Telman Orucov



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə12/38
tarix14.01.2017
ölçüsü3,73 Mb.
#5282
1   ...   8   9   10   11   12   13   14   15   ...   38

Möhür Aktı 
 
Hökümətin  ilk  ideyası  ondan  ibarət  idi  ki,  koloniyalardan  bir  başa  yığılan 
vergilərin  300  min  funtluq  ümumi  məbləğindən  ancaq  100  min  funt  pul  tutsunlar. 
Bundan  iki  dəfə  artığı  isə  Amerikaya  göndərilməli  idi.  Lakin  okeının  o  tayına 
göndərməyə bir qəpik də olsun pul yox idi. Pullar hamısı koloniyaların xəzinələrində 
qalaraq  bu  vaxtadək  onların  inzibati  idarəçiliyi  və  müdafiəsi  üçün  xərclənmişdi. 
İngiltərədə bəzi  adamlar var idi ki, onlar yeni  siyasətin haraya  aparıb çıxaracağını 
görürdü. Lakin bunu nə Qrenvill, nə də parlament görmürdü. 1769-cu ilin  martında  
baş nazir özünün illik büdcə barədə təqdimatına qanun layihəsini də əlavə etdi və bu 
qanun  keçdi.  Buna    görə  koloniyaların  idxal  etdiyi  şərabın,  şəkərin  və  patkanın 
üzərinə  təzə  və    səmərəli  vergi  qoyulurdu.  Bu  köhnə  Dənizçilik    Aktına  yaxın 
olmaqla,  onun  genişlənməsi  idi.  Bundan    əlavə  koloniyalarda  indiyədək  
manufakturaların  sıxışdırılması  davam    edirdi.  Elə  bu  vaxt  baş  nazir  elan  etdi  ki, 
gələn il koloniyalar üçün birbaşa mülayim vergi qoyulmasını təklif edəcəkdir. 
Qrenvill  heç  də  amerikanlara    mane  olmaq  arzusunda  deyildi.  O,  düşünürdü 
ki,  onlar  etiraz  edəcəklər.  Lakin  o,  ağlına  da  gətirə  bilməzdi  ki,  onlar  tabe 
olmayacaqlar. Heç şübhəsiz, bu etirazların necə tez gəldiyinə o, təəcübləndi və onun 
Möhür Aktı sonrakı il qanuna çevrildikdə,  onların sakitcə tabe olmamaq hərəkəti və  
hiddəti baş nazirə qiyam kimi  göründü. O, Möhür Aktını 1765-ci ilin büdcəsi  ilə bir 
yerdə təqdim etmişdi. İcmalar palatası onun prinsiplərinin müzakirəsinə olduqca az 
vaxt  sərf    etdi.  Bu  qanun  heç  bir  müxalif  fikir  olmadan  keçdi.  Möhür  Aktına  görə 
Amerika    koloniyalarında  rəsmi  biznes  aparmaq  üçün  tələb  edilən  bütün  kağızlara 
görə birbaşa vergi yığılmalı idi. İlk dəfə idi ki, bu vergi koloniyaların assambleyası 
ilə razılaşdırılmırdı. 
Bəzi  palata  üzvləri  etiraz  etdilər.  Polkovnik  Barri  öz  yerindən  qalxaraq 
cəbhədən gələn bir əsgər kimi üzündəki Vulfun öldüyü Abraham  çölündəki döyüşdə 
aldığı yara ilə nazirlərə dedi ki, özünün gördüyü və uğrunda vuruşduğu  kolonistlər 
nə  məskunlaşmalarına görə, nə də öz  koloniyalarını yerləşdirilmələrinə  görə onlara 
borclu  deyillər. Onlar özləri üçün əldə etdikləri  azadlığa  malikdirlər və bu azadlıq 
üçün onlar çox qısqancdırlar və buna görə intiqam alacaqlar. Bencamin  Franklin bu 
vaxt  Londonda  idi  və  o,  Pennsilvaniya  adından  etirazını    bildirdi.  Başqa 
koloniyaların  nümayəndələri də onun kimi fəal  idi və bunu  vəd etməyə hazır idilər 
ki,  koloniyaların  qanunvericilik  orqanları  onlara  bunu  hansı  yollarla  etmək  imkanı 
versə, öz xəzinələrinə  Aktın güzəştə getdiyindən daha artıq pul köməyi edəcəklər. 
Bencamin  Franklin  bu  cəhəti    vurğulayırdı  ki,  taxt-tacın  koloniyalara 
münasibətlərində ənənəvi qaydalardan uzaqlaşması kolonistlərə  çox ağır  gəlir, onlar 
yalnız  yardım    üçün  etdikləri  müraciət  ödənildikdə    loyal  olurlar.  İndiki  yeni  vergi  
qaydası  isə  kolonistlərin    ruhu  üçün  çox    acı  yük  olacaqdır.  Lakin  qanunun    qəbul 
edilməsi  üçün  lehinə  və  əleyhinə  olan  səslərin  nisbəti  beşin    birə  nisbəti  idi.    Nə 
hökumət,    nə    də  İcmalar  Palatası  bir  tərəddüd  göstərmədi,  nə  də    qarşıdakı  pis 
nəticələri hiss  etməyi bacarmadı. 
Bu  Akt    Amerikaya    fitilin  üstünə    atılan  qığılcım  kimi  təsir  etdi.  İlk  dəfə 
amerkanlar  qorxu,  sonra  hiddət  hiss    etdilər.  Daha  sonra  isə  iğtişaş  və    açıq  tabe 
olmamaq  göstərdi  ki,    kolonistlər  nə  edəcəklərini  düşünür  və    bilirlər.  Onların 

 
97 
Londondakı    nümayəndələri  hökuməti  bəzi  xoşagəlməz    hadisələrə  hazırlayırdılar. 
Onlar  xahiş  edirdilər  ki,  onların  dostlarını    Möhür  vergisi    bölüşdürücüsü  təyin 
etsinlər. Virciniyadan olan Riçard Henri Li özü üçün yer xahiş  etdi, lakin o köhnə 
dominyonda  işlərə Londonda olduğundan başqa cür baxacaqdı. Lakin bu adamların 
özü də Amerikadakı əhval-ruhiyyəni öyrənib, mövqelərini çox tez dəyişdirdilər.  Akt 
koloniyaların  vəziyyətinə  qeyri-adi  və    sıxışdırıcı    təsir    göstərmirdi.  Bu  sənəd  
İngiltərədə əvvəllər aparılan biznesə hörmət naminə  kolonistlərdən ancaq indiyədək 
tələb olunanları tələb edirdi. Möhür gəliri belə bir  sövdələşmə xarakteri daşıyırdı. Bu 
bütün    işlərə,  arzulara,    sığorta  siyasətinə  və  gəlir  üçün  maneələri  götürmək  sənədi 
olmaqla    leqal  sənədləri,  bütün  yazılı    kontraktları  birləşdirirdi.  Koloniyaların    özü 
belə vergi qoymuşdu. İngiltərədə isə bu vergi Uilyam və Mariya dövründən istifadə 
olunurdu  və    yığılmaq  üçün  rahat  və  asan  olduğunu  sübut  etmişdi.  Massaçusets 
qubernatoru Şirli özü  təkid edirdi ki, bu vergini Parlament Amerikada tətbiq  etsin, 
baxmayaraq ki, o özü  amerikan idi. Franklin onu maddi kömək kimi  qəbul edirdi. 
Lakin  o    gördükdə  ki,    Akt  qanuna  çevrildi,  deməli  onlar  bu  sənədə  tabe  olmalı  
olacaqlar,  anladı  ki,  Amerika  tabe  olmaqdan  imtina  edəcəkdir.  Yeni  işğal  olunmuş 
Nova  Skotiyadan və  Kanadadan başqa,  Möhür vergisi heç  yerdə tətbiq edilmədi. 
Akt  1  noyabr  1765-ci  ilə  qədər  fəaliyyətə    başlamamışdı.  Lakin    bundan  hələ  çox 
əvvəl aydın olmuşdu ki, bu qanun ümumiyyətlə heç bir səmərə verməyəcəkdir. Aktın 
qəbul  olunmasından  bir  az  sonra  koloniyaların  assambleyaları  o  saatca    etirazlarını 
bildirdilər.  Bütünlüklə  qanunu  pisləmək,    qanunun    fəaliyyətə    başlamasını    qeyri-
mümkün  edirdi.  Massaçusets    assambleyası  isə  təklif  etdi  ki,    bir  neçə  koloniyanın  
nümayəndələrinin    konqressini  oktyabrda,  qanun    fəaliyyətə    başlayana  qədər 
çağırmaq lazımdır. 
Bu    müşavirə  nə  etmək  lazım  olduğunu  həll    etməli  idi.  Həmin  yaydakı 
təbliğatı və söz-söhbətləri unutmaq mümkün deyildi. 
Avqust ayında  Boston  partlayışla cavab  verdi.  Belə fövqəladə hadisə  heç 
vaxt olmamışdı. Buraya  Möhür vergisinin bölüşdürücüsü kimi təyin edilmiş Endryü 
Oliverin  portreti  küçədə    yandırıldı.  Sənədlərin  olduğu  güman  edilən  ev  dağıdıldı. 
Oliverin    iqamətgahı    darmadağın  edildi  və  mebelləri    məhv  edildi.  O,  tezliklə  öz 
ofisindən əl çəkdi. Evə girən kütlə onun şəxsi sənədlərini də məhv etdi. Gömrük evi 
qarət  edildi.  Koloniyanın  qubernator  köməkçisi    Tomas    Hatçinson  öz  həyatını 
qorumaq üçün qaçdı, yalnız qayda bərpa  ediləndə o, şəhərə  qayıtdı. Evində isə hər 
şey,  otuz ildə yığdığı kitablar da dağıdılmışdı. Binanın yalnız divarları və döşəməsi 
qalmışdı. Heç  yerdə Bostondakı kimi zorakılıq olmamışdı. 
Hər  yerdə  hay-küy  var  idi.  Payızda  aktın  qüvvəyə    minməsi  günü  gələndə 
onlar  ciddi  əhval-ruhiyyə    nümayiş  etdirdilər.  Nyu  York  da  həmçinin  evlərin  qarət 
edilməsini və mebellərin tonqalda yanması üçün istifadə edilməsini gördü. Adamlar 
tələb edirdi ki, möhürlər onların şəhər qulluqçularına verilsin. Onlar  bunları aldıqda 
hamısını  yandırırdılar.  Filadelfiyada  kvakerlərin  çoxu,  İngiltərə  kilsəsinin  adamları 
və  xeyli baptistlər özlərini Akta tabe  olan  kimi aparırdılar. Lakin  kütlə gördü ki, 
onlar  başqa  bir  şans  əldə  edə  bilməyəcəkdir.  Möhür  bölüşdürücüləri    məcbur  edildi 
ki,  öz  vəzifələrindən  imtina  etsinlər.  Lakin  onların    heç  birindən  möhürləri  almaq 
mümkün  olmadı.  İstefa  verməyən  möhür  bölüşdürücüləri  təhlükəsizliyi  qaçmaqda  
axtarırdılar. Koloniyalarda, şimalda, ya cənubda  olmağından asılı olmayaraq elə bir 

 
98 
adam yox idi ki, onun  bu nifrət edilən möhürlü kağız  parçasını paylamağa iqtidarı 
olsun. Hökumət isə gözləyirdi ki,  onlar  koloniya  xərcləri  üçün bu  vergidən  xeyli 
gəlir  götürəcəkdir. 
Koloniyaların belə qəflətən və  asanlıqla  ümumi  təhlükəni  qarşılamaq üçün 
birgə    ayağa    qalxması  və  öz  birgə    niyyətlərini  ifadə  etmələri  böyük  əhəmiyyətə 
malik  idi.    Çağırılmasını  Massaçusetsin  təklif  etdiyi  Konqress  oktyabr    ayında  Nyu 
Yorkda yığıldı. Bura doqquz koloniyadan  nümayəndə gəlmişdi. Onlar koloniyaların 
vergi  yığmaq və özünü idarə etməsi hüquqları barədə bəyanatı qəbul edib, okeanın o 
tayına    göndərdi.  Bu  bəyanat  krala  loyallıq  ifadə  etsə  də,  koloniyaları  parlamentin 
subyekti olmaması kimi təqdim  edirdi. Bununla onlar bütün dünyanın  diqqətini cəlb 
etmək  istəyirdilər. Baş nazir Qrenvill və onun kolleqaları ölkədə siyasətçilərin bəxti  
döndüyü  üçün  istefa  verməyə  məcbur  oldular  və  onların  yerini  hələ  1765-ci  ilin  
iyununda lord  Rokinqemin başçılıq etdiyi mülayim  viqlər tutdular. 
Yeni  baş  nazir    koloniyaların  etirazlarını  əsassız    saymırdı.  1766-ci  ilin 
martında müvafiq olaraq Möhür Aktı ləğv edildi. Həm də bu vaxt  bəyan edildi ki, 
koloniyada vergi  yığılması sahəsində Parlament suveren  hüquqlara malikdir. Lakin  
London  tacirləri Amerikan tacirlərinin  yükləri vergi  altında qəbul  etməmələrindən 
qorxuya düşmüşdülər, çünki  koloniyalar tabe olmaqdan imtina   etmişdilər. Heç bir 
yaxşı  nəticə əldə  edilməmişdi. Lakin bu hələ işin sonu  deyildi. Möhür Aktı qəflətən 
sərt  prinsiplərə  və  ehtiraslara  işıq  saldı.  İngiltərədə  bəzi  adamlar  onları  kifayət 
dərəcədə  yaxşı  başa  düşürdü.  Con  Adams  sonralar  demişdi  ki,  bu    xoşagəlməz 
hadisələr  1765-ci  ildə  deyil,  1761-ci  ildə    başlamışdı.  Həmin  il  bütün  koloniyalar 
Ceyms  Otisin Bostonda  əyalətin baş məhkəməsində ümumi şəhadətnamə  əleyhinə 
dediyi  sözləri  eşitmişdi.  Bu  sənədi  gömrük  qulluqçuları  tacdan    xahiş  etmişdilər  ki, 
onlara  istədikləri  vaxt  ticarət  haqqında  aktı  pozaraq,    xarici  ölkələrdən  gətirilmiş 
malları axtarmaq hüququ verilsin. Bu sənəd  təzə deyildi və Otisin etirazı bu sənədin 
fəaliyyətinə  son  qoya  bilmədi.  Bu  sənəd    əslində  şəxsi  azadlıqlara    yolverilməz 
müdaxiləyə imkan verirdi, qanun prinsiplərinə qarşı zorakılıq idi. Bu sənəd gömrük 
qulluqçularına istədikləri yeri axtarmağa  səlahiyyət verməklə  özəl yaşayış yerinə və 
ya  ictimai  anbar  binasına  fərq    qoymurdu.  Bu  onu  göstərirdi  ki,  nəhayət  hökümət 
belə qərara  gəlmişdir  ki, qiymətinə  baxmayaraq Vest İndiya və İspaniya Meni ilə 
ticarəti  kəssin.  Tezliklə  sahildə  silahlı  katerlər    qoyuldu  ki,  səmərəli  surətdə  bunun 
qarşısını alsın. Vitse-admiral  məhkəməsi təsis edildi ki, tutulan yüklər barədə işlərə 
jürinin  iştirakı  olmadan  baxsın.  Bu  ticarət  Britaniya  Vest  İndiyasında  şəkər  
becərənlərin və Londondakı tacirlərin mənafeyi  naminə kəsilirdi. 
Əgər  Yeni  İngiltərə  uzun  müddət  öz  atlarını,  mal-qarasını,  tikinti 
materiallarını,  çəlləklərini  və  balığını  Fransa  adalarına  və  İspaniya  Meninə 
göndərməsəydi və özü də oradan mübadilə qaydasında qənd və patka gətirməsəydi, 
öz  gəmilərini  çürütməliydi,  beş  minə  qədər  dənizçisini  isə  işsizliyə  və  aclığa  düçar 
etməliydi.  O  öz  mallarına  başqa  yerdə  bazar  axtarmalı  idi.  Qul  sahilləri  ilə  də  qul 
ticarəti edə bilməzdi. Möhür Aktı sonuncu hiddətləndirici sənəd oldu.  
Hökumətin  mövqeyi  daha  aydın  görünürdü.  Ona  görə  ki,  dözülməz  "Kvota 
Aktı" da Möhür Aktı ilə birlikdə fəaliyyət göstərəcəkdi. Bu koloniylarda parlament 
tərəfindən təsis edilmiş kvota dəstələrinin saxlanması idi. Və xüsusi təlimat nəzərdə 

 
99 
tuturdu  ki,  kolonistlər  dəstənin  tələbi  ilə  onları  yaşayış  yeri,  yanacaq  odunu,  yataq 
ləvazimatı, içki, sabun və şamla təmin etməlidirlər.  
Bir hiddətləndirici hadisə kolonistləri böhran nöqtəsinə yaxınlaşdırdı. 1740-cı 
ildə  Massaçusets  assambleyası  torpaq  bankı  təsis  edib,  ona  torpaqların  girov 
qoyulması  səlahiyyətlərini  verdi.  Boston  adamlarından  bəziləri  bu  bankın 
koloniyanın  biznesinə  necə  bəlalar  gətirdiyini  bildiyindən,  onların  xahişi  ilə 
parlament  bunu  öz  əlinə  keçirdi  və  ona  təzyiq  göstərməyə  başladı.  Bu  həmin 
adamların xoşuna gəlsə də, Parlament aktının birbaşa təzyiqi onların dərin hiddətinə 
gətirib  çıxardı.  Con  Adams  deyirdi:  "Akt  Torpaq  bankı  layihəsini  məhv  etdi  və 
əyalətlər üçün Möhür Aktından daha çox qıcqırdıcı ferment rolunu oynadı". 
Əyalətlərin  kilsələri  də  dərin  həyəcanda  idi,  çünki  ingilis  kilsə  xadimlərinin 
Amerikaya  keşişlər  təyin  etməsindən  qorxurdular  ki,  bu,  İngiltərə  kilsəsinin 
bütünlüklə  burada  qurulması  olacaqdır.  Kilsə  adamları  hökumətdən  daha  çox 
şübhələnən  adamlar  idilər.  Meşədə  odun  qıranlar  taxt-tacın  onları  daimi 
qıcıqlandırmasını  hiss  edərək,  kral  hərbi  gəmiləri  üçün  nəzərdə  tutulan  meşə 
materialını  götürüb,  xüsusi  təbliğat  məqsədilə  özləri  üçün  yanacaq  kimi  istifadə 
etdilər. Hər bir sinfin nümayəndələri okeanın o tayından nəzarətə götürülən hər şeyə 
şübhə  ilə  baxmaq  üçün  özlərinə  məxsus  hansısa  bir  səbəb  tapırdılar.  İndiya  ilə 
ticarətə qarşı görülən tədbirlər böyük hesabda bunların axırıncısı idi.  
Massaçusetslilər  və  Cənubun  böyük  ticarət  limanları  bu  yeni  siyasətin  ağır 
yükünü  bütün  ölkəyə  nisbətən  daha  yaxından  hiss  edirdilər.  Düşünən  adamların 
hamısı  Parlamentin  koloniyalardan  vergi  yığılmasını  birbaşa  öz  əlinə  götürməsinin 
və  müəyyən  qaydada  onları  idarə  etməsinin  onlara  hansı  təhlükəni  gətirəcəyini 
görürdü.  Virciniya  Burqesslər  palatası  bəyan  etdi  ki,  koloniyaların  özünün  vergi 
yığmaq hüququ müstəsna hüquq olmalıdır və ləğv edilə bilməz. Onlar həmçinin elan 
etdilər  ki,  virciniyalılar  onlara  verilmiş  imtiyazların  əleyhinə  parlament  fəaliyyət 
göstərdikdə,  ona  tabe  olmağa  borclu  deyillər  və  kim  tabe  olmağı  müdafiə  etsə,  o, 
koloniyanın düşməni hesab ediləcəkdir. Bu qətnamə başqa koloniyalara göndərildi və 
yanğın törədən alov təsiri bağışladı. Qətnamədəki ifadələr ilk inqilabi sözlər idi. Bu 
sənədi oxuyan hər bir kəs artıq əvvəllərdə düşündüyü kimi düşünmürdü. Bu Burqess 
palatasında  isə  əhalinin  heç  də  hamısı  deyil,  bir  sıra  siniflərin  kiçik  qrup 
nümayəndələri təmisl olunmuşdu.  
On il ərzində inqilab böyük alovla yanmağa başladı.  
Qrenvill  öz  vəzifəsini  heç  də  koloniyaları  Möhür  Aktı  yanğınına  salmağına 
görə itirmədi. Ancaq ona görə itirdi ki, onun darıxdırıcı üslubu kralın getdikcə daha 
çox xoşuna gəlmirdi və onunla münasibətlərdə hökumətin istifadə etdiyi yüksək ton 
kralı hiddətləndirdi.  
Markiz Rokinqem 1765-ci ildə onunla hökumətə gələn mülayim Viq qrupu ilə 
Möhür  Aktını  ləğv  etdi.  Bu  ləğv  heç  də  həmin  sənədin  açıq  prinsiplərinin  səhv 
olduğuna  əsaslanmırdı,  ləğv  yalnız  ona  görə  edilmişdi  ki,  bu  qanun  müqavimət 
yaratmışdı,  kolonistləri  ingilis  tacirlərindən  mal  almamağa  məcbur  etmişdi.  Buna 
görə onlar təslim olmaqla öz müdrikliklərini göstərmişdilər. Çünki okeanın o tayında 
sakit  iğtişaşlar  davam  edirdi.  Lakin  Rokinqemin  də  hökuməti  yalnız  bir  il  çəkdi. 
Qrenvillin  təhqiramiz  davranışı  kimi  onların  liberal  prinsipləri  də  kralın  xoşuna 

 
100 
gəlmirdi və 1766-cı ilin avqustunda o, hökuməti istefaya göndərdi. Artıq qraf Çatam 
olmuş Uilyam Pittin başçılığı altındakı hökumət onları əvəz etdi.  
Pitt  öz  iş  qabiliyyətini  saxlasaydı,  hər  şey  yaxşı  gedə  bilərdi.  Lakin  onun 
səhhəti korlanmışdı, onun rəhbərliyi daha sadə forma almışdı. Real hakimiyyət geniş 
dünyagörüşü  olmayan  adamların  əlində  idi.  Ona  görə  də  Amerika  yenidən  inqlabi 
əhval-ruhiyyəyə  düşdü.  Pitt  deyirdi  ki,  Möhür  Aktına  müqavimət  göstərməkdə 
kolonistlər  düzgün  hərəkət  edirlər.  Lakin  ingilis  tacirləri  üçün  ticarətə  mütləq 
monopoliya  qoyulması  təkcə  Amerika  üçün  deyil,  bütün  imperiya  üçün  idi.  Qraf 
Çatam  özünün  ağır  xəstəliyindən  sonra  koloniyaların  ticarətini  nizamlamaq  üçün 
sənəd keçirdi. Bu sənəd birinci növbədə artıq mövcud olan ticarət qanunlarının daha 
səmərəli  surətdə  həyata  keçirilməsinə  imkan  verirdi.  İkincisi  isə,  koloniyalara 
göndərilən  şəraba,  yağa,  qurğuşuna,  şüşəyə,  kağıza,  rəngkarlıq  boyalarına  rüsum 
qoyurdu.  Bu  rüsumlardan  gələn  gəlir  Möhür  vergisi  yığılanda  olduğu  kimi, 
məhkəmələrin və mülki idarələrin işinin aparılmasına maddi kömək göstərilməsinə, 
həmçinin  hərbi  müdafiə  ilə  əlaqədar  olan  xərclərə  sərf  olunacaqdı.  Kolonistlərə  bu 
Möhür  Aktı  siyasətinə  qayıtmaq  kimi  göründü.  Vergilər  müxtəlif  olsa  da,  onların 
obyekti  olduğu  kimi  qalırdı.  Öz  məhkəmələrini  və  qubernatorlarını  bu  vergilərdən 
asılı  etməmək  lazım  idi  ki,  onlar  yığılan  pulu  özlərinin  saxlanmasına  deyil,  hərbi 
dəstələrə kömək göstərilməsinə sərf etsinlər.  
Həmin hökumət Nyu York assambleyasının fəaliyyətini, burada yerləşən kral 
hərbi  dəstəsinə  ərzaq  ehtiyatı  ilə  kömək  etmədiyinə  görə,  dayandırdı.  Onlar  bunu 
1765-ci  il qanununa uyğun  olaraq  etmişdilər.  Bu  assambleya  təslim  və  tabe  olmağa 
məcbur  oldu.  Kral  artilleriyası  1766-cı  ilin  payızında  Bostona  göndərilmişdi  və 
onların  burada  qalmasının  xərclərini  qubernatorun  və  şuranın  göstərişi  ilə  koloniya 
ödəyirdi.  Yeni  vergilər  ticarətin  üzərinə  düşürdü.  Çətinlik  orasında  idi  ki,  yeni 
vergilər  köhnə  məhdudiyyətlərdən  fərqli  olaraq,  məcburi  surətdə  həyata  keçirilməli 
idi, bundan yan keçmənin qarşısı alınmalı idi.  

 
101 
İmperiyanın koloniyaları iqtisadi cəhətdən boğması  
 
Müasir  sivilizasiya  böyük  tarixi  şəxsiyyətlər  yaratmasa  da,  inkişafını  davam 
etdirirdi.  Nəql  olunan  tarixə  yaxın  dövrdə  Şekspir  Ceymstaunun  salındığı  vaxtdan 
doqquz il sonra ölmüşdü və həmin ili Harvey qan dövranını kəşf etmişdi. Dünya çox 
irəli  getsə  də,  sonralar  digər  bir  Şekspiri  meydana  gətirməmişdi  və  anatomiyaçı 
alimlər  Harveyin  kəşfinə  bərabər  olan  bir  elmi  kəşf  etməmişdilər.  Yeni  Dünya  da 
sivilizasiya yolu ilə irəliləyirdi.  
1760-cı ildə artıq Amerikadakı on üç koloniyanın əhalisi 1.600 min nəfər idi, 
onlardan dörddə biri qullar idi. Əhali əsasən Nyu Brunsviklə Florida arasındakı geniş 
regionda  yerləşirdi.  Amerika  müstəmləkə  dövründə  fermer  ərazisi  idi.  Bu  ölkəni 
məskunlaşdıran əcdadlar başlanğıcda burada sənətkarlığı olan və ya inkişaf edən heç 
bir  böyük  şəhər  tapmamışdı.  Faydası  olan  heç  bir  böyük  sənətkarlıq  onları  bu  yeni 
məkanda  gözləmirdi.  Onlar  yalnız  geniş,  becərilməmiş  bir  ərazi  -  vadilər, 
düzənliklər,  meşələrlə  örtülmüş  təpələr  tapmışdılar.  Onlar  bu  yerləri  ağacdan  və 
koldan  təmizləməli  və  gündəlik  çörək  qazanmaq  üçün  torpağı  şumlamalı,  əkməli 
idilər. O vaxtdan torpağı becərənlər milləti yarandı. Xalqın əsas kütləsi fermerlər idi. 
Yeni  İngiltərədə  isə  torpaq  münbit  deyildi.  Fermer  torpaqdan  yaşayış  üçün  vəsait 
əldə  edə  bilməzdi,  o,  inkişaf  edə  və  pul  toplaya  da  bilməzdi.  Ona  görə  də  buranın 
əhalisi  nəzərlərini  dənizə  tərəf  çevirdi.  Onlar  balıqçılara  və  dənizçilərə,  gəmi 
qayıranlara  və  tacirlərə  çevrildilər.  Onlar  balıq,  mal-qara  və  meşə  materiallarını  və 
torpaqdan  aldıqları  məhsulları  götürüb  Vest  İndiyaya,  İngiltərəyə,  İspaniyaya 
daşıyırdılar,  əvəzində  isə  geri  dönəndə  patka  və  öz  vətənlərində  istehsal  edə 
bilmədikləri bir sıra manufaktura malları gətirirdilər. Ölkədə az sayda manufakturalar 
var  idi,  xalq  özünə  lazım  olan  şeylərin  çoxu  ilə  əsasən  təchiz  olunurdu.  Yeni 
İngiltərədə  fermer  evləri  də  kasıb  idi,  ağacdan  tikilirdi.  Çünki  onların  ciddi  həyat 
tərzi  öz  ilhamını  Puritan  dinindən  alırdı.  Ev  tikənlər  rahatlığa  az  fikir  verirdilər. 
Puritanlar iri torpaq sahibləri deyildilər. Onlar kiçik fermerlər idilər. Onların hər biri 
meşə  ilə  əhatə  olunmuş  kiçik  torpaq  sahəsinə  malik  idi.  Bu  meşələrdə  yarım 
sivilizasiyalaşmış  adamlar  və  vəhşi  heyvanlar  dolaşırdı.  Lakin  onlar  şəhərdən  uzaq 
yaşaya  bilməzdilər.  Şəhərdə  kilsə  və  bazar  var  idi  və  şəhər  hinduların 
düşmənçiliyindən qorunmaq üçün yararlı sığınacaq idi. Fermerlərin çoxu kəndlərdə 
və ya onların yaxınlığında yaşayırdı.  
Nyu  Yorka  tərəf  qərbə  getdikcə  Yeni  İngiltərənin  qeyri-münbit  torpağından 
çox fərqli olan torpaqlar var idi. Hadsonun və Mohaukun böyük vadiləri çox münbit 
idi  və  bu  koloniyanın  əksəriyyət  əhalisi  torpaq  əkinçiləri  idi.  Lakin  Nyu  York 
bütünlükdə  kənd  təsərrüfatı  regionu  deyildi.  Burada  əsas  məşğuliyyət  növlərindən 
biri ticarət idi və ticarət iki növ idi - xarici ölkələrlə və digər koloniyalarla ticarət və 
bir  də  hindularla  xəz  ticarəti.  Nyu  York  Siti  bütün  dəniz  kommersiyasının  mərkəzi 
olmaqla  Boston  və  Filadelfiyanın  heybətli  rəqibi  idi.  Hindularla  xəz  ticarəti  çox 
gəlirli  idi  və  yüzlərlə  adam  bununla  daim  məşğul  olurdu.  Tacirlər  hindu  ölkəsinə 
rom,  xırdavat  əşyaları  və  qab-qacaqla  gedir  və  bunların  müqabilində  xəzlər  və  xəz 
malları  alırdılar,  bu  mallarla  Hadson  çayı  ilə  aşağı  üzür  və  Manhettendə  bunları 
əcnəbi  tacirlərə  satırdılar.  Nyu  Yorkun  əhalisinin  əksəriyyəti,  xüsusən  kənd 
yerlərində hollandlar idi və onlar öz millətinə məxsus oaln qaydalardan və adətlərdən 

 
102 
möhkəm yapışmışdılar. Onlar işgüzar, fərasətli və dindar adamlar idi, ağacdan və ya 
kərpicdən tikilmiş kiçik evlərdə yaşayırdılar. Evlərin qum döşəməsi və hündür damı 
var idi. Pəncərələr çox kiçik idi.  
Delaverdən  Pennsilvaniyaya  keçəndə  koloniya  cəmiyyətində  nəzərə  çarpan 
dəyişşikliklər  diqqəti  cəlb  edirdi.  Burada  Qərbi  Cersidə  olduğu  kimi  çoxlu  ingilis 
kvakerləri  yaşayırdı.  Lakin  onlar  sayca  başqalarından  az  idi.  Burada  almanlar, 
irlandlar,  uelslilər  və  isveçlilər  var  idi.  Kvaker  idarəçiliyinin  dözümlü  ruhu  hər 
millətdən  və  dindən  olan  adamları  cəlb  edirdi.  Amerikada  qarışıq  icmalar  və 
millətlərdən  ibarət  olan  koloniyalar  daha  dinc,  razılıq  və  Pennsilvaniyadan  daha 
demokratik  şəraitdə  yaşayırdı.  Filadelfiya  gözəl,  yaxşı  tikilmiş  şəhər  idi,  onun  düz 
bucaqlarla  kəsilmiş  düz  küçələri  var  idi.  Pennin  özü  tərəfindən  başlanğıcda  verilən 
plan  Birləşmiş  Ştatların  demək  olar  ki,  bütün  şəhərlərinin  modeli  oldu.  Bu  şəhər 
yaradılandan bir neçə il sonra əhalisinin sayında Nyu Yorku keçdi.  
Amerikada  ilk  təhsil  ocaqları  meydana  gəldikdən  sonra  bu  sahəyə  diqqət 
artdı.  Puritan  dini  maarifə  qiymət  verirdi.  1636-cı  ildə  Kembricin  yaxınlığındakı 
Nyutaunda  kollec  açmağa  səs  verdilər.  Bu  şəhər  Bostondan  üç  mil  aralıda,  qərbə 
tərəf  idi.  İki  il  sonra  gənc  keşiş  olan  Con  Harvard  kollecin  yerləşməsi  üçün  öz 
malikanəsinin 4 min dollar dəyərində olan bir hissəsini verdi, - bu o dövr üçün çox 
böyük  məbləğ  idi,  -  və  bu  kollec  onun  adını  daşımağa  başladı.  1647-ci  ildə 
Massaçusetsdə  Ali  Məhkəmə  göstəriş  verdi  ki,  hər  bir  şəhərdə  əlli  ailə  ümumi 
məktəb  yaratmalı,  hər  bir  böyük  şəhərdə  isə  orta  məktəbin  yuxarı  sinifləri 
açılmalıdır.  Bu  mükəmməl  olmayan  başlanğıcdan  Birləşmiş  Ştatların  kütləvi 
məktəbləri  inkişaf  etdi.  Yeni  İngiltərədə  məktəbdə  dərs  keçmə  müddəti  ildə  nadir 
hallarda  dörd  aydan  çox  olurdu.  Müəllimlər  isə  bəzən  gənc  ilahiyyət  tələbəsi  və 
keşiş,  bəzən  isə  hətta  mehmanxana  sahibi  olurdu.  İnqilabdan  əvvəl  yeddi  kollec 
yaradılmışdı: 1636-cı ildə Harvard, 1693-cü ildə Uilyam və Mariya, 1701-ci ildə Yel, 
1746-cı ildə Prinston kollecləri, 1749-cu ildə Pennsilvaniya universiteti, 1754-cü ildə 
Kral (Kolumbiya) və 1764-cü ildə isə Braun Universiteti. 
Koloniyalarda yol çəkilişinə, poçt şəbəkəsi yaradılmasına diqqət artırdı. Poçt 
rabitəsi  çaparlar  vasitəsilə  icra  edilirdi.  Yol  olmayanda  onlar meşələrin  içərisindəki 
cığırlardan  istifadə  edirdilər.  Poçtalyon müntəzəm  qaydada  olmasa  da  öz  vəzifəsini 
icra edirdi. Lakin o, ancaq kifayət miqdarda poçt alanda öz səfərinin xərclərini ödəyə 
bilirdi.  Bencamin  Franklin  1753-cü  ildə  baş  poçtmeyster  təyin  edilmişdi  və  bu 
vəzifədə  iyirmi  ilə  yaxın  işlədi.  Sonra  o,  tezliklə  taxt-tac  tərəfindən  maaş  verilən 
xidmətə  keçdi  və  bir  gün  Nyu  Yorka  gəlib  çıxdı.  Qəzetlər  poçtla  bir  yerdə 
daşınmırdı, ayrıca çatdırılırdı. Qəzetlərin başlıca mövzusu şer nümunələri, qulların və 
ev  nökərlərinin  qaçması  barədə,  yükün  çatması  barədə  elanlar,  Avropa  xəbərləri 
bölmələri və siyasət, əxlaq və din haqqında esselər idi. 1704-cü ildən çıxan “Boston 
Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin