615) Qeyri-spesifik xoralı kolitdə müalicəni nə ilə başlamaq lazımdır?
A) İmuranla
B) Sulfasalazinlə
C) Neomisinlə
D) Ampisillinlə
E) Levomisetinlə
Ədəbiyyat: П.Я.Григорьев, А.В.Яковенко. «Справочник по гастроэнтерологии» 2003г.
616) Qeyri-spesifik xoralı kolit xəstəsi bifikol qəbul edir. Hərarətin qalxması ilə
əlaqədar xəstəyə tetrasiklin təyin edirlər. Antibiotikin təsirindən bifikolun
bioloji aktivliyi necə dəyişir?
A) Qalxır
B) Preparatların təsiri qarşılıqlı güclənir
C) Dəyişmir
D) Enir
E) Düzgün cavab yoxdur
Ədəbiyyat: А. С. Логинов, А. И. Парфёнов. «Болезни кишечника» 2000 г.
617) Kron xəstəliyi zamanı daha çox zədələnən aşağıdakılardan hansıdır?
A) Düz bağırsaq
B) Appendiks
C) Mədə
D) Qida borusu
E) Qalça bağırsaq
Ədəbiyyat: Питер P. МакНелли. «Секреты гастроэнтерологии» 2005г.
Dostları ilə paylaş: |