Məruzələrin həyata keçirilməsi: Prosedurlara əsasən, ekspertlər qrupunun
məruzələri aşağıda təsvir olunan üç yolla tərəflər tərəfindən
həyata keçirilməlidir.
Ə
məl etmə:Birinci, prosedurlar xüsusi olaraq vurğulayır ki, öhdəlikləri pozan tərəf
ekspert qrupunun və ya Appelyasiya Orqanının tövsiyyələrinə dərhal əməl
etməlidirlər. Əgər tövsiyyələri dərhal həyata keçirmək tərəf üçün mümkün deyilsə,
tələb olunduqda MHO bunu həyata keçirmək üçün müvafiq müddət verə bilər.
Kompensasiya müddəası: kinci, pozuntu edən tərəf müvafiq zaman müddətində
əməl etmədikdə
, mübahisənin həlli prosedurunu tələb etmiş tərəf kompensasiya
tələb edə bilər. Alternativ olaraq, öhdəlikləri pozan tərəf özü kompensasiya
ödəməyi təklif edə bilər.
Cavab hərəkətinə icazə veilməsi:Üçüncü, pozuntu edən tərəf əməl edə bilmədikdə
və tələb olunan yerdə müvafiq kompensasiya təmin olunmadıqda
, zərərçəkmiş
tərəf, kompensasiyaları və ya Sazişlərə uyğun olaraq digər öhdəlikəri müvəqqəti
dayandırmaqla, cavab hərəkəti atmağa icazə verilməsi üçün MHO-dan xahiş edə
bilər. Bu o deməkdir ki, misal üçün, tərəf QATT əsasında və ya onun müvafiq
Sazişlərindən birinə uyğun olaraq öz öhdəliklərini pozursa
, MHO zərərçəkmiş
tərəfə icazə verə bilər ki
, o pozuntu edən tərəfədən idxal etdiyi məhsullar üzərində
tarixləri qaldırsın; belə məhsullar ilə ticarət
, haqqında şikayət olunan tədbirlərin
təsir etdiyinə təxminən bərabər olmalıdır. Qaydalar təmin edir ki, QATT, QATS və
ya ekspert qrupunun və ya apellyasiya orqanının pozuntu aşkar etdiyi TR PS
haqqında Sazişin eyni sektorlarında cavab tədbirlərinə MHO tərəfindən mümkün
olduğu qədər tez icazə verilməlidir
. Lakin, MHO bunun mümkün hesab etmədikdə,
52
o cavab hərəkətinə eyni Sazişin digər sektorlarına əsasən icazə verə bilər
. Yalnız
nadir hallarda və son vasitə kimi MHO təzyiq tədbirinə Sazişlər içərisində verə
bilər
, yəni, QATS və ya TR PS haqqında Sazişlərə uyğun olaraq öhdəliyin
pozulmasına görə mallar üzərində daha yüksək tariflər qoymaqla.
Buna baxmayaraq, kompensasiya və MHO tərəfindən təzyiq tədbirlərinə icazə
müddəası müvəqqəti tədbirlərdir. Son həll yolu, öhdəliyi pozan ölkənin
tövsiyyələri yerinə yetirməsidir. Qaydalar MHO-dan tələb edir ki, bu cür halları
onların tam həyata keçirilməsini təmin etmək üçün nəzarət altında saxlasın.
Təcrübədə mübahisəni həlletmə mexanizmi necə işləyir
ÜTT daxilində
, hökumət çətinliklərə üzləşdikləri ölkənin ÜTT qaydalarını
pozduğuna dair sənayenin qiymətləndirməsi ilə razılaşdıqda
, o mübahisənin həlli
üzrə prosedurların tətbiqini tələb edir.
Hökumətin
, mübahisənin həlli üzrə prosedurların tətbiq olunmasını qərara
alarkən atmalı olduğu birinci addım
, öz öhdəliklərini pozduğu güman edilən ölkə
ilə ikitərəfli məsləhətləşmələrə başlamaqdır
. Yalnız qarşılıqlı qənaətbəxş həll
yollarına nail olmaq üçün ikitərəfli səylər nəticə vermədikdə
, şikayət edən tərəf
ÜTT-dən həm iş üzrə faktları, həm də onun hüquqi məsələlərini yoxlamaq
üçün ekspert qrupu təyin etməyi tələb edə bilər.
Qeyd etmək vacibdir ki, mübahisənin həlli üzrə prosedurlar əsasında
hökumətlər tərəfindən qaldırılan əksər problemlər ikitərəfli məsləhətləşmələrdə
həll olunur
. Bu məsləhətləşmələr yalnız çox kiçik sayda hallarda, əleyhinə şikayət
olunan ölkə onun qaydaları pozması ilə bağlı şikayət edən ölkənin fikirləri ilə
razılaşmadıqda, həll yolu ilə təmin edə bilmir; bu ekspertlər qrupu tərəfindən həll
olunmaq üçün ÜTT-yə təqdim olunan hallardır.
Hətta mübahisənin həllinin tam prosesində olan iştirakçılar
– ikitərəfli
məsləhətləşmələr
, ekspert qrupu tərəfindən yoxlama və sonra isə Apellyasiya
Orqanı tərəfindən – hökumət nümayəndələri olsalar belə, onlar ciddi olaraq
davamlı qaydada, mübahisə altında olan məsələdə marağı olan sənaye müəssisələri
və birliklərindən məsləhət və dəstəyə arxalanırlar
. Hökumətlərin, öz işini
məhkəmədə qaldırmaq və ya ona qarşı qaldırılmış işdə müəssisənin marağ
ını
53
qorumaq bacarığı daha çox aidiyyatlı sənaye qrupları tərəfindən verilən yardım və
dəstəkdən asılıdır.
ş üzrə faktlara gəldikdə isə
, hökumət nümayəndələri ortaya çıxan problemlər
haqqında birinci mənbədən məlumatı olan müəssisənin məlumatından asılı
olmalıdır. Bundan əlavə, ekspertlər qrupunun və yaxud da Apellyasiya Orqanının
işində iştirak edən hökumət nümayəndələri çox vaxt hüquqi məsələlər haqqında
müəssisənin təmin etdiyi gizli məsləhəti faydalı hesab edir.
Mübahisələrin həlli üzrə ÜTT sistemi
Mübahisələrin həlli üçün mexanizm ilə təmin etməkdən əlavə, ÜTT üzv
ölkələrin ticarət siyasətlərini dövri olaraq nəzərdən keçirmək üçün forum kimi
fəaliyyət göstərir. Bu yoxlamaların məqsədləri ikitərəflidir. Birincisi, onların
məqsədi ölkələrin çoxtərəfli Sazişlərin ( və müvafiq olduqda, plürilateral Sazişlər
əsasında
) qaydalarına və onlar əsasında götürülmüş öhdəliklərə necə əməl
etdiklərini tapmaqdır. Dövri qaydada belə yoxlamaları aparmaqla, ÜTT onun
qaydalarının yerinə yetirildiyini və buna görə ticarət saxtakarlığının qarşısının
alınmasına yardım etdiyini təmin etmək üçün müdafiə sistemi kimi fəaliyyət
göstərir
. Nəzərdən keçirmə mexanizmini təmin edən göstərişlər, buna baxmayaraq,
aydınlaşdırır ki,bu öhdəlikləri möhkəmləndirmək üçün baza kimi xidmət etməsi
nəzərdə tutulmur; nə də ki, belə nəzərdən keçirmələrdən mübahisələrin həlli üçün
istifadə olunmalıdır. Bu nəzərdən keçirmələrin ikinci bərabər olaraq əhəmiyyətli
olan məqsədi üzv ölkələrin ticarət siyasətləri və təcrübələri haqqında daha böyük
şəffaflığı və anlaşmanı təmin etməkdir
.
Nə zə rdə n keçirilmə lə rin dövriliyi
Bu cür yoxlamaların aparıldığı tezlik fərdi üzv ölkələrin dünya ticarətindəki
payından aslıdır. Birinci dördü hər iki ildən bir yoxlanılır: hazırda bunlar Avropa
Birliyi ( bir kimi hesablanır) , B rləşmiş Ştatlar, Yaponiya və Kanadadır.
Sonrakı 16-ci isə hər dörd ildən bir nəzərdən keçirilir və yerdə qalan hər altı
ildən bir
, istisna olaraq daha uzun aralar zəif nkişaf Etmiş Ölkələr üçün təyin
oluna bilər.
Nəzərdən keçirmək üçün əsas aşağıdakılar ilə təmin olunur.
54
Üzv tərəfindən verilən məlumatı və digər məlumatı, habelə aidiyyatlı ölkəyə
səfərlər zamanı əldə olunanları nəzərə almaqla öz cavabdehliyi əsasında Katiblik
tərəfindən hazırlanmış məruzə
.
Yoxlamalar, belə yoxlamalar məqsədilə Ticarət Siyasətini Nəzərdən keçirmə
Orqanı kimi fəaliyyət göstərən Ümumi Şura tərəfindən yerinə yetirilir
. Ölkənin
məruzəsi və Katiblik tərəfindən hazırlanmış məruzələr
, müzakirələr haqqında
protokollar ilə birlikdə nəzərdən keçirmədən sonra tez nəşr olunur. ÜTT ilə
əlaqədar məsləhətləşmələr
– Hökümətlər və özəl sektor arasında
məsləhətləşmələr üçün mexanizm Hökumətlər təcrid vəziyyətində fəaliyyət
göstərmir
. Əksər inkişaf etmiş və bir çox nkişaf Etməkdə Olan Ölkələrdə ÜTT-də
müzakirə olunan məsələlərə dair sənaye müəssisələri və onların birlikləri
, ticarət
palataları və digər ticarət birlikləri ilə məsləhətləşmələr üçün normal təşkilati
mexanizmlər yaradılmışdır
. Bu məsləhətləşmələrdə, hökumətlər aşağıdakılar
haqqında biznes birliyinin fikirlərini əldə etməyə çalışır:
Danışıqlar mərhələsində olan xüsusi məsələlər haqqında onların qəbul
etməli olduqları siyası yanaşmalar;
Danışıqlar üçün gündəliyə yeni mövzuların daxil olunması üçün
edilmiş təkliflər haqqında onların tutacağı mövqe
;
Mexanizm həmçinin sənaye müəssisələri və biznes üçün onların, idxal edən
ölkələrin hökumətləri tərəfindən görülən tədbirlər sayəsində öz hədəf ixrac
bazarlarında üzləşə biləcəkləri hər hansı problemləri qaldırmaq üçün imkanla
təmin edir
. Məsləhətləşmələr üçün belə bir mexanizmin mövcud olmadığı nkişaf
Etməkdə Olan Ölkələrdə bunu işləyib hazırlamaq lazımdır
. Onu olduğu ölkələrdə
isə, müxtəlif işgüzar maraqların tam uyğun təmsil olunduğunu və onların xaricdə
rastlaşdıqları problemləri öz hökumətlərinin diqqətinə çatdıra bilməsini təmin
etmək üçün bunu təkmilləşdirmək lazımdır
.Sənaye birliklərinin təsiri: Hökumət
tərəfindən razılaşdırılmış məsləhətləşmə
- lərdə iştirak etməkdən əlavə, nkişaf
Etmiş Ölkələrdəki sənaye və ticarət müəssisələri
, ticarət palatalarının və ya sənaye
federasiyalarının himayəsi altında müzakirələr aparmaqla, ÜTT-də müzakirə
olunan mövzular barədə özlərini narahat edən məsələlər və fikirlərini bildirirlər.
55
Bundan əlavə
, nüfuzlu qruplar əmin olmağa çalışır ki, onların sector maraqları
xüsusi məsələlər beynəlxalq səviyyədə müzakirə olunan zaman onların
hökumətləri tərəfindən müvafiq olaraq nəzərə alınır. Bu müzakirələr haqqında
məruzələr
, qrupun fikirlərinin xeyrinə ictimai rəyə təsir etmək üçün geniş şəkildə
ictimayyətə açıqlanır
. Onları tam uyğun fikirlərini və narahatlıqlarını əks etdirən
hökümətlərin ÜTT
-dəki danışıqlara siyasi yanaşmaları nəhayət ki, qəbul etdiyini
təmin etmək üçün məruzələr həmçinin milli qanunvericiliyin üzvlərini lobbiçilik
etmək üçün də istifadə olunur.
Misal üçün, Uruqvay Raundunun müzakirələri üçün gündəlikləri bir sıra
mövzular basilica əsas sənaye və ticarət birlikləri tərəfindən aparılmışdır. Milli və
beynəlxalq sənaye federasiyaları tərəfindən saxta malların ticarətinin nəticələrinə
dair hazırlanmış ətraflı araşdırma, nəhayət ki, TR PS haqqında Sazişə gətirib
çıxaran bu məsələnin gündəliyə daxil olunması üçün təsir etmək məqsədilə nkişaf
Etmiş Ölkələrin hökumətlərinə təsir etməli idi. Yenə də, TR MS haqqında Sazişin
mənşəyi sənaye təşkilatları və digər tətqiqat institutları tərəfindən yerli
komponentin ticarəti üzrə mənfi nəticələr və xarici investorlara qoyulan ixrac icra
tələbləri haqqında hazırladıqları tətqiqatlara irləşdirə bilər. Antidempinq
Praktikaları Haqda Sazişdəki təkmilləşdirilmiş qaydalar üzrə təkliflərin çoxu
sənaye müəssisələrinin öz hökumətlərininin diqqətinə çatdırdıqları qaydalar üzrə
təkliflərin çoxu sənaye müəssisələrinin öz hökumətlərinin diqqətinə çatdırdıqları
problemlər və narahatlıqlardan yaranmışdı.
Sənaye birliklərinin göstərdikləri maraq danışıqlara daxil olunması üçün
mövzuların təklifi ilə bitmir. Əksər hallarda, onlar danşıqları yaxından izləyir və
yeni qaydalar üzrə təkliflərin onların xeyrinə olmayacağını hesab etdikləri zaman,
öz hökumətlərinə fikirlərini çatdırırlar. Misal üçün, Uruqvay Raundunda
danışıqların yekun nəticəsinə daha çox toxuculuq məhsulları məhsulları üzrə
lobbilərin idxal edən nkişaf Etmiş Ölkələrin hökumətlərinə tətbiq etdikləri
təzyiqlərin təsiri oldu. Yaxşı məlumdur ki, müzakirə olunan liberallaşdırılma
təkliflərinin onlara mənfi təsirləri olacağını hesab edən kənd təsərrüfatı üzrə
lobbiçilər tərəfindən bəzi ölkələrin hökumətlərinə edilmiş təzyiqlər sayəsində,
56
Uruqvay Raundunun danışıqları naməlum şəraitdə iki ildən artıq aparıldı.
Buna görə, ticarət və sənaye birlikləri, müztəlif sazişlərin qaydalarının
həyata keçirilməsi haqqında ÜTT-nin davam etməkdə olan işi və yeni movzu
sahələrində aparılan analitik səviyyədəki işi izləməkdə davam etməlidir.
Ticarət və sənaye birliklərinə və QHT-lərə ÜTT-nin işinə fəal maraq
göstərməsinə imkan vermək üçün
, Katiblik öz işinə daha şəffaflıq gətirmək üçün
bir sıra addımlar atmışdır. Katiblik tərəfindən hazırlanmış içşi sənədlər
vətoplantılar üzrə məruzələr, əvvəllər yalnız hökumtlər üçün mümkün ola bilən
məhdudlaşdırılmış
sənədlər
kimi
yanaşılanlar
, indi altı ay ərzində
məhdudlaşdırılması götürülür
. Daha sonra, müəyyən mövzu sahələrdə, ticarət və
ətraf mühit kimi
, Katiblik, ÜTT-dəki müzakirələrin inkişaf haqqında QHT-ləri və
digər özəl sector təşkilatları üçün qısa toplantılar təşkil edirdi
.
Lakin, bir çox nkişaf Etməkdə Olan Ölkələrdə ticarət palataları və ticarət
birlikləri hələ də ÜTT kimi beynəlxalq təşkilatlardakı müzakirələrə fəal maraq
göstərməmişdi
r. Bu qismən bir fakta görə idi ki, bir neçə il bundan əvvələ qədər bu
ölkələrin bəzisi idxalı əvəz etmə siyasəti aparırdı
. Nəticədə onlar diqqəti əsasən
daxili siyasət məsələlərinə yönləndirirdilər və ixrac yönümlü artımı dəstəkləyən
siyasətin dəyişməsi ilə qeyd olunan birliklər öz üzvlərinin Ümumdünya Ticarət
Təşkilatının hüquqi sistemi ilə tanış olmaq ehtiyacını və ÜTT
-nin davam edən işinə
daha fəal maraq göstərmək üçün öz ehtiyaclarını daha çox dərk etməyə başlayır
.
Qeyd olunan nkişaf Etməkdə Olan Ölkələrin çoxu sistemin əvəzedici və prosedur
qaydaları haqqında öz anlayışlarını təkmilləşdirməkdə yardım tələb edir
.
ÜTT çox mürəkkəb proses olan inteqrasiya və qloballaşma prosesində əsas rol
oynayır. Yeni şəraitə bütün ölkələr uyğunlaşa bilmirlər və onlar bununla əlaqədar
olaraq öz hökumətlərinə təzyiq göstərirlər
.Milli istehsalçılar beynəlxalq ticarətin
liberallaşdırılmasının nəticələrinin onlar üçün dağıdıcı olacağını hesab
edirlər.Həmçinin qeyd etmək lazımdır ki, müdafiə tədbirlərindən təkcə nkişafda
Olan Ölkələr deyil
, həm də qloballaşmanın digər tərəfdarları da istifadə edirlər.
Qeyd etmək lazımdır ki, ÜTT-nin normalarının müəyyən dövrlər üzrə
pozulması, ÜTT-də Qərb dövlətlərinin üstün mövqeyi onun hüquq sisteminin
57
tamamilə qeyri-effektiv elan edilməsinə əsas verir.Amma bundan başqa belə bir
sistem hal-hazırda mövcud deyildir və perspektivdə də yaradılması nəzərdə
tutulmur.Çatışmazlıqlara gəldikdə isə onlar hər bir milli və beynəlxalq
qanunvericiliklər daxilində vardır.
Liberalizasiya və genişlənmənin digər tərəfi də ola bilər.Daha çox ticarət daha
çox mübahisələrin yaranma ehtimalı deməkdir
.Həll olunmasa bu mübahisələr ciddi
münaqişəyə gətirib çıxara bilər
.Lakin reallıqda, çox sayda beynəlxaq ticarət
mübahisələri azaldılır çünki, ölkələr ÜTT kimi təşkilatlara aralarında olan ticarət
mübahisəsini həll etmək üçün müraciət edirlər.II Dünya Müharibəsindən əvvəl bu
hal mümkün deyildi.Müharibədən sonra, dünya birliyi ticarət qaydalarını müəyyən
etdi ki, hazırda bu qaydalar ÜTT-yə verilib.Bu qaydalara üzv dövlətlər üçün
mübahisələri ÜTT
-də həll etməyi və birtərəfli qaydada fəaliyyət göstərməmək
öhdəliyi daxildir
.Mübahisələr ÜTT-ə çıxarılan zaman Ümumdunya Ticarət
Təşkilatında əsas diqqət qaydalara yönəldilir
.Qərar çıxarılandan sonra ölkələr
qaydalara əməl etməyə çalışırlar
, bəlkə sonradan qaydaları yenidən müzakirə edə
bilərlər – lakin bir birinə müharibə elan etmirlər.1995-ci ildə yaradılandan indiyə
qədər 300-ə yaxın mübahisə ÜTT-yə çıxarılıb. Bu mübahisələr konstruktiv yolla
həll olunmasaydı, ciddi münaqişəyə səbəb ola bilərdi.Mübahisələrin ÜTT
müqavilələrinə əsaslanması faktı o deməkdir ki, haqlı və haqsız tərəfi aydın
müəyyən etmək mümkündür.Haqlı tərəf müəyyən olunandan sonra, müqavilələr
sonradan görülməli olan tədbirləri göstərir.QATT və sonradan ÜTT-yə çıxarılan
mübahisələrin artması, dünyada gərginliyin artması demək deyil.Bu dünya ölkələri
arasında daha yaxın iqtisadi münasibətlərin, QATT /ÜTT üzvlərinin artmasının və
ölkələrin bu sistemə inamının göstəricisidir.Bəzən aralarında mübahisə olsa belə
dövlətlər özləri razılığa gəldikləri öhdəliklərə və müqavilə müddəalarına əməl
etməyə çalışırlar
.
Sоn 10 ilin təcrübəsi göstərmişdir ki, ÜTT sistemində mübahisələr QATT -da
оlana nisbətən daha yaxşı nizama salınır
.Dünya alimləri və iqtisadçıları öz
araşdırmalarının nəti
cəsi оlaraq bildirmişlər ki, ÜTT-nin yaranması və оnun
tərkibində mübahisələrin həlli mexanizminin təkmilləşdirilməsi ABŞ
-la AB
58
arasında оlan mübahisələrin həlli prоsesini xeyli səmərəliləşdirmişdir. QATT
möv cud оlduğu dövrdə həm Amerika Birləşmiş Ştatları, həm də Avropa Birliyi
mübahisələrin həlli оrqanının qərarlarına müvafiq оlaraq hərəkət etməyə meylli
о
lmadıqları halda, ÜTT-nin yaranmasından sоnra bu vəziyyət xeyli
dəyişmişdir
.Tədqiqatçılar hesab edirlər ki, iddia edilən tədbirlərin siyasi və iqtisadi
ə
hmiyyəti nə qədər çоxdursa, uduzan tərəfin ÜTT qərarına müvafiq оlaraq hərəkət
edə cəyi ehtimalı о qədər azdır. Bir neçə iddiaçının birlikdə verdiyi şikayətlərin də
nəticəsinin belə оlacağı ehtimalı çоxdur.Artıq 10 ilə qədər ÜTT-də tətbiq edilən
prоseduralar ticarət mübahisələrinin həlli üçün məcburilik mexanizminin hamı
tərəfindən qəbuluna imkan yaratmışdır
.Bu prinsip beynəlxalq hüquq sistemində
prоtоksiоnistləri intizama dəvət edən vacib yenilik kimi xarakterizə оlunur.
59
III FƏS L. Azərbaycan Respublikasının ÜTT ilə əməkdaşlığı və danışıqlar
prosesinin mövcud durumu və perspektivlə ri
3.1. Azə rbaycan Respublikasının ÜTT-yə üzvlük strategiyası və
danış ıqlar prosesinin mövcud və ziyyə ti
Azərbaycan Respublikası Sovetlər Birliyi parçalandıqdan sonra dünya
ölkələri ilə əlaqələrinə yenidən baxmalı oldu. Ölkəmiz dünya iqtisadiyyatına
inteqrasiya olunaraq dünya ölkələri ilə sıx əlaqələr yaratmağı qarşısına məqsəd
qoymuşdur. Belə ki, 1991-ci ildən bu yana respublikamız bir çox beynəlxalq və
regional təşkilatlara üzv olmuş, bəzilərinə isə üzv olmaq məqsədi ilə müraciət
etmişdir.Belə təşkilatalrdan biri də dünya ticarətinin 95%-nə nəzarət edən ÜTT-dir.
Qeyd olunduğu kimi, ÜTT dünya ticarətinin böyük əksəriyyətinə nəzarət
edir, dünya ticarət əlaqələrində şəffaflığın qorunması, rəqabət mühitinin
yaradılmasını tələb edir. Bir sözlə, dünya ticarəində oyun qaydalarını müəyyən
edən bir beynəlxalq təşkilatdır. Belə bir təşkilatdan kənarda qalmaq olmazdı və
belə də oldu.
1.
Azə rbaycanın ÜTT-yə qə bulu istiqamə tində hə yata keçirilmiş ə sas
tə dbirlə r
Azərbaycan 1995-ci ildə yaradılmış olan ÜTT-yə 1997-ci ildə qəbul olmaq
üçün müraciət edib. ÜTT-nin üzvolma prosedurasına uyğun olaraq da həmin andan
ÜTT-də Azərbaycan işçi qrupu yaradılıb. Qəbul prosesi 4 mərhələ və 13 addımdan
ibarətdir.
1. Rəsmi müraciət və işçi qrupunun yaradılması.
Azərbaycan da 1997-ci ildə
müraciət edib və Baş Şura müraciəti qiymətləndirərək Azərbaycan üzrə işçi
qrupunun yaradılmasını qərara alıb. Işçi qrupunun tərkibinə Türkiyə, Avropa
ttifaqı, ABŞ, Almaniya və s. ölkələr daxildir. Işçi qrupu ölkənin bütün ticarət-
iqtisadi əlaqələrini, mövcud qanunvericiliyi və s. araşdıraraq memarandum
çəklində ÜTT katibliyinə təqdim edib.
2. şçi qrupunun araşdırmaları və ikitərəfli güzəşt müzakirələri.
Işçi
qrupununu bu müddət ərzində araşdırmalar aparıb kifayət qədər irəliləyiş əldə
60
etdikdən sonra ölkəmizlə ÜTT üzvləri arasında beş belə görüş keçirilib. Bu
müzakirələr ikitərəfli və çoxtərəfli ola bilər.
3. ş tirak protokolu.
Bizdə hələ qarşılıqlı güzəştlər müzakirə edilib
qurtarmadığından bu mərhələ başlamayıb. Ancaq bu mərhələ adətən işçi qrupunun
hazırladığı “iştirak protokolu” və “öhdəlik siyahısı” əsasında başa çatır.
4. Qə rar.
Bu sonuncu mərhələdir. Hazırlanmış bütün sənədlər ÜTT Baş
Katibliyinə və ya Nazirlər Konfransına təqdim edilir.
Azərbaycanla ÜTT üzvü olan ölkələrlə ikitərəfli və çoxtərəfli beş görüş
keçirilmişdir. Bu görüşlərdə artıq bir çox ölkələrlə ikitərəfli sənədlər
imzalanmışdır. Qeyd etməliyəm ki, ÜTT-yə qəbulla bağlı bütün sənədlərin
hazırlanması və digər məsələlər Azərbaycan Respublikası qtisadi nkişaf Nazirliyi
tərəfindən kordinasiya edilir. 2004-cü ildən isə bu işdə Nazirliyə ABŞ-ın Ticarət və
nkişaf Agentlliyi tərəfindən maliyyələşən, Buzz Allen Hamilton şirkəti tərəfindən
idarə olunan Texniki Yardım Layihəsi kömək edir. Lakin təəssüf hissi ilə
deməliyəm ki, Buzz Allen Hamilton şirkətinin ayırdığı hər il 1 mln. ABŞ dolları
miqdarındakı texniki yardım layihələri üç ildə necə sərf olunması barədə heç bir
məlumat yoxdur və əhəmiyyətini heç kəs hiss etmir.
2.
Üzvolma prosesində qarşıya çıxan əsas problemlər, onların həlli yolları
ÜTT-yə üzv olmaq asan iş deyil. Bu sadəcə daxil olmaq arzusunu
bildirməklə bitmir. Digər beynəlxalq təşkilatlar kimi deyildir. Ciddi və mürəkkəb
qəbul prosesi mövcuddur. Müraciəti edən ölkə müraciətin nəzərdən keçirilməsi
müddətində heç bir təzyiq və məhdudiyyətlərə məruz deyildir. Burada son müddət
də yoxdur. Bu proses 3 idən 25 ilə kimi çəkə bilər. Maraqlı bir mənzərə yaranır.
Heç ÜTT təsis olunduğu Mərakeş Nazirlər Konfransında da ÜTT-yə qəbul prosesi
ə
traflı deyil, yalnız bir maddədə öz əksini tapır ki, o da ətraflı deyildir. Sadəcə
olaraq heç bir əsasıolmayaraq get-gedə yeni ölkələr üzv olduqca bu proses daha da
mürəkkəbləşir. Bunun da səbəbləri var. Əsas səbəb isə ÜTT-nin üzvlərinin daxil
olan yeni ölkələri daha çox öhdəlik götürməyə məcbur etmək və yeni-yeni bazarlar
ə
ldə etməkdir.
61
Proses ölkənin ÜTT-yə üzv olmaq istəyini bildirməsi və işçi qrupunun təyini
ilə başladığını qeyd etmişdik. Sonrakı mərhələdə isə ölkə ticarət rejimini əhatə
edən memorandumunu hazırlayır, üzv ölkələrə göndərir. Həmin ölkələr bu
memorandumu incələyərək Azərbaycana öz suallarını təqdim etmişdir. Bunlardan
bəziləri artıq cavablandırılmışdır. Bəzən anlaşılmazlıqlar da olur. Belə ki, ÜTT-nin
rəsmi dili ingilis, fransız və ispan dilləri ölduğundan bu sorğu-suallar da həmin
dillərdən birində göndərilir və bəzən heç onların nəzərdə tutduqları deyil, başqa bir
suala cavab verilir. Təbii ki, bu da prosesi ləngidir.
ÜTT-yə üzv olmaq istəyən ölkə son dərəcə çətin və ağır işi yerinə yetirməyə
hazır olmalıdır. Belə ki, Azərbaycan özünün qüvvədə olan qanunlarını və
qaydalarını ÜTT-nin norma və standartlarına uyğunlaşdırmaq məqsədilə nəzərdən
keçirməlidir. Bütün ölkələr kimi Azərbaycan da istisnasız olaraq ümumilikdə belə
bir təsir altındadır ki, idxal tariflərinin azaldılması və ya ləğv edilməsi öhdəsindən
gəlməli olan ən böyük maneədir. Bu maneənin həll edilməsi demək olar ki,
Azərbaycanla ÜTT arasındakı problemləri aradan götürmüş olardı. Lakin tarif
dərəcələrini uyğunlaşdırmaq və onlar üçün beynəlxalq öhdəlik həddini müəyyən
etmək toqquşan maraqlar arasında sonsuz mübahisələr ilə dolu siyasi və iqtisadi
cəhətdən həssas tapşırıqdır.
Problemləri araşdırarkən nəzərə çatdırmalıyıq ki, ÜTT-nin yaranması
zamanı danışıqların miqyası çox kiçik idisə, indi xeyli genişlənmişdir. ÜTT ilə
danışıqlar zamanı tariflərin müəyyənləşdirilməsi əsas yer tutur. Belə ki, hal-hazırda
11000 növ mal və xidmətlər üzrə danışıqlar gedir və bu göründüyü kimi çox çətin
bir prosesdir.
Burada Azərbaycanla qarşıya çıxan problem kimi ÜTT-dən əvvəl BVF-yə
daxil olmağımızdır. Belə ki, BVF-yə daxil olarkən mal və xidmətlər üzrə tarif
dərəcələri 0-15% arasında müəyyənləşdirilməsi indi ÜTT ilə danışıqlarda yüksək
tarif dərəcəsi tələb etməyə problem yaradır.
Ikinci problem subsidiyaların verilməsindədir. Belə ki, ÜTT subsidiyaların
verilməsini mümkünsüz sayır. Hal-hazırda danışıqlar zamanı Azərbaycan tərəfi
birbaşa subsidiyalar üçün 10-15% tələb etsə də ÜTT bunun 3-5%- endiirilməsini
62
tələb edir. Bu zaman bazis ili göstərilməlidir. Azərbaycan isə bunu kənd
təsərrüfatına birbaşa subsidiyaların ən yüksək həddi olduğu 2000-2003-cü illəri
götürüb, bu illərdə faiz dərəcələri 10-15 arasında dəyişir. Lakin ÜTT bazis ilinin
dəyişdirilməsini tələb edir. Qeyd edək ki, 2003-cü ildən sonra birbaşa
subsidiyaların həcmi azalmış, hətta 2006-cı ildə bu 1-3% arasında dəyişmişdir.
Nəzərinizə çatdırmaq istərdim ki, baxmayaraq ki, Azərbaycan əqli mülkiyyət
hüquqları, sənaye mülkiyyətinin, müəllif hüquqlarının qorunması sahəsindəki
beynəlxalq konvensiyalara qoşulub, əqli mülkiyyət hüququnun qorunması
sahəsindəki qanunlarda boşluqlar var. Bu qanunlar əqli mülkiyyət sahiblərinin
hüquqlarını qoruya bilmir. Belə ki, təkcə neft sektoru sahəsində 2005-ci ildə 272
kəşf və elmi iş olmuşdur ki, bunlardan yalnız 35-i Dövlət Patent Komitəsində
qeydiyyata alınmışdır. Qalanlarının taleyi haqda isə heç bir məlumat yoxdur. Belə
kəşflər xarici korporasiyalar tərəfindən ucuz qiymətə alınır.
3.
ÜTT-yə üzv olduqdan sonra Azə rbaycanın uduş ları və itkilə ri
ÜTT-yə üzvlüyün uduşlarını üç əsas qrupda təsnifləşdirmək olar. Bunlar
aşağıdakılardır:
1.
xracatçıların qazancları.
• Ixracatçılar ÜTT institutları vasitəsilə geniş imkanlı və zəngin
tərkibli informasiyaya çıxış əldə edir. Eyni zamanda bu
institutların köməyi ilə ticarət mübahisələrinin ədalətli həllinə nail
olur;
•
xracatçılar ÜTT-yə üzv olan bütün ölkələrin bazarlarına təminatlı
çıxış əldə edirlər;
• Ixracatçılar çoxtərəfli ticarət danışıqlarında tam və bərabər
hüquqlu üzv dövlət olaraq iştirak edir və dünya ticarət siyasətinə
təsir imkanları qazanır.
2.
stehlakçıların qazancları.
• Idxal rüsumlarının azaldılması ilə milli bazarda rəqabət qabiliyyəti
artır;
63
• Tariflərin
aşağı
düşməsi
xammal
və
materialların,
yarımfabrikatların və kompleksləşdirici hissələrin ucuzlaşmasına
gətirib çıxarır ki, onun da üzərində qurulmuş istehsalın nəticəsi
olaraq buraxılmış məhsulun və görülmüş işin (xidmətin) maya
dəyəri ucuzlaşır və beləliklə də istehlakçıların xərci azalır.
3.
Bütövlükdə cəmiyyətin qazancları.
• Milli
qanunvericiliyin
beynəlxalq
qanunvericiliyə
uyğunlaşdırılması və bununla da iqtisadi inkişafın və daxili bazar
islahatları sürətləndirilir;
• Iqtisadiyyatın idarə olunmasında, xüsusilə də xarici iqtisadi
fəaliyyətin tənzimlənməsində dövlətin rolu aşağı düşür. Bu isə
investisiya əməkdaşlığını stimullaşdırır;
• Ölkəyə inam artır, onun investisiya və kredit cəlbediciliyi riski
azalır;
• ÜTT üzvü olan bütün ölkələrin ərazaisində təminatlı tranzit hüququ
ə
ldə edilir;
• Xarici ticarət prosedurlarının sadələşdirilməsi, idxal və ixrac
ə
məliyyatlarının uçotu və hesabatı sisteminin şəffaflaşdırılması,
süni bürokratik əngəllərin aradan qaldırılması nəticəsində gizli
ticarət dövriyyəsinin və korrupsiyanın həcmi azalır.
ÜTT-yə üzvlüyün ümumi qazancları.
• ÜTT-yə üzv ölkələr tərəfindən əmtəə və xidmətlərin dünya
bazarına daha əlverişli şərtlərlə çıxışı əldə edilir, onlar arasında
xarici iqtisadi siyasətin şəffaflığı da daxil olmaqla ticarət
münasibətlərinin sabit inkişafına nail olunur;
• Tərəfdaşlar tərəfindən təzyiqə məruz qalan milli maraqların
müdafiəsinin təminatı üçün mübahisələrin həlli üzrə ÜTT
mexanizmlərinə çıxış yolu ilə diskriminasiyalar aradan qaldırılır;
64
• Üzv ölkələr yeni beynəlxalq ticarət qaydalarının hazırlanması
zamanı çoxtərəfli danışıqlarda səmərəli iştirak yolu ilə özünün cari
və strateji ticari-iqtisadi maraqları reallaşdırmaq imkanları qazanır.
GATT-ın yarandığı 1947 cı ildə dünya ölkələrində sənaye üzrə orta tarif
dərəcəsi 40% təşkil edirdisə, ÜTT-nin mövcud olduğu 2000-ci ildə müvafiq
göstərici 5% olub. Bu göstəricinin 5%-ə enməsi və bazarlara sərbəst çıxışların
genişləndirilməsi siyasəti mütərəqqi texnika və texnologiyaların daha sərfəli
qiymətlə milli bazara cəlbi üçün imkanlar yaradır.
ÜTT-yə üzv olmanın itkilərini aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Mlli bazarda rəqabətin artımı nəticəsində rəqabətqabiliyyəti olmayan
malların buraxılışı və xidmətlərin göstərilməsi sahəsində adaptasiya tənəzzülü baş
verir;
2. Dövlət büdcəsinin gömrük rüsumları və vergiləri maddəsi üzrə
daxilolmalar azalır və onun mədaxilinə qısamüddətli, bəzən də ortamüddətli
dövrdə gərginlik yaranır;
3. Texnologiyaların idxalı üzrə patentlərdən istifadəyə görə komisyon
haqları ödənişi sənayenin xərclərini artırır və onların qiymət rəqabətində uduşunu
azaldır.
4. Dövlətin yerli sənayenin müdafiəsi məqsədilə birbaşa və dolayı
subsidiyaların tədricən ləğv olunur və həmin sahələrdə də adaptasiya böhranı
yaranır;
5. Hazır məhsulun idxalının üstün gəlirliliyi baxımından idxalı əvəz edə
biləcək sahələrdə investisiya qoyuluşunun səmərəliliyi aşağı düşür və nəticədə
milli iqtisadiyyata ümumi investisiya qoyuluşu azalır;
6. Ticarətin liberallaşdırılması və qoruyucu tədbirlərin səmərəli təşkili
olmadığı halda daxili bazarda daha ucuz olan xarici malların yer almasına şərait
yaranır.
7. Öyrənilməsi və həyata keçirilməsi həm çətin, həm də məsrəfli olan
mübahisələrin həlli mexanizmi ilkin dövrdə mümkün olmur;
8. Xarici ticarətdə kəmiyyət məhdudiyyətləri aradan qaldırılır;
65
9. Xidmətlər sahəsində daha ucuz və aşağı keyfiyyətli xidmət təchizatçıları
yer tutur.
Dostları ilə paylaş: |