Mallarlarla ticarətin həcmi, 1965-2009(illik %-lə)
1
dxalda isə vəziyyət fərqlidir. Belə ki, iki ən böyük azalma neft ixrac edən
regionlarda (MDB-də -20,2% və Cənubi və Mərkəzi Amerikada – 16,5%)
müşahidə edilmişdir. Eyni zamanda ABŞ (-16,5%) və Avropa Birliyində (-14,5)
idxalın fiziki həcmindəki azalma dünya üzrə orta göstəricidən (-12,9%) yüksək,
Yaponiyada (-12,8%) isə orta göstəriciyə yaxın qeydə alınmışdır.
1
Mənbə: ÜTT Katibliyi, www.wto.org
12
2009-cu ildə neft istehsal edən regionların ixracında fiziki həcmcə
azalmanın dünya üzrə orta göstəricidən aşağı olmasına baxmayaraq, ixracın cari
qiymətlərlə hesablanan dəyər həcmində azalma daha çox olmuşdur. Belə ki, Orta
Şə
rq, Afrika və MDB ölkələrində dollar ifadəsində cari qiymətlərlərlə ixracın
dəyəri dünya üzrə 23% orta illik azalma ilə müqayisədə müvafiq olaraq 33%, 32%
və 36% azalmışdır ki, bu da ilk növbədə 2008-2009-cu illərdə neftin qiymətinin
kəskin düşməsi ilə əlaqədardır (şəkil 1.2).
Cədvəl 1.1.
Regionlar üzrə ÜDM və mallarla ticarət, 2007-2009
(illik %-lə, sabit qiymətlərlə (2005))
2
Xüsusilə qeyd etmək lazımdır ki, 2014-cü ilin son rübünün ikinci yarısında
dünya neft bazarlarında neftin qiymətində kəskin azalmalar müşahidə edilmişdir.
Belə ki, 2014-cü ilin noyabr ayının sonu üçün dünya enerji bazarlarında bir barel
neftin qiyməti təqribən 70 ABŞ dolları civarında olmuşdur. Bu gün isə yəni 2015-
ci ilin əvvəllərində dünya enerji bazarlarında bir barel neftin qiyməti təqribən 63
dollardır. Bu da onu birmənalı şəkildə deməyimizə şərait yaradır ki, qlobal iqtisadi
2
Mə nbə : ÜTT Katibliyi, www.wto.org
Dünya
Ş
imali Amerika
ABŞ
Cənubi və Mərkəzi Amerika
Avropa
Avropa Birliyi (27)
Müstəqil Dövlətlər Birliyi
ölkələri (MDB)
Afrika
Orta Şərq
Asiya
Çin
Yaponiya
Hindistan
Yeni Sənaye
Ölkələri (4) (**)
(*) Karib hövzəsi də daxil olmaqla
(**) Honkqonk-Çin, Koreya Respublikası, Sinqapur və Çinin Tayvan əyaləti
13
böhranın yeni çalarları müşahidə edilməkdədir və bu tendensiya bütövlükdə
beynəlxalq iqtisadi münasibətlər sisteminə bu və ya digər şəkildə cidditəsir
göstərəcəkdir. Bununla yanaşı 2008-ci ildən dünya iqtisadiyyatını öz cənginə almış
qlobal iqtisadi böhran şəraitində bəzi zəruri istehlak mallarının qiymətlərində
aşağıdakı tendensiya müşahidə edilmişdir.
Şə
kil 1.2.
Bəzi mallar üzrə qiymətlər, 2000-ci il yanvar - 2010-cu il yanvar
(2000-ci il = 100%)
3
2009-cu ildə dünya ticarətinin həcmində azalmanın digər bir xüsusiyyəti
ondan ibarətdir ki, bütün ölkələrin ixrac və idxalında azalma eyni zamanda baş
vermişdir(şəkil 1.3.).
Ekpertlər ticarətin belə kəskin azalmasını bəzi proteksionist tədbirlərin tətbiq
edilməsi də daxil olmaqla bir çox səbəblərlə izah edirlər. Lakin əsas səbəb kimi
qlobal tələbin azalması göstərilir. Bu, tələbin azalmasının əmtəə strukturu, qlobal
təchizat zəncirinin iştirakı və ticarətin azalmasının ölkə və regionlarda eyni vaxtda
baş verməsi faktı ilə əlaqələndirilir.
Bu qrup mallara olan tələbin azalması onların istehsalı üçün tələb olunan
təchizat bazarlarına təsir göstərdi. Xüsusilə də, dəmir və polada olan tələbin
düşməsi böhrandan qabaq əmlak bazarlarının sürətlə böyüdüyü ölkələrin (ABŞ,
3
Mənbə: BVF, www.imf.org
Enerji
Metal
Ə
rzaq
14
Birləşmiş Krallıq, spaniya və s.) tikinti sektorunda qiymətlərin kəskin aşağı
düşməsini şərtləndirdi.
Şə
kil. 1.3.
Dünya ə mtəə ixracının regionlar üzrə dinamikası, (illik faizlə)
4
2009-cu ildə mallar üzrə ixracın dəyər həcmi neft və digər əsas əmtəələrin
qiymətlərinin düşməsi nəticəsində 23% azalaraq 12,15 trln. ABŞ dollarına
düşmüşdür. Ümumdünya kommersiya xidmətləri ixracı isə 1983-cu ildən bu yana
ilk dəfə olaraq azalaraq(-13%) 3,31 trln. ABŞ dolları təşkil etmişdir (cədvəl 1.2).
Cədvəl 1.2.
Dünya üzrə mallar və xidmətlərin ixracı (trln. ABŞ dolları)
5
Həcmi
llik faizlə
llər
2009
2005-09
2007
2008
2009
Mallar
12147
4
16
15
-23
Xidmətlər
3312
7
20
12
-13
Xidmətlərlə ticarətin strukturunda daha çox azalma nəqliyyat xidmətlərində
qeydə alınmışdır ki, bu da xidmətlərin bu növünün mallarla ticarətlə sıx əlaqəli
olması ilə bağlıdır (cədvəl 1.3.).
4
Mənbələr: BVF, Beynəlxalq Maliyyə Statistikası; Avrostat; Milli Statistikalar; Qlobal Ticarət Atlası
5
Mənbə: ÜTT Katibliyi, www.wto.org
Dünya
Ş
imali Amerika
Cənubi və Mərkəzi
Amerika
Avropa
MDB ölkələri
Asiya
Digər (Afrika və Orta)
Şə
rq
15
Bildiyimiz kimi xidmətlər iqtisadiyyatı dünya iqtisadiyyatının inkişafı
tarixində keyfiyyət dəyişiklikləri dövrü ilə xarakterizə olunmaqla olduqca
müstəsna əhəmiyyət kəsb etmişdir. Və qlobal iqtisadi böhran şəraitində bu
sektorun tədqiqi olduqca mühüm əhəmiyyət kəsb etmiş və gələcəkdə də edəcəkdir.
Cədvəl 1.3.
Ə
sas xidmət kateqoriyaları üzrə ixrac (trln. ABŞ dolları)
6
Həcmi
llik faizlə
llər
2009
2005-09
2007
2008
2009
Xidmətlər
3312
7
20
12
-13
O cümlədən,
Nəqliyyat
704
5
20
16
-21
Turizm
854
6
15
11
-11
Digər xidmətlər
1754
10
23
12
-10
ABŞ-ın maliyyə bazarlarında başlayan böhran tezliklə real sektora keçərək
dünya iqtisadiyyatını öz əhatəsinə aldı. Ressesiya şəraitində gəlirlərin sürətlə
azalması ev təsərrüfatlarının və firmaların bütün mallar üzrə, xüsusilə də istehlak
malları (məs. avtomobillər) və investisya təyinatlı mallar üzrə (məs. sənaye
avadanlıqları) xərclərini azaltmasına səbəb oldu (cədvəl 1.4.). Qeyd olunan
malların alışına təsir göstərən amillər əsasən onların alınması ilə bağlı qərarların
daha dəyişkən iqtisadi şəraitdə asanlıqla təxirə salınması mümkünlüyü və onların
kredit şərtlərinə digər mal növlərinə nisbətən daha həssas olmasıdır.
Ümumi istehsalın həcmindəki payı ilə müqayisədə dünya ticarətinin
strukturunda daha böyük paya malik bəzi məhsullar müvafiq olaraq ümumdünya
ÜDM-si və yaxud da ÜMM-i müqayisədə beynəlxalq ticarətə daha çox təsir
göstərir. Məsələn, istehlak məhsulları və istehsal vasitələri qlobal buraxılışda az
paya malik olmalarına baxmayaraq, dünya ticarətinin böyük bir hissəsini əhatə
edir. Nəticə etibarilə bu əmtəələrə tələbin azalmağının ÜDM-yə nisbətən ticarətə
daha böyük təsiri müşahidə edilir.
6
Mə nbə : ÜTT Katibliyi, www.wto.org
16
Cədvəl 1.4.
Mallar üzrə dünya ticarə tinin dinamikası (ABŞ dolları ilə ),
2008-ci ilin I rübü – 2009-cu ilin III rübü (rüblük faizlə )
7
2008Q1
2008Q2 2008Q3 2008Q4 2009Q1 2009Q2 2009Q3
Mallar
15.7
18.6
13.2
-10.4
-27.6
-29.8
-21.5
Dəmir və polad
14.6
27.0
42.7
5.4
-37.3
-54.7
-55.0
Kimyəvi məmulatlar
19.3
24.5
21.7
-5.9
-23.5
-24.4
-16.6
Ofis və
telekommunikasiya
ləvazimatları
10.0
13.2
7.2
-13.9
-28.4
-22.2
-15.3
Avtomobil
15.3
15.8
3.4
-26.0
-46.9
-45.6
-28.6
Sənaye avadanlıqları
21.9
22.7
15.7
-7.3
-28.8
-36.0
-31.9
Tekstil
10.3
8.9
3.4
-12.8
-26.9
-26.8
-17.3
Geyim, paltar
10.3
11.4
7.9
-2.5
-10.4
-15.5
-12.1
ÜTT-nin proqnozlarına əsasən 2015-ci ildə dünya ticarətində artım prosesi
bərpa olunacaq və ixracın fiziki həcminin artımı 4,1% təşkil edəcəkdir. Eyni
zamanda inkişaf etmiş ölkələrdə ixracın fiziki həcminin 3,3%, digər ölkələrdə
(inkişaf etməkdə olan və MDB ölkələri) isə 8% artacağı proqnozlaşdırılır.
ÜTT analitiklərinin dəyərləndirmələrinə görə, 2014-cü ildə dünya ticarətinin
artım həcmi daha öncə təşkilatın proqnozunda göstərildiyi kimi 4,7% deyil, 3,1%
olmuşdur. 2015-ci ildə dünya ticarətinin artımı daha öncə gözlənildiyi kimi 5,3%
deyil, 4,1% olacaq. ÜTT ekspertləri, dünya iqtisadiyyatına neqativ təsir göstərəcək
riskin bir sıra əsas amillərini aşkar ediblər.
“Ukrayna üzündən bir tərəfdən ABŞ və A arasında, digər tərəfdən isə
Rusiya ilə geosiyasi müzakirələr bir sıra ərzaq malları üzrə ticarət sanksiyalarına
gətirib çıxarıb. Bu qarşıdurmanın toxunduğu bir sıra malların siyahısı, geosiyasi
böhran davam edərsə, gələcəkdə artırıla bilər.
Yaxın Şərqdə münaqişə qeyri-müəyyənliyə əlavə elementdir və regiondan
neft çıxarılmasını təhlükə altına atarsa, neft qiymətlərini artırılmasına təkan ola
bilər.
7
Mə nbə : ÜTT-nin hesablamaları, www.wto.org
17
Və nəhayət, Qərbi Afrikada Ebola virusunun yayılması da neqativ rol
oynaya bilər. ndiyə qədər xəstəliyin yayılmasının qarşısını almaq çətin idi, onun
yayılması ağır nəticələrə nail ola bilər. Bu, az ehtimal olan, amma potensial yüksək
xərcli risklər, bu il dünya ticarətinin dinamikasının dəqiq dəyərləndirməsinin çətin
olmasına açıqlıq gətirir”, - ÜTT-nin hesabatında deyilir.
ÜTT-nın sonuncu hesabatındanda göründüyü kimi qlobal iqtisadi böhran və
eləcə də dünya geosiyasi və eləcə də geoiqtisadi münasibətlər fonunda beynəlxalq
iqtisadi münasibətlər olduqca ciddi problemlərlə sınağa çəkilməkdədir.
2013-cü ildə qlobal iqtisadi artım 3% təşkil etmişdir ki, bu da ötən ilə
nisbətən cəmi 0.1% bəndi aşağıdır. Bu artımda 2013-cü ilin ikinci yarısından
etibarən qabaqcıl ölkələrdə baş verən iqtisadi aktivliyin yüksəlməsi mühüm rol
oynamışdır. qtisadi Əməkdaşlıq və nkişaf Təşkilatının ( Ə T) erkən xəbərdarlıq
indikatorları 2013-cü ilin iyul ayını iqtisadi artım trendində dönüş nöqtəsi kimi
xarakterizə edir.
1.2 Qlobal iqtisadi sistem və ÜTT-nin digər beynəlxalq təşkilatlarla
qarş ılıqlı ə laqə si
Beynəlxalq iqtisadi münasibətlərin inkişafı beynəlxalq ticarətin milli
səviyyədə tənzimlənməsi ilə yanaşı, son illərdə bu sahədə dövlətlərarası qarşılıqlı
fəaliyyətin müxtəlif formalarının yaranması ilə müşaiyət olunur.Bu tendensiya bir
neçə səbəblərlə şərtlənir:
təsərrüfat həyatının beynəlmiləlləşməsinin dərinləşməsi;
dünya əmtəə, xidmət, istehsal amilləri bazarlarının genişlənməsi;
transmilli şirkətlərin inkişafı;
çoxsaylı beynəlxalq təşkilatların yaranması.
Nəticədə bir ölkənin tənzimləmə tədbirləri digər dövlətlərin iqtisadiyyatına
18
birbaşa təsir göstərir ki, bu dövlətlər də öz növbəsində istehsalçılarını və
istehlakçılarını müdafiə etmək üçün cavab tədbirləri görürlər. Bu tənzimlənmənin
dövlətlərarası səviyyədə həyata keçirilməsi zəruriliyini ortaya çıxarır. Ticarətin
dövlətlərarası tənzimlənməsi aşağıdakı əsaslarda həyata keçirilə bilər:
ikitərəfli müqavilələr;
regional təşkilatlar çərçivəsində imzalanan regional xarakterli
çoxtərəfli müqavilələr;
qlobal təşkilatlar tərəfindən dövriyyəyə daxil edilən qlobal xarakterli
çoxtərəfli konvensiyalar.
Dövlətlər arasında ikitərəfli əsasda qurulan ticarət münasibətləri ticarət
müqavilələri və sazişlərinin köməyi ilə tənzimlənir ki, onlar da ölkələr arasında
icraedici hakimiyyət (hökumətlər arasında) səviyyəsində bağlanır və qanunverici
hakimiyyət (parlament) tərəfindən təsdiq edilir. kitərəfli ticarətin prinsiplərini və
rejimini müəyyən edən bu cür müqavilələr və sazişlər adətən 5-10 il müddətinə
imzalanır və dövri olaraq onlara yenidən baxılır və müddətləri uzadılır.
Beynəlxalq ticarətin dövlətlərarası tənzimlənməsinin ikinci əsasda
aparılmasından danışarkən ilk növbədə gömrük birliklərini qeyd etmək lazımdır.
Hazırda dünya üzrə sayı 20-ni keçən gömrük birlikləri hüquqi baxımdan iki və ya
daha artıq dövlətin bağladığı sazişdir. Bu sazişə görə, birliyə daxil olan dövlətlər
bir-birlərinə və üçüncü ölkələrə münasibətdə vahid tarif siyasəti həyata keçirirlər.
qtisadi
nöqteyi-nəzərdən
gömrük
birlikləri
vahid
iqtisadi
məkanın
formalaşdırılmasını nəzərdə tutur ki, bu da həmin məkanın daxilində gömrük
sərhədlərinin ləğv edilməsi deməkdir.
Beynəlxalq ticarətin tənzimlənməsi ilə məşğul olan təşkilatları özünün
masştabına və profilinə görə şərti olaraq iki qrupa bölmək olar:
1)
ümumilikdə beynəlxalq ticarətin müxtəlif problemləri ilə məşğul olan
beynəlxalq təşkilatlar;
2)
bir və ya bir neçə əlaqəli əmtəələrlə və xidmətlərlə ticarətin
tənzimlənməsi ilə məşğul olan beynəlxalq təşkilatlar.
19
Şə
kil 2.1.
Qlobal ticarə t sisteminin tə nzimlə nmə si xüsusiyyə tlə ri
konteksində ə sas faktorlar
Mə nbə : Sxem müəllif tərəfindən tərtib edilmişdir
Birinci qrupa QATT/ÜTT, YUNKTAD, YUNS TRAL, Beynəlxalq Ticarət
Palatası daxildir.
Ə
mtəələrlə, o cümlədən xidmətlərlə beynəlxalq ticarətin tənzimlənməsində
aparıcı rol Ümumdünya Ticarət Təşkilatına (ÜTT) məxsusdur.Bu təşkilatın
formalaşmasına qədər üzun bir təkamül yolu keçilmişdir ki, onu da qısa şəkildə
nəzərdən keçirməyə çalışacayıq.
XIX əsrin sonları XX əsrin əvvəllərində beynəlxalq iqtisadi münasibətlərin
ə
hatə dairəsinin sürətlə genişlənməsi nəticəsində nəinki kəmiyyətcə, həm də
keyfiyyətcə fərqli yeni beynəlxalq iqtisadi sistem yaranırdı.Formalaşmaqda olan
yeni sistem bir çox müsbət cəhətləri ilə yanaşı mənfi cəhətlərə də malik idi.Belə ki,
ölkələr arasında tez-tez iqtisadi zəmində ziddiyyətlər, mübahisələr baş verir və
bütün bunlar ticarət müharibələrinə gətirib çıxarırdı.Digər tərəfdən mütəmadi
olaraq baş verən iqtisadi böhranlar da dünya iqtisadi sisteminə güclü ziyan
vururdu.
1929-1933-cü illərdə baş verən dünya iqtisadi böhranı makroiqtisadi
siyasətin çoxtərəfli tənzimlənməsinin zəruriliyini bir daha sübut etdi. II dünya
müharibəsindən əvvəlki illərdə beynəlxalq ticarətdə və valyuta-maliyyə sferasında
«oyun qaydalarını» müəyyən edən təşkilatların olmaması bir sıra ölkələri dünya
iqtisadi böhranını daha da kəskinləşdirən separat hərəkətlərə sövq edirdi.
Yaxınlaşan böhran şəraitində ABŞ-da Holi-Smut qanunu qəbul edildi ki, onunla da
QLOBAL TICARƏT S STEM N N
Ə
SAS AKTORLARI
YUNKTAD
BMT-nin Ticarət və
İnkişaf Konfransı
ÜTT
(ticarət)
Ümumdünya Ticarət
Təşkilatı
BTP
Beynəlxalq Ticarət
Palatası
20
gömrük rüsumlarının orta dərəcəsi əvvəlcə 44,7%-ə qədər, daha sonra isə 1932-ci
ildə 59,1%-ə qədər artırıldı. Bundan sonra əksər Qərb ölkələri də gömrük rüsumları
dərəcələrini əhəmiyyətli şəkildə artırdılar ki, bu da dünya iqtisadiyyatı üçün
həddən artıq mənfi nəticələndi: 1929-1932-ci illərdə dünya ticarətinin həcmi
demək olar ki, 60% azaldı. Eyni zamanda, həmin illərdə beynəlxalq ticarətin
ə
sasını ikitərəfli ticarət müqavilələri təşkil edirdi ki, onların da çatışmazlığı təkcə
məhdud saydaəmtəələri əhatə etmələrində deyildi. Bağlanmış ikitərəfli
müqavilələrin nəticəsi bəzən gözlənilməz olurdu: öz tərəfindən heç bir güzəştə
getməmiş üçüncü tərəfin istehsalçıları bu müqavilədən mənfəət əldə edirdilər.
Ticarət münasibətlərinin tənzimlənməsi üçün hələ II dünya müharibəsinə
qədər bir sıra cəhdlər edilmişdi. Nümunə kimi Gömrük Formallıqlarının
Sadələşdirilməsi haqqında Konvensiyanı (1923), Beynəlxalq Ticarət Arbitrajı
haqqında Konvensiyanı (1924) və s.-ni göstərmək olar. 1927-ci ildə ticarət üzrə
beynəlxalq konfrans çağıran Millətlər Liqası beynəlxalq ticarətin qaydalarına və
təşkilinə aid sənədin yaradılmasına cəhdlər edirdi. Lakin bu cəhdlər
müvəffəqiyyətlə nəticələnmədi.
Buna baxmayaraq, dünya iqtisadiyyatının, xüsusilə də dünya ticarətinin
təşkilatlanması yeni yaradılan Birləşmiş Millətlər Təşkilatının (BMT) əsas
məqsədlərindən birini təşkil etdiyindən, o bu məsələ üzrə prinsipial razılaşmalar
ə
ldə edə bildi. BMT-nin qtisadi və Sosial Şurasının 18 fevral 1946-cı il tarixli
qətnaməsi ilə ticarət və məşğulluq üzrə beynəlxalq konfransın çağrılmasına qərar
verildi. Konfrans 1947-ci ilin 21 noyabrından 1948-ci ilin 28 martına qədər
Havanada keçirildi. Orada beynəlxalq ticarətin bir sıra ümumi prinsiplərini
müəyyən edən və Beynəlxalq Ticarət Təşkilatının (BTT) təsis olunmasını nəzərdə
tutan Havana Xartiyasının mətni işlənilib razılaşdırıldı. Yaradılacaq təşkilatın
məqsədləri 3 bənddən ibarət idi: Havana Xartiyasını həyata keçirmək, beynəlxalq
ticarətin problemlərini öyrənmək və Xartiyanı imzalayan dövlətlərin
mübahisələrində «hakim» rolunu oynamaq. Artıq 1944-cü il Bretton-Vuds (ABŞ)
konfransı zamanı beynəlxalq valyuta-kredit və maliyyə münasibətlərini
tənzimləyən Beynəlxalq Valyuta Fondu və Dünya Bankı yaradıldı. