3.3. ÜTT-yə üzvlüyün Azərbaycan iqtisadiyyatına mümkün təsir
istiqamətlərinin müqayisəli təhlili
Hazırda Azərbaycan ÜTT
-yə daxil olmaq üçün 12 ölkə ilə danışıqlar aparır.
Danışıqların prinsipial məqamı ölkənin bu təşkilata hansı statusda daxil olması ilə
bağlıdır. Belə ki, Azərbaycanın inkişaf etməkdə olan ölkə kimi təşkilata daxil
olması əlverişlidir. Bu statusda bəzi üstünlüklər, əlverişli şərtlər əldə etmək olar.
Digər vacib məsələ qanunvericiliyin təkmilləşdirilməsi
, ÜTT-nin standartlarına
uyğunlaşdırılmasıdır. Bu sahədə təsdiq olunmuş fəaliyyət planının bir qismi artıq
yerinə yetirilib. 50-yə yaxın sənəd var ki, onlardan 30-a qədəri təşkilatın tələblərinə
uyğun qəbul olunub
. Digər sənədlər üzərində isə işlər davam etdirilir.
Azərbaycanın ÜTT-yə daxil olmasından əldə ediləcək ən mühüm
nailiyyətlər.
ÜTT-yə daxil olmaq çoxaspektli bir məsələ olmaqla bir çox insanların,
müəssisələrin, sahələrin, ölkənin, dövlətin həyatına kifayət qədər təsir etmək
gücünə malikdir. Həmin təsirlərin keyfiyyət cəhətdən öyrənilməsinə, lazım
gəldikdə onun kəmiyyət göstəricilərinin də müəyyənləşdirilməsinə bəzi yanaşmalar
mövcuddur. Bu isə onu göstərir ki, ÜTT üzvlüyünə qəbul olunmaq Azərbaycan
iqtisadi mühiti üçün də təsirsiz ötüşməyəcəkdir
. Ona görə də bu proses qabaqlayıcı
tədbirlərin həyata keçirilməsi ilə müşahidə olu
nmalıdır. qtisadiyyatın inkişafı,
ə
halinin rifah səviyyəsinin yüksəldilməsi və ən əsası, dövlətin beynəlxalq
nüfuzunun artması üçün ÜTT-nin daimi üzvlüyünün əldə olunması istiqamətində
beynəlxalq normalar çərçivəsində müvafiq tədbirlərin həyata keçirilməsi davam
etdirilməlidir
. Hazırki dövr üçün qloballaşan dünyanın tələblərini nəzərə alaraq,
aşağıda göstərilən məsələləri rəhbər tutaraq
, Azərbaycanın ÜTT-yə daxil olması
76
vacibdir:
a) Dünya iqtisadi sisteminə inteqrasiya prosesini sürətləndirmək;
b) Azərbaycan mallarının dünya bazarına çıxarılmasına mövcud şərtlərdən daha
yaxşı şərtlərin tətbiqi
;
c) beynəlxalq ticarət mübahisələrinin beynəlxalq hüquqda qəbul edilmiş və
ÜTT-nin tərəfdaş çıxdığı rəhbər müddəalar əsasında həll olunması;
d) ÜTT-nin ticarət iqtisadi normalarının Azərbaycan qanunvericiliyində təsbit
olunmasıyla ölkədə beynəlxalq investisiyaların əlverişli cəlb olunma
mühitinin yaradılması;
e) Azərbaycanlı investorların ÜTT-yə üzv olan dövlətlərdə fəaliyyət sferasının
genişlənd
irilməsi;
f) Milli bazarda Azərbaycan mallarının və xidmət sahələrinin çeşidinin
artırılması və rəqabət qabiliyyətinin təmin olunması;
g) beynəlxalq ticarət qaydalarının qəbul olunmasında və icrasında milli maraqlar
baxımından iştirak imkanı;
h) Azərbaycanın dünyada beynəlxalq ticarətin bərabər hüquqlu subyekti kimi
daha yaxşı tanınması, ona olan inamın, etimadın artması;
i) Xarici ticarətin tənzimlənməsində qiymət metodlarından və mexanizmlərindən
istifadə olunması, yəni idxal və ixracın tənzimlənməsində yalnız gömrük
tariflərindən istifadə və tədricən qeyri-tarif tənzimlənməsindən imtina
olunması;
j) ixracda və idxalda dövlət tədarüklərinin ləğvi;
k) xarici iqtisadi münasibətlərə coxtərəfli yanaşma;
l) ixracın genişləndirilməsi, yəni onun coğrafi və əmtəə strukturunun
diversifikasiyası və dərinləşdirilməsi
;
m) idxala münasibətdə adekvat müdafiə tədbirləri sistemindən istifadə;
n) xarici iqtisadi fəaliyyətin tənzimlənməsi tədbirlərindən digər məqsədlər üçün
(məsələn, dövlət büdcəsinin gəlirlər hissəsinin formalaşdırılması üçün)
istifadə olunmaması.
Azərbaycanda zəif ikişaf etmiş sahələrdən biri elektron ticarətdir. Odur ki,
77
bu sahədə bir sıra problemlər yaranmışdır.
E-kommersiya sahə sində hə llini gözlə yə n problemlə r.Müasir dövrdə e-
kommersiya sahəsindəki yuxarıda göstərilən problemlərlə yanaşı Azərbaycanın
ÜTT yə daxil olması üçün bir sıra digər məsələlərin də həlli zəruridir:
1. e-ticarət obyektlərinin təsnifatı;
2. elektron sövdələşmə tərəflərinin göndərilmə-çatdırılma üsullarının və
yerinin müəyyən edilməsi;
3.beynəlxalq elektron əməliyyat iştirakçılarına vergiqoyma;
4.Xidmətlər Ticarəti üzrə Baş Razılaşmanın (XTBR) telekommunikasiyalara
dair razılaşmalar çərçivəsində
nternet
-xidmətlərin təsnifləşdirilməsi
məsələləri;
5.qlobal elektron bazarın tənzimlənməsində dövlətlərin rolu;
6.e-kommersiya şəratində intellektual mülkiyyət hüquqlarının müdafiəsi;
7.e-kommersiyanın XTBR çərçivəsində danışıqlar prosesinə təsiri;
8.e-kommersiyada gömrük qaydaları və prosedurları;
9.e-kommersiyanın qloballaşma problemləri.
Bu və digər oxşar məsələlərin həlli ölkənin ÜTT
-yə daxil olmaqla bağlı,
eləcə də ticarət siyasətinin müəyyənləşdirilməsində əsaslı rol oynaya bilər.
Azərbaycan Respublikası qtisadiyyat və Sənaye Nazirliyi mütəxəssislərinin
fikrincə Azərbaycanın dünya ticarət sistemində
, həmçinin beynəlxalq əmək
bölgüsündə öz layiqli yerini tutması
, digər dövlətlərlə iqtisadi əlaqələrin daha da
inkişaf etdirilməsi
, iqtisadi inkişafın stimullaşdırılması və nəhayət, iqtisadiyyatın
transformasiyanın təmin edilməsi olacaqdır
. Bəs Azərbaycanın ÜTT-ə üzv
olmaqda əsas məqsədi nədir
?Bu məqsədləri aşağıdakı kimi qruplaşdıra bilərik.
- Dünya iqtisadiyyatı sisteminə inteqrasiya prosesini sürətləndirmək;
- ÜTT-nin mübahisələrin həlli mexanizmindən istifadə etmək imkanını əldə
etmək.
- ÜTT qaydalarını tətbiq etdikdən sonra daha çox həcmdə birbaşa xarici
investisiyaları cəlb etmək;
- Ölkədə aparılan iqtisadi islahatlara beynəlxalq təşkilatlar və eləcə də ölkələr
78
tərəfindən yardımın artırılmasına nail olmaq;
- Dünyanın əksər ölkələri ilə ÜTT tərəfindən qəbul edilmiş ümumi qaydalar
ə
sasında ticarət əməliyyatları həyata keçirmək;
- ÜTT-yə üzv olan ölkələrin bir-birinə verdikləri güzəştlərdən faydalanmaq;
Qeyd etmək vacibdir ki, ÜTT-ə daxil olan hər bir yeni üzv dövlət
Azərbaycan üçün yeni bir maneə deməkdir. Məsələn Rusiya və digər
Qırğızıstan, Gürcüstan, Moldova və Ermənistan kimi MDB ölkələrinin artıq
ÜTT-də olması həmin ölkələrin Azərbaycana qarşı yeni şərtlər qoyması
deməkdir ki
, bu da Azərbaycanın ÜTT-ə üzvlük prosesini və üzvolma
şərtlərini ağırlaşdırır
. Azərbaycan hökuməti üzv olarkən yüksək şərtlər əldə
etməyə çalışır
.Çünki, qeyd olunan MDB ölkələrinin üzvolma şərtlərinə nəzər
yetirsək görərik ki
, bu ölkələrin üzvolma şərtləri inkişaf etməkdə olan
ölkələrin deyil
, daha çox inkişaf etmiş ölkələrin şərtlərinə uyğundur.
Artıq bir sıra ölkələrin dəstəyi və Azərbaycan Hökumətinin apardığı iş
nəticəsində Ermənistanın üzv olması zamanı bu ölkə tərəfindən rəsmi olaraq bir
sıra
öhdəliklərin
götürülməsinə
nail
olunmuşdur
.Bunlardan ən vacibi
“Azərbaycanın üzv olmasına maneçilik törətməmək və eləcə də işğal edilmis
ərazilərə ÜTT qaydalarının tətbiq olunmasına çalışma
maq” öhdəliyi hesab olunur.
Azərbaycan Respublikasının ÜTT
-yə üzv olması isləri üzrə Komissiyanın
qəbul etdiyi Üzvolma Konsepsiyasına əsasən ÜTT ilə danışıqlarda Azərbaycan
Hökumətinin mövqeyinin aşağıdakı prinsiplərə əsaslanması nəzərdə tutulur
:
a) Azərbaycanın inkisafda olan ölkə olduğunu nəzərə alaraq ÜTT çərçivəsində
digər ölkələrə verilmiş müvafiq güzəştləri əldə etmək
;
b) ÜTT qaydaları tam tətbiq olunanadək maksimum uzunmüddətli keçid
dövrünün verilməsinə nail olmaq;
c) Azərbaycanın iqtisadiyyatı, xüsusi ilə də sənayesi üçün mühüm əhəmiyyət
kəsb edən mallar üzrə yüksək idxal gömrük rüsumlarının tətbiqinə nail
olmaq;
d) Rüsumların aşağı salınması qaçılmaz olduğu halda ortalama rüsumların eyni
səviyyədə saxlanması məqsədi ilə əhəmiyyəti az olan mallar üzrə rüsumların
79
endirilməsi, digərlərinin isə əksinə yüksəldilməsinə nail olmaq;
e) Kənd təsərrüfatı sahəsində subsidiyalar üzrə danışıqlar zamanı illik kənd
təsərrüfatı məhsulu istehsalının 10% həcmində subsidiya verilməsinə nail
olmaq;
f) Xidmətlər sahəsində danışıqlar zamanı inkişaf etməkdə olan ölkələrə
verilən xüsusi və diferensial güzəştli rejimin Azərbaycana da verilməsinə nail
olmaq.
Müxtəlif sahələrdə yerli mütəxəssislərin mövcud olduğu halda xaricilərin
burada işə düzəlmə
qaydalarının liberallaşdırılmasına yol verməmək;
nkişaf etmiş ölkələrin Azərbaycanın ÜTT tələblərindən kənara çıxan
sazişlərə qoşulmaq təkliflərini diqqətlə öyrənmək
, həmin öhdəliklərin yalnız
üzvolma başa çatdıqdan sonra götürmək
.
Azərbaycanın ÜTT-ə üzvlüyündə itkiləri və qazancları nədir?
Azərbaycanın ÜTT-ə üzvlük məsələsinin itkilərini və qazanclarını müxtəlif
aspektlərdən qiymətləndirmək mümkündür. Beynəlxalq ticarətin maksimum
dərəcədə liberallaşdırılması və onun möhkəm əsaslarının yaradılması istiqamətində
əhəmiyyətli işlər görərək azad rəqabət üçün əlverişli şərait yaradılmasına
, ticarətdə
kəmiyyət məhdudiyyətlərinin aradan qaldırılmasına, ticarət siyasətinin aydın və
şəffaf olmasına çalışan DTT bazarlara sərbəst çıxış prinsipi ilə münbit milli
rejimlərin tətbiqi bazasında, həmçinin idxala tətbiq olunan kəmiyyət
məhdudiyyətlərinin aradan qaldırılması yolu ilə ticarət dövriyyəsinin səmərəli
təşkilinə
, eləcə də üzv ölkələrin xarici ticarət rejimində aşkarlığın və şəffaflığın
təminatına xidmət edir.
Hazırda Azərbaycanda idxala gömrük rüsumları
0-15 faiz, onların ortalama
dərəcəsi isə
7-8 faiz ətrafında dəyişir, ölkəmiz Beynəlxalq Valyuta Fondu
qarşısında ortalama faiz dərəcəsinin
5-6 faiz diapozonuna uyğunlaşdırılması
barəsində öhdəliyə də malikdir
. Diqqət yetirin: ÜTT-yə qəbul ərəfəsində
Qırğızıstanda idxala gömrük rüsumları 0-50 faiz arasında dəyişirdi, ortalama
dərəcə isə 10,74 faizə bərabər idi. Qəbul zamanı ölkə 3 il ərzində rüsumların yuxarı
həddini
50 faiz səviyyəsində saxlamaq güzəştini əldə etmiş və 2000- ci ildən
80
başlayaraq endirilən rüsumlar üzrə ortalama faiz dərəcəsi
2003-cü ildə 5,4 faiz
təşkil edib
. Türkiyədə isə baxmayaraq ki, ölkə QATT-nin təsisçisi olaraq ÜTT-nin
qurucularından sayılır, indi də bəzi kənd təsərrüfatı məhsulları üzrə mövsümi
fəaliyyət göstərən idxal rüsumlarının yüksək dərəcəsi hətta 200 faizə çatır.Çində
isə qəbul ərəfəsində gömrük rüsumları 0-65 faiz dəyişirdi və qəbul zamanı həmin
səviyyəni saxlamaq üçün bu ölkəyə
2010-cu ilədək güzəşt müddəti verildi.
Ümumiyyətlə
, məlumat üçün qeyd edək ki, ÜTT qəbul zamanı tarif güzəştlərinə
görə keçid dövrü üçün Qırğızıstana
7 il, Latviyaya 9 il, Moldovaya 4 il və
Gürcüstana 5 il vaxt ayrılmışdır. Bu müddət bəzi ölkələr üzrə (Çin, Hindistan və s.)
15-25 ili əhatə edir. Azərbaycanın ÜTT-yə üzvlüyü qanunvericiliyin
təkmilləşdirilməsi ilə birbaşa bağlıdır
.Hazırda tənzimləmə, intellektual mülkiyyət
və investisiyalar sahəsində elə qanunlar var ki, onlar beynəlxalq standartlara, eləcə
də DTT
-nin tələblərinə cavab vermir.ÜTT-yə qəbul ölkənin ticarət siyasətini
proqnozlaşdırmağa imkan verəcək
, şəffaflıq artıracaq, beynəlxalq ticarət
partnyorları çoxalacaq və iqtisadi münaqişələr daha səmərəli həll olunacaq.Qeyd
edək ki
, kənd təsərrüfatı sazişi çərçivəsində müzakirə olunan əsas məqamlar bu
sahəyə subsidiyaların yuxarı həddinin və tariflərin müəyyənləşdirilməsidir
.
81
NƏT CƏ
Aparılmış tədqiqatlar bizə belə bir nətəcəyə imkan verir ki, Azərbaycan
Respublikasının beynəlxalq əmək bölgüsündə iştirakını genişləndirmək üçün ən
ə
sas strateji addım ixracın əmtəə və cografi strukturunu genişləndirməklə
diversifikasiya siyasətini reallaşdırmaq və ÜTT ilə əməkdaşlığı sürətləndirməlidir.
ÜTT ilə əməkdaşlığın ölkə iqtisadiyyatına mümkün təsir istiqamətləri bu və
ya digər formada SWOT təhlil edilməli və nəticələri xarici ticarət siyasətinin
hazırlanmasında nəzərə alınmalıdır. “Azərbaycan 2020: gələcəyə baxış” nkişaf
Konsepsiyasına əsasən ixrac yönümlü iqtisadi model əsas götürüldüyündən, qeyri-
neft məhsullarının ixracının genişləndirilməsi və ixrac prosedurlarının daha da
sadələşdirilməsi məqsədilə ən qısa dövrdə ÜTT-yəüzvlük məsələlərinin həlli və
ölkədə tətbiq edilən xarici ticarət siyasətinin prioritet istiqamətlərini məhz ÜTT
prinsipləri çərçivəsində qurmaqla aşağıdakılar olacaqdır:
-
xarici ticarətin daha da liberallaşdırılması və ölkənin ixrac potensialından
maksimum səviyyədə istifadənin təmin edilməsi və ölkənin milli iqtisadi
maraqları təmin edilməklə Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvolma
prosesinin davam etdirilməsi;
-
ixrac edilən və ixrac potensialı olan məhsulların keyfiyyət standartlarının
yüksəldilməsi və bu istiqamətdə beynəlxalq standartlara uyğun məhsul
istehsal edən müəssisələrin stimullaşdırılması və milli brendlərin
yaradılmasının dəstəklənməsi;
-
Azərbaycan mənşəli məhsulların xarici bazarlara maneəsiz ixrac edilməsi
məqsədilə müvafiq qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işlərin
davam etdirilməsi;
-
Ümumiləşmiş Preferensiyalar Sistemləri çərçivəsində əldə edilən
güzəştlərdən maksimum səviyyədə istifadənin təmin edilməsi məqsədilə
müvafiq tədbirlərin görülməsi;
-
ticarətin asanlaşdırılması, o cümlədən ticarət zamanı rəsmiləşdirmə işlərinin
müddətinin qısaldılması və bununla bağlı xərclərin aşağı salınması üzrə
işlərin davam etdirilməsi;
82
-
xarici ticarətin inkişafı üçün infrastruktur təminatının daha da
yaxşılaşdırılması və təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlərin
görülməsi;
-
tarif dərəcələrinin optimallaşdırılması, qeyri-tarif məhdudiyyətlərinin
azaldılması, ölkə daxili istehsalın artımını dəstəkləyəcək və ölkənin iqtisadi
təhlükəsizliyini təmin edəcək idxalat siyasətinin tətbiq edilməsi;
-
antidempinq qanunvericiliyinin təkmilləşdirilməsi və zəruri hallarda
müvafiq tədbirlərin həyata keçirilməsi;
-
Azərbaycan mənşəli kənd təsərrüfatı məhsullarına xarici bazarlarda tətbiq
edilən diskriminasiya tədbirlərinin araşdırılması və zərurət yarandığı
təqdirdə müvafiq tədbirlərin həyata keçirilməsi;
-
müqayisəli üstünlüyə malik olan Azərbaycan mənşəli məhsulların dünya
bazarlarına çıxış imkanlarının artırılması məqsədilə ixracatçı müəssisələrin
beynəlxalq sərgi və yarmarkalarda iştirakının stimullaşdırılması;
-
Azərbaycanın milli maraqlarına uyğun olaraq ticarət sahəsində ikitərəfli və
çoxtərəfli sazişlərə qoşulması istiqamətində müvafiq işlərin davam
etdirilməsi;
-
xarici ticarət sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və xarici ticarət
siyasətinin daha da təkmilləşdirilməsi məqsədilə ölkəmizin milli maraqlarına
uyğun, elmi-praktiki üsullara əsaslanan müasir ticarət siyasəti metodlarının
tətbiq edilməsi;
-
ixracatda elektron ticarət xidmətlərindən geniş istifadə imkanlarının
araşdırılması və inkişaf etdirilməsi istiqamətində müvafiq işlərin görülməsi;
-
ixracın genişləndirilməsi məqsədilə ixracatçılara dövlət dəstəyi üzrə
mexanizmlərin araşdırılması, ixracatçılara maliyyə dəstəyinin göstərilməsi
üzrə banklar tərəfindən ixrac kreditlərinin inkişaf etdirilməsi istiqamətində
müvafiq işlərin görülməsi və s.
83
Резюме
Всемирная
торговая организация (ВТО), несомненно, относится к
ведущим
институтам глобализационного процесса и входит в ряд наиболее
влиятельных
и масштабных из них: подавляющее большинство государств
мира
, включая мировые державы, уступили ей некоторые свои полномочия'.
Членство
в глобальной торговой системе ВТОпомогает стране ускорить
интеграцию
в мировую экономику и в процессе глобализации в целом.
Азербайджан
входит в ряд претендентов на вступление в ВТО,
присоединение
к которой станет одним из поворотных геополитических и
геоэкономических
факторов в процессе интеграции республики в глобальную
торговлю
и установление в страт подлинной рыночной экономики.В
диссертационном
исследовании была поставлена научная цель, осуществить
комплексное
,системное исследование концептуальных основ международной
торговли
, современное состояние экономики и пути повышения
эффективности
внешнеторговой деятельности Азербайджана.
Aнализируется ход вступления Азербайджана в ВТО.рассматриваются
положительные
и отрицательные стороны этого процесса, предлагается ряд
практических
рекомендаций.
84
Summary
The traditional and most developed form of the international economic
relations is foreign trade. The modern international economic relations, described
active development of world trade, bring many new and specific national
economies in development. Foreign trade in the goods is a part of international
trade and represents the specific form of an exchange of the goods between sellers
and buyers of the different countries. The sphere of foreign trade gives huge
opportunities for becoming and developments of economy, formation of the budget
of the country, maintenance of well-being of people.
Effective foreign trade activities is capable to provide an output of the country
on the advanced boundaries of economic and a science, its promotion forward on a
way of economic progress. In this connection expansion of economic and scientific
and technical communications with foreign countries, use of opportunities of a
mutually advantageous international division of labour is the important direction of
activity of our country during the modern period
Possessing significant power resources, highly skilled enough manpower at
the lowered cost of a labour, Azerbaijan represents a huge commodity market,
services and capitals. However the degree of realization of this potential in the
external economic sphere is rather modest.
Commodity circulation of Azerbaijan with other countries grows, that
speaks about development and strengthening of trade and economic relations.
Unfortunately, the role of Azerbaijan in world trade is insignificant, but for
the country value of the external economic sphere very essentially. The sphere of
foreign trade gives huge opportunities for becoming and developments of
economy, formation of the budget of the country and maintenance of well-being of
people.
85
ST FADƏ OLUNAN ƏDƏB YYAT S YAHISI
1.
Muradov Ə.C. Azərbaycan və ÜTT: Xidmətlər Bakı-2006
2.
Гаджиев Ш.Г. Азербайджан на пути к мировому сообществу:
стратегия
внешнеэкономического развития. Киев – 2000.
3.
Kvass . . ÜTT-yə üzvolma: prosedur, tələblər və nailiyyətlər Bakı-2006
4.
Əliyev R.H. Azərbaycan və Dünya Ticarət Təşkilatı Bakı-2007
5.
H.Rəcəbli «BMT-nin ixtisaslaşmış qurumları və Azərbaycan». Bakı, 1997.
6.
H.Rəcəbli «BMT-nin ixtisaslaşmış qurumları». Bakı, 2003.
7.
Birləşmiş Millətlərin Minillik Bəyannaməsi. Nyu-York, 2000.
8.
Sürət və reallıq. BMT haqqında suallar və cavablar. Bakı, 2000.
9.
UNESCO-nun beynəlxalq normativ aktları. Bakı, 1998.
10.
Карамелла Арис. «Понятие и структура системы ООН». Москва.
11.
Овчинников Н. «Что может ООН в экономике». Москва.
12.
Куэльар Х.П. «ООН: сегодня и завтра». Москва, 1998.
13.
Морозов Г.И. «Специализированные учреждении ООН в
современном
мире». Москва, 1967.
14.
Кофи А.А «Партнерство во имя всемирного сообщества». ООН, 1998.
15.
Кофи А.Аннан «Общая судьба-новая решимость». ООН, 2000.
16.
«Basic facts about The United Nations». New York, 2012.
17.
«World Bank Annual Report» World Bank, New York, 2013.
Elektron resurslar
1.
www.un.org
2.
www.un-az.org
3.
www.undp.org
4.
www.wto.org
5.
www.wto.az
6.
www.economy.gov.az
7.
www.cbar.az
8.
www.mfa.gov.az
Dostları ilə paylaş: |