1
AZƏRBAYCAN RESPUBL KASI TƏHS L NAZ RL Y
AZƏ RBAYCAN DÖVLƏ T QT SAD UN VERS TET
MAG STRATURA MƏ RKƏ Z
Ə
lyazması hüququnda
Ə
sgərli Sənan Şirzad oğlu
Маэистрин
сойады ады атасынын aды
“ Müasir Beynəlxalq qtisadi Münasibətlər sistemində Ümumdünya
Ticarət Təşkilatının rolu və perspektivləri ”
mövzusunda
MAG STR D SSERTAS YASI
xtisasın şifri və adı:
060401 Dünya qtisadiyyatı
xtisaslaşmanın adı:
Beynəlxalq qtisadi Münasibətlər
Elmi rəhbər :
Magistr proqramının rəhbəri :
dos. S.M.Məmmədova
dos. M.R.Cəmilov
Kafedra müdiri :
prof. Ş.H.Hacıyev
BAKI - 2015
2
MÜNDƏR CAT
G R Ş........................................................................................................................................3
I FƏ S L. Beynə lxalq iqtisadi münasibə tlə r sistemində çoxtə rə fli
tə nzimlə nmə mexanizmlə ri və onların nə zə ri-konseptual
ə
sasları.....................................................................................................................................5
1.1
Böhran şəraitində beynəlxalq iqtisadi münasibətlər sistemi
və onun empirik təhlili..............................................................................................................5
1.2
Qlobal iqtisadi sistem və ÜTT-nin digər beynəlxalq
təşkilatlarla qarşılıqlı əlaqəsi..................................................................................................16
II FƏS L. ÜTT və onun beynəlxalq iqtisadi münasibətlər sistemindəki spesifik
mövqeyinin sistemli təhlili....................................................................................................31
2.1. ÜTT-nin əsas prinsip, funksiya və sazişləri.....................................................................31
2.2. Qlobal iqtisadi böhran şəraitində ÜTT-nin beynəlxalq ticarət
sistemindəki mövqeyinin sistemli təhlili...............................................................................39
2.3. ÜTT çərçivəsində ticarət mübahisələrinin həlli yolları................................................46
III FƏS L. AR-nın ÜTT ilə əməkdaşlığı və danışıqlar prosesinin mövcud durumu və
perspektivlə ri.........................................................................................................................58
3.1. Azərbaycan RespublikasınınÜTT-yə üzvlük strategiyası və
danışıqlar prosesinin mövcud vəziyyəti...........................................................................58
3.2. ÜTT-yə üzvlük kontekstində ölkə statusu və güzəştli müddət məsələləri...................68
3.3. ÜTT-yə üzvlüyün Azərbaycan iqtisadiyyatına mümkün təsir istiqamətlərinin
müqayisəli təhlili.......................................................................................................74
NƏT CƏ VƏ TƏKL FLƏR..............................................................................................80
Ə
DƏB YYAT S YAHISI.................................................................................................84
4
G R Ş
Tə dqiqat mövzusunun aktuallığ ı.Azərbaycan Respublikası dünya iqtisadi
birliyinin tam hüquqlu üzvü kimi beynəlxalq iqtisadi təşkilatlarla qarşılıqlı
ə
məkdaşlıq şəraitində öz xarici iqtisadi siyasətini həyata keçirir. Nəzərə alsaq ki,
xarici iqtisadi əlaqələr sistemində xarici ticarət əlaqələri müstəsna əhəmiyyət kəsb
etməklə daha aktualdır, onda Respublikamızın qlobal ticarət sisteminin əsas
subyekti olan ÜTT ilə əməkdaşlığının genişləndirilməsi xüsusi vurğulanmalıdır.
Ancaq bir faktıda nəzərə almaq lazımdır ki, ÜTT-yə üzvlük ölkənin milli
maraqlarının təmini konteksində olmalı və bu üzvlükdən maksimum az itki ilə öz
iqtisadi inkişaf strategiyasını reallaşdırmaq hər bir milli iqtisadiyyatın ali
məqsədidir.
