Telman xəLİlov, maya zeynalova



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə4/14
tarix08.05.2020
ölçüsü4,42 Mb.
#31099
1   2   3   4   5   6   7   8   9   ...   14
Azf-278359



FƏSİL 
BƏŞƏRİYYƏTİN  ƏRZAQ  PROBLEMLƏRİNİN  
EKOLOJİ  NİZAMLANMASI 
 
B
əşəriyyətin ən qədim qlobal problemlərindən biri də ər-
zaq problemidir. BMT-nin 
Ərzaq və Kənd Təsərrüfatı Təşki-
latının  (ƏKTT)  verdiyi  məlumata  görə  keçən  əsrin  90-cı 
ill
ərində planetimizin əhalisinin yalnız 38%-i yüksək keyfiy-
y
ətli qida məhsullarını ala bilmişdir. 
Ərzaq məhsulları istehsalı problemi bir başa dünya əhali-
sinin 
dinamikası ilə sıx bağlı olub, qlobal və eyni zamanda 
yerli mahiyy
ət kəsb edir. 1999-cu ildə dünya əhalisinin sayı 
6  milyard 
olmuşdur  (Bosniya  və  Hersoqovinyanın  paytaxtı 
Sarayev 
şəhərində  6  milyardıncı  uşaq  dünyaya  gəlmişdir). 
Hazırda bu say sürətlə 7 milyard  yarıma  yaxınlaşır. Dünya 
əhalisinin  sayı  artdıqca  əhalinin  dinamikliyi  də  sürətlənir. 
Asiya,  Afrika  v
ə  Latın  Amerikası  ölkələri  əhali  artımında 
xüsusil
ə fərqlənirlər. Bu proses əsasən əhalinin XX əsrin 60-
cı  illərindəki  demoqrafik  partlayışının  davamı  kimi  izah 
olunur.  Göst
ərilən prosəsə səbəb odur ki, II Dünya mühari-
b
əsindən  sonra  üçüncü  dünya  ölkələrinin  bir  çoxu  siyasi 
istiqlaliyy
ət  əldə  edərək  iqtisadiyyatda,  səhiyyə  və  sosial 
sah
ələrdə müəyyən yüksəlişə nail oldular. Bunun nəticəsində 
ölüm  hadis
əsi,  xüsusilə  uşaq  ölümü  azalmışdır.  Doğum  isə 
yen
ə yüksək səviyyədə qalmışdır. Əksər ölkələrdə son 40-50 
ild
ən orta illik artımı 2%-dən çox olmuşdur. Bir sıra ölkələr-
d
ə, Meksikada, Kolumbiyada, Venesuelada bu göstərici 3%-
d
ən  artıq,  Kosta-Rikada  4%-dən  çox  olmuşdur.  Hazırda 
dünya 
əhalisinin  təbii  artım  sürəti  nisbətən  azalmaqdadır. 
Lakin 
əhalinin  maddi  nemətlər  istehsalına  olan  tələbi  bö-
yükdür  v
ə  ildən-ilə  artır,  təbiətə  təsiri  məsələsi  getdikcə 
gücl
ənir. Belə hesab edilir ki, normal yaşayıb işləmək üçün 

41 
h
ər  bir  adam  bir  gündə  10048  k.c. (2330-2400  kkal)  qida 
almalıdır.  Bu  göstərici  baxımından  dünya  əhalisinin  yarısı 
lazımınca qidalanmır və aclıq çəkir. Belə bir vəziyyət Asiya-
nın, Afrikanın və Cənubi Amerikanın bir çox ölkələri üçün 
s
əciyyəvidir. Dünya əhalisinin 70%-ə qədəri bu regionlarda 
yaşadığı halda dünya  ərzağının cəmi 43%-i  burada istehsal 
olunur.  Hesablamalara  gör
ə  2025-ci  ildə  Yer  kürəsinin 
əhalisi 8,5 milyard nəfərə çatacaq və BMT-nin məlumatına 
gör
ə  XXI  əsrin  ortalarında  12  milyard  səviyyəsində 
stabill
əşəcək  (akad.  C.Əliyev, 1994).  FAQ-nun  (BMT-nin 
ərzaq  və  kənd  təsərrüfatı  təşkilatı)  hesablamalarına  görə 
2020-ci  ild
ə Yer kürəsi əhalisinin hamısını normal qida ilə 
t
əmin etməkdən ötrü istehsalı 60% artırmaq lazım gələcək. 
Dünya 
əkinçiliyinin  10  milyard  adamı  taxılla  təmin  edə 
bilm
əsi  fikri  1970-ci  illərin  əvvəllərində  deyilmişdir  (akad. 
C.
Ə.Əliyev, 1970). Qlobal  ilkin  məhsuldarlığın  xeyli 
artırılması yolları mövcud olsa da, onların həyata keçirilməsi 
olduqca  m
əhduddur. İnsanın istifadə etdiyi ehtiyatların baş-
lıca həlledici mənbəyi Yer üzərində yaxşı nizamlanmış kar-
bonun 
dövranı və həyatıdır. Planetimizin yaşı 4,5-5 milyard 
il
ə  yaxındır.  Hesab  edirlər  ki,  əvvəl  onun  atmosferi  əsas 
etibarı  ilə  qaz  formasında  azotdan,  çoxlu  su  buxarından  və 
karbon 
qazından ibarət olub.  Yer atmosferinin indi 21%-ni 
t
əşkil edən oksigen fotosintez edən orqanizmlər onu istehsal 
etm
əyə  başlamamışdan  əvvəl  praktiki  olaraq  mövcud 
deyilmiş. 
Aliml
ərin  məlumatına  əsasən,  Yerdə  insanın  həyatı  eko-
loji sisteml
ərin ən iri pozulması nəticəsində mümkün olmuş-
dur.  T
əqribən  2  milyard  il  bundan  əvvəl,  Yer  okeanında 
yayılmış  mikroorqanizmlər,  ətraf  mühiti  böyük  miqdarda 
z
əhərli ayrılmalarla çirkləndirərək həm özlərinin, həm də ki, 
planetd
əki  başqa  həyat  formalarını  məhv  etmişlər.  Bu 

42 
öldürücü  z
əhər  oksigen  olmuşdur.  Sadə  bakteriyalar  bütün 
atmosferi  d
əyişdirmişdir  ki,  bu  da  son  10  illiklərdə  Yer 
planetin
ə olan ən yeni baxışın ən gözəl nümunəsidir. 
El
ə  biosferin  ilk  böhranı  da  fotosintezə  qədərki  həyatın 
v
əziyyəti hesab edilə bilər. O vaxt oksigen çatışmadığı üçün 
h
əyat  geniş  inkişaf  edə  bilmirdi.  Xlorofili  olan  bitkilərin 
əmələ gəlməsi oksigen çatışmazlığını aradan qaldırdı. Canlı 
madd
ə  çoxaldı,  onların  parçalanıb  minerallaşması  böhranı 
əmələ  gəldi.  Viruslar  zəif  orqanizmləri  məhv  etməyə  baş-
ladı.  Bakteriyalar  üzvi  birləşmələri  parçalayıb,  minerallaş-
dırmaqla  onların  yeni  istehsalına  (fotosintezə)  şərait  yarat-
dılar.  Bu  işdə  göbələklər  böyük  rol  oynadılar.  Göy-yaşıl 
yosunların  azotu  atmosferdə  fiksə  (tutması)  etməsi  həyat 
üçün 
əhəmiyyətinə görə fotosintezdən heç də geri qalmadı. 
Müasir  biosfer  uzun  sür
ən  təkamül  sayəsində  kosmos, 
geofiziki  v
ə geokimyəvi amillərin qarşılıqlı əlaqələrinin nə-
tic
əsində formalaşmışdır. Lakin biosferin bərqərar olmasının 
əsas amili bioloji təməldir. Əgər günəş enerjisindən istifadə 
edib,  karbon  q
azını  mənimsəyə  bilən  ilkin  fotosintez 
hüceyr
ələr,  bəsit  bitkilər  olmasaydı,  çox  güman  ki,  müasir 
biosfer  d
ə  olmazdı.  Deməli  biosferdə  enerji  mənbəyi  oksi-
gen  m
ənşəli  günəş  enerjisini  biokimyəvi  enerjiyə  çevirən 
fotosintezdir.  Gün
əş  enerjisi,  su,  karbon  qazı  və  məlum 
mineral  madd
ələrin  (azot,  fosfor,  silisium,  kalsium  və  s.) 
mövcud 
olduğu  şəraitdə  xlorofill  və  başqa  piqmentlərlə 
t
əchiz olunan varlıq fotosintez prosesinin icraçılarıdır. Ümu-
mi karbonun 95%-i litosferd
ən aşağı qatlarda yerləşir, lakin 
t
ədricən  fasiləsiz  olaraq  vulkanlardan  və  fumorollardan 
atmosfer
ə keçir. 
Qlobal biokütl
əyə daxil olmuş karbonun miqdarı bütün C 
dövrünün  karbonuna  nisb
ətən  çox  deyil.  Ümumiyyətlə  at-
mosfer karbonunun biosfer 
hesabına tənzimlənməsi müddəti 

43 
7-10 il
ə bərabərdir. Qlobal xalis ilkin məhsulların hesablan-
ması göstərir ki, quru üçün 149 mln. km
2
 sah
ədə alınan 120 
milyard  ton  quru  biokütl
ə,  dənizlər  üçün  361  mln.  km
2
 
sah
ədən alınan 55 milyard ton quru biokütləyə bərabərdir. 
İnsanın  bilavasitə  və  dolayı  yolla  ümumi  istifadə  etdiyi 
xalis  ilkin  m
əhsuldarlığın  cəmi,  təxminən  ildə  12  milyard 
ton  quru  madd
əyə,  xalis  istifadə  etdiyi  qida  isə  4  milyard 
tona b
ərabərdir. Bundan 1,9 milyard tonu taxıldır. Dünyada 
ərzaq böhranı təhlükəsi vardır. Bunun üçün ilk növbədə qida 
m
əhsulları  artırılmalıdır.  Bu  işdə  də  məlum  olduğu  kimi 
k
ənd təsərrüfatı bitkiləri birinci yeri tutur. 
Yer  kür
əsində  kənd  təsərrüfatı  inkişaf  etməyə  başlayan 
zamanlar  c
əmi  bir  neçə  10  milyon  əhali  yaşayırdı.  Kənd 
t
əsərrüfatının inkişaf etməsi insan cəmiyyətinin təqribən 500 
milyona 
çatdığı  vaxtlandan  sabitləşmişdir.  Sənayenin 
inkişafı isə əhalinin 3,5 milyarda çatması ilə səciyyələnldi. 
K
əskin ərzaq problemi, «Demoqrafik partayış» baş verən 
ölk
ələrdə rast gəlinir. Məsələn, 1982-1991-ci illərdə inkişaf-
da olan ölk
ələrdə ərzaq məhsullarının istehsalı 35%, əhalinin 
sayı isə 23% artdı (Asiyada bu göstərici 43% məhsul, 21% 
əhali, Latın Amerikasında 22% məhsul, 23% əhali, Afrikada 
25% m
əhsul, 36% əhali artımı ilə müşahidə olundu). 
5.1.-ci c
ədvəldə inkişafda olan ölkələrdə aclıq çəkənlərin 
regionlar  üzr
ə  sayı  göstərilir.  Cədvəldə  göstərildiyi  kimi 
aclıq  çəkənlərin  ümumi  sayı  1969-1971-ci  ildən  460  mln. 
n
əfərdən – 1983-1985-ci illərdə 512 mln. nəfərə qədər yük-
s
əlmişdir. Həm də ki buradakı göstəricilər bütün parametrlər 
üzr
ə  Cənubi  və  Cənub  Şərqi  Asiyada  yüksək  olmuşdur. 
(281-291 mln. n
əfər), ikinci pillədə Afrika ölkələri gəlir (92-
140  mln.  n
əfər). Bu ölkələrdə ekoloji durum da qənaətbəxş 
deyildir.  
 

44 
C
ədvəl 5.1. 
İnkişafda olan ölkələrdə aclıq çəkənlərin sayı 
 
Regionlar 
1969-1971 
1971-1981 
1983-1985 
Mln. 
n
əf 
% - 
əhalinin 
inkişaf 
sayına 
gör
ə 
 Mln. 
n
əf. 

əhalinin 
inkişaf 
sayına 
gör
ə 
Mln. 
n
əf 
%-
əhalinin 
inkişaf 
sayına 
gör
ə 
Afrika 
92 
32 
110 
29 
140 
32 
C
ənubi və 
C
ənub 
Şərqi Asiya 
281 
29 
288 
24 
291 
22 
Latın 
Amerikası 
51 
18 
52 
15 
55 
14 
Yaxın və 
Orta 
Şərq 
35 
22 
24 
12 
26 
11 
C
əmi: 
460 
28 
475 
24 
512 
23 
 
Hazırda  yemək  məhsullarının  böyük  bir  hissəsi  kənd 
t
əsərrüfat  əkinlərində  istehsal  olur.  Onlar  qurunun  təqribən 
üçd
ən bir hissəsini tutur, o cümlədən şumlanmış sahələr yer 
s
əthinin 11%-ni təşkil edilir. İlk baxışda adama elə gəlir ki, 
Yer  üz
ərində  kənd  təsərrüfatında  istifadə  üçün  torpaq 
ehtiyatları çoxdur və gələcəkdə kənd təsərrüfatı əkin sahələ-
rini 
genişləndirməklə  məhsul  qıtlığını  aradan  qaldırmaq 
mümkündür.  Lakin  torpaq  ehtiyatla
rının  coğarfi  qiyməti 
bunun 
əksini  göstərir.  BMT-nin  məlumatlarına  əsasən  qu-
runun  t
əqribən  70%-i  kənd  təsərrüfatı  əkinləri  üçün  az 
yararlı sahələridir. Həmdə ki, onlar rütubətlə az təmin olun-
muşlar. Bütün kənd təsərrüfatı əkinləri içərisində ən qiymət-
lisi 
şumdur.  Şumlanmış  əkinlər  80%  ərzaq  verdiyi  halda, 
d
əniz və biçənək cəmi 12%-ni təşkil edir. Şumlanan sahələr 
ayrı-ayrı ölkələrdə 1-4-dən 30-70%-ə qədər təşkil edir. Bəzi 
coğrafi regionlarda hələlik az da olsa torpaq ehtiyatları var-

45 
dır.  Kənd  təsərrüfatı  əkinlərinin  sahəsini  artırmaqla  müasir 
qida m
əhsullarını yalnız 80% artırmaq mümkündür. Deməli, 
ərzaq  problemini  həll  etmək  üçün  əkinçilik  sistemini 
intensivl
əşdirmək lazımdır. 
Bütün  k
ənd təsərrüfatının və eləcə də ərzaqın əsasını ta-
xılçılıq  təsərrüfatı  təşkil  edir.  Taxıl  dünya  əhalisinin  ərzaq 
m
əhsullarına təlabatının yarısını təşkil edir. Dünyada ümumi 
taxıl  istehsalının  hesabatı  1948-52-ci  illərdən  başlayıb. 
1990-
cı  ildə  dünyada  1.900  mln.  ton  taxıl, 600 mln.  köklü 
bitkil
ər, 490 mln. ton tərəvəz, 340 mln. ton meyvə, 110 min 
ton 
şəkər  çuğunduru, 170 mln.  ton  ət, 550 mln.  ton  süd 
istehsal  olunub. 
Taxıl  istehsalı  779  milyon  tondan  1985-ci 
ild
ə  1.848  milyon  tona  qədər,  yəni  2,4  dəfə  artmış  və 
əhalinin artımını örtmüşdür. 1986-cı ildə taxıl istehsalı 1.870 
mlyon tonu 
keçmişdir. Bu qədər taxıl planetimizin əkinçilik 
tarixind
ə birinci dəfə istehsal olunmuşdur. Bu insanların hər 
ild
ə istifadə etdiyi bütün xammal ehtiyatlarının altıda birini 
t
əşkil edir. ABŞ-da 1985-ci ildə rekord məhsul – 345 milyon 
ton 
taxıl  yığılmışdır.  Lakin  dünya  üzrə  taxıl  istehsalının 
artım sürəti son illər azalmağa başlamışdır. Dünyada istehsal 
olunan d
ənin əsasını 3 bitki: buğda, qarğıdalı və düyü təşkil 
edir. Çin, Yaponiya, Filippin, Vyetnam v
ə bir sıra digər ölkə 
xalqla
rının əsas qidası düyü, Afrikanın bir çox xalqlarınınkı 
darı  (sorqo),  Cənubi  Amerikanın  Peru  və  digər  dağlıq 
yerl
ərində arpa, Amerika qitəsinin qədim yerli xalqlarınınkı 
qarğıdalıdır.  Hətta  indi  də  Meksikalı  hindular  qarğıdalını 
satmırlar, onlar üçün qarğıdalı ən əziz və müqəddəsdir. Onu 
yalnız öz ehtiyacları üçün becərirlər. 
XXI 
əsrdə Yer kürəsinin əhalisi xeyli artanda onun taxılla 
t
əmin olunması üçün taxıl bitkilərinin məhsuldarlığının dün-
ya üzr
ə orta hesabla 1,5-2,0 dəfə artırmaq lazım gələcəkdir. 
Min  ill
ər  bundan  əvvəldən  başlayaraq  dünyanın  bir  çox 

46 
ölk
ələrində,  o  cümlədən  Azərbaycan  ərazisində  yaşayan 
xalqlar üçün 
buğda ən yaxşı çörək bitkisi sayılır. Tarix boyu 
getdikc
ə  buğdanın  keyfiyyəti  yaxşılaşdırılmışdır.  Çörək  12 
min ild
ən artıqdır ki, şərq xalqlarının əsas qida məhsuludur. 
İlk lavaş neolit dövründə üyüdülmüş buğda dənindən, su ilə 
yoğrulmuş  xəmirdən  hazırlanmış  və  ağac  kömürü  odu  ilə 
qızdırılmış daşın üstündə bişirilmişdir. Qədim Misirdə çörək 
bişirmək  üçün  ilk  dəfə  qilli  palçıqdan  təndir  düzəldilmiş, 
eyni  zamanda  çör
əyi  yumşaq  edən  xəmirin  qıcqırma 
prosesinin sirri mü
əyyənləşdirilmişdir. 
Bel
əliklə,  buğda  ölkənin  iqtisadi  müvəffəqiyyəti,  əmin-
amanlıq və siyasi sabitlik əlaməti olaraq, rəmzi məna almış-
dır.  Lazım  olan  qədər  buğda  ehtiyatına  malik  olan  xalqlar 
əsrlər boyu ərzaqla yaxşı təmin olunmuş hesab ediliblər.  
Əgər  Roma  imperiyası  dövründən  1804-cü  ilə  qədər  in-
san
ların  bitkilərlə  qidalanması  haqqında  Sossyurun  klassik 
əsərlərinin dərc olunduğu vaxta qədər Qərbi Avropada buğ-
danın  məhsuldarlığı  hektardan  4,0-6,7  sentner  olmuşdursa, 
yüz il keçdikd
ən sonra məhsuldarlıq üç dəfə artmışdır. Kənd 
t
əsərrüfatı məhsuldarlığının 100 il ərzində gözə çarpacaq də-
r
əcədə artması əsas etibarilə bitkilərin kənd təsərrüfatda isti-
fad
ə edilməsinə əsaslanmışdır. Avropa ölkələrində buğdanın 
m
əhsuldarlığı keçən əsrin birinci  yarısında  yəni 1950-ci ilə 
q
ədər 14,2 s/hek. səviyyəsində qalmışdır. 1950-ci ildən son-
ra 
buğdanın məhsuldarlığı daim artaraq 1986-cı ldə 43,0 s/ha 
olmuşdur. Bu ölkələrdə son 50 ildə buğdanın məhsuldarlığı 
3 d
əfə artmışdır.  
Bütün  dünya  üzr
ə  buğdanın  məhsuldarlığı  1901-1950-ci 
ill
ərdə  8,6-9,5  s/ha  olmuş,  orta  hesabla  9,0  s/ha  təşkil  et-
mişdir.  
Buğdanın,  dünyada  istehsalının  son  50  ildə  artım  sürəti 
60-
cı illərdə BMT-nin qəbul etdiyi «Yaşıl inqilab» proqramı 

47 
il
ə əlaqədardır. Qarğıdalı və buğda sortlarının yaxşılaşdırıl-
ması üzrə Meksikada, Suriya Ərəb Respublikasında və baş-
qa  beyn
əlxalq  mərkəzlərdə  aparılan  seleksiya  işləri  nəticə-
sind
ə  yaradılan intensiv tipli qısa boylu,  yüksək  məhsuldar 
buğda  sortları  bir  çox  ölkələrdə  geniş  yayılmışdır. 1986-cı 
ild
ə buğdadan ən yüksək məhsul Niderlandda – 8,1 ton/ha; 
Böyük Britaniyada 7,0 t/ha, Belçikada 6,4 t/ha 
alınmışdır. 
Taxılın  məhsuldarlığının  dünya  üzrə  1950-ci  ildən  art-
ması,  seleksiyanın  nailiyyətləri,  gübrələrin,  yeni  intensiv 
texnologi
yanın tətbiqi hesabına baş vermişdir. 
Dünya  üzr
ə suvarılan  torpaqların sahəsi 1900-cu ildə 40 
milyon  hektardan, 1980-ci  ill
ərdə  249  milyon  hektara  çat-
dırılmışdır. 
Hazırda  dünyada  suvarılan  torpaqların  sahəsi  təxmini 
hesablamalara 
əsasən 250 milyon hektara çatmışdır. 1980-ci 
ild
ən sonra bu artım xeyli zəifləmişdir.  
Bir çox ill
ərdir ki, ərzaq məhsullarının artırılması məqsə-
dil
ə Beynəlxalq təşkilatlar çoxsaylı proqramlar hazırlayırlar. 
Lakin 
çoxları  son  illər  başa  düşməyə  başlamışlar  ki,  əsas 
yollardan  biri  m
əhsul  itgisinin  qarşısının  alınmasıdır.  Bu 
m
əsələyə  diqqət  ərzaq  məsələləri  üzrə  Roma  şəhərində 
1974-cü  ild
ə  keçirilmiş  Dünya  konfransında  xüsusi  qeyd 
olunmuşdur.  Bu  məsələ  yenidən  1975-ci  ildə  və  sonrakı 
ill
ərdə də BMT-nin sesiyalarında qaldırılmışdır. Qəbul olun-
muş qətnamələrdə BMT bütün ölkələri kənd təsərrüfatı məh-
sullarının  yığımdan  sonra  itgisinin  1985-ci  ilə  50%-dən  az 
olmayaraq 
azaldılmasına  nail  olmağa  çağırmışdır.  1978-ci 
ild
ə FAO fəaliyyət proqramı tərtib etdi. Bu proqram konkret 
olaraq m
əhsul yığımından sonra kənd təsərrüfatı məhsulları-
nın itgisinin azaldılmasına yönəldilmişdir. 1980-ci ildə FAO 
v
ə UNEP tez korlanan kənd təsərrüfatı məhsullarının itgisini 
azaltmaq üçün xüsusi ekspertl
ər qrupu yaratmışdır.  

48 
Bütün  ölk
ələr  ətraf  mühitin  keyfiyyətini  və  insanların 
sağlamlığını qorumağı qarşılarında məqsəd qoyurlar. Yemək 
m
əhsullarının itgisinin azaldılması təkcə istifadə üçün çoxlu 
ərzağın olması yox, həm də əkinçiliyin ekoloji nizamlanma-
sına imkan yaradır. 
İnkişaf etməkdə olan ölkələrdə ərzaq məhsullarının çatış-
ma
mazılığı diqqəti cəlb edən əsas problemlərdən biridir. 
Dünya 
əhalisinin ümumi sayının 400  mln. nəfəri, ən azı 
500 mln., b
əlkə də 1 milyardı daimi aclıqdan əziyyət çəkirlər. 
Ərzaq  məhsullarının  yığımdan  sonra  itirilməsinin  çoxlu 
s
əbəbləri var. Bu məsələdə də inkişaf etməkdə olan ölkələr 
f
ərqlənirlər. Təxmini hesablamalar göstərmişdir ki, 100 mln. 
ton 
taxıl  və  paxlalı  bitki  məhsulları  yalnız  inkişaf  etməkdə 
olan ölk
ələrdə itirilir ki, bu da 300 mln. adama bəs edərdi. 
Ərzaq  məhsulları  itgisinin  azaldılması  zəif  inkişaf  etmiş 
ölk
ələr  üçün  xeyli  müsbət  və  xeyli  gələcək  nəticələr  üçün 
əlverişlidir. 
M
əhsul itgisi üçün ətraf mühit amili az rol oynamır. Belə 
ki, 
havanın  yüksək  temperaturu  qida  məhsullarının  itgisini 
sür
ətləndirir.  Məs.  Həşəratlar  15
0
C-d
ən  35
0
C-y
ə  qədər 
temperaturda daha tez 
çoxalırlar. 
Havanın nisbi rütubəti də ətraf mühitin amili kimi itgiyə 
t
əsir  edir.  Yığım  dövründən  sonra  ərzaq  itgisinin  qarşısını 
almaq  üçün  ilk  a
ddımlar  olan  aşağıdakılar  barədə  dəqiq 
m
əlumatlar əldə etmək lazımdır: 
a) itginin 
miqyası; 
b) itginin 
baş verdiyi mərhələ 
v) itginin s
əbəbləri. 
Ona  gör
ə də yığımdan sonra bir çox təşkilatların həmrəy 
f
əaliyyəti vacibdir. 
Statistika  m
əlumatları  göstərir  ki,  Yer  kürəsi  ərazisinin 
762  milyon 
hektarı  və  ya  53,4%0-ni  dənli  bitkilər, 174 

49 
milyon 
hektarı  və  ya  12%-i  mədəni  bitilər, 22,5 milyon 
hektarı və  ya 1,6%-i  kartof əkini üçün istifadə olunur. Yer 
kür
əsində yığılan 1 mlrd.848 mln. ton taxılın – 316 milyon 
tonu 
buğda, 305 mln. ton düyü, 259 mln. tonu qarğıdalının 
payına  düşür.  Hazırda  Yer  kürəsində  buğda  əkinləri  üzrə 
Çin, Kanada, 
ABŞ, Argentina, Avstraliya, Rusiya, Ukrayna, 
Qazaxstan v
ə Hindistan aktiv mövqe tuturlar. Düyü istehsalı 
üzr
ə  Çin,  Yaponiya,  Filippin,  Vyetnam,  Koreya,  Tailand, 
Miyanma,  Kombodca, 
İndoneziya,  Banqladeş,  Hindistan, 
Pakistan v
ə s. ölkələr fərqlənirlər. 
Bütün  dünyada 
ərzaq  istehsalı  yuxarıda  adları  göstərilən 
ölk
ələrin inkişaf tempindən çox asılıdır.  
Yaxın  vaxtlara  kimi  ərzaq  problemini  həll  etmək  üçün 
Dünya 
okeanına böyük ümid bəslənirdi. Geniş ərazisi və su 
kütl
əsi  okeanın  böyük  və  tükənməz  bioloji  ehtiyatlarına 
malik 
olması kimi yanlış fikir yaratmışdır.  
Dünya aliml
ərinin son illər apardıqları tədqiqatlar göstər-
mişdir ki, bu heç də belə deyildir. Buna baxmayaraq ərzaq 
probleminin h
əllində Dünya okeanının rolu vardır. 
Dünya 
okeanının  bioehtiyatlarından  hələlik  yalnız  balıq, 
b
əzi dəniz heyvanları, iri fəqərəsizlər, xərçəngə bənzərlər və 
su bitkil
ərindən istifadə olunur (o cümlədən yosunlar). 
Praktiki  olaraq  okean  v
ə dənizlərin bioehtiyatlarının 67%-
ni  t
əşkil edən planktonlar istifadə olunmur. Ona görə də pla-
netin s
əthinin 70,8%-ni təşkil edən Dünya okeanı insanlar tə-
r
əfindən istfiadə olunan qida ehtiyatlarının cəmi 1-2%-ni verir. 
D
əniz bioehtiyatlarının mühafizəsi okean və dəniz suları-
nın  axır  illər  geniş  vüsət  almış  çirklənməsinin  qarşısını 
almadan mümkün deyil. 
İnsanların  ərzaq  məhsulları  problemlərindən  danışarkən 
heyvanlar  al
əminin  inkişafı,  onların  yayılması  və  təkamülü 
prosesind
ən  danışmamaq  olmaz.  İnsanlar  heyvanları  əhliləş-

50 
dirm
əyə  və  onlardan  ərzaq  məhsulları  məqsədləri  üçün 
istifad
ə  etməyə  bitkiləri  mədəniləşdirməkdən  qabaq  başla-
mışlar. Mezolit dövründə it, neolitdə isə donuz, qoyun, keçi, 
iribuynuzlu mal-qara, daha sonra is
ə at əhliləşdirilmişdir. Qə-
dimd
ən əkinçiliklə məşğul olan ölkələrdə bir çox quşlar, pişik, 
dovşan,  Amerikada  isə  Lama  əhliləşdirilmişdir.  Daha  sonra 
bal 
arısı və ipək qurdu insanlara fayda verməyə başlamışdır. 
Lakin  bu  gün  Dünyada  ged
ən güclü antropogen və təbii 
çirkl
ənmələr  istərsə  quru  ərazilərdən  və  istərsə  də  Dünya 
okeanından toplanan ərzaq məhsullarının azalmasına gətirib 
çıxarmışdır. Bu isə bütün Dnüyada və eləcə də ayrı-ayrı öl-
k
ələrdə ekoloji gərginliyi artırır, aclıq çəkən insanların sayı-
nı  artırır.  Bütün  bunlarla  əlaqədar  olaraq,  dünyada  ərzaq 
m
əhsullarının ekoloji təmizliyini nizamlamaq zərurəti yaran-
mışdır. Buna nail olmaq üçün torpaqların münbitliyini artır-
maq, 
əkilən bitki sortlarını yaxşılaşdırmaq, mineral və üzvi 
gübr
ələrdən  geniş  istifadə  etmək,  yığımdan  sonra  məhsul 
itgisinin 
qarşısını  almaqla  ekoloji  gərginliyi  azaltmaq  olar. 
Bununla 
ərzaq  problemlərinin  ekoloji  nizamlanmasına  nail 
olmaq mümkündür. N
əzərə almaq lazımdır ki, Yer kürəsində 
ərzaq  bitkiləri  əkilməsi  üçün  münbit  torpaqların  münbitliyi 
intensiv 
azalır.  Hazırda  Yer  kürəsində  ərzaq  məhsulları  al-
maq  üçün 
əsasən  meşəl-çöl  və  çöl  zonaları  geniş  mənim-
s
ənilir. Dünya əhalisinin sayı isə sürətlə artır. 
 
Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin