TELMAN
XƏLİLOV, MAYA ZEYNALOVA
QLOBAL
EKOLOJİ PROBLEMLƏRİ
(Ali m
əktəblər üçün dərs vəsaiti)
Az
ərbaycan
Respublikası
T
əhsil
Nazirliyinin 17.03.2014-cü il 307
№-li
q
ərarı ilə təsdiq edilmişdir
Bakı – 2014
2
Elmi redaktoru: prof.
Ş.Y.Göyçaylı
R
əyçilər:
prof. c.e.d. T.H
əsənov
c.e.ü.f.d.
N.Ə.Paşayev
T.A.X
əlilov, M.Ə.Zeynalova Qlobal ekoloji problemləri (Ali
m
əktəblər üçün dərs vəsaiti). Bakı, “MBM”, 2013, 212 səh.
D
ərs vəsaitində Bakı Dövlət Universitetinin «Ekologiya və
torpaqşünaslıq» və «Coğrafiya» fakültələrində tədris olunan
«B
əşəriyyətin qlobal ekoloji problemləri» mövzusunun məğzi
açılır.
D
ərs vəsaitində bəşəriyyətin tarixi ərzində üzləşdiyi ekoloji
probleml
ərin yaranma tarixi, onların yayılma tarixi, təzahür
formaları və bu problemlərlə mübarizə yollarından bəhs olunur.
D
ərs vəsaitində əsasən Bəşəriyyətin ən əsas qlobal ekoloji
probleml
əri, ətraf mühitin mühafizəsi, qlobal ekoloji böhranlar,
sülh v
ə tərksilah, demoqrafik problemlər, ərzaq problemləri,
enerji v
ə xammal problemləri, qlobal iqlim dəyişiklikləri, ozon
qatı, qlobal səhralaşma, Dünya okeanının qlobal problemləri,
qlobal kosmik probleml
ər, səhiyyə problemləri, narkomaniya və
terrorçuluq probleml
əri və s. haqda ətraflı məlumat verilir.
D
ərs vəsaiti yuxarıda göstərilən fakultələrin tələbələri,
magistrl
əri üçün nəzərdə tutulur. Kitabdan doktorant, orta məktəb
mü
əllimləri və geniş oxucu kütləsi də istifadə edə bilər.
3
GİRİŞ
Qlobal, ümumplanetar ekoloji probleml
ərin yaranması –
yeni, insan h
əyatına XX əsrdə daxil olmuş problemdir. İnsan
daima
ətraf mühitlə əks münasibətdə olmaqla – qazır, sökür,
yandırır və planetin sərvətlərini məhv edir, suyun və havanın
strukturunu d
əyişir, torpaqların məhsuldarlığını azaldaraq
ka
sıblaşdırır və bu idarə olunmayan prosesi bəşəriyyətin in-
kişafı adlandırırlar. Bu vaxta qədər sürətlə inkişaf edən Yer
kür
əsi əhalisini təbii resurslarla təmin etməkdə heç vaxt ətraf
mühit
ə belə təhlükəli formada narahatçılıq olmamışdır. Əv-
v
əllər insan heç vaxt ətraf mühitə belə qüvvətli təsir etmə-
mişdir.
Antropogen ekoloji f
əlakətlərdən fərqli olaraq insanın
biotaya (biosferin bütün
canlı orqanizmlərinin cəmi) təsir
ed
ən indiki epoxası qlobal xarakter alır, bir və ya bir neçə
ekosisteml
ərlə kifayətlənməyərək bütün planeti əhatə edir.
Elmi-texniki inqi
labın təsiri biosferin iri miqyaslı dəyiş-
dirilm
əsinə gətirib çıxarır, dərin izlər buraxaraq ekoloji təza-
hürl
ərin yaranmasına səbəb olur. Elə bütün bunlara görə də
ekoloji probleml
ər müasir dünyanın ən vacib qlobal prob-
leml
ərinə çevrilərək, siyasi əhəmiyyət kəsb edir.
Yerin t
əkamülündə iri miqyaslı hadisələrlə dolu olan
müasir dövr,
qarşılıqlı, intensiv inkişaf edən sosial-tarixi və
t
əbii-tarixi amillərlə xarakterizə olunur.
Əvvəllər heç vaxt bütün bəşəriyyətin özü üçün təhlükəli
olan probleml
ər baş verməmişdir. Bu problemlərə sülh və
t
ərksilah, demoqrafik, ərzaq problemləri, müasir səhralaşma,
kosmik probleml
ər, vulkan püskürmələri, zəlzələ, sunamilər,
fırtınalar, tornadolar və s. kimi iqtisadi, sosial, milli, o
cüml
ədən qlobal vəziyyət almış ekoloji problemlər daxildir.
Bu
insanların əvvəlki minilliklərdə rast gəlmədiyi haldır.
4
İnsanın tarixi dövrünün ən müxtəlif, qarmaqarışıq, bir-
birini t
əkzib edən hadisələrlə dolu olan XX yüzillik başa
çatmışdır.
Bu yüzillik b
əşəriyyət üçün böyük elmi kəşflər gətirmiş,
istehsal al
ətlərinin və texnikanın böyük inkişafına səbəb
olmuş, tatolitar və müstəmləkə rejimlərini dağıtmış, Yerin
cazib
ə qüvvəsini aşmışdır.
Lakin bu yüzillikd
ə vəhşi müharibələr və xalqların soy-
qırımı baş vermiş, təbiətin və mədəniyyətin dağılması, iştah-
ların çox və qəddar olması əsri kimi də yaddaşlarda qal-
mışdır.
İnsan eyni halda yaradan və dağıdan rolunu oynadı, onun
t
əxəyyülü öz mənfi tərəfini göstərdi.
İki minilliyin sərhəddində insan biosferin tükənməsi prob-
lemi il
ə (neft, qaz, kömür, dəmir, mis, mineral gübrələr və
b.) v
ə bizim həyatımızı təmin edən müasir yaradıcı sis-
teml
ərlə (torpaq, su, atmosfer, meşə, bioloji müxtəliflik və
s.) üzl
əşməli oldu.
Bu prosesl
ərin xarakteri alimlər tərəfindən tarixdə sürətli
proses kimi
proqnozlaşdırılır, bu proses başlandıqdan sonra
is
ə bütün biosferi dayandırmaq, qarşısını almaq mümkün
olmayan f
əaliyyətini azaldaraq, primitiv vəziyyətə düşmə-
sin
ə səbəb olacağını göstərirlər. Bu halda, insanların yaşa-
ması üçün yararlı olan rayonların ərazisi azalacaq, onların
keyfiyy
əti pisləşəcək və Yerin demoqrafik tutumu azalacaq.
Ekoloqların yekdil rəyinə görə belə fəlakətli fazanın
başlanmasına və dəyişməsinə çox az vaxt qalır.
5
I
FƏSİL
BƏŞƏRİYYƏTİN ƏN ƏSAS QLOBAL EKOLOJİ
PROBLEMLƏRİ
T
əbii mühit – insanın həyatı üçün əvəzedilməz şərtlər-
d
əndir.
B
əşəriyyətin inkişaf tarixinə bir neçə dövr qeyd olun-
muşdur: dəmir, bürünc, mis dövrləri və s. Bizim yaşadığımız
XX v
ə XXI yüzilliklər də tarixdə güman ki, texniki tərəqqi
əsri kimi qeyd ediləcək.
H
əqiqətən də nüvə enerjisinin kəşfi, kosmosun fəthi, lazer
şüasının cilalanması və başqa nəaliyyətlərlə səciyyələnən XX
yüzilliyin m
əşəqqətli təzadları da az olmamışdır. Dünya
müharib
ələri, ictimai-siyasi və iqttisadi inqilablar, çəkişmələr
araşdırdığımız dövrün ən böyük bəlası, ümumbəşəri miqyaslı
t
əhlükə kimi qəbul olunan təzadlar və ekoloji böhrandır.
Lap
yaxın keçmişlə, yəni XX əsrin 50-60-cı illər ilə
müqayis
ə edilərsə son on illiklərdə ekoloji böhran barədə
söz-söhb
ət daha tez-tez təkrarlanır.
Çoxdan sübut
olunmuşdur ki, insan cəmiyyəti mövcud
olduğu dövrdən təbiətə qarşı qəddarlıq edir, bütün canlılardan
f
ərqli olaraq insan öz mühitini korlayır, zibilləyir, zəhərləyir
v
ə bununla da özünə və təbiətə qəst etmiş olur. Əgər uzaq
əcdadlarımız sapandla, dəyənəklə, ox-nizə ilə ov edirdilərsə,
müasir insan bir göz
qırpımında dünyanı alt-üst etmək
qüdr
ətinə malik silahlara və texniki vasitələrə yiyələnmişlər.
M
əhz ona görə də müasir insan geoloji amil sayılır. Axı o,
t
əbiətin iki milyon il ərzində yaratdığı faydalı qazıntı məh-
sullarını başlıca olaraq sonuncu yüzillikdə mənimsəmişdir.
Bununla bel
ə tarix boyu insanların təbiətə, ətraf mühitə
bigan
əliyini iddia etmək də ədalətsizlik olardı. Qədim mən-
b
ələrdən məlumdur ki, hələ eramızdan 5-6 əsr öncə Misirdə
6
mis
əridən zaman havanı korlayan, açıq suları çirkləndirən
misk
ərlərə qarşı xüsusi cəza tədbirləri nəzərdə tutulmuşdur.
Bizim
eranın 12-13-cü yüzilliklərində Fransada Sena çayına
r
əngli, çirkli su axıdan emalatxana ləğv edilmiş, günahkarlar
c
əzalandırılmışlar.
Dem
əli, ətraf mühitin qorunması qayğıları adamları yüz
ill
ərdən bəri narahat edir. Bununla belə biosferin vəziyəti
ilb
əil ağırlaşır, həyat amilləri sayılan suyun, havanın, tor-
pağın keyfiyyəti pisləşir. Çağdaş dünyamızda ekoloji böh-
ranın ümumbəşəri təhlükə olmasına heç kim şübhə etmir.
M
əhz ona görə də qlobal ekoloji təhlükənin hamımıza aid
olmasını qəlbən şüurlu olaraq dərk etməklə, əməli iş üçün
h
əm birgə, həm də fərdi təşəbbüslər göstərməliyik.
T
əsəvvür edək ki, hələ 2300 il öncə Epikur car çəkmişdir:
«
İnsanlar! Siz təbiətin naz-nemətindən qənaətlə istifadə
etm
əklə, ona qarşı qəddarlığınızı ram etmək borcunuzu bir
an bel
ə unutmayın».
Bel
əliklə, bir daha məlum olur ki, biosferin qorunması
z
ərurəti zaman-zaman narahatlıq yaratmışdır.
Planetd
ə ekoloji sabitliyin pozulması qitələr, ölkələr, re-
gionlar üzr
ə müxiəlif dərəcədə qiymətləndirilsə də axar su-
lar,
yağmurlar, atmosfer havası sərhəd bilmir. Müasir kom-
munikasiya, n
əqliyyat vasitələri, iqtisadi əlaqələr nisbətən
lokal m
əhdud ərazilərdə yetişdirilən aşağı keyfiyyətli məh-
sul
ların da dünyanın çox yerinə getməsinə imkan yaratmış-
dır. Hazırda dünyanın müxtəlif regionlarında ekoloji baxım-
dan
ziyansız, təmiz ərzaq əldə edilməsi imkanları getdikcə
m
əhdudlaşır. Çernobl qəzasının «Radioaktiv» əks-sədasının
h
ətta uzaq Avstraliya ərazisində qeyd olunması bu baxımdan
çox
şeyi deyir, izah edir. Ümumdünya səhiyyə təşkilatının
1993-cü il
ə aid yekun sənədlərində göstərilir ki, hazırda dün-
ya
əhalisinin duçar olduğu xəstəliklərin 58% çirkli sularla
7
bağlıdır. 1960-cı ilin məlumatlarında isə bu göstərici cəmi
2% t
əşkil edirdi.
B
əşəriyyət üçün müdhiş təhlükəyə çevrilən ekoloji böhran
bar
ədə dəlil-sübutları sadalamağa ehtiyac qalmır (Çernobl,
Aral gölü,
Yaponiyadakı zəlzələ və sunami, Meksika körfə-
zind
əki fəlakət, atom silahı, müasir səhralaşma, ərzaq və
enerji probleml
əri və s.).
Neolit dövründ
ən başlayaraq cəmiyyət tədricən biosferə
regional miqyas alan t
əsir göstərməyə başlamışdır. Bu
birinci növb
ədə maldarlıq və əkinçiliyin inkişafı ilə əlaqədar
olaraq planetimizin
yaşıl örtüyünün azalması ilə əlaqədardır.
Arxeoloji, paleobotaniki t
ədqiqatlar göstərir ki, quldarlıq
dövrünün
keçmiş bio-geosenozları nəinki aqrosenozlara
çevrilmiş, hətta çox hallarda dağıdılmışdır. Qobi, Qaraqum,
Qızılqum, Saxara səhralarının yerində nə vaxtsa çiçəklənən
sivilizasiyalar
olmuşdur.
Bel
əliklə, bəşəriyyətin tarixində bir çox hallarda ekoloji
böhranlar
ayrı-ayrı dövrlərdə də yaranmış və müxtəlif
regionlarda t
əbii tarazlığı pozmuşdur.
Eramızdan əvvəlki ikinci və üçüncü minilliklrədə Hindis-
tanın şimal-qərbində yaranmış və bəşəriyyətin ilk mədəni
dövl
ətlərinin mərkəzləri olan Xarappa və Mahendro Dara
şəhərləri xarabalıqlara çevrilmişdir.
Arxeoloji t
ədqiqatlar həm də göstərir ki, vaxtilə bu sahə-
l
ər çöl landşaftlarına malik olmuş əhalisi əsasən maldarlıq
v
ə qismən əkinçiliklə məşğul imiş. Torpaqdan düzgün istifa-
d
ə edilməməsi üzündən həmin sahələr səhraya çevrilmiş və
q
ədim mədəni dövlətin və şəhərlərin yox olmasına səbəb
olmuşdur.
Böyük S
əhranın, Orta və Mərkəzi Asiya səhralarının və s.
ya
ranmasında və yaxud da sərhədlərinin genişlənməsində
insanların da fəaliyyəti böyük olmuşdur.
8
Vaxtil
ə bir sıra səhraların yerində geniş meşə sahələri
olmuş, lakin insanlar tərəfindən ərazinin maldarlıq və
əkinçilikdə istifadə edilməsi üçün qırılmışdır.
Axırıncı 10 min ildə planetimizin meşə sahələrinin 2/3
hiss
əsi qırılıb, tələf edilmişdir. Tarixi dövr ərzində 500
milyon hektar
meşənin yeri bozqıra, yəni boş, daşlı-kəsəkli
yarımsəhra landşaftına çevrilmişdir.
M
əşhur Alman alimi Aleksandr Humbolt Cənubi Ame-
rikanı səyahət etdikdən sonra yazmışdır ki, «meşə insandan
əvvəl, bozqır isə sonradan yaranmışdır». Bunu qeyd etmək
kifay
ətdir ki, son 400 ildə ABŞ-da 162 milyon hektar meşə
sah
əsi qırılmış və həmin ərazinin əksər hissəsi hal-hazırda
yararsız torpaqlara çevrilmişlər. Unutmaq olmaz ki, meşə-
l
ərdən insan yaranan gündən istifadə olunur, meşə tənəffüs
üçün z
əruri olan oksigen deməkdir. Meşə çayların su
rejimini t
ənzimləyir, torpaqları eroziyadan və quraqlıqdan
qoruyur.
Meşə həm də xalq təsərrüfatının xammal bazasıdır.
Müasir ekoloji
böhranı ancaq insanın təbiəti idarə edə bil-
m
əməsi, onun ixtiyarından kənar proses kimi qələmə
verm
ək mümkün deyildir. Bütün canlıların ekoloji mühitinin
əsasını təbiətdə, daha doğrusu biosferdə gedən proseslər
t
əşkil edir. Biosferin formalaşması və varlığı isə bütün kos-
mik al
əmin, kainatın hərəkəti və dinamikliyi ilə əlaqədardır.
T
əbiətlə cəmiyyətin qarşılıqlı əlaqəsinin inkişafında təbii
şəraitlə yanaşı antropogen, yəni insanın fəaliyyəti ilə ya-
ranmış sosial mühit də xüsusiyyət kəsb edir. Hər iki proses
h
əyatın ekoloji təzahürləri ilə formalaşmışdır. Təbii şərait
əsasən tədriclə, sosial mühit isə sürətlə dəyişərək, təbii
prosesl
əri qabaqlayır, bəzən də ona qarşı durur. Sosial mühit
bir çox halda
sıçrayışla hərəkət edir, bununla da bəzi
yerl
ərdə təbiətin ritmi pozulur və gərginlik yaranır. Təbiətin
qanunları ilə hər zaman uzlaşdırılmayan insan fəaliyyəti
9
t
əbiətə qarşı çevrilir. Qədim dünyanın ən qədim şəhərlərinin,
maddi-m
ədəniyyət abidələrinin yerində səhralıqlar yaran-
ması deyilənlərə əyani sübutdur.
T
əbiətin qanunlarını dərk etmək, təbiətdə baş verə biləcək
bir çox d
əyişiklikləri qabaqcadan müəyyənləşdirmək üçün
kompleks t
ədbirlər hazırlamağa imkan verir. Təbii sərvət-
l
ərdən səmərəli, plana uyğun istifadə və mühafizə cəmiyyə-
tin
başlıca vəzifələrindən biridir. Hüquqi qanunlarda təbii
ehtiyatlardan
nizamsız istifadənin qəti qadağan edilməsinə
baxmayaraq
əməli işdə, sənayedə, kənd təsərrüfatında,
n
əqliyyatda, tikintidə və başqa sahələrdə təbii sərvətlərdən
düzgün istfiad
ə edilməyərək, ətraf mühitin zərərli istiqamət-
d
ə dəyişməsinə şərait yaradır.
Müasir dövrd
ə bir sıra qərb ölkələrində alimlər «Cəmiy-
y
ət-Təbiət» probleminin ümumbəşəri, qeyri-sinfi olmasını,
ekoloji
böhranın əsasən bütün dövlətlərdə eyniliyini sübut
etm
əyə çalışmışlar. İctimai quruluşundan asılı olmayaraq,
bütün ölk
ələr yerli və qlobal ekoloji böhranlara məruz qal-
mışlar. Bütün təbii zonalardakı torpaqların təbii məhsuldar-
lığı aşağı enməyə başlamışdır. Rusiyanın Mərkəzi qarator-
paq
zonasında torpaqların sıradan çıxması hamıya məlum-
dur. C
ənubi Ural, xüsusilə Çelyabinsk vilayətinin ətrafı
dünyanın ən gərgin ekoloji rayonlarından biri sayılır. Azov,
Aral, X
əzər dənizlərinin problemlərinin yaxın zamanlarda
h
əll edilə biləcəyinə güman yoxdur.
T
əbiətlə qarşılıqlı münasibət məsələləri insanı min illər
bundan
əvvəl düşündürmüş və dövrün inkişaf xüsusiyyət-
l
ərindən asılı olaraq həmin məsələyə müvafiq münasibət
b
əslənilmişdir.
T
əbiəti mühafizə problemləri çoxsahəli olmaqla ümum-
b
əşəri və eyni zamanda yerli əhəmiyyətə malikdir.
C
əmiyyətin bütün qlobal problemləri bir-biri ilə sıx əlaqə-
10
d
ədirlər. Belə ki, inkişaf etməkdə olan ölkələrin geri qalma-
sını aradan qaldırmaq demək olar ki, bütün başqa qlobal
probleml
ərlə əlaqədardır. Ətraf mühitin mühafizəsi problemi
enerji v
ə xammal problemləri ilə; demoqrafik problemlər,
ərzaq problem ilə və s. əlaqədardır. Lakin son vaxtlara kimi
qlobal probleml
ər içərisində 1№-li problem kimi silahlanma
xüsusi mövqe tuturdu. H
ərbi istehsal çoxlu insan qüvvəsi,
enerji v
ə xammal ehtiyatları, insanların əməyindən qoparılan
n
əhəng material vasitələri və ehtiyaclarını mənimsəyir. He-
sablanmışdır ki, hazırda dünyada silahlanmaya sərf olunan
h
ərbi xərcin 1/5-i hələ XX əsrin sonuna kimi Yer kürəsin-
d
əki aclığı ləğv edə bilərdi. Yeni dünya müharibəsi yaxın il-
l
ərə kimi qlobal problem kimi bəşəriyyət qarşısında dururdu.
Hazırki dövrdə qlobal problemlərin bir neçə fərziyyələri
mövcuddur. Bunlardan ikisi
əsasdır:
1. Pessimist f
ərziyəyə əsasən qlobal ərzaq, ehtiyat və
ekoloji probleml
əri XXI əsrin ortalarında baş verə bilər.
2. Optimist f
ərziyəyə əsasən isə insan cəmiyyətinin sülh
v
ə elmi-texniki tərəqqi şəraitində artıq əhali sıxlığından
ehtiyat v
ə ətraf mühitin çirklənməsi və s. insanların məhvinə
s
əbəb ola bilməz.
Qlobal probleml
ər həqiqətən də ümumplanetar, dünyəvi
mahiyy
ət kəsb etməklə, Yer üzərindəki bütün insanların hə-
yat f
əaliyyətinə toxunur. İctimai elmlər özləri isə ümumbə-
şəri, planetar proseslərin möhkəm təsiri altında gedir. Birlik
haqqındakı qədim ideya bu halda yeni qüvvətli impuls alır.
Qlobal probleml
ər, əgər onların həlli tapılmasa, bəşəriyyəti
çox qorxudur, h
ətta həyatın və sivilizasiyanın məhvinə səbəb
ola bil
ər.
Qlobal probleml
ərə artan dinamizm xarakterikdir. Bütün
qlobal probleml
ər bəşəri həqiqət və onları bütün dünya xalq-
larına aydın və aktual (vacib) edir. Qlobal problemlər tək-tək
11
yox, birlikd
ə, onların əlaqəli inkişafında təhlil olunmalıdır.
Bütövlükd
ə qlobal məsələlərdə təbiət, texniki və ictimai
elml
ərin qarşılıqlı əlaqəsi vacibdir. Təbiət kompleksində
(
ətraf mühiti mühafizə problemləri, fiziki-coğrafi proqnoz-
laşdırma) və qlobal problemləri sistemləşdirməkdə vacib
funksiyalardan biri (biologiyadan sonra)
coğrafiya elminin
üz
ərinə düşür.
Qlobal probleml
ər içərisində sözsüz ki, çox təhlükəli olan
problem termo-nüv
ə silahıdır. Qlobal problemlərə bəzi xüsu-
siyy
ətlər xasdır. Onlara maddi itginin kəmiyyət və keyfiyyət
göst
əriciləri xasdır. Bu və ya başqa hadisələrə münasibətləri
xasdır. Onların miqyası çox böyük regionlara yayılır. Qlobal
probleml
ərin mövcudluğuna və əhəmiyyətinə görə müasir
yanaşmada, dünya iqtisadiyyatının, sosial-siyasi münasibət-
l
ər, mənəvi dəyərlərin xüsusiyyətləri nəzərə alınmalıdır.
1.1.
Ətraf mühitin mühafizəsi problemləri
Müasir dövrümüzün t
əhlükə nöqteyi-nəzərdən ən aktual
probleml
ərdən biridir. XX əsrin ikinci yarısından başlayaraq
c
əmiyyətlə təbiət arasında «maddələr mübadiləsi» olduqca
genişlənmişdir. Bunun da nəticəsində cəmiyyətin təbiətə
«t
əzyiqi» urbanizasiyası, sənayeləşmə, kənd təsərrüfatının
intensivl
əşdirilmiş prosesində daha da artmış oldu. Eyni
vaxtda
ətraf mühitin vəziyyətinin korlaşması müşahidə olun-
mağa başladı. Bir çox rayon və regionlarda antropogen çirk-
l
ənmə ekoloji təhlükəyə gətirib çıxartdı.
Ətraf mühitin mühafizəsi problemləri hazırda əsasən 3
başlıca səviyyədə həll olunur: Ölkə, regional və qlobal sə-
viyy
ədə. Qlobal səviyyə öz dünyəviliyi ilə, təbii resursların
z
ənginliyinə (atmosfer, dünya okeanı) görə daha vacibdir,
çünki bu s
ərvətlər ümumbəşəri sərvətlərdir. Ətraf mühitin
12
mühafiz
əsi problemləri, xüsusilə də qlobal səviyyədə bütün
dünya ölk
ələrinin birgə səyini tələb edir. Onun müvəffəqiy-
y
ətli həllinin əsas yolu odur ki, insanların istehsal və qeyri-
istehsal f
əaliyyətini yaxın onilliklərdə elə təşkil etmək la-
zımdır ki, cəmiyyətlə təbiət arasındakı qarşılıqlı münasibət
optimal olsun.
Dünya ölk
ələrinin ictimai quruluşundan asılı olmayaraq
müasir ekoloji böhrana m
əruz qalmaları onu göstərir ki, indi
bütün ölk
ələr milli və sinfi ayrı-seçkilik salmadan birləşmə-
li,
ətraf mühiti mühafizə etməkdə birgə səy göstərməlidirlər.
T
əbiəti mühafizə problemləri çoxsahəli olmaqla ümumi pla-
netar, ümumb
əşəri və eyni zamanda yerli əhəmiyyətə
malikdir.
Ətraf mühiti mühafizənin tələbləri Azərbaycan Respubli-
ka
sının Konstitusiyasında xeyli qeyd olunmuşdur. Ölkənin
əsas qanununda Konstitusiya praktikasında dövlətin ətraf
mühitin qo
runmasında məsul olduğu göstərilmişdir. Ətraf
mühitin d
əyişdirilməsini öyrənən və onun vəziyyətinə nəza-
r
ət edən elektron sistemlərinin yaradılması ona görə vacibdir
ki,
insanın təsərrüfat fəaliyyətinin təsiri altında gedən
d
əyişiklikləri izləmək mümkündür. İctimaiyyət bilməlidir ki,
ətraf mühitin mühafizəsində oun nəinki, birbaşa, hətta dolayı
f
əaliyyəti də ətraf mühitin mühafizəsində kompleks tədbir-
l
ərlə öyrənilməlidir. Ətraf mühiti mühafizə tədbirləri planlı
v
ə ardıcıllıqla, dövlət səviyyəsində həyata keçirilir. Təbiəti
mühafiz
ə probleminin qlobal xüsusiyyəti beynəlxalq – mü-
qavil
ələrin hazırlanmasını və onların yerinə yetirilməsində
aktiv
iştirak etməyi tələb edir. Gələcəkdə perspektivdə ətraf
mühitin v
əziyyətinə planetar miqyasda nəzarət edə bilən
avtomatik stansiyalar
yaradılmalıdır.
