 
çəkilmişdi,  ticarət  və  dinclik  bərqərar  olmuşdu.  İngilislər  eləcə  torpaq  tutmaq  üçün 
deyil, rahatlıq və var-dövlət üçün burada məskunlaşmışdılar. Burada da həyat demək 
olar  ki,  köhnə  İngiltərə  torpaqlarındakı  kimi  gedirdi.  Fransızlar  isə  əksinə,  ancaq 
onların  hökumətinin  arzu  etdiyi  yerlərdə  məskunlaşırdılar.  Onlar  demək  olar  ki, 
müstəqil  icmalar  düzəltmirdilər.  Çox  vaxt  Fransadan  gətirilən  ərzaqdan  asılı 
olurdular.  İngilislər  yavaş-yavaş  iri  kütlələrlə  yayılırdılar.  Bunun  isə  nəticəsi  ondan 
ibarət  oldu  ki,  onlar  bütün  ölkəni  tutdular,  özlərinə  evlər  tikdilər  və  öz  yaşayışları 
üçün  işləməyə  başladılar.  Fransızlar  isə  sadəcə  sərhəd  postları  tikirdilər.  Bu  postlar 
göllərin  və  çayların  üstündə  yerləşirdi.  Onlar  yalnız  kralın  göstərişinə  əsasən 
torpaqlar tuturdular. İngiltərədən gəmilər Amerikanın sahillərinə beş həftəyə gəlirdi. 
Fransızlar  isə  göl  üzərindəki  və  ya  qərb  çaylarının  üstündəki  uzaq  postlara  gəlib 
çıxmaq  üçün  altı  aylıq  səfər  etməli  olurdular.  Müqəddəs  Lavrenti  çayı  ilin  yarısını 
buzlarla örtülürdü.  
Markiz  Dyuken  irokezləri  1754-cü  ildə  o,  hələ  qubernatorluğu  tərk 
etməmişdən  əvvəl  məsləhətə  çağırdı  və  fransızlarla  ingilislər  arasında  fərqlər 
olduğuna  görə,  öz  idarəçiliyini  onlara  təklif  etdi.  "Məgər  siz  fransızlarla  ingilislər, 
İngiltərə  və  Fransa  kralları  arasındakı  fərqi  nəzərə  almırsız?  Gedin,  bizim  kralın 
tikdirdiyi fortlara baxın. Onda siz görəcəksiniz, onun divarları altında siz həmişə ov 
edə bilərsiniz. Onlar sizin xeyriniz üçün tikilmişdir".  
Fransızlarla ingilislərin arasındakı fərq əsaslı olmaqla həyatda və idarəetmədə 
də  özünü  əks  etdirirdi.  Hər  ikisi  koloniyalardan  öz  ölkələri  üçün  xeyir  götürmək 
məqsədini güdürdü. Onlar koloniyalardakı yerin məhsullarını öz ölkələrinə göndərir 
və onları manufaktura məhsulları ilə dəyişirdilər. Ticarət heç yerdə zərər gətirmirdi. 
Lakin Fransa bu xətti bir yolla, ingilislər isə başqa yolla həyata keçirirdilər. İngilislər 
Dənizçilik  aktından  sonra  ticarəti  məhdudlaşdırmaqla  öz  kolonistlərini  məcbur 
edirdilər ki, onlar tacirlərin qoyduğu qiymətə manufaktura mallarını alsınlar. Həm də 
koloniyalarda  manufakturanı  qadağan  etməklə  və  digər  maniələrlə  ingilis 
manufaktura  sahibləri  heç  bir  rəqabətə  imkan  vermirdilər.  Məhdudiyyətlərə 
məhdudiyyətlər  əlavə  olunurdu.  1706-cı  ildə  hər  iki  Karolina  koloniyası  öz  artan 
mənfəətləri üçün yeni məhsullar istehsal etməyi öyrənib, onları İngiltərəyə göndərə 
biləcəkləri  məhsulların  siyahısına  əlavə  etdilər.  1722-ci  ildə  qunduz  xəzindən  olan 
şlyapalar  istehsal  edən  manufaktura  qurmaq  qadağan  edildi.  1750-ci  ildə  isə  dəmir 
əridən sobaların tikilməsinə kömək göstərilməsi qadağan edildi. Və məhdudiyyətlər 
İngiltərə  üçün  səmərəli  olurdu.  Koloniyalara  öz  dəmir  filizini  manufakturada  emal 
etmək qadağan olunsa da, İngiltərədən dəmir yarımfabrikatların gətirilməsi rüsumdan 
azad edilmişdi.  

 
89 
Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin