Tərbiyənin prinsipləri


Tərbiyədə sistemlilik, ardıcıllıq və fasiləsizlik prinsipi



Yüklə 60,52 Kb.
səhifə6/10
tarix24.05.2023
ölçüsü60,52 Kb.
#121363
1   2   3   4   5   6   7   8   9   10
referat 4152

4.5.Tərbiyədə sistemlilik, ardıcıllıq və fasiləsizlik prinsipi. Hər hansı bir fəaliyyət yalnız sistemli şəkildə aparıldıqda, ardıcıllıq gözlənildikdə səmərəli nəticələr qazanmaq mümkün olur. Tərbiyə işi gənc nəslin hərtərəfli və ahəngdar inkişafına doğru istiqamətlənib. Müəllim, sinif rəhbəri şagirdlərlə qarşılıqlı münasibətlərin istənilən anında konkret tərbiyəvi vəzifələri yerinə yetirir. Həmin vəzifələr bir-birilə sıx surətdə bağlıdır.
Tərbiyə prosesi mövsümü xarakter daşımır, daşıya da bilməz. Sistemin gözlənilməsi tərbiyənin tərkib hissələri, komponentləri, istiqamətləri arasında əlaqənin nəzərə alınmasını zərurətə çevirir. Ardıcıllıq isə bu əlaqələrin mütəmadi şəkildə bir-birini izləməsini nəzərdə tutur.
Ailədə aparılan tərbiyə işləri, təlim prosesində tənəffüslərdə şagirdlərin asudə vaxtlarında davam etdirilməli, sinifdənxaric və məktəbdənkənar tədbirlərdə daha da inkişaf etdirilib möhkəmləndirilməlidir.
Sistemin tələbinə görə, ilk növbədə gərək şüura təsir göstərən baxış, əqidə və idealı formalaşdıran metodlara müraciət olunsun, tərbiyə işinin səmərəliliyini yüksəltmək üçün fəaliyyəti təşkil edən və ictimai davranış təcrübəsini yaradan metodlardan, həmçinin situasiyadan asılı olaraq fəaliyyəti və davranışı stimullaşdıran metodlardan istifadə edilsin.
Tərbiyə işi sürəkli, uzunmüddətli bir prosesdir. Odur ki, o, tənəffüs və fasilələri xoşlamır. Bir də görürsən ki, tərbiyəçi müəyyən müddət tərbiyə ilə ciddi məşğul olur, şagirdlərin davranış, təftar və ünsiyyət tərzinə, yoldaşları ilə qarşılıqlı münasibətlərinin xarakterinə diqqət yetirir, özünüidarə orqanlarının fəaliyyətinə rəhbərlik və nəzarəti həyata keçirir. Bu zaman müvafiq tələblər irəli sürür, tapşırıqlar verir, məktəblilərin özfəaliyyəti, müstəqilliyi, təşəbbüskarlığı qayğısına qalır. Sonra birdən-birə sanki ciddiliyi, tələbkarlığı azalır, tərbiyə işinə marağı sönür. Tez-tez güzəştə gedir. Tələb irəli sürür, lakin ehtiyac olmadan güzəştə gedir, şagirdi bağışlayır, “yazığı gəlir”, “halına acıyır”. Tapşırıq verir, onun necə yerinə yetirildiyini və ümumiyyətlə, yerinə yetirilib-yetirilmədiyini yoxlamır. Və yaxud, xeyli vaxt keçdikdən sonra yadına düşür ki, hansısa məktəbliyə nəsə tapşırmışdı. Bundan xəbər tutmaq istəyəndə məlum olur ki, müəllimin maraqlanmadığını görən şagird də günü-günə satmış, son nəticədə tapşırılan işi yerinə yetirməmişdir. Yaxud müəliim vəd verir (“Sizi ekskursiyaya, kinoya aparacağam” və s.), lakin ona əməl etmir. Təbii ki, bu, şagirdin diqqətindən yayınmır, onu arxayınlaşdırır. O da əvvəlki kimi öz davranış və rəftarına fikir vermir. Deməli, tərbiyədə fasilə yaranmışdır. Tərbiyə psosesi isə bu fasiləni xoşlamır. Müəllim, tərbiyəçi tərbiyənin fasiləsiz aparılmasına çalışmalıdır. Başqa hallara da təsadüf olunur. Bu və ya digər hərəkətinə görə müəllim məktəblini cəzalandıracağını bildirir, lakin dediyini unudur. Şagird cəzasız qalır. Belə vəziyyət bir neçə dəfə təkrar olunur. Məktəbli müəllimin sözünün söz olaraq qalacağı qənaətinə gəlir. Beləliklə, o özü öz sözünün təsirini aşağı salır. Şagird isə onun dediklərinə laqeyd yanaşır.
Tərbiyədə sistem, ardıcıllıq pozulur. Bu isə yolverilməzdir.



Yüklə 60,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin