Bu prinsip təlimin prinsiplərindən olsa da, peşəyönümü işində daha yeni məzmun kəsb edir. Bu prinsip hər şeydən əvvəl peşə-yö- nümü işinə elmi şəkildə yanaşmağı tələb edir. Onun əsasında forma- lizmə yol verməmək, şagirdlərin maraq göstərdikləri peşələrin məz- munu, peşələr sistemində yeri, gələcək perspektivləri haqqında əsaslı biliklər vermək, elmin və texnikanın son nailiyyətləri və isti- qamətləri ilə bağlı meydana çıxan yeni peşələr və peşə sahələri ilə tanışlıq, işə düzəlmə imkanları haqqında məlumatlar, şagirdlərin marağı ilə real seçmə imkanları arasında nisbətin nəzərə alınması və digər bir sıra məsələlər durur. Peşə seçimində elmilik prinsipi elə bir seçimin müəyyən edilməsini tələb edir ki, seçilən peşə birincisi, insanda xoş hisslər yartsın, ona zövq versin və xoşbəxtlik gətirsin, ikincisi, bacarıq və qabiliyyətə uyğun olsun, üçüncüsü, cəmiyyət və insanlar üçün faydalı, lazımlı olsun. Bunlar peşəseçmədə üç mühüm baza amillərini -“İstəyirəm”, “Bacarıram”, “Lazımdır”əlaqələndirir ki, bu da peşəseçiminin elmi surətdə həllini nəzərdə tutur.