703) Sutka ərzində 500 ml az sidiyin ifraz olunması necə adlanır?
A) Poliuriya
B) Anuriya
C) Nikturiya
D) Normal diurez
E) Oliquriya
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
704) İzuriya nə deməkdir?
A) Aşağı xüsusi çəkidə sidiyin ifraz olması
B) Bərabər vaxt müddətində eyni porsiyalı sidiyin ifraz olması
C) Sidiyin miqdarının çoxalması
D) Tezləşmiş sidik ifrazı
E) Gecə sidik ifrazının gündüz sidik ifrazından artıq olması
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
705) Pollakiuriya nə deməkdir?
A) Bərabər vaxt müddətində eyni porsiyalı sidiyin ifrazı olması
B) Tezləşmiş sidik ifrazı
C) Gecə sidik ifrazının gündüz sidik ifrazından artıq olması
D) Sidiyin miqdarının çoxalması
E) Aşağı xüsusi çəkidə sidiyin xaric olması
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
706) Böyrəк xəstəlikləri zamanı huşun qısa müddət itməsi və tutmaların əmələ gəlməsi hansı sindrom üçün xarakterikdir?
A) Böyrək hipertenziyası
B) Xroniki böyrək çatmamazlığı
C) Nefrotik sindrom
D) Kəskin böyrək çatmamazlığı
E) Böyrək eklampsiyası
Ədəbiyyat: Под ред. А. С. Чижа. «Практическое руководство по нефрологии» 2001 г.
Dostları ilə paylaş: |