309) Ürəyin hansı kamerasının dilatasiyası zamanı sola və aşağı
genişlənməsi müşahidə olunur?
A) Sağ qulaqcıq
B) Sol mədəcik
C) Sol qulaqcıq və sağ mədəcik
D) Sol qulaqcıq
E) Sağ mədəcik
Ədəbiyyat: А. Л. Гребенев. «Пропедевтика внутренних болезней» 2001г.
310) Qanhayxırma daha çox nə vaxt müşahidə olunur?
A) Mitral stenozda
B) Mitral qapağın çatmamazlığında
C) Aortal qapağın çatmamazlığında
D) Aorta qövsünün stenozunda
E) Üç taylı qapağın çatmamazlığında
Ədəbiyyat: А. Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001г.
311) Ürəyin zirvəsində “pişik mırıltısı” hansı ürək qüsuru üçün xarakterikdir?
A) Mitral stenoz
B) Aorta qövsünün stenozu
C) Üç taylı qapağın çatmamazlığı
D) Mitral qapağın çatmamazlığı
E) Aortal qapağın çatmamazlığı
Ədəbiyyat: А. Н. Окороков. «Диагностика болезней внутренних органов» 2001г.
Dostları ilə paylaş: |