PEYĞƏMBƏR – Sallallahu Aleyhi Və Səlləm –İN: «SƏN MƏNİM SƏFİYYİM (SEÇİLMİŞ DOSTUM) VƏ ƏMİN OLDUĞUM KİMSƏSƏN» SÖZÜ HAQQINDA
70 - Muhamməd b. Nafi b. Uceyr, o da atasından, o da Əli - radıyallahu anhu – dan rəvayət edir ki, Allah Rəsulu – sallallahu aleyhi və səlləm – buyurdu: «Ey Əli! Sənə gəldikdə isə, sən mənim səfiyyim (seçilmiş dostum) və əmin olduğum kimsəsən»75.
PEYĞƏMBƏR – Sallallahu Aleyhi Və Səlləm –İN: «MƏNİM ƏVƏZİMƏ ANCAQ MƏN VƏ ƏLİ - Radıyallahu Anhu –ÖDƏYƏ BİLƏR» SÖZÜ HAQQINDA
71 - Hübşi b. Cünadə əs-Səluli - radıyallahu anhu – dan rəvayət edir ki, Allah Rəsulu – sallallahu aleyhi və səlləm – buyurdu: «Əli məndəndir, mən də ondanam. Mənim əvəzimə ancaq mən və Əli ödəyə bilər»76.