Ümumi v
ə yaxud da təbii problemlərə təbiətin bir çox
kort
əbii hadisələri ilə bağlı olan problemləri misal göstər-
13
m
ək olar. Bunlardan zəlzələ və vulkan püskürmələri, sellər
v
ə daşqınlar, səhralaşmaları göstərmək olar. Həmin sahəyə
dair probleml
ər bir-biri ilə əlaqədar olan iki hissədən
ibar
ətdir:
a) t
əbiət hadisələrinin öyrənilməsi;
b)
onların qarşısının alınması və vurula biləcək ziyanların
minimuma endirilm
əsi.
Ç
ətinlik və qarşısıalınmazlıq onunla bağlıdır ki, təbiət
hadis
ələrinin bir çoxu gözlənilmədən olur. Onlar təbiətdə
q
əflətən baş verən fövqəlada dinamik proseslərlə bağlıdır.
T
əbii fəlakətlər baş verərkən çoxlu insan itgisinə səbəb olur
v
ə iqtisadiyyata böyük zərər vurulur. Dəhşətlisi budur ki,
t
əbii fəlakətlər iqtisadiyyata xeyli maddi ziyan vurmaqla
yanaşı çox regionların insanlarını uzun müddət qorxu altında
saxlayır. Məs. Türkiyə Respublikasında İstambul şəhərindən
şimal-şərqdə yerləşən İzmit şəhəri ərazisində 1998-1999-cu
ill
ərdə baş vermiş zəlzələ nəticəsində şəhər dağılmış, xeyli
sayda insan itgisi v
ə maddi ziyan dəymiş və bununla yanaşı
h
əyətlərdə insanların yaşaması üçün müvəqqəti qurulmuş
çadırlar, aylar keçməsinə baxmayaraq sökülməmiş, çünki
insanlar qorxudan öz evl
ərinə qalxmağa qorxurmuşlar. Son
110 ild
ə qüvvətli zəlzələlərdən ölənlərin 31,5%-i son on ilin
payına düşür. Yer üzərində olan zəlzələlərin 90%-dən çoxu
orta v
ə iri litosfer plitələrinin və mikroplitələrin cərhəddinə
düşür.
Vulkanlar kimi z
əlzələlər də qarşısı alınmazdır. Lakin
seysmikli
ərazilərdə tikintilər və xidmətin digər sahələri
h
əmin yerlərə müvafiqlik təşkil etdikdə zəlzələlənin ziyanı
çox az olur v
ə yaxud da heç olmur.
Keçmiş Sovet İttifaqının 20%-dən çox ərazisi 8 bal gü-
cünd
ə zəlzələyə uğramışlar. Karpat, Qafqaz, Kopetdağ, Pa-
mir, Tyan-
Şan, Altay, Sayan, Zabaykale, Primorye, Saxalin,
14
Kuril adala
rında tez-tez baş verən güclü zəlzələlər səciyyəvi-
dir (
şək. 1.1). Bütün bu ərazilər keçmişdə geosinklinal rejimi
keçib, sonra
qarışıq dağ əmələgəlmənin, helogen və 4-cu
dövrd
ə bu ərazilər güclü tektonik hərəkətlərə məruz qal-
mışlar. Zəlzələlər dağlıq ərazilərdə dərin tektonik gərginliyin
olmasını sübut edir.
Dostları ilə paylaş: |