TəRCÜMƏ edən k. HÜSeyn redaktə edən abdurrauf samiR


MUHƏMMƏD B. ƏL-MUNKƏDİRİN BU HƏDİS BARƏSİNDƏ ZİKR ETDİYİ İXTİLAF



Yüklə 1,01 Mb.
səhifə22/84
tarix02.01.2022
ölçüsü1,01 Mb.
#39592
1   ...   18   19   20   21   22   23   24   25   ...   84
Hz Ali

MUHƏMMƏD B. ƏL-MUNKƏDİRİN BU HƏDİS BARƏSİNDƏ ZİKR ETDİYİ İXTİLAF

46 - Muhamməd b. əl-Munkədir, o da Səid b. əl-Museyyibdən, o da Sad – Allah onlardan razı olsun – dan rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – Əli - radıyallahu anhu – ya buyurdu: «Ey Əli! Sən, mənim qatmda Harunun Musa – əleyhimussəlam - ın qatındakı mərtəbəsindəsən! Yalnız, məndən sonra Peyğəmbər gəlməyəcəkdir»51.

47 - AbdulAziz b. Əbi Sələmətil-Məcişun, o da Muhamməd b əl-Munkədirdən, o da Səid b. əl-Museyyibdən, o da İbrahim b. Saddan, o da atası Sad b. Əbu Vəqqas - radıyallahu anhu – dan rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – Əli - radıyallahu anhu – ya buyurdu: «Ey Əli! Sən, mənim qatımda, Harunun Musa – əleyhimussəlam - ın qatındakı dərəcəsində olmaqdan razı deyilsən mi? Yalnız, məndən sonra Peyğəmbərlik yoxdur». Səid dedi ki: «Rahat dura bilmədim, dərhal Sad - radıyallahu anhu – nun yanında gedib dedim: «Oğluna danışdığın bir şeyi eşitdim». O: «Ey qardaşım oğlu, nədir o?». Peyğəmbər – sallallahu aleyhi və səlləm – in Əli - radıyallahu anhu – haqqında belə-belə dediyini eşitdin mi?». Qulaqlarını göstərərək: «Bəli, bunu deyərkən şəxsən ondan eşitdim» dedi.

Ona (AbdulƏzizə) Yusif b. əl-Məcişun müxalif olaraq hədisi, Muhəmməd b. əl-Munkədir yolu ilə Səiddən, o da Amr b. Saddan, o da atası Sad b. Əbu Vəqqas - radıyallahu anhu – olmaq şəklində rəvayət etdi. Bu rəvayətdə Yusifə, Əli b. Zeyd b. Cudana tabe olmuşdur52.



48 - Əli b. Zeyd, o da Səid b. əl-Museyyibdən, o da Amir b. Saddan, o da Sad - radıyallahu anhu – dan rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – Əli - radıyallahu anhu – ya buyurdu: «Sən, mənim qatımda, Harunun Musa – əleyhimussəlam - ın qatında olan dərəcəsindəsən. Yalnız, məndən sonra Peyğəmbər yoxdur!». Səid dedi ki: «Bunu şəxsən Sadın ağzından eşitmək istədim, yanına gəldim və soruşdum: «Sənin Amirə nəql etdiyin hədis nədir?». O saat barmaqlarını qulağına qoyub belə dedi: «Bəli, mən bunu, şəxsən Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən eşitdim».

İmam Nəsəi – rahmətullahi aleyhi - dedi ki: «Bu hədisi Şubə də, Əli b. Zeyddən nəql etmişdir, amma Amir b. Sadı zikr etməmişdir»53.



49 - Şöbə, o da Əli b. Zeyddən, o da dedi ki: Səid b. əl-Museyyəbin, Sad - radıyallahu anhu – dan belə rəvayət etdiyini eşitdim ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – Əli - radıyallahu anhu – ya buyurdu: «Sən mənim qatımda, Harunun Musa – əleyhimussəlam - ın qatındakı mövqedə olmağından razı olmazsan?». Əli: «Razı oldum, razı oldum!».

Ondan sonra bunu ondan (Əlidən) soruşdum: «Bəli, bəli!» dedi.

Əbu AbdurRahman (Nəsəi) – rahmətullahi aleyhi - deir ki: «AbdulAziz b. əl-Məcişunun Muhəmməd b. əl-Munkədirdən, onun da Səid b. əl-Museyyibdən, onun da İbrahim b. Saddan nəql etdiyi rəvayətə heç kimin tabe olduğunu görmədim. Qaldı ki, İbrahim b. Sada o, bu hədisi atasından rəvayət etmişdir»54.

50 - Şöbə, o da Sad b. İbrahimdən, o da İbrahim b. Sad b. Əbu Vəqqasdan, o da atasından rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – Əli - radıyallahu anhu – ya buyurdu: «Mənim qatımda, Harunun Musa – əleyhimussəlam - ın qatındakı dərəcədə olmaqdan razı olmazsan?»55.

51 - Muhamməd b. Təlhə b. Zeyd b. Rukanə, o da İbrahim b. Sad b. Əbu Vəqqasdan, o da atasından rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – Əli - radıyallahu anhu – nu Təbuk döyüşünə gedərkən öz yerinə təyin etdikdə belə buyurduğunu eşidmişdir: «Mənim nəzdnimdə sən, Harunun Musa – əleyhimussəlam - ın nəzdnindəki mərtəbəsində olmaqdan razı olmazsan? Yalnız, məndən sonra Peyğəmbər yoxdur».

Əbu AbdurRahman (Nəsəi) – rahmətullahi aleyhi – deyir ki: «Bu hədis, Səid b. əl-Müseyyibin rəvayətindən başqa Amir b. Sad, atası yolu ilə rəvayət etmişdir»56.



52 - Bukeyr b. Mismar dedi ki, Amir b. Sad - radıyallahu anhu – nun belə dediyini eşitdim: Muaviyə, Sad b. Əbu Vəqqas - radıyallahu anhu – ya belə dedi: «Əbu Talib oğlu Əli - radıyallahu anhu – nu söyməyinin qarşısını alan nədir?». O: «Allah Rəsulu – sallallahu aleyhi və səlləm – in onun haqqında dediyi üç şey var ki, birinə sahib olmağım mənim üçün qızıl tüklü dəvə sürüsünə sahib olmağımdan daha xeyirlidir, xatırladığım müddətdə ona qətiyyən söymərəm. Bu üç şey bunlardır: 1. Vəhy nazil olduğu zaman Əli, iki oğlu və Fatimə - radıyallahu anhum – əbasının altına alıb buyurdu: «Rəbbim! Bunlar mənim əhlim, Əhli Beytimdir». 2. Döyüşlərdən birinə getdiyi zaman Əli - radıyallahu anhu – ona dedi ki: «Məni uşaq və qadınlarla qoydun». Peyğəmbər: «Mənim qatımda sən, Harunun Musa – əleyhimussəlam - ın qatında tutduğu dərəcəni tutmaqdan razı olmazsanmı? Yalnız, məndən sonra Peyğəmbər yoxdu!». Bunu da xatırladıqca onu qətiyyən söymərəm! 3. Xeybər günü Allah Rəsulu – sallallahu aleyhi və səlləm – buyurdu: «Bayrağı mütləq Allahı və Elçisini sevən bir adama verəcəyəm. Allah, onun əli ilə Xeybərin fəthini nəsib edəcəkdir». Hamımız həyəcanla gözləməkdə olduğumuz vaxt birdən: «Əli haradadır?» deyə buyurdu. Ona: «Gözü ağrayır» dedilər. O: «Çağırın gəlsin» deyə buyurdu. (Çağırdılar, gəldi və) Gözlərinə mübarək tüpürcəyini sürtdü. (O saat sağaldı və) bayrağı ona verdi. Onun əli ilə Allah, fəthi nəsib etdi». Vallahi (bundan sonra) Muaviyə, Mədinədən çıxana qədər Əli - radıyallahu anhu – haqqında bir kəlmə belə demədi57.

53 - Şöbə, o da Hakəmdən, o da Musab (b. Sad) dan, o da (atası) Sad - radıyallahu anhu – dan rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – Əli - radıyallahu anhu – nu Təbuk döyüşünə gedərkən öz yerinə təyin edtdikdə (Əli) dedi: «Ey Allahın Rəsulu! Məni qadın və uşaqlar arasında qoydun!». Peyğəmbər: «Mənim qatımda, Harunun Musa – əleyhimussəlam - ın qatında tutduğu mərtəbəni tutmaqdan razı deyilsən mi? Yalnız, məndən sonra Peyğəmbər yoxdu!» buyurdu. Leys, hədisin sənədinə müxalif olaraq: «Sadın qızı Aişədən» dedi58.

54 - Leys, o da Hakəmdən, o da Sadın qızı Aişədən, o da Sad - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – Təbuk döyüşündə Əli - radıyallahu anhu – ya buyurdu: «Ey Əbu Talibin oğlu! Sən mənim qatımda, Harunun Musa – əleyhimussəlam - ın qatında olduğu kimisən! Yalnız məndən sonra Peyğəmbərlik yoxdur!».

Əbu AbdurRahman – rahmətullahi aleyhi - deyir ki: «Şöbə, (Leysə nisbətən) daha hafizdir. Leys isə hədisdə zəifdir. Ancaq yenə də bu hədisi Sadın qızı Aişə, atasından rəvayət etmişdir59.



55 - Cuayd b. AbdurRahman, o da Sadın qızı Aişədən, o da atasından rəvayət edir ki, Təbuk döyüşündə Allah Rəsulu – sallallahu aleyhi və səlləm – yola çıxdı, SƏNNİYYƏTUL-VƏDAYA çatdığında Əli - radıyallahu anhu – onlara çataraq belə dedi: «Məni arxada qoyub, döyüşə qatılmayanlarla mı buraxırsan?». Bundan sonra Allahın Nəbisi – sallallahu aleyhi və səlləm – buyurdu: «Peyğəmbərlik xaric, sən mənim qatımda, Harunun Musa – əleyhimussəlam - ın qatındakı mərtəbəsində olmaqdan razı deyilsən mi?»60.

56 - Həmzə b. Abdullah, o da atasından, o da Sad - radıyallahu anhu – rəvayət edir ki, Allah Rəsulu – sallallahu aleyhi və səlləm – Təbuk döyüşünə çıxdı, yerinə Əli - radıyallahu anhu – nu qoydu. Əli - radıyallahu anhu – dedi: «Məni geri (də) mi qoyursan?». Peyğəmbər: «Mənim nəzdimdə, Harunun Musa – əleyhimussəlam - ın yanında tutduğu şərəf və dərəcəni qəbul etmək istəməzsən mi? Yalnız, məndən sonra Peyğəmbərlik yoxdur»61.

Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin