1
Temperament
Plan:
1.
Temperament haqqında anlayış. Psixikanın dinamik xüsusiyyətləri.
Onların qarşılıqlı əlaqəsi.
2.
Temperament haqqında təlimlər tarixindən.
3.
Temperament tipləri: sanqvinik, xolerik, fleqmatik, melanxolik.
4.
Temperament tiplərinin psixoloji xarakteristikaları. Ali sinir fəaliyyətinin
tipi və temperament tipi.
5.
Təlim fəaliyyətində temperamentin roli.
Ədəbiyyat:
1.
Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. Bakı, 2002.
2.
bayramov Ə.S., Əlizadə Ə.Ə. Sosial psixologiya. Bakı, 2003.
3.
Psixologiya. S.
İ.Seyidov və M.Ə.Həmzəyevin redaktorluğu ilə.Bakı,2007
4.
Мерлин В.С. Очерки теории темперамента. М., 1969.
5.
Bayramov Ə.S. Şəxsiyyətin təşəkkülünün aktual psixoloji problemləri.
Bakı, 1989.
Hələ qədim zamanlarda alimlər insanların davranışının xarici
təzahürlərini müşahidə edərək onlar arasında böyük fərdi fərqlərin mövcud
olması fikrini irəli sürmüşlər. At, it, uzunqulaq, pələng, meymun və s. təbiətli
adamlar haqqında təsəvvürlər də belə meydana gəlmişdir. İnsanlar arasında
belə fərdi fərqləri hər zaman duymaq və görmək mümükündür. Bəzi adamlar
çox mütəhərrik, emosional cəhətdən oyanıq və enerjilidirlər, digərləri zəif,
astəgəl və adamayovuşmazdır. Bəzi adamlar fəal, ünsiyyətə meyilli olduğu
halda, başqaları qapalı və qaraqabaqdırlar. Buradan da insanlar haqqında
fərqli təsəvvürlər meydana gəlmişdir.
İnsanların davranış və fəaliyyət prisesində aşkara çıxan bu cür fərdi
fərqlərini əks etdirən xüsusiyyətlərin kompleksi öz əksini “temperament”
2
anlayışında tapmışdır. Temterament sözü latınca “
temperamentum
”
sözündən götürülmüşdür, lüğəti mənası “praporsiya”, “qarşılıqlı nisbət”
deməkdir.
Yaşından asılı olmayaraq bütün insanların rəftar və davranışında fərqli
xüsusiyyətlər müşahidə olunur. İnsanların işləyərkən, öyrənərkən,
oynayarkən, danışarkən belə fərdi
fərqləri aşkar görmək olar. Onlar xarici
təsirlərə qarşı göstərdikləri reaksiyaların gücünə, sürətinə görə müxtəlif
qruplara ayrılırlar. Eyni bir hadisə bəzi adamlarda dərin kədər, digərlərində
etinasızlıq yaradır. Bəzi adamlar gülməli bir hadisədən göz
yaşları axıdıncaya
qədər gülür, digərlərinin isə bir azca dodağı qaçır. (Məsələn, Azərbaycanın
xalq artisti N.Zeynalova “Cəhrə qarı” obrazını oynayarkən tamaşaçıların
münasibəti), (Teatra blet alan və gecikən 4 nəfərin fərqli davranışı və s.)
Psixologiy
ada temperamentə belə bir tərif verilir:
Temperament
şəxsiyyətin fəaliyyəti və davranışı prosesində üzə çıxan, psixi fəallığın
dinamikasını əks etdirən fərdi –psixoloji xüsusiyyətdir.
İnsanın psixi fəaliyyətində 2 əsas amil xüsusi olaraq diqqəti cəlb ed
ir.
1.
fəallıq.
2.
emosionallıq.
Psixi fəaliyyətin fəallığı özünün cərəyanetmə gücünə, sürətinə və
tempinə görə fərqlənir. Psixi fəallıq müxtəlif adamlarda fərqli təzahürlərə
malikdir. Burada bir-
biri ilə qütblük təşkil edən iki əsas cəhəti fərqləndirmək
olar:
1.
Böyük enerjililik, qətiyyətlilik, həvəs və nitq zamanı ifadəli hərəkətlər.
2.
Passivlik, süstlük, astagəllik, zəif tempdə müşahidə olunan hərəkətlər.
Romalı həkim Qalen (e.ə.II əsr) temperament tiplərini fizioloji, psixoloji,
hətta əxlaqi xassələrə əsasən şərh etmişdir. Qalen ilk dəfə olaraq
temperamentin təsnifatını vermiş və onun 13 tipini göstərmişdir. Antik
dövrdəki temperamentlə bağlı fikir və mülahizələr yüzilliklər keçdikdən sonra
psixikanın dinamik təzahüründəki fərqlərlə bağlı yeni nəzəriyyələr yaratmağa
3
başladış. Lakin yaranan bu nəzəriyyələrə antik yunan və romalı həkimlərin
təsivi qalmaqda idi. Bu nəzəriyyələr
Humoral sistem
adlanır. Humoral
nəzəriyyə yuxarıda deyildiyi kimi orqanizmdəki mayelərin nisbətinə əsaslanır.
Alman psixiatrı E.Kreçmer XX ə
srin 20-
ci illərində temperamentin
xüsusiyyətlərini insanın bədən quruluşunun xüsusiyyətləri ilə izah etməyə
başladı. Kreçmerə görə bədən quruluşuna görə müəyyən temperament tipi
uyğun gəlir. XX əsrin 40
-
cı illərində Amerika psixoloqu Y.eldon
temperamenti
n bədən quruluşu ilə əlaqəsini daha əsaslı şəkildə sübut etməyə
çalışdı. Onların bu nəzəriyyəsi
Somatik sistem
adlanır. Məşhur rus alimi
İ.P.Pavlov temperament tiplərini ali sinir fəaliyyətini tipləri əsasında izah
edirdi. Sonralar psixoloq və fizioloqlar (B.M.Teplov, V.S.Merlin, V.D.Nebılitsın
və b.) İ.P.Pavlovun bu nəzəriyyəsini daha da inkişaf etdirərək bu
xüsusiyyətləri beyinin strukturuna uyğun olaraq izah etdilər.
Temperament tiplərinin ali sinir fəaliyyətinə əsasən şərhi
Sinir
sisteminə əsaslanan nəzəriyyə adlanır. Temperamenti yalnız şərti olaraq
şəxsiyyətin komponentinə aid etmək olar. Çünki temperament bir qayda
olaraq anadangəlmədir və bioloji xüsusiyyətlərlə şərtlənir. Temperament
xarakterlə sıx bağlıdır və yaşlı adamlarda onları fərqləndirmək xeyli çətindir.
Hələ bizim eradan bir neçə əsr əvvəl qədim Hind və Çin təbibləri insan
bədənindəki elementləri 3 əsas qrupa ayırırdılar. Çinlilərdə: “tsi
(heyvayabənzər başlanğıc), öd, qan, selik.
Bədəndə bu mayelərdən hər hansı birinin üstünlük təşkil etməsi
baxımından qədim çinlilər
insanları aşağıdakı 3 əsas tipə ayırırdılar:
1.
Öd və ya qanın üstün olduğu adamlar: güclü, mərd, cəsur,
pələngəbənzər adamlardır.
2.
“Tsi”nin üstün olduğu adamlar: meymunabənzər adamlardır.
3.
Seliyin üstün olduğu adamlar: ləng,
astagəl və az fəal adamlardır.
Psixologiya tarixində temperament haqqında ilk təlimin müəllifi Qədim
Yunan həkimi Hippokrat hesab edilir. (e.ə. V
-
IV əsrlər). O, temperamentin
4
şərhini və izahını fizioloji əsaslarını insan orqanizmində mövcud olan 4
müxtəlif mayenin qarşılıqlı nisbəti ilə isah edirdi.
1.
Qan (latınca “sanqviz”) –
sanqvinik;
2.
Selik (“fleqma”) –
fleqmatik;
3.
Öd, sarfa (“xole”) –
xolerik;
4.
Qara öd (“melame xole”) –
melanxolik.
Qeyd etmək lazımdır ki, insanların hər biri müəyyən temperament tipinə
a
id edilsə də, xalis şəkildə bu və ya digər temperamentə rast gəlmək çox
çətindir. İnsanların böyük əksəriyyəti qarışıq temperament tipinə aiddir. Lakin
hər hansı temperament tipinin xüsusiyyətinin üstün olması baxımından onlar
konkret bir tipə aid edilirlər. Məsələn, rus yazıçısı Gertsen sanqvinik, Qoqol
melanxolik, Puşkin xolerik temperament tipli olmuşlar. Suvorov xolerik,
Kutuzov fleqmatik, Hitler və Stalin xolerik temperament tipinə mənsub idilər.
Heydər Əliyev, S.Vurğun xolerik temperamentinə mənsub idilər.
Yunan təbibi
Hippokrat
temperamentin fizioloji əsaslarını psixoloji və
fizioloji cəhətdən, Roma həkimi Qalen (II əsr), fizioloji, psixoloji və əxlaqi
cəhətdən, XVIII əsrdə yaşamış Alman filosofu İ.Kant isə yalnız psixoloji xassə
kimi səciyyələndirmişdir.
XIX əsrdə alman psixoloqu V.Vund temperamenti “ruhi hərəkətlərin
qüvvəsi və surəti arasındakı nisbət” hesab edirdi.
XX əsrdə alman alimi Kreçmer və ABŞ alimi Şeldon temperamenti
daxili ifrazat vəzilərinin fəaliyyətinin nisbəti ilə izah etmiş
, temperament
tiplərinin insanın fizioqonomiyası ilə əlaqəsinin olduğunu eqyd etmişlər. Rus
fizioloqu akademik İ.P.Pavlov temperament haqqında təlimə tamamilə yeni və
fərqli baxış gətirmiş, onu ali sinir fəaliyyətinin qanunları əsasında izah etməyə
nail o
lmuşdur.
İ.P.Pavlov sinir prosesləri olan oyanma və ləngimənin 3 əsas
xüsusiyyətini kəşf etmişdir.
1.
Oyanma və ləngimənin
qüvvəsi;
5
2.
Oyanma və ləngimənin
müvazinətliyi;
3.
Oyanma və ləngimənin
mütəhərrikliyi.
Oyanma və ləngimə proseslərinin qüvvəsi bütövlükdə
sinir
hüceyrələrinin iş qabiliyyətinin göstəricisidir.
Oyanma və ləngimənin müvazinətliyi sinir prosesləri arasındakı balansı
əks etdirir.
Oyanma və ləngimənin
mütəhərrikliyi bu proseslərin qarşılıqlı olaraq
əvəzlənmə surətinin göstəricisidir.
Qeyd o
lunan 3əsas əlamətə əsaslanan Pavlov temperament tiplərinin
adlarına toxunmadan onları aşağıdakı kimi izah etmişdir.
1.
Qüvvətli, müvazinətli, mütəhhərrik tip –
yəni, diribaş, canlı tip –
sanqvinik.
2.
Qüvvətli, müvazinətsiz tip –
coşğun və enerjili, tündməca
z tip
–
xolerik.
3.
Qüvvətli, müvazinətli tip
-
ətalətli, sakit və astagəl tip –
fleqmatik.
4.
Zəif tip –
melanxolik.
İ.P.Pavlov
vaxtilə qetd etmişdir ki, sinir proseslərinin başqa mümkün
xassələri də ola bilər. Pavlovdan sonra B.M.Teplov və V.D.Neblitsın daha
iki
yeni xassənin –
dimaniklik və labilliyi kəşf etmişlər.
Dinamiklik
dedikdə onlar mənfi və ya müsbət şərti reflektor rabitələrin
yaranması sürətini,
labillik
dedikdə isə, oyanma və ləngimə proseslərinin
yaranması sürətini nəzərdə tuturdular. Onların fikrincə sinir prosesləri
arasında düzxətli asılılıq
(
oyanma nə qədər
zəifdirsə, diqqət bir o qədər tez
y
ayınır) və əyrixətli asılılıq (
oyanma prosesinin
qüvvəsi müəyyən həddə
çatdıqda, emosional oyanıqlıq zəifləyir) mövcuddur.
Temperment tiplətinə aid
xassələrin daha geniş və müfəssəl izahı
akademik V.Merlin tərəfindən irəli sürülmüşdür.
6
1. Senzitivlik
–
bu psixi reaksiyanın əmələ gəlməsinə təsir edən qıcığı və
onun qüvvəsini əks etdirir. (məsələn, bir dəfə qışqıran kimi dərhal
qorxdu).
2. Reaktivlik
–
qüvvətli xarici və daxili təsirlərə (tənqid, təhqir, ürək
sındıran söz, hədə vəs.) qarşı verilən reaksiyanın qeyri–
ixtiyarilik
dərəcəsini əks etdirir.
3. Aktivlik
–
məqsədə çatmaq üçün xarici və daxili təsirlərə qarşı
müqavimət dərəcəsinin əks etdirir.
4. Reakti
vliklə aktivliyin nisbəti –
bu fəaliyyətin nədən asılı olduğunu
-
əqidə və ya məqsəddənmi, yoxsa təsadüfi istəkdənmi
-
əks etdirir.
5.
Reaksiyaların
tempi
–
psixi reaksiyanın sürəti, nitq zamanı zirəklik,
yaddasaxlamanın sürəti və s.
6. Plastiklik -
(xarici təsirlərə tez uyğunlaşma) və onun əksi olan
rigitlik
(gec uyğunlaşma).
7. Ekstroversiya
–
(
fəaliyyətin indiki andan) və
introversiya
(keçmişvə
ya gələcəkdən asılı olması).
8.
Emosional oyanıqlıq –
Emosional reaksiyanın yaranmasının daha
aşağı təsir dərəcəsi və onun yaranma sürəti.
Müxtəlif əmək fəaliyyəti sahələrində temperament tiplərinin mühüm
xarakterik keyfiyyətləri üzə çıxır. Məsələn, təcili gərginlik tələb edən
peşələrdə temperament xüsusiyyətləri taleyüklü xüsusiyyətlərə malikdir.
Məsələn
, melanxolik
vasvasılı, şübhə meylli, səksəkəlidir. Ləngdir.
Belə şagird qaralama yazı üzərində çox oynayır, ağartmaya isə vaxt çatmır.
Yazdığını dəfələrlə yoxlayır, səhv edəcəyindən qorxur.
Savqvinik
tez, sürətli, bəzən pinti yazır, yazdıqlarını yoxlamağa
hövsələsi
çatmır, onun yazı işində səhvləri çox olur.
İnsanların tempetament tipi ilə onların davranış mədəniyyəti arasında
birbaşa əlaqə vardır. Elə adamlar var ki, ədəbsiz, çılğın, əsəbidir. Onlar deyir:
nə edə bilərəm, temperamentim,xasiyyətim belədir. Onlar
qeyri-
mədəni,
7
tərbiyəsiz adamlardır. İnsanların temperamenti ilə iradə arasında əlaqə
vardır. Polad iradəli adamlar özünü ələ ala bilirlər.
Temperament tiplərinin psixoloji xarakteristikası
1. Xolerik
–
müvazinətsiz, tez
-
tez əhvalı dəyişən, emosiyalarında coşğun, işə
ehtirasla başlayan, daim hərəkətdə olan güclü temperament tipidir. Xolerik
üçün reaktivlik, yüksək aktivlik, reaksiyaların sürətli olması səciyyəvidir. Lakin
onların reaktivliyi aktivlikdən üstündür. Xolerik kəmhövsələ, səbrsiz,
tündməcazdır. Çətinlikdən qorxmur, məhz öz gücünə onu aradan qaldırmağa
çalışır.
Xoleriklərdə oyanmanın ləngimədən üstün olması onları bir sıra
problemlərlə üzləşdirir. Onlar ünsiyyət zamanı özlərini ələ ala bilmir,
məsələlərə kəskin yanaşır, səbrsizlik göstərir ki, bu da onlarda ünsiyyət
çətinliyi yaradır. Bu xüsusiyyətlərinə görə xoleriklər çox vaxt hadisələri
obyektiv qiymətləndirə bilmirlər.
2. Sanqvinik
–
müvazinətli, ünsiyətcil, həssas, hərəki, yüksək psixoloji aktivlik
göstərən güclü temperament tipidir. Sanqvinik zirək, diribaş, tez
-
tez vəziyyəti
dəyişən, tez
-
tez təsirlənən, hər şeylə maraqlanan temperament tipidir. Lakin
onun marağı və həvəsi dəyişən və davamsızdır. Mimikası zəngin, mütəhərrik
və ifadəlidir. Əhval
-
ruhiyyəsi dəyişkəndir. Yeni şəraitə və insanlara tez və
asan uyğunlaşır. Sanqvinik reaktivdir. Onlar tez təsirlənir, tez küsür və tez də
unudurlar. Sanqviniklər kollektiv fəaliyyətə meyl göstərir, insanlarla tez və
asan ünsiyyət qururlar. Onlar yeni şəraitə tez uyğunlaşır və bununla belə
köhnəni də
tez unudurlar. Təlim fəaliyyəti zamanı sanqvinik maraqlandığı
fənn və mövzuları asanlıqla mənimsəyir. Xoşlamadığı fənnə maraq göstərmir,
öyrənməyə səy etmirlər.
3. Fleqmatik -
güclü temperament tipidir, hərəkətləri ləngdir. Əhvalı adətən
sabitdir. Emosi
yaları zahirən zəifdir. Psixi fəallığının səviyyəsi aşağıdır.
Reaktivliyi azdır. Fleqmatik az plastikdir və rigiddir. Fleqmatiklər fəaliyyət
8
prosesində ölçülü
-
biçili davranırlar. Qayda
-
qanuna əməl etməyi, adət etdikləri
şəraitdə çalışmağı xoşlayırlar. Ləng
olmaları bir qayda olaraq təlim
fəaliyyətində onları çətinliklərlə üzləşdirir. Belə ki, yeni materialı öyrənib
yadda saxlamaq üçün dəfələrlə təkrar etməyə ehtiyacları olur. Fleqmatiklər
insanlarla münasibətdə sabit və sakitdirlər. Onlar hadisələrə də soyuqqanlı
yanaşırlar. Onları özündən çıxarmaq çətindir. Adətən mübahisələrə
qoşulmurlar. Tərbiyə işi düzgün qurulduqda, yaxşı şəraitə düşdükdə onlarda
işgüzarlıq, dözümlülük, hadisələrdən düzgün nəticə çıxara bilmək keyfiyyəti
formalaşır. Münbit olmayan şəraitdə isə tənbəllik, ətalət, əzginlik kimi mənfi
xüsusiyyətlər özünü göstərir. Bəzən onlar insanlara, əməyə, hətta özlərinə
qarşı laqeyd olurlar.
4. Melanxolik
–
zəif temperament tipidir. Hərəkətləri ləngdir. Psixi fəallığı
aşağıdır. Asanlıqla təsirlənir, q
eyri-
senzitivdir. Yeni şəraitə çətinliklə
uyğunlaşır.
Hisslərini
zəif
ifadə
edir.
Adətən
melanxoliklərdə
özünüqiymətləndirmə aşağı olur. Onlar üçün zəif reaktivlik xasdır.
Melanxoliklərdə psixi proseslərdə oyanma gec baş verir. Yeni şərait və güclü
qıcıqlandırıcılar onları tez yorur. Ümumiyyətlə, onlar tez yorulurlar. Lakin
öyrəşdikləri və sakit şəraitdə məhsuldar işləyirlər. Emosionallıqları zəifdir.
İncikləri çətinliklə bağışlayırlar. Lakin onu zahirən biruzə vermirlər. Bir qayda
olaraq melanxoliklər ünsiyyətə meyl göstərmirlər. Xüsusilə tanış olmayan
şəraitdə və tanımadıqları adamlarla ünsiyyətdən qaçırlar. Onlar həm də daha
çox pessimist, qapalı, qaraqabaq adam təsiri bağışlayırlar. Melanxoliklər
adətən musiqidə, ədəbi yaradıcılıqda, rəssamlıqda, daha çox uğur qazanırlar.
Pis və ya yaxşı temperament tipi yoxdur. Onlardan hər birinin üstün və
mənfi tərəfləri vardır. Xoleriklərin üstün cəhəti qısa müddət ərzində hadisələri
qiymətləndirə bilməsidir. Çatışmamazlığı isə işi başa çatdıra bilməməsidir.
Onlar bi
r çox hallarda başladıqları işi sona çatdırmqda hövsələsizlik
göstərirlər. Sanqviniklər işin başlanğıcında yüksək fəallıq göstərsə də,
sonunda fəallıqları aşağı düşür, işə maraqları azalır. Onlar ümumən əksər
9
hallarda yüksək reaksiya nümayiş etdirirlər. Fleqmatiklər isə uzun müddət və
inadkarlıqla çalışsalar da tezliklə qüvvələrini işə yönəltməyə çətinlik çəkir,
özlərini səfərbər edə bilmirlər. Melanxoliklərin yüksək dözümlülüyü, işin ortası
və sonuna yaxın fəallıqları müsbət sayılır. Lakin ləng və süst hərəkət
ümumən az fəallıqları mənfi keyfiyyət kimi qiymətləndirilməlidir.
Peşə fəaliyyəti, peşəseçmə zamanı temperament tiplərinin peşənin
xüsusiyyətlərinin dinamiklik və emosionallıq baxımından nəzərə alınmasəı
vacibdir.
Dostları ilə paylaş: |