Telman Orucov


Ölkənin ilk prezidenti. Siyasi partiyaların formalaşması



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə18/38
tarix14.01.2017
ölçüsü3,73 Mb.
#5282
1   ...   14   15   16   17   18   19   20   21   ...   38

Ölkənin ilk prezidenti. Siyasi partiyaların formalaşması. 
 
Xoşbəxtlikdən federalistlərin bir lideri var idi ki, ona bütün ölkə inanırdı və 
hətta  yeni  konstitusiyanın  əleyhdarı  belə  onun  əksinə  acı  söz  deməyə  və  onun 
xidmətlərini azaltmağa cəsarət etmirdi. Adamların hamısının hər yerdəki qeyri-iradı 
seçkisi  Birləşmiş  Ştatların  prezidenti  olmalı  bir  adam  kimi  Vaşinqtonun  üzərində 
dayanırdı.  
Konstitusiya müxtəlif ştatlarda elektorların seçilməsini nəzərdə tuturdu, onlar 
isə prezidenti və vitse-prezidenti seçməli idi. Onların səsvermə vərəqələri Konqressə 
göndərilməli idi ki, burada açılsın və onun iki palatasının birgə iclasında hesablansın. 
1789-cu ilin 4 martı yeni Konqressin çağırılması günü və hökumətin inauqurasiyası 
günü  təyin  edildi.  Bu  tədbirlərin  yeri  kimi  isə  Nyu  York  şəhəri  müəyyən  edildi. 
Lakin  yeni  konqressin  üzvləri  ləng  tərpəndilər  və  gecikdilər.  Onlar  Filadelfiyada 
Konstitusiyanı  qəbul  edərkən  də  beləcə  gecikmişdilər.  Yalnız  aprelin  6-da  kvorum 
toplandı  və  onlar  elektorların  səslərini  hesabladılar.  7  apreldə  onlar  1774-cü  ildən 
Konqressin daimi işçisi olan Çarlz Tomsonu Maunt Vernona göndərdilər ki, general 
Vaşinqtona  məlumat  versin  ki,  o,  yekdilliklə  Prezident  seçilmişdir.  27  apreldə 
Vaşinqton  Nyu  Yorkda  öz  vəzifəsini  icra  etməyə  hazır  idi.  O,  bu  vəzifəyə  səmimi 
olaraq  könülsüz  gəlmişdi.  O,  özünü  sadəcə  əsgər  və  bununla  yanaşı  qoca  adam 
adlandırırdı.  Öz  mülki  qabiliyyətinə  o,  şübhə  ilə  baxırdı,  dinclik  və  istirahət 
arzulayırdı.  Lakin  o,  bilirdi  ki,  gəlməyə  borculudur  və  30  aprel  1789-cu  ildə 
Birləşmiş Ştatların ilk prezidentinin inauqurasiyası keçirildi. İnauqurasiya mərasimi 
Nyu  Yorkun  Federal  hollunda  keçirilirdi.  Vaşinqton  Nyu  York  ştatının  kansleri 
Livinqston  və  vitse-prezident  seçilmiş  Con  Adamsın  müşayiəti  ilə  balkona  çıxdı. 
Onun  arxasında  Hamilton,  Rocer  Şerman,  üç  inqilab  generalı  -  Noks,  Steyben  və 
Senkler dayanmışdı. Burada Konqressin hər iki palatasının üzvləri var idi. Mərasimi 
idarə edən Livinqston prezidentin vəzifə andını elan etdi. Vaşinqton əyilib Bibliyanı 
öpdü və təntənəli səslə dedi:  
"Mən and içirəm. Qoy Allah mənə kömək olsun". Onun üzünün ifadəsi demək 
olar  ki,  qüssəli  kimi  ciddi  idi,  gözləri  kədər  ifadə  edirdi.  Livinqston  camaata  tərəf 
döndü,  əlini  yellətdi  və  qışqırdı:  "Yaşasın  Birləşmiş  Ştatların  prezidenti  Corc 
Vaşinqton". Bu sözlər adamların çoxlu alqış səsinə qarışdı və toplar atəş açdı. Bütün 
şəhərdə zənglər çalındı. Beləliklə, Amerika Birləşmiş Ştatları ilk prezidentin başçılığı 
altında öz milli həyat okeanında üzməyə başladı.  
Vaşinqtonun  inauqurasiyası  sonra  gələn  bütün  inauqurasiyalardan  vaxtına, 
yerinə  və  mərasiminə  görə  fərqli  idi.  Heç  kəs  Nyu  Yorkda,  heç  kəs  apreldə 
inauqurasiya  mərasimi  keçirmədi  və  heç  kəs  belə  təntənə  ilə  gəlmədi.  Öz 
adminstrasiyası  dövründə  Vaşinqton  ehtiramla  dəstəklənmişdi,  bu  gün  bəlkə  də  bu 
gülməli  görünə  bilər.  O,  öz  qonaqlarına  baş  əyirdi  və  heç  kəsin  əlini  sıxmırdı.  O, 
şəhərdə dörd ya altı at qoşulmuş faytonda gedirdi. Vaşinqton təbiətən kübar idi və bu 
ona  demək  olar  ki,  hətta  Avropa  monarxları  kimi  ehtiram  qazanmaq  üçün  çətinlik 
törətmədi.  O,  bir  az  sonra  Senatın  otağında  bir  neçə  dəqiqəlik  inauqurasiya 
müraciətini  etdi.  Bir  neçə  gün  sonra  Senat  və  Nümayəndələr  Palatası  prezidentin 
evinə  gəldi və rəsmi qaydada  onun inauqurasiyasına cavab  verdi. Prezident yığışan 

 
162 
Konqressə  illik  müraciətini  şifahi  qaydada  edirdi.  Bu  qayda  on  iki  il  davam  etdi, 
sonra Cefferson bu qaydanı ləğv etdi və indiki yazılı müraciət institutunu yaratdı.  
Konstitusiya  özünə  düzəliş  edilməsini  tələb  edirdi.  Lakin  bu  proses  o  qədər 
çətin  idi  ki,  qısa  düzəliş  üçün  böyük  milli  tərpəniş  lazım  gəlirdi.  İlk  dəfə  adamlar 
Konstitusiyadan  razı  qalmayanda  səbəblər  müxtəlif  idi.  Onu  ratifikasiya  edən  yeddi 
ştat  düzəlişlər  təklif  etdi,  yüzdən  çox  təklif  gəlmişdi,  çoxu  bir-birini  təkrar  edirdi. 
Təkliflər  Nümayəndələr  Palatası  tərəfindən  nəzərdən  keçirildi,  sonra  seçilib  on 
yeddiyə  çatdırıldı  və  senat  onların  sayını  12-yə  qədər  azaltdı.  Sonra  ştatlara 
göndərildi, ştatlar isə onlardan onunu ratifikasiya etdi. Bu 10 düzəliş 1791-ci il başa 
çatanda  Konstitusiyaya  əlavə  edildi.  Onlar  praktiki  olaraq  İnsan  Haqları  Billi  idi  və 
düzəlişlərin qəbulu Anti-federalistlərə güzəşt idi.  
İki əsrlik fəaliyyət göstərdi ki, Konstitusiyanın bir neçə ciddi nöqsanı vardır, 
lakin  onlar  sadə  qaydada  düzəldilə  bilinmir.  Ən  ciddi  nöqsanlardan  biri,  ştatın 
sərhədləri içərisində yaşayan əcnəbinin ştatın öz vətəndaşı kimi onun məhkəməsinin 
subyekti olması idi. Ancaq ştatın heç bir xarici əlaqəsi yox idi.  
Təkcə  1861-ci  ildə  yığışan  Konqress  müstəsna  olmaqla,  heç  bir  konqress 
1789-cu ilin yazında yığışan ilk Konqress kimi olduqca böyük məsuliyyətli bir işi öz 
üzərinə götürməmişdi.  
Konqressin  ilk  mühüm  işlərindən  biri  tarif  dərəcələrini  qoymaq  oldu.  Yeni 
hökumət ağır borc irsi qəbul etmişdi. Birinci Konqressin ikinci böyük aktı Kabineti 
yaratmaq  idi.  Üç  departament  yaradıldı.  Xarici  işlər  departamentinin  başçısı  dövlət 
katibi,  maliyyə  departamentinin  başçısı  isə  Maliyyə  katibi,  köhnə  adını  saxlayan 
departamentin  başçısı  isə  Müdafiə  katibi  adlandı.  Fransada  elçi  olan  Tomas 
Cefferson  Dövlət  katibi  seçildi.  Aleksandr  Hamilton  maliyyə  katibi,  general  Henri 
Noks müdafiə katibi oldu. Bu adamlar inauqurasiyadan beş ay sonra, sentyabra qədər 
təyin  edilməmişdi.  Bir  az  sonra  Edmund  Randolf  baş  prokuror  təyin  edildi  və 
Kabinetin dördüncü üzvü oldu. Nyu Yorkdan olan Con Cey isə ilk baş hakim oldu.  
Kabinetin  ən  çətin  məsələsi  xəzinə  məsələsi  idi  və  Hamiltonun  şəxsində 
prezident  olduqca  düzgün  seçim  etmişdi.  Daniel  Uebster  demişdi:  "O,  milli  ehtiyat 
qayasını əhatə etdi və bol sərvət axını irəli axmağa başladı. O, ictimai etimadın ölü 
cəsədinə toxundu və bu cəsəd silkinib ayağa qalxdı". Ştat borcları ştatların nüfuzunu 
azaltmaq  və  onların  özlərinin  adlandırdıqları  suverenliyin  dağıdılması  kimi 
düşünülürdü.  Bu  ümumi  hökumətə  tabe  ediləcək  və  onun  sərəncamına  keçəcəkdi, 
buna  görə  də  "harada  xəzinə  var  idisə,  orada  da  həmçinin  ürək  olmalı  idi".  Bu 
bütünlüklə  Hamiltonun  istəyi  idi.  O,  ştatın  suverenliyi  üçün  heç  nə,  hətta  ştatın 
hüquqlarını saxlamırdı. Cefferson isə ştatın borcları öz üzərinə götürməsinin tərəfdarı 
idi. Bu vaxt Nyu York bir illiyə müvəqqəti paytaxt oldu, sonra hökumət Filadelfiyaya 
köçdü və orada on illiyə (1790-1800-ci illər) qaldı.  
Minlərlə  adam  Hamiltonun  siyasətindən  narazı  idi.  Onlara  Vaşinqtonun 
geyimi,  mərasimli  qəbulları,  küçədə  təntənə  ilə  faytonda  gəzməyi  də  xoş  gəlmirdi. 
Bütün  bunlar  monarxiyanın  qorunub  saxlanması  kimi  qiymətləndirilirdi.  Lakin  bu 
cəhətlər,  maliyyə  tədbirləri  Hamilton  tərəfindən  mərkəzləşdirildiyindən,  ümumi 
təşvişin oyanması ilə əlaqədar olaraq bir müddət diqqətdən yayındı. Bu element ciddi 
qurulmuş  siyasət  əsasında  formalaşan  siyasi  partiyada  özünü  göstərdi  və  bu 
partiyanın yaradıcısı və lideri Tomas Cefferson oldu.  

 
163 
Bu dövrün iki böyük dövlət xadimi  Vaşinqton Kabinetinin həmin dövrdə iki 
üzvü  olan  Cefferson  və  Hamilton  idi.  Cefferson  Virciniyada  yüksək  aristokrat 
ailəsində anadan olmuşdu, lakin təbii demokrat idi və o, öz sinfinin müstəsnalılığına 
nifrət  edirdi.  Hamilton  dünyanın  naməlum  küncündə  qanunsuz  nikahda  olan 
valideynlərdən doğulmuşdu, özü özünü tərbiyə etmişdi və Amerikada daha çox gözə 
çarpan  aristokrata  çevrilmişdi.  Cefferson  özünə  qapılan,  çalışqan,  həyata 
filosofcasına  yanaşan  və  orijinal  bir  adam  idi.  Hamilton  parlaq,  uzağa  baxan, 
hökmlü,  lakin  orijinal  olmayan  bir  adam  idi.  O,  hökumət  siyasətini  İngiltərə 
monarxiyasından  götürmüşdü.  Cefferson  çoxluğu  sevirdi,  hər  adamda  da  onun  özü 
ilə birlikdə ümumi insanlığı görürdü. Hamilton böyük kütlədən aralı dururdu. Bu iki 
adam  bir  məsələdə  -  patriotizmdə  bir-birinə  bənzəyirdi.  Cefferson  azadlığı  etiraslı 
vurğunluqla  sevirdi,  xalqın  özünü  idarəetmə  qabiliyyətinə  onun  inamı  qeyd-şərtsiz 
idi. Hamilton da azadlığı sevirdi. Lakin onun ağlının birinci qanunu möhkəm qayda 
idi və bu hökumətin stabilliyini tələb edirdi.  
Onlar  siyasi,  sonra  isə  şəxsi  düşmənə  çevrildilər  və  öz  baş  ideyaları  üstündə 
ciddi mübahisə edirdilər. Bu nəhənglərin, titanların döyüşü idi və onların mübarizəsi 
eqoizm  xatirinə  olmayıb,  millətin  gələcəyi  üstündə  idi.  Onların  hər  biri  səmimi 
qaydada əmin idi ki, məhz digərinin siyasəti ölkə üçün dağıdıcı olacaqdır. Onların bir 
mühüm  narazılığı  yeni  Konstitusiyanın  necə  fəaliyyət  göstərəcəyinin  həll  edilməsi 
üstündə  oldu.  Ölkə  möhkəm  və  ya  zəif  olacaqdı,  demokratiya  və  ya  aristokratiya 
tərəfindən idarə olunacaqdı? Nəhənglərdən hansı qalib gəldi? Hər ikisi. Hamilton ilk 
dəfə  qalib  gəldi,  Cefferson  isə  axırda.  Hamiltonun  qələbəsi  borcların 
mənimsənilməsi,  formalaşdırılması  ilə,  bankın  yaradılması  ilə  nəticələndi,  -  bütün 
bunlar  onun  geniş  konstruktiv  nəzəriyyəsinə  müvafiq  olaraq  edilmişdi.  Axırda 
Cefferson Hamilton üzərində son qələbə çaldı və onun partiyasını həmişəlik devirdi. 
Bu gün ölkə Konstitusiyası liberal konstruksiyaya və təşəbbüsə malikdirsə, buna görə 
Hamiltona  borcludur.  Hətta  Cefferson  hökumət  üzərində  nəzarəti  əldə  edəndə,  öz 
böyük  rəqibinin  başlıca  işini  dəyişdirmək  istəmədi,  çünki  o,  bu  plankadan  yuxarıya 
baxırdı  və  onların  yaxşı  olduğunu  görürdü.  Ancaq  Ceffersonun  qələbəsi 
Hamiltonunkundan  böyük  idi.  Bu  gün  ölkə  xalqın  iradəsinə,  demokratik  hökumətə 
malikdirsə,  buna  görə  böyük  mənada  Ceffersona  borcludur.  Cefferson  öz  yeni 
partiyasını "Respublikaçılar partiyası" adlandırdı. O, möcüzəli qabiliyyətə malik olan 
lider idi.  
Vaşinqton  ümumən  Hamiltona  rəğbət  göstərirdi.  O,  ilk  müdədti  başa 
çatdıqdan  sonra  səmimi  şəkildə  ictimai  həyatdan  istirahətə  getmək  istəyirdi.  Lakin 
Cefferson və Hamiltonun hər ikisi ondan yenidən seçilməyi xahiş etdilər. Vaşinqton 
razılaşdı və ikinci dəfə yeni elektoral kollegiyanın yekdil qərarı ilə seçildi. Cefferson 
1793-cü  ilin  sonunda  Kabineti  tərk  etdi,  Hamilton  isə  bir  il  sonra  belə  hərəkət  etdi. 
Lakin onların hər ikisi öz müvafiq partiyalarının başında işi davam etdirirdi.  
Cefferson əmin idi ki, Hamilton böyük qəsdin başında durur və onun məqsədi 
respublikanı monarxiyaya çevirməkdir. Hamilton əmin idi ki, onun rəqibi fanatiklər 
partiyasının başındadır, o, bir gün qalxa və hətta hökuməti qanlı əllə tuta bilər. Necə 
ki, Fransa xalqı həmin bədbəxt ölkədə bunu etmişdi və guya ki, Cefferson anarxiya 
və parçalanmanı dəstəkləməyə qadirdir. Onların hər ikisi səhv edirdi. İlk əsas vəzifə 
yeni  hökumətə  ləyaqət,  güc  və  üstünlük  verməkdən  ibarət  idi.  Prezidentin 

 
164 
hakimiyyəti  Konqressin  hakimiyyətindən  xeyli  çox  artmışdı,  bu  da  yeni  və  köhnə 
hökumət  arasındakı  ən  başlıca  fərq  idi.  Bu  onun  üçün  edilmişdi  ki,  dövlət  təkcə 
qanunlar  tərtib  etməsin,  yaratmasın,  həm  də  onları  icra  edə  bilsin.  Vaşinqton  bilirdi 
ki, səmərəlilik və nüfuz ondan, icra orqanından heç də az dərəcədə asılı olmamalıdır. 
O, deyirdi: "Mən ayaq basılmamış torpaq üzəriylə gedirəm. Bu hərəkətin və motivin 
heç birinin iki cür başa düşülmək mövzusu olmamalıdır. Mənim davranışımın elə bir 
hissəsi yoxdur ki, o, sonralar pretsedentə çevrilməsin".  
Yeni  konstitusiya  özünün  qəbul  edildiyini  artıq  sübut  etmişdi,  yeni  hökumət 
isə  hələ  hörmət  qazanmalı  idi.  Prezident  ilk  növbədə  şəxsi  pretsedentlər  üzərində 
təkid  edirdi.  O,  ancaq  qəbul  edəcəkdir,  heç  kəsin  yanına  getməyəcəkdir,  özü  dəvət 
edəcəkdir, heç kəsdən dəvət qəbul etməyəcəkdir. Xarici hökumətlərin nümayəndələri 
onunla bir başa deyil, Dövlət Departamenti vasitəsilə əlaqə saxlayacaq və bu qaydada 
işləyəcəkdir.  Dövlət  Departamenti  ölkənin  yeni  xarici  işlər  nazirliyi  idi.  O,  ölkəni 
səyahət edərkən ştatların qubernatorları onun yanına dəvət olunmalıdır, o isə ilk dəfə 
qubernatorların yanına getməməlidir. O, ölkənin ayrı-ayrı hissələrinə səfər edə bilər 
ki,  hər  yerdə  adamlar  millətin  başçısı  kimi  prezidentin  mövcudluğunu  və  ləyaqətini 
əyani şəkildə görsünlər. O, xalqdan ağılsız qaydada aralanmağa imkan vermirdi. O, 
elə prinsiplərdə tərbiyə olunmuşdu ki, xalqa həqiqi respublikaçı ruhu ilə xidmət etsin, 
heç bir iddiaya və affektasiyaya, süniliyə yol verməsin.  
O,  küçələrdə  başqa  adamlar  kimi  gəzirdi,  özünün  Virciniya  adətlərinə  sadiq 
qalaraq at çapırdı. Lakin geyim və manera məsələlərinə, evində olduğundan bir qədər 
artıq  diqqət  yetirirdi.  Lakin  təbii  böyüklüyü,  rəsmi  cəmiyyətə  münasibəti,  adəti, 
ciddiyyəti, təəssürat yaratması ilə o, özünü yüksək dərəcədə öz hərəkətlərinə nəzarət 
edən adam kimi göstərirdi. Bu isə ona bəzi məhdudiyyətlər verirdi. Ona öz rolu ilə 
əlaqədar məsələləri həll etmək o qədər də çətin deyildi, lakin federal inzibati idarəni 
bacarıqlı işçilərlə doldurmaq o qədər də asan məsələ deyildi.  
Ambitsiyalı adamlar yeni hökumətə gözucu baxırdılar, öz ştatlarında işləməyi 
bundan  üstün  tuturdular.  Bunu  da  yalnız,  ümumiyyətlə,  siyasi  idarələrdə  işləmək 
istəyənlər edirdi. Federal idarələrə götürülməyə inandırılan adamlardan xahiş edilirdi 
ki,  təklifə  heç  nə  deməsinlər.  Xoşbəxtlikdən  elə  çox  idarə  də  yox  idi  ki,  onlara  işçi 
götürmək çətin olsun və bu idarələr üçün işçi tapılırdı.  
Hökumətin tərkibinə gəldikdə Aleksandr Hamiltonu bütün ölkə yeni və güclü 
dövlətin  ən  əsas  müdafiəçilərindən  biri  kimi  tanıyırdı.  General  Noks  da  həm 
"federalist"  kimi,  həm  də  general  Vaşinqtonun  şəxsi  dostu  kimi  tanınırdı.  Dövlət 
katibi Cefferson Konstitusiya tərtib edilərkən və qəbul edilərkən Fransada olsa da, bu 
sənədin hərarətli müdafiəçilərindən biri olmuşdu. Virciniya qurultayında Medisonla 
birlikdə  Konstitusiyanın  qəbul  edilməsi  tərəfdarı  olmuşdu.  Medison  onun  səmimi 
siyasətçi  kimi  daha  çox  xoşuna  gəlirdi, nəinki  özünün  ciddi tərəfdarı  kimi.  Cey  isə 
federalist  kimi  tanınırdı.  Bu  adamlar  təyin  olunduqdan  sonra  Konqressdən  keçməli 
idi,  burada  elə  bir  çətinlik  olacağı  düşünülmürdü.  Konqressdə  ancaq  səksən  bir  üzv 
iştirak  edirdi  və  onların  hamısı  da  müzakirədə  iştirak  etdi.  Rod  Aylend  və  Şimali 
Karolina  birliyə  gələnə  qədər  senatda  iyirmi  iki,  Nümayəndələr  Palatasında  əlli 
doqquz üzv var idi.  

 
165 
Con  Adamsın  vitse-prezident  seçilməsi  adminstrasiyaya  daha  artıq  çəki 
verəcəkdi, onun federalizm tərəfdarı olması, vətəndə və xaricdə milli mənafeyi təmsil 
etməsi də əhəmiyyətsiz məsələ deyildi.  
Con  Adams  Böyük  Britaniyada  yeni  respublikanın  ilk  səfiri  olmuş  və  orada 
özünü və öz ölkəsini bir dövlət xadiminə xas olan xüsusiyyətlə və namusla hörmətə 
mindirmişdi. O, Parisdə və Haaqada olarkən özünü sayıq, həmişə faydalı və səmərəli 
fəaliyyət  adamı  kimi  göstərmişdi.  Ona  görə  də  Nyu  Yorkdakı  öz  yeni  vəzifəsinə 
siyasət və əxlaqın yüksək ənənələrini gətirmişdi.  
Lakin  ilk  vaxtlardan  Konqressin  palatalarında  fikir  ayrılığı  meydana  gəldi. 
Konqresmenlərin bir çoxu konstitusiyaya görə yeni hakimiyyətlərin liberal qaydada 
yaradılmasına  meyl  edirdi.  Digərləri  həyəcanla  ona  qarşı  çıxırdılar,  hər  bir 
mühafizəkarlıqdan  yuxarıda  dayanan  ciddi  metodları  təklif  edirdilər.  Yeni 
Konqressin  vəzifəsi  yeni  hökuməti  təşkil  etməkdən  başqa  bir  şey  deyildi.  1789-cu 
ilin  sentyabrında  konqress  öz  qərarı  ilə  Konstitusiyanın  nəzərdə  tutduğu  Ali 
Məhkəməni təsis etdi, bu məhkəməyə altı hakim verildi ki, bunlardan biri baş hakim 
olmalı idi.  
Həyata keçirdiyi siyasi tədbirlər hökumətin bütün fəaliyyətinə qüvvə və inam 
verirdi. Bu Konstitusiyanın həyata keçirilməsinə də müsbət təsir göstərirdi.  
Lakin  Konstitusiyaya  adamların  ayrılmaz  hüquqlarının  və  ştatların 
təhlükəsizliyinə  dair  əlavələr  edilməsi  zəruriyyəti  meydana  gəldi.  Bunu  təkcə 
Virciniya  deyil,  Şimali  Karolina,  Cənubi  Karolina,  Nyu  York,  Massaçusets  və  Nyu 
Hempşir  ştatları  təkid  edirdi.  Konstitusiyanın  baş  müdafiəçilərindən  ikisi  müxtəlif 
müşavirələrdə  vəd  edirdilər  ki,  əlavələr  ilk  mümkün  olan  anda  qəbul  ediləcəkdir. 
Konqress tezliklə on iki əlavə təklif etdi, bu on iki əlavədən ştatlar onunu qəbul etdi. 
Onlardan  səkkizi  Magna  Carta,  hüquqlar  Petitsiyası,  İstiqlaliyyət  Deklarasiyası  və 
hüquqlar  haqqında  Virciniya  Billindəki  mətndən  götürülmüşdü.  Onların  təcəssüm 
etdirdiyi  prinsiplər  ingilis  konstitusiya  tarixinin  uzun  prosesindən,  ingilis 
məhkəmələrinin  pretsedentlərindən  və  ingilis  məhkəmə  prosesləri  təcrübəsindən, 
xartiyalardan,  konstitusiyalardan  və  köhnə  parlament  protestlərindən  gəlirdi.  Bu 
əlavələr şəxslərin dinə hörmət, söz azadlığı, hərbi xidmət və ordudan istifadə etmək 
və ona kömək etmək, özünə haqq qazandırmaq, qanunun müəyyən etdiyinə müvafiq 
qaydada  mühakimə  olunmaq  və  jüri  məhkəməsi  tərəfindən  mühakimə  olunmaq, 
cinayət  ittihamı,  cəza  verilməsi  və  zaminə  götürməyin  dəqiqliyi  barədə  insan 
hüquqlarına  federal  hökumətin  müdaxilə  etməsi  halına  qarşı  təhlükəsizliyi  nəzərdə 
tuturdu.  Onuncu  əlavə  elan  edirdi  ki,  Konstitusiya  tərəfindən  Birləşmiş  Ştatlara 
ötürülməyən və ştatlara qadağan edilməyən səlahiyyətlər müvafiq qaydada ştatlara və 
xalqa məxsusdur.  
Konqress  bu  hərəkəti  ilə  Konstitusiyanı  ölkənin  inamına  və  azadlığa  uyğun 
gəlməyən  xarakteri  daşıyan  şübhələrdən  qurtarmaqla,  ali  prinsiplərə  sədaqətini 
göstərdi. Onun nəzərdə tutduğu digər tədbirlər nə yeni hökumətə haqq qazandırmırdı, 
nə də onu ittiham etmirdi, ancaq onun fəaliyyətinə səmərəlilik verirdi.  
Sessiyaların  başlıca  işi  hamının  razılığına  əsasən  kommersiyanı  səmərəli 
aparmaq  və  nizamlamaq  üçün  ölkənin  maliyyə  imkanlarını  hərəkətə  gətirmək  idi. 
Konqress  dünya  bazarında  və  dünya  banklarında  Birləşmiş  Ştatların  özünü  təsdiq 
etməyə qeyd-şərtsiz nail olmasını tələb etdi. Konqress bu işlərdə özünü Hamiltonun 

 
166 
idarəçiliyinə  verdi.  Gənc  maliyyə  naziri  tərəfindən  verilən  təkliflər  onun 
qabiliyyətinə uyğun gəlirdi. Öz nöqteyi-nəzərini isə o, özünəməxsus açıqlama ilə və 
birbaşa  elan  edirdi.  Onun  əsas  qayəsi  Amerikanın  nüfuzunun  artmasına  köməklik 
göstərmək, ədalətin çağırışına cavab vermək, torpaq mülkiyyətini onun öz dəyərində 
bərpa  etmək,  kənd  təsərrüfatında  və  kommersiyada  yeni  mənbələri  hərəkətə 
gətirmək,  ştatların  birliyini  möhkəmləndirmək,  xarici  hücumlara  qarşı  onların 
təhlükəsizliyi üçün əlavə işlər görmək, düzgünlük və liberal siyasət əsasında ictimai 
qayda  yaratmaqdan  ibarət  idi.  O,  hər  bir  məsələdə  konstruktiv  dəlil  gətirməyi 
bacarırdı.  O,  təkid  edirdi  ki,  konfederasiyanın  köhnə  xarici  borclarını  hökumət  öz 
üzərinə götürüb, onları bütünlüklə ödəməlidir. O, güman edirdi ki, Konfederasiyanın 
daxili borcları da, onların möhtəkirlərin əlinə keçməsinə baxmayaraq pulun kursuna 
uyğun  olaraq  ödənilməlidir.  O,  fikirləşirdi  ki,  milli  bank  hökumətin  maliyyə  agenti 
kimi xidmət etməlidir. Bu təkliflərdən hər birinin üzərində Konqress işləyir və onları 
qəbul  edirdi,  əlbəttə  ki,  bu  heç  də  mübahisəsiz  getmirdi  və  axırda  qəbul  olunurdu. 
Burada  daha  mühafizəkar  adamlar  da  toplanmışdı.  Hətta  Konstitusiya  Konventində 
olduğu  kimi,  bir  çox  məsələlər  üzrə  palatalarda  aparıcı  rol  oynayan  Medison  belə 
tərəddüd edir və geri çəkilirdi.  
Cefferson getdikcə artan qızğınlıqla Kabinetdə və ondan kənarda etirazını bildirirdi. 
Hərəkət xəttləri özünü göstərdikcə və aydınlaşdıqca partiyalar formalaşmaqla, özünü 
müəyyən  edir  və  bir-birindən  ayrılırdılar.  Şübhəsiz  Hamiltonun  niyyəti  bu  idi  ki, 
varlı  adamlara  və  sahibkarlara  onların  maliyyə  imkanlarını  nəzərə  alaraq  dövlət 
dəstək versin, daha da varlanmaq üçün onlara şərait yaradılsın, bununla da hökumətə 
böyük iqtisadi mənafe köməyi təşəkkül tapsın.  
Bu  tədbirlərdən  də  bir  neçəsini  Konqress  qəbul  etdi,  Milli  Bank  yaradıldı. 
Yeni  hökumət  ona  verilmiş  hakimiyyətlə  heybətli  görünürdü.  Konstitusiya 
Konqressə Birləşmiş Ştatların yeni bankına bənzər korporasiyalar yaratmaq hüququ 
vermişdi.  Hamilton  bununla  razılaşmayaraq  mübahisə  edirdi.  O,  hakimiyyəti 
hökumətin  əlində  cəmləşdirmək  istəyirdi.  Onun  bütün  planı  açıldıqda,  Medisonla 
birlikdə federalistlərin çoxu geri çəkildi. Cefferson hökuməti tərk etməmişdən əvvəl 
müxalifətin  yeni  partiyasının  həqiqi  liderinə  çevrildi.  Əvvəllər  onun  müxalifəti 
örtülü, sonra isə açıq oldu. Bu partiya özünü Demokratik Respublikaçılar adlandırdı 
və  insan  hüquqlarının  xilaskarı  hesab  edirdi.  Lakin  Vaşinqton  da  Konqress  kimi 
Hamiltonun liderliyini qəbul edirdi.  
İki il keçdikdən sonra - 1791-ci ildə yeni Nümayəndələr Palatası, yeni Senatın 
bir  hissəsi  seçildi.  Lakin  artıq  bir  çox  məsələlərdə  uğur  qazanan  federalistlər  və 
hökumətin  ilk  siyasəti  dayana  bilmədi.  Bu  dövrdə  -  21  noyabr  1789-cu  ildə  Şimali 
Karolina və 29 may 1790-cı ildə Rou Aylend birliyə daxil oldular və yenidən ştatlar 
tam  bir  yerə  yığışdı.  Sonra  iki  ştat  da  - Vermont,  onun  ərazisinə  Nyu  York  və Nyu 
Hempşirin  hər  ikisi  iddia  edirdi,  1791-ci  ilin  martında,  Virciniyanın  övladı  olan 
Kentukki isə 1792-ci ilin iyununda Birliyə əlavə olundu. Beləliklə, nəhayət Birləşmiş 
Ştatlar quruldu. Kentukkinin birliyə daxil olması göstərdi ki, varlı Qərb üzünü yeni 
dövlətə  tərəf  döndərir.  Ölkəni  bir  yerdə  saxlamaq  üçün  nəhayət  həqiqi  hökumət 
yaranmışdı.  Bunu  Konfederasiya  haqqında  qanunları  qaydaya  salmağa  çağıran  və 
özlərini  real  hökumət  kimi  sübut  edən  adamların  başçılığı  altında  Amerika  xalqı 

 
167 
etmişdi. Vaşinqtonla birlikdə bu adamların rəhbərliyi altında hökumət təsis edilmiş, 
bu hökumətə az müddətdə etimad yaranmış və o dünyada baş qaldırmışdı.  
General  Vaşinqton  ilk  adminstrasiyanın  fəaliyyətinə  əməli  surətdə  başçılıq 
edirdi, ona ton verirdi, istiqamətləndirirdi, yeni hökumətə dinamiklik prezumpsiyası 
verməyə  çalışırdı.  Onun  prezidentliyinin  ikinci  dövrü  çətinliklərlə  müşaiyət 
olunurdu. 1789-cu ildə olduğu kimi 1792-ci ildə də prezident yekdilliklə seçildi. Con 
Adamsa isə yetmiş yeddi səs verildi və çox səs aldığına görə, o, ikinci müddətə vitse-
prezident  seçildi.  Konqress  seçkilərində  isə  seçicilərin  səs  verməsi  federalistlər 
tərəfindən  Hamiltonun  proqramının  icra  edilməsi  üçün  görülən  güclü  və  ardıcıl 
tədbirlərə  qarşı  rəylərin  reaksiyasının  düzgün  və  səhvsiz  olduğunu  göstərdi.  Yeni 
Nümayəndələr Palatasında çoxluq Ceffersonun arxasınca gedən adamlara məxsus idi. 
Onlar artıq müxalifət yox, açıq etiraz partiyası formalaşdırırdılar. Azacıq dəyişilmiş 
Senatda  isə  üstünlük  federalistlərə  məxsus  idi.  General  Vaşinqton  isə  bütün  işlərdə 
özünə əmin olan lider kimi qalırdı. Lakin bir təəccüblü iş də baş verirdi ki, azlıq fəal 
siyasəti  və  işlərin  idarə  olunmasını  öz  əlində  saxlayırdı.  Onların  gücü, 
konstitusiyanın prinsiplərinin qorunmasına və qəbul edilməsinə əsaslanırdı.  
İstiqlaliyyət müharibəsi demokratik çevriliş əmələ gətirmişdi və bu proseslər 
bir başa xalqın hakimiyyəti olmayan bütün hökumətləri gözdən salmışdı. Yerli əlaqə 
komitələrini inqilab həqiqi rəy orqanlarına çevirmişdi. Şəhər mitinqləri və əyalətlərin 
assambleyalarındakı  xalqın  nümayəndələri  onlar  davam  edən  vaxtlarda  siyasət 
yaradırdılar. Özü də demək olar ki, bu son günlərin tam azadlıq şəraitində gedirdi və 
müharibə qurtardıqdan sonra da öz sərbəstliyini saxlayırdı.  
İmtiyazlı  və  şərəfli  siniflərdən  olan  adamlar  köhnə  ənənələri  saxlayırdılar. 
Lakin  axırda  onların  üstünlüyü  yoxa  çıxırdı.  Kübar  imtiyazları,  anadan  olandan  və 
təcrübədən  gələn  təbii  pretsedentlər  tezliklə  hörmətdən  düşdü.  Ümumi  adamlar 
kütləsi  öz  liderlərini  irəli  çıxardı,  şəhər  mitinqlərində  və  özlərinin  yaratdıqları 
könüllü təşkilatlarda onlar fəaliyyət göstərməyə başladılar. Qüvvələr sakitcəsinə eyni 
səviyyəyə endi, bərabərlik siyasətçilərin əsas prinsipinə çevrildi, yerli muxtariyyət və 
birbaşa seçkilər siyasi təşkilatın standartları və modeli oldu. 1787-ci il Konstitusiya 
qurultayının  icad  etdiyi,  Vaşinqton  və  Hamiltonun  güc  və  nüfuz  verdiyi  mərkəzi 
hökumət  təsis  edildikdə,  onların  rəyinə  görə  bu,  baş  muxtariyyətin  və  xalqın 
dövlətinin  səs-küylü  demokratiyasının  bir  qanadı  idi.  Demokratik  inqilabın 
ideallarına  vurulmuş  adamların  çoxu  onun  uğurlu  qurulmasından  elə  bil  ki, 
uduzmuşdular və ondan imtina edirdilər.  
Federalistlər  isə  köhnə  qüvvə  və  nüfuzla,  təmiz  demokratiyaya  nifrətləri  ilə 
uzun  müddət  xalqın  rəğbətinə  bel  bağlaya  bilməzdilər.  Cefferson  onları  yoxlamağa 
və yeni hökumətin hakimiyyətini kiçik ölçüyə gətirmək uğrunda ehtirasla mübarizə 
aparmağa hazır olan adamları tapmışdı.  
Azlıq  at  üstündə  indi  müvəqqəti  idi.  Yalnız  güclərinə  və  səmərəli  iş 
aparmalarına  görə  onlara  idarə  etməyə  icazə  verilmişdi  və  yaratdıqları  hökumətə 
müəyyən  forma  vermək  üçün  bu  işdə  onlardan  istifadə  etmək  ehtiyacı  da  az  rol 
oynamamışdı. Bu xalq əslində sınaqdan çıxmamış yeni birliyə daxil olan kənd əhalisi 
idi. Xalqın İngiltərə ilə əlaqələri kəsildikdən sonra kübar nümunələri yox idi. Onları 
öz sadə ehtiyaclarını, sadəlövh dünyagörüşlərini, ümid bağladıqlarını elan etməkdən 
başqa  heç  nə  maraqlandırmırdı.  Axı  bu  ərazi  heç  də  böyük  müddətə  geniş  və 

 
168 
rəngarəng  imperiyanın  bir  hissəsi  olmamışdı.  Onlar  qorxurdular  ki,  yeni  mərkəzi 
hökumət onların dağıtdıqları və okeanın o tayından olan hökumətin yerini tutacaqdır. 
Bu  hökumət  öz  hakimiyyəti  ilə  hətta  kral  və  parlament  hakimiyyətindən  xalqı  daha 
yaxşı  əməkdaşlıqda  və  birlikdə  saxlasa  belə,  bu  qorxu  azalmırdı.  Hətta  rəylər 
könülsüz  olaraq  bununla  razılaşsa  da,  onlar  Hamiltonun  səlahiyyətlər  haqqındakı 
bədnam ali fikirləri ilə razılaşmırdı.  
Bu  həqiqət  idi  ki,  xalq  təbii  liderlər  hesab  etdiyi  adamların  arxasınca  uzun 
müddət  getmək  vərdişini  birdən-birə  dəyişə  bilməzdi.  Onların  cəmiyyəti  köhnə  idi, 
onların  federasiyası  keçmişə  çox  dərin  kök  atmışdı,  onların  düşüncələri  köhnə 
ənənələrlə  dolu  idi.  Koloniyalardan  çoxu  birliyin  içərisində  öz  əsas  qanunlarını 
bütünlüklə islahatlara uğratmaqla, özlərini dəyişdilər.  
1790-cı  ildəki  birinci  siyahıya  alınan  dörd  milyonluq  əhalidən  ancaq  yüz 
iyirmi min nəfəri səsvermə hüququna malik idi. 1792-ci ildə Kentukki Birliyin ştatı 
olduqda onun konstitusiyası, öz qabaqcıl liberallığı ilə belə, ümumi səsvermə hüququ 
haqqında  heç  nə  demirdi,  yalnız  adamların  yaş  və  yaşadığı  yer  xüsusiyyətlərini 
səsvermə  üçün  şərt  kimi  qeyd  edirdi.  Dörd  il  sonra  Birliyə  gələn  Tennessi 
Konstitusiyasında  bəyan  edilirdi  ki,  yalnız  sahibkarlar  və  azad  adamlar  səs  verə 
bilərlər. Hər ştatda qanunvericiliyin aşağı palatasındakı üzvlük üçün mülkiyyət senzi 
var  idi.  Sahibkarların  Birləşmiş  Ştatların  senatına  seçilmək  hüququna  malik  olması 
üçün elə şərtlər göstərilirdi ki, elə bil ki, bu orqan yalnız mülkiyyətçi sinif üçündür. 
Həm qanun, həm də qədim var-dövlət adəti və sosial nöqteyi-nəzərlər onlara elə bil 
ki, həm də siyasi imtiyazlar verirdi.  
Lakin qanun və adətlər artıq bu məsələlərdə ictimai rəyin təzyiqini hiss edirdi. 
Kəndli  əhalisi  sosial  məhdudiyyətlərin  əleyhinə  idi.  Onlara  xas  olan  sadə  həyat 
ağılsız  iddialar  yaratmışdı.  Sahibkarlıq  hərəkatını,  onun  sərhədlərindən  tutmuş  hər 
yerdə  şəxsi  adamlar  meydana  gətirirdilər,  onlar  arasında  mülkiyyəti  olanlar  da  var 
idi,  mülkiyyəti  olmayanlar  da.  Bu  adamlar  təkcə  enerjiyə  və  təşəbbüsə  mailk  idilər. 
Yeni  milli  hökumət  isə  iqtisadiyyatın  necə  qurulmasını  uzun  müddət  gözləyə 
bilməzdi.  
İlk Konqress Konstitusiyaya uyğun olaraq prezidentin necə adlandırılmasını, 
"Əlahəzrət"  və  ya  "Alihəzrət"  deyə  çağırılmasını  müzakirə  edərkən  və  ya  rəsmi 
qəzetlərdə  həmin  ifadələr  yazılarkən  bu  ciddi  həyəcana  səbəb  oldu.  Cənubi 
Karolinadan  olan  Tuker  haray  çəkirdi:  "Bir  adamın  yüksəldilməsi  və  bütün  qalan 
adamların  alçaldılması  millətin  ləyaqətini  özündə  ifadə  edirmi?".  Bu  həqiqi  hiddət 
fırtınası  qaldırdı,  hətta  palatalar  prezidentə  maaş  təyin  edilməsi  barədə  ilk  qanunu 
qəbul  edəndə,  çox  təhqiredici  izahlar  meydana  çıxdı.  Bu  qanunla  prezidentə  ildə 
iyirmi beş min dollar, vitse-prezidentə beş min dollar, senatorlara və Nümayəndələr 
Palatasının  üzvlərinə  Konqressin  sessiyaları  dövründə  gündə  altı  dollar  və 
Nümayəndələr  Palatasının  spikerinə  isə  gündə  on  iki  dollar  verilməsi  qərara  alındı. 
Bu da məlumdur ki, general Vaşinqton bu maaşı qəbul etməkdən imtina etdi və onun 
prezident  olduğu  dövrdə  təsdiq  edilmiş  maaş  baş  magistrata  verildiyindən  nominal 
olaraq qaldı.  
Konqress  ətrafdakı  rəyləri  yaxından  hiss  edirdi  və  prezident,  həm  də  onun 
məsləhətçiləri  görürdülər  ki,  bir  palata,  sonra  isə  digər  palata  şübhə  əhval-
ruhiyyəsindədir.  General  Vaşinqtonun  ətrafına  toplaşan  federalistlərin  prezident 

 
169 
yanında yeni "saray" yaratmaq cəhdləri qorxusuna görə, onlar daim müşahidə altında 
saxlanırdı. Prezidentə yaxın olan adamların tənqidçilərinin qeyri-normal münasibəti, 
onların özlərinin köklü dərəcədə fərqlənən sadə həyatına əsaslanırdı. Qəsdlərdən və 
uzurpatsiyalardan, kübar iddialarından qorxu, onların okeanın o tayındakı tam fərqli 
dünyadan  daddıqlarından  və  bu  barədə  özlərinin  bildiklərindən  irəli  gəlirdi.  Onların 
gələcəyə  qabaqcadan  baxışında  və  yaşadıqları  dövrün  bütün  tənqidində  tiraniyanın 
bütöv  spektri  özünü  büruzə  verirdi.  Onlar  qubernatorların  təkcə  xidmətçi  olmasını, 
bir  sinfə  və  ya  bir  xüsusi  mənafeyə  xidmət  etməsini  deyil,  bütün  əhaliyə  xidmət 
etməsini  zəruri  sayırdılar.  Heç  bir  cəmiyyət  belə  radikal  əsasla  demokratik  ola 
bilməzdi.  
Kənd  təsərrüfatı,  şimal  balıq  ovu  və  limanlardakı  kommersiya  -  onların 
məhsulları,  meşə  materialı,  dünya  bazarı  üçün  duzlanan  balıqlar,  hər  bir  sahilə  yan 
alan  gəmilər,  bütövlükdə  bunlarda  kiçik  ölkənin  federasiyasının  başlıca  maraqları 
cəmlənirdi.  Bu  ölkənin  tarlalardan  daha  çox  meşələri,  əkin  sahələrindən  daha  çox 
geniş  çölləri  var  idi.  Paltarlarının  çoxunu  bu  adamlar  özləri  üçün  kətandan 
düzəldirdilər,  dəridən  və  maral  dərisindən  özlərinə  ayaqqabı  tikirdilər.  Onlar 
kolonistlər kimi olduqları dövrdə İngiltərə qanunu bu malları ixrac etməyi qadağan 
etmişdi, indi bu qadağa dünənə məxsus idi. Hər ikinci koloniyada gəmi qayırılırdı və 
bu  gəmilər  yalnız  çörək  məhsullarını  və  ya  meşə-materiallarını,  tütün  və  indiqo 
yükünü daşıyırdı. Konstitusiya qurultayı çağırılan 1787-ci ildə az-çox miqdarda olan 
pambığın  hamısı  ixrac  üçün  toplanmışdı.    Hətta  limanlarda  belə,  tacirlər  və  gəmi 
sahibləri,  pul  sələmçiləri  və  mexaniklər  heç  də  çox  sayda  deyildilər.  Bütün  ölkədə 
qeyd  olunan  ölçüdə  altı  şəhər  var  idi.  Ölkə  əhalisinin  yarısının  yerləşdiyi  cənub  isə 
iki şəhərə – Baltimora və Çarlstona malik idi. Bu şəhərlərin əhalisinin Filadelfiyanın, 
Nyu-Yorkun, Bostonun və Salemin, yəni digər dörd şəhərin üstünə gəldikdə, onların 
ümumi  əhalisi  o  qədər  də  çox  deyildi.  Virciniya  ölkənin  ümumi  əhalisinin  beşdə 
birinə  malik  olduğu  halda,  onun  ümumiyyətlə  bir  şəhəri  belə  yox  idi.  Bu  ölkədə 
ancaq  beş  gündəlik  qəzet  var  idi,  bu  qəzetlər  də  poçt  xərcləri  ağır  olduğuna  görə, 
poçtla  göndərilə  bilmirdi.  Bu  ölkədə  yetmiş  beş  poçt  idarəsi  var  idi,  onların  çox  az 
hissəsində işləri həftədə iki dəfə poçt daşıyan atlı adamlar görürdü.  
Əlamətdar  hal  o  idi  ki,  müharibələrə,  şübhələrə  və  tale  risqinə  baxmayaraq 
ölkənin əhalisi artırdı. İstiqlaliyyət müharibəsi başlayanda koloniyaların əhalisinin iki 
milyon yeddi yüz min nəfər olması ehtimal olunurdu, bura qaralar və ağlar, qullar və 
azad  adamlar  daxil  idi.  Konstitusiya  fəaliyyət  göstərəndə,  1790-cı  ildə  aparılan 
əhalinin ilk siyahıya alınmasında əhalinin sayının dörd milyona yaxın olduğu aşkar 
oldu  və  bu  on  dörd  bədbəxt  il  ərzində  əhalinin  sayı  bir  milyon  iki  yüz  min  nəfər 
artmışdı.  Bu  hesablamaya  girən  yeni  adamlar  heç  də  liman  şəhərlərinin  əhalisinin 
sayını  artırmadı.  Əksər  hallarda  onlar  torpaq  götürür  və  azad  cəmiyyətdə  torpaq 
sahiblərinə çevrildilər.  
General  Vaşinqton  ikinci  müddətə  prezident  seçilənə  qədər  olan  dövr  siyasi 
iqlim  yaxşı  olaraq  qalırdı.  Kiçik  qısqanclıq,  barışmaz  tənqid  partlayışı  onun 
fəaliyyətinə mane ola bilmirdi. Yeni qurulan dövlət öz ilk uğurlu addımlırını atırdı. 

 
170 
Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin