Hər kəs sənətdə olmasa azad, Dünya bu gedişlə olurmu abad!
Peşəyönümündə müstəqillik və sərbəstlik prinsipinin gozlənil- məsi şagirdləri eyni zamanda valideynlərin çox vaxt əsassız təhrik- lərindən, ali təhsil almaq xatirinə hər hansı bir ali məktəbə daxil olmaq məcburiyyətindən azad edir. Valideynlər də, muəllimlər də, yaxın qohum-tanışlar da öz məsləhət və tövsiyələrini verir, peşə seçmək sərbəstliyi isə şagirdin özünə həvalə edilir. Belə olduqda peşəyönümü işi elmi şəkildə, konstitusiyanın tələbləri səviyyəsində həll edilmiş olur.