Təqsirləndirilən şəxs Məmmədov Nicat Astan oğlunun müdafiəçisi, “Kredo” vəkil bürosunun



Yüklə 28,36 Kb.
səhifə1/2
tarix29.06.2022
ölçüsü28,36 Kb.
#62521
  1   2
nicat apelyasiya



Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına

Bakı Ağır Cinayətlər Məhkəməsinin 23.06.2022-ci


il tarixli 1(101)-1137/2022 nömrəli hökmündən
təqsirləndirilən şəxs Məmmədov Nicat Astan oğlunun müdafiəçisi, “Kredo” vəkil bürosunun
vəkili Rəşidov Rövşən Xudaşirin oğlu tərəfindən
055-225-14-12

A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ



  1. Şikayətin halları

Bakı Ağır Cinayətlər Məhkəməsinin 23.06.2022-ci il tarixli 1(101)-1137/2022 saylı hökmü ilə təqsirləndirilən şəxs Məmmədov Nicat Astan oğlunun əməlinə düzgün qiymət verilmədiyindən cinayət qanunvericiliyinin tələbləri pozulmuşdur.


Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23.06.2022-ci il tarixli, 1(101)-1137/2022-ci il tarixli hökmü ilə ( hakim Hüseynov Telman Qulaməli oğlunun sədrliyi ilə, hakimlər İsmayılov Eldar Herov oğlu və Məmmədov Əli İfran oğlundan ibarət tərkibdə) Məmmədov Nicat Astan oğlu Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 5 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.
Nəzərinizə çatdırıram ki, qanunvericiliyin tələblərinə,cinayətin xarakterilə, ictimai təhlükəlilik dərəcəsinə, ağırlığına, məhkumun şəxsiyyətinə və onun ailə vəziyyətinə hüquqi qiymət verilməyərək, ümumiyyətlə əsaslı halları əsassız yerə nəzərə almayaraq bu cür ədalətsiz, qanunsuz hökm qabul edilmişdir.
Aşağıda qeyd olunanlara əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 23.06.2022-ci il tarixli 1(101)-1137/2022 saylı hökmü dəyişdirilməli və təqsirləndirilən şəxsin əməli AR CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməlidir.
Belə ki, ibtodai istintaq bilərəkdən və məqsədyönlü şəkildə saxtalaşdırılmış, təqsirləndirilən şəxs Məmmədov Nicat Astan oğlunun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. İstintaq materiallarında buraxılmış bir sıra kobud pozuntular birinci instansiya məhkəməsinin diqqətindən yayınmış, təqsirləndirilən şəxsin müdafiə hüququ kobud şəkildə pozulmuş və məhkəmə yekun aktında qeyd edəcəyim bir sıra xüsusatlara qiymət verməmiş, bu isə o deməkdir ki, məhkəmənin gəldiyi nəticə işin bütün faktiki halları ilə açıq-aşkar uyğunsuzluq təşkil edir.
14.01.2022-ci il tarixli cinayət işinin başlanması haqqında qərarın təsviri və əsaslandırıcı hissəsində qeyd olunur ki, Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş ənəliyyat-axtarış tədbirləri nəticəsində 13.01.2022-ci il tarixdə Məmmədov Nicat Astan oğlu Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi İ.Quliyev küçəsində saxlanılaraq Polis Bölməsinə gətirilmiş və onun üzərində keçirilən şəxsi axtarış zamanı məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan üzərindən 1 ədəd kağız bükülüyə bükülmüş 6 ədəd ag kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkilə 0,445 qram,0,499 qram,0,313 qram,0,525 qram,0,413 qram,0,717 qram, ümumi təmiz çəkisi 2,912 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkusu 0,175 qram ağ rəngli kristallardan ibarıt kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdürş
Göründüyü kimi, təhqiqat üzrə araşdırma zamanı, yəni cinayət işi başlanana qədər Məmmədov Nicat Astan oğlunun satış məqsədi olmadan narkotik vasitə və psixotrop maddə əldə etməsi və daşıma müəyyən edilmiş, yəni satış məqsədi ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində belə müəyyən edilməmiş, haqlı olaraq istintaq orqanı satış məqsədi olmadan narkotik vasitəni və psixotrop maddəni qanunsuz olaraq saxlama üzrə cinayət işi başlamışdır. Bu hal bir daha onu sübut edir ki, Məmmədob Nicat Astan oğlunun əməlində AR CM-nin 234.4.3-cü maddəsinin cinayət tərkibi yoxdur.
Bundan əlavə, Suraxanı RPİ-nin 31-ci PB-nin Cinayət-Axtarış üzrə əməliyyat müvəkkili Əlizadə Nurlan Vəli oğlu 13.06.2022-ci il tarixdə 31-ci PB-nin rəisinə raportla müraciət edərək bildirmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Ə.Ağayev küçəsi ev 43 mənzil 84-də yaşayan “Nicat” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə ıldı etmısi, saxlaması və istifadəsi ilə məşqul olması barədə əməliyyat məlumatı daxil olmuşdur və bu məlumatın yoxlanılması, “Nicat” adlı şəxsin şəxsiyyətini müəyyən edib cinayət başında yaxalanması və cinayət əməlinin ifşa olunması məqsədi ilə əməliyyat qrupunun yaradılmasına və əməliyyat-axtarış tədbirlərin keçirilməsi barədə rəisdən icazə alınır və müvafiq tədbirlər keçirilir.
Göründüyü kimi, məxfi mənbədən alınmış məlumatın özündə belə Nicat Məmmədovun üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi, istifadəsi və saxlanması bildirilir, onun satışı barədə heç bir məlumat yoxdur, onun narkotik vasitənin istifadəçisi olduğu bir daha sübuta yetirilir.
Yuxarıda qeyd olunan raport əsasında Nurlan Əlizadə tərəfindən əməliyyat-axtarış tədbirlərin keçirilməsi barədə qərar qəbul edilmiş,həmin qərarın təsviri-əsaslandırıcı hissəsində bir daha qeyd olunmuşdur ki, Məmmədov Nicat Astan oğlu qanunsuz olaraq narkotik vasitənin əldə etməsi, saxlanması və istifadəsində şübhəlidir və məlumat bu məzmunda daxil olmuşdur.
13.01.2022-ci il tarixli əməliyyat qrupunun təşkil edilməsi barədə protokolda bir daha Məmmədov Nicat Astan oğlunun qanunsuz olaraq narkotik vasitənin əldə etməsi, saxlaması və istifadəsi qeyd olunmuşdur.
Şəxsi axtarış və götürmənin aparılmasına dair qərardan, protokoldan və protokola əlavə edilmiş videogörüntüdən görünür ki, həmin vaxt Məmmədov Nicat Astan oğlunun yanında hüquqlarının müdafiəsi üçün vəkil iştirak etməmiş və müdafiə hüquqları kobud şəkildə pozulmaqla qeyd olunan istintaq hərəkətləri aparılmışdır.
Şəxsi axtarış zamanı aparılmış videogörüntüdən və DVD-R diskə baxış keçirilməsinə dair protokoldan göründüyü kimi, Məmmədov Nicat Astan oğlu üzərində aşkar olunaraq götürülmüş narkotik vasitəni və psixotrop maddəni şəxsi istifadə məqsədi ilə əldə edib üstündə gəzdirmişdir.
N.A.Məmmədovun istifadəsində olan mobil nömrədə olan “sms” lərə baxış keçirilən zaman onun narkotik vasitə yaxud psixotrop maddənin satışı ilə məşqul olamsına dair heç bir mıəlumat aşkar edilməmişdir.
Yuxarıda sadalanan hallara heç bir hüquqi qiymət verilməyərək, bilərəkdən və məqsədyönlü şəkildə ibtidai istintaqı aparan müstəntiq Çərkəz Pənahov tərıfindın cinayət işi AR CM-nin 234.1-ci maddəsindən 234.4.3-cü maddəsinə tövsif edilmiş, əməlin tövsif edilməsi barədə qərarda isə buna əsas verən hallar sadalanmamış, Məmmədov Nicat Astan oğlunun əməlinin AR CM-nin 234.4.3-cü maddəsinə tövsif edilməsinə əsas verən hər hansı bir sübut istintaq zamanı müəyyən edilməmişdir.
İbtidai istintaq və məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları Əlizadə Nurlan Vəli oğlu və Səfərov Səyavuş Abdin oğlu vermiş olduqları ifadələrində onlarda Məmmədov Nicat Astan oğlunun qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması, gəzdirməsi və istifadə etməsi barədə məlumatın olması, lakin satş məqsədi ilə narkotik vasitələrin saxlanması və daşıması barədə məlumatlarının olmadığını bildirmişlər.
Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Məmmədov Nicat Astan oğlu sərbəst ifadəsi zamanı bildirmişdir ki, narkotik vasitələrdən son 1 ay ərzində istifadə etmiş,onu “Komsomolski” adlanan dairədən adını bilmədiyi, lakin üzdən tanıdığı adamlardan 5 manat verib almış,sonuncu dəfə narkotik vasitəni 20 manata almış, oradan çıxıb Suraxanıya dostları ilə görüşmüş, sonra Əmircan qəsəbəsinə gəlmişdir. Yolda gəzdiyi zaman ona maşın yaxınlaşmış və maşının içində olan polis əməkdaşları adını soruşub üstünə axtarış keçirmiş, üzərindən heç nə aşkar edilməmiş, ondan burada nə etdiyini soruşduqları zaman, o, 213 nömrəli avtobus yoluna getdiyini bildirmişdir. Polis əməkdaşları maşına minib getmiş, o da yoluna davam etmişdir. Daha sonra polis əməkdaşları maşını saxlayıb, onun üzərinə yenə axtarış keçirmişlər. O, narkotik vasitəni kəmərin altına qoyduğundan polis əməkdaşları yenə üzərindən heç nə aşkar edə bilməmişlər. Daha sonra onu maşına mindirib, polis bölməsinə aparmışlar. Maşında onun papağını sifətinə salaraq, mal çıxarıb bu narkotik vasitənin onun olduğunu və boynuna götürməli olduğunu demişlər. O etiraz edərək, boynuna götürməyəcəyini bildirmişdir. Bölməyə çatanda kəmərində gizlətdiyi narkotik vasitə ayağına düşmüşdür. Polis əməkdaşları bunu görüb narkotik vasitəni cibinə qoymağını bildirmişlər. Sonra onun üzərinə polis bölməsində xidməti otaqların birində baxış keçirmişlər. O, cibində olan narkotik vasitəni təqdim etmişdir. Onun üzərində 6 bükümdə heroin, 1 bükümdə metamfetamin olmuş, üzərindən başqa heç nə aşkar olunmamış, aldığını öz istifadə üçün almış və vaxtaşırı istifadə edəcəkmiş.
Təqsirləndirilən şəxsin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrindən, şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşlarının ifadələrindən, əməliyyat-axtarış tədbirləri zamanı əldə olunmuş məlumatlardan, istifadə etdiyi mobil nömrəyə baxışdan və cinayət işinin material larında olan digər mötəbər və təkzibolunmaz sübutların məcmusu ilə təsdiq edilmişdir ki, Məmmədov Nicat Astan oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətləri yoxdur və məhkəmə əsassız olaraq təqsirləndirilən şəxsin əməlini həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə tövsif edilməsini düzgün hesab etmiş və həmin maddə ilə ona azadlıqdan məhrumetmə növündə cəza təyin etmişdir.
Hər hansı bir şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri əldə etməsi və dövriyyəsi qadağan olunmuş həmin əşyanın satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübut və ya sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Şəxsin üzərindən külli miqdarda narkotik vasitə olan heroinin aşkarlanması özü-özlüyündə onun həmin vasitənin satışı ilə məşğul olmasını, eləcə də onun tərəfindən həmin vasitəni satış məqsədi ilə əldə edilməsini təsdiq etmir.
Ali Məhkəməsinin Plenumunun Qərarında məhkəmələrə tövsiyə edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla (bizim halda isə heç bir sübut yoxdur ) və narkotik vasitələrin miqdarı ilə yanaşı ( bizim halda külli miqdarı 1 qram keçir) , istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi ( bizim halda tərəzi yaxud digər ölvü vasitəsi aşkar edilməyib), onların hazırlanması üçün avadanlığın olması ( bizim halda heç bir cihaz yaxud preparat aşkar edilməyib) və işin digər halları nəzərə alınmalıdır.
İbtidai istintaq dövründə Nicat Məmmədovun narkotik vasitələrin satışı ilə məşğul olması, belə vasitələrin satışı ilə bağlı hər hansı şəxslə danışıq aparması və bu barədə sövdələşməsi, narkotik vasitələri kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, “müştəridən” narkotik vasitələrlə bağlı sifariş alması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir.
Bu isə qanunun tələbinə əsasən birbaşa təqsirləndirilən şəxsin xeyrinə təfsir olunmalı idi. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
Narkoloji ekspertizanın rəyindən görünür ki, Nicat Məmmədovda narkomaniya xəstəliyi var və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.
İbtidai istintaq orqanı Nicat Məmmədovun Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa və mötəbər sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, Nicat Məmmədova qarşı irəli sürülmüş ittihamın əsasını yalnız aşkar edilmiş və hər birində 0,4-0,7 qram çəkidə olan bir neçə bükümün ümumilikdə 3 qram çəkidə olması təşkil etmişdir.
Hesab edirəm ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil.
Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik maddəni məhz satış məqsədilə əldə etməsi, saxlaması və daşıması sübuta yetirilmədiyindən, lakin onun satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə etməsi və saxlaması əməlini törətməsi təsdiq edildiyindən əməli CM-in 234.1-ci maddəsi ilə tövsif olunmalıdır.
Nicat Məmmədovun məhkumluğunun olmadığını, özünün və qardaşı Məmmədov Elnurun uşaqlıqdan indiyədək epilepsiya və ensefalopatiya, yəni sinir hüceyrələrin və beyinin funksiyasının pozulması xəstəliyindən əziyyət çəkdiklərini, yaşadığı yerdən müsbət xarakterizə olunduğunu, cəmiyyətdən təcrid edilməsi özünə mənfi təsir etməklə yanaşı, ailəsini də ciddi məhrumiyyətə düçar edə biləcəyini, bunun isə məhkumun islah olunması məqsədinə zidd olduğunu nəzərə alib ona 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın minimum həddində, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiq hesab edilər.



Yüklə 28,36 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin