Şagirdlərin peşə seçməyə hazırlanması işində diferensiallaş- dırma prinsipini əldə rəhbər tutmaq və belə iş üsullarından hərtərəfli şəkildə istifadə etmək müasir dövrdə peşəyönümü probleminin həl- lində olduqca mühüm əhəmiyyət kəsb edir. Buna görə də onun bir prinsip kimi irəli sürülməsi müasir dövrdə peşəyönümü işinin elmi şəkildə həll edilməsində əsaslı yer tutur. Bu da səbəbsiz deyildir. Məlum olduğu kimi, hər bir şagirdin özünəməxsus fərdi psixoloji xüsusiyyətləri, inkişaf səviyyələri vardır. Bununla əlaqədar olaraq onların həyat planları, peşə, sənət, ixtisas yönümlərində də müxtə- liflik vardır. Belə olduğu təqdirdə bu işin hər bir şagirdin psixofizio- loji xüsusiyyətlərinə müvafiq diferensial şəkildə aparılmasına ehti- yac yaranır.