Bildiyimiz qədəri ilə Azərbaycan Respublikası artıq 18 ilə yaxındır ki, ÜTT-
yə üzvlük ilə əlaəqədar olaraq mütəmmadi olaraq danışıqlar aparır və xarici ticarət
siyasətini məhz ÜTT standartlarına fokuslamışdır. Məhz bu baxımdan
Azərbaycanın ÜTT-yə üzvlük məsələlərinin nəzəri tədqiqi olduqca aktual xarakter
kəsb etməkdədir.
Tə dqiqatın mə qsə d və və zifə lə ri. Tədqiqatın məqsədini Azərbaycan
Respublikasının çoxtərəfli əməkdaşlıq strategiyası çərçivəsində ÜTT ilə
ə
məkdaşlığı və danışıqlar prosesinin əsas məqamları təşkil edir. Bu məqsədə
çatmaq üçün qarşıya bir sıra vəzifələr qoyulmuşdur:
− ÜTT-nin qlobal ticarət sistemində mövqeyi və onun əsas istiqamətlərinin
müəyyənləşdirilməsi;
− ÜTT-nin əsas fəaliyyət mexanizmləri və sənədlərinin tədqiqi;
− ÜTT çərçivəsində həyata keçirilən beynəlxalq ticarət konfransları və
onların əsas nəticələrinin tədqiqi;
− ÜTT çərçivəsində mübahisələrin həlli mexanizmləri və üzv ölkələrin
onlardan yararlanması xüsusiyyətləri;
− Azərbaycanın xarici ticarətinin strukturunun və coğrafiyasının həm statik,
həm də dinamik baxımdan kompleks tədqinin həyata keçirilməsi;
5
− ÜTT ilə Azərbaycan Respublikası arasında həyata keçirilən danışıqlar
prosesinin təhlili;
− Azərbaycan Respublikasının ÜTT ilə əməkdaşlığının ölkə iqtisadiyyatına
mümkün təsirlərinin qiymətləndirilməsi v s.
Tədqiqatın obyekti Azərbaycan Respublikasının ÜTT ilə əməkdaşlığının
ə
sas istiqamətləri və danışıqlar prosesinin mövcud vəziyyəti hesab olnur. Tədqiqat
ÜTT çərçivəsində Azərbaycanın xarici ticarət siyasətinin reallaşdırılamsı
xüsusiyyətləri və prosesin milli iqtisadiyyata təsir imkanlarını öyrənir.
Tə dqiqatın elmi metodoloji və informasiya mə nbə lə rixarici ticarətin analiz
metodları və xarici ticarət alətlərinin tətbiqinin nəzəri-metodoloji aspektləri və. s.
ə
saslanır. şin informasiya bazasını ÜTT-nin və ticarəti tənzimləyən beynəlxaq
təşkilatların statistik və analitik məcmuələri və.s. təşkil edir.
Tə dqiqat iş inin elmi yeniliyi. Danışıqlar prosesinin mövcud vəziyyətinin
sistemli tədqiqi və təşkilata üzvülüyün ölkə iqtisadiyyatına pozitiv və neqativ təsir
aspektlərinin tədqiqindən (öyrənilməsindən) ibarətdir.
Tədqiqat işinin strukturu.Dissertasiya giriş, 3 fəsil, 8 paraqraf, nəticə və
təkliflər, istifadə edilmiş ədəbiyyat siyahısından ibarət olmaqla 85 səhifə
həcmindədir.
Birinci fəsildə Beynəlxalq iqtisadi münasibətlər sistemində çoxtərəfli
tə nzimlə nmə mexanizmlə ri və onların nə zə ri-konseptual ə saslarıtəhlil
edilmişdir.
kinci fəsildə ÜTT və onun beynəlxalq iqtisadi münasibətlər
sistemində ki spesifik mövqeyinin sistemli tə hlilinə geniş yer verilmişdir.
Üçüncü fəsildə AR-nın ÜTT ilə əməkdaşlığı və danışıqlar prosesinin
mövcud durumu və perspektivlə riməsələləri müəyyən edilmişdir.
6
I FƏS L. Beynəlxalq iqtisadi münasibətlər sistemində çoxtərəfli tənzimlənmə
mexanizmlə ri və onların nə zə ri-konseptual ə sasları
1.1
Böhran şə raitində beynə lxalq iqtisadi münasibə tlə r sistemi və onun
empirik tə hlili
qtisadi həyatın beynəlmiləlləşməsi, dünya iqtisadiyyatında ölkələrin
qarşılıqlı asılılığının güclənməsi, qlobal problemlərin yaranması və kəskinləşməsi
beynəlxalq iqtisadi münasibətlərin məqsədyönlü tənzimlənməsini obyektiv
zərurətə çevirmişdir.
Dünya təsərrüfatının ayrı-ayrı sahələrinin çoxtərəfli dövlətlərarası
tənzimlənməsi hələ ikinci dünya müharibəsinə qədər meydana gəlmişdir. Lakin,
dövlətlərarası tənzimləmə beynəlxalq iqtisadi münasibətlərdə yalnız müharibədən
sonrakı illərdə ciddi amilə çevrilmişdir.
Beynəlxalq münasibətlərin dövlətlərarası tənzimlənməsi müxtəlif ölkələrin
könüllü surətdə öz üzərlərinə götürdükləri öhdəliklərin və dünya təsərrüfat
ə
laqələri sferasında ümumi davranış qaydalarının məcmusudur.
Dünya təsərrüfatının II dünya müharibəsindən sonrakı illərdə inkişafı
göstərir ki, beynəlxalq iqtisadi münasibətlərin dövlətlərarası tənzimləmə sisteminin
formalaşması və inkişafının əsas təkanverici amilləriaşağıdakı proseslər olmuşdur.
Birincisi, gömrük tariflərinin aşağı salınması yolu ilə beynəlxalq ticarətin
liberallaşdırılmasının zəruriliyi: ikinci dünya müharibəsi nəticəsində dağılmış
Avropa iqtisadiyyatı sürətli bərpa prosesini tələb edirdi ki, bu da xarici ticarət
ə
laqələrinin aktivləşdirilməsini, kapitalın sərbəst hərəkətinin dəstəklənməsini,
beynəlxalq hesablaşmalar sisteminin qaydaya salınmasını nəzərdə tuturdu. Bu amil
Bretton-Vuds konfransının qərarlarında və QATT, BVF, BY B kimi beynəlxalq
təşkilatların yaranmasında mühüm rol oynadı. Sonradan əksər ölkələr başa
düşdülər ki, azad beynəlxalq ticarət dinamik artıma yol açır, dünya üzrə
texnologiyanı hərəkət etdirir, əmək məhsuldarlığının artırılmasını stimullaşdırır,
müəssisələr üçün irihəcmli dünya bazarlarını açır.
kincisi, imperializmin müstəmləkə sisteminin dağılması və azadlıq
qazanmış ölkələrin iqtisadi inkişafının təmin edilməsi: bu ölkələr 1960-1970-ci
7
illərdə dünya təsərrüfat əlaqələrinin yenidən qurulması, yeni iqtisadi qaydanın
bərqərar edilməsi tələbləri ilə çıxış etməyə başladılar. Onlar həmçinin daha yüksək
qiymət səviyyələrində xammal bazarlarının sabitləşdirilməsini, sənayecə inkişaf
etmiş ölkələrdə proteksionizmin aradan qaldırılmasını, texnologiyaların ötürülməsi
üçün güzəştli şərtlər, maliyyə yardımının artırılmasını və s. tələb edirdilər.
Nəticədə daha əvvəl yaradılmış beynəlxalq təşkilatlar (BVF, BY B, QATT)
öz daxillərində bircinsliyi (sınayecə inkişaf etmiş ölkələrin timsalında) itirdilər və
bu təşkilatlara Asiya, Afrika və Latın Amerikasının azadlıq qazanmış ölkələri üzv
oldular. Bundan başqa, bir sıra yeni iqtisadi təşkilatlar (məsələn, YUNKTAD –
BMT-nin Ticarət və nkişaf üzrə Konfransı) yaradıldı.
Üçüncüsü, 1970 və 1980-ci illərin xammal və ərzaq böhranları, bu
böhranların neft ixrac edən ölkələrin davranışları ilə daha da kəskinləşməsi
sənayecə inkişaf etmiş ölkələrdə struktur böhranları inkişaf etmiş ölkələrin OPEC
ölkələrinə münasibətdə razılaşdırılmış mövqelərinin olmasını və onların milli
iqtisadiyyatların struktur yenidənqurması prosesində birgə səylərini obyektiv
zərurətə çevirdi.
Dördüncüsü, dünya iqtisadiyyatının qloballaşması, ölkələrin qarşılqılı
ə
laqələrinin və asılılıqlarının güclənməsi, milli iqtisadiyyatların dünya
təsərrüfatında baş verən dəyişikliklərə uyğunlaşma zəruriliyi sənayecə inkişaf
etmiş aparıcı ölkələrin iqtisadi siyasətlərinin koordinasiyasını, milli siyasətlərin və
beynəlxalq sabitliyin zəruri uyğunluğunu təmin edə biləcək əməkdaşlıq və
müqavilələrin müxtəlif metodlarının işlənməsini tələb edirdi. 1980-ci illərdə daim
meydana
gələn
ticarət
müharibələrinin
fonunda
beynəlxalq
iqtisadi
münasibətlərinin razılaşdırılmış ölkələrarası tənzimlənməsi dünyada bir çox
təhlükəli iqtisadi situasiyaların həll vasitəsi kimi çıxış edirdi.
Dünyanın aparıcı ölkələrinin iqtisadi siyasətlərinin koordinasiyası məqsədilə
1961-ci ildə qtisadi Əməkdaşlıq və nkişaf Təşkilatı yaradıldı, “böyük yeddilik”
ölkələrinin (ABŞ, Yaponiya, Böyük Britaniya, Fransa, Almaniya, taliya) ən
yüksək səviyyələrdə müntəzəm görüşləri praktikaya çevrildi və s.
8
Beşincisi, transmilli şirkətlərinin güclənməsi: bu şirkətlərin fəaliyyəti milli
sərhədlərin çərçivəsindən kənara çıxır və onların maraqları həm mənsub olduqları
ölkələrin, həm də fəaliyyət göstərdikləri ölkələrin milli iqtisadiyyatlarının inkişaf
maraqları ilə ziddiyyətə girir ki, bu da onların fəaliyyətinin tənzimlənməsinin
forma və metdolarının tapılmasını zərurətə çevirib. Nəticədə, BMT-də transmilli
ş
irkətlər üzrə mərkəz açılmışdır.
Altıncısı, regional iqtisadi inteqrasiya proseslərinin intensiv inkişafı regional
tənzimləyici strukturların yaradılması yolu ilə beynəlxalq iqtisadi münasibətlərin
dövlətlərarası tənzimlənməsinin məzmununu dərinləşdirdi və onun formalarının
çeşidini artırdı. Bu özünü xüsusilə Avropa iqtisadi məkanında parlaq surətdə
göstərdi.
Yeddincisi, dünya kapitalist təsərrüfatının və dünya sosialist təsərrüfatının
45 illik qarşıdurması, həmçinin, sonuncunun dağılması dünya təsərrüfat
ə
laqələrinin dövlətlərarası tənzimlənmə sisteminin formalaşma və funksiya
göstərmə proseslərinə müəyyən düzəlişlər edilməsinə səbəb oldu. Belə ki, xrac
Nəzarəti üzrə Koordinasiya Komitəsi yaradıldı ki, bu təşkilat da sosialist ölkələrinə
və sosialist orientasiyalı inkişaf etməkdə olan ölkələrə ikili təyinatlı (mülki və
hərbi) əmtəələrin satışını və texnologiyaların ötürülməsini məhdudlaşdırdı.
Qarşılıqlı qtisadi Yardım Şurası (Q YŞ) sosialist ölkələrinin xarici iqtisadi
ə
laqələrinin koordinatoru rolunu oynayırdı. Keçmiş sosialist ölkələrinin
iqtisadiyyatın planlı inkişafından imtina etmələri və onu bazar əsasına keçirmələri,
Q YŞ-in dağılması, bu ölkələrin regional və dünya səviyyəli tənzimləyici
strukturlara daxil olmalarına gətirib çıxardı.
Səkkizincisi, qlobal problemlərin kəskinləməsi (ətraf mühitin qorunması,
nüvə müharibəsi, demoqrafik, xammal, ırzaq və s. problemlər) BMT-nin Ərzaq və
Kənd Təsərrüfatı Təşkilatı (FAO), Atom Enerjisi üzrə Beynəlxalq Agentlik
(MAQATE), Ümudünya Səhiyyə Təşkilatı (ÜST) və s. bu kimi təşkilatların,
beynəlxalq iqtisadi münasibətlərin dövlətlərarası tənzimləmə sisteminin yeni
elementlərinin yaranmasının təkanverici qüvvəsi olmuşdur.
9
Dünya iqtisadiyyatının tarixi inkişaf mərhələlərini təhlil edərkən deyə bilərik
ki, ikinci dünya müharibəsindən sonra beynəlxalq ticarətin inkişafına təsir göstərən
amillər əsas etibarilə aşağıdakı kimi xarakterizə olunur:
1. Beynəlxalq əmək bölgüsünün (BƏB) və dünya təsərrüfatının
beynəlmiləlləşməsinin dərinləşməsi milli iqtisadiyyatların açıqlıq göstəricisinin
(ixrac kvotası) bütün dünya ölkələri üzrə təxminən 1,5-2 dəfə artmasına gətirib
çıxarmışdır.
2. Elmi-təxniki tərəqqi (ETT) 1970-ci illərdə milli iqtisadiyyatlarda struktur
dəyişikliklərinə səbəb olmuşdur. Bu, məhsulların mənəvi cəhətdən köhnəlməsinin
sürətlənməsinə (əvəəl orta hesabla 15 il təşkil edən bu müddət indi 5 ilə
düşmüşdür), əsas kapitalın dinamik yenilənməsinə, yeni sənaye sahələrinin
yaranmasına, əvvəl məlum olmayan cəhətlərə malik yeni əmtəələrin meydana
gəlməsinə səbəb olmuşdur. Dünya əmtəə dövriyyəsi hər il təxminən 10% yeni
ə
mtəə cəlb olunur. Zəruri əmtəələrin müasir çeşidi o qədər genişdir ki, heç bir ölkə
özünü bütün əmtəələrlə tam təchiz etmək iqtidarında deyildir. Bu isə BƏB-in
dərinləşməsinə və beynəlxalq ticarətin artımına gətirib çıxarır.
3. stehsalın və kapitalın milli və xarici bazarlarda təmərküzləşməsi və
mərkəzləşməsi
transmilli
ş
irkətlərin
dünya
bazarlarında
fəaliyyətinin
aktivləşməsinə gətirib çıxarmışdır. Transmilli şirkətlərin beynəlxlaq ticarətdə payı
60%-dənyuxarıdır. Onların ayrı-ayrı ölkələrin xarici ticarətində xüsusi çəkisi isə
70-80%-ə qədər qalxmışdır. Məhz transmilli şirkətlər beynəlxalq ticarətə yeni-yeni
ölkələri, regionları və əmtəələri cəlb edirlər.
4. Kapital ixracının, xüsusilə də birbaşa investisiyaların masştabının və
templərinin artımı dünyanın ixrac potensialının güclənməsinə, beynəlxlaq əmtəə
dövriyyəsinin artımına səbəb olmuşdur. Yəni, kapital ixracı əmtəə ixracının
stimullaşdırmaqla onun artmasına gətirib çıxarmışdır.
5.
Müstəmləkə
sisteminin
dağılması
ilə
milli
iqtisadiyyatların
formalaşdırılması yoluna qədəm qoymuş yeni müstəqil dövlətlərin formalaşması
da beynəlxalq ticarətə müsbət təsir göstərmişdir. Bu ölkələrin müxtəlif məhsulara
10
olan ehtiyacı artmış, həmçinin müəyyən müddətdən sonra onlar özləri xarici
bazarlara istiqamətlənən əmtəə istehsalını formalaşdırmağa başlamışlar.
6. Beynəlxlaq təşkilatların rəhbərliyi altında beynəlxalq ticarətin
liberallaşdırılması prosesinin güclənməsi. Beynəlxalq təşkilatların fəaliyyəti
nəticəsində tarif və qeyri-tarif maneələrinin unifikasiyası və azalması baş vermiş,
beynəlxalq ticarət mübahisələrinin həll edilməsi mexanizmi yaradılmışdır ki. bütün
bunlar da beynəlxalq ticarətin inkişafına öz müsbət təsirini göstərmişdir.
7. Azad ticarət zonalarının, gömrük ittifaqlarının və s. yaradılması nəticəsində
regional maneələri aradan qaldıran inteqrasiya proseslərinin intensivləşməsi və
dərinləşməsi. Bu cür birliklər çərçivəsində rüsumsuz ticarət həyata keçirilir,
qarşılıqlı ticarət güclənir ki, bu da son nəticədə özünü dünya ticarətinin məcmu
göstəricilərində əks etdirir.
8. xrac-idxal əməliyyatları üçün əlverişli mühit yaradılması məqsədilə
dövlətlərin xarici iqtisadi fəaliyyətə aktiv surətdə müdaxiləsi.
9. Mərkəzi və Şərqi Avropa ölkələrinin inkişafın bazar metodlarına keçidi ilə
onların iqtisadiyyatlarının açıqlığının artması.
Bu amillər son 50 il ərzində əmtəələrlə beynəlxalq ticarətin dinamikasını,
onun əmtəə və coğrafi strukturlarında baş verən dəyişiklikləri şərtləndirmiş,
beynəlxalq ticarətin müasir inkişaf meyllərini müəyyən etmişdir.
2008-2009-cu illərdünya iqtisadiyyatı üçün dərin maliyyə böhranı, maliyyə
sektoru və kapital bazarlarının fəaliyyətinin pozulması, iqtisadi tənəzzül və
işsizliyin artması ilə səciyyəvi olmuşdur.2008-ci ildə dünya üzrə real Ümumi
Daxili Məhsulun (ÜDM) illik artım tempi azalaraq 2007-ci ildəki 3,5%-dən 1,7%-ə
düşmüş, 2009-cu ildə isə bütövlükdə dünya iqtisadiyyatı son 60 ildə ilk dəfə
ressesiyaya uğramış və qlobal buraxılışın həcmi2,3% azalmışdır. Beynəlxalq
Ə
mək Təşkilatının məlumatlarına əsasən bütün dünyada işsizlərin sayı 220 mln.
nəfərə çatmışdır ki, bu da dünya üzrə əmək qabiliyyətli əhalinin 7%-ə yaxınını
təşkil edir. 2008-ci il üzrə ümumilikdə ressesiya baş versə də, proseslər rüblər üzrə
fərqli ssenarilərdə inkişaf etmişdir. 2008-ci ilin ikinci yarısı və 2009-cu ilin birinci
rübündə aparıcı ölkələrdə sistem əhəmiyyətli iri maliyyə institutlarının iflası,
11
bankların problemli kreditlərinin artması, tikinti sektorunda və daşınmaz əmlak
bazarında böhran, ipoteka defoltları, istehlak xərclərinin və investisiyaların
azalması müşahidə edilmişdir.
2008-ci ildə beynəlxalq ticarətin fiziki həcminin artımı əhəmiyyətli dərəcədə
aşağı düşərək 2007-ci ildə 6 %-lik və 1998-2008-ci illərdə orta illik 5,7%-lik artım
tempinə qarşı cəmi 2% təşkil etmişdir.
2009-cu ildə isə dünya ticarətinin fiziki həcmi12% azalaraqson 70 ildə ən
kəskin düşmə həddinə çatmışdır. Dünya ticarətinin dinamikasına nəzər yetirdikdə
görürük ki, 1965-2009-cu illərdə dünya ticarətində üç dəfə azalma baş versə də
(-0,2% 2001-ci ildə, -2% 1982-ci ildə və -7% 1975-ci ildə), onlardan heç biri 2009-
cu ilin səviyyəsi qədər kəskin olmamışdır (şəkil 1.1).
Şə
kil 1.1.
Dostları ilə paylaş: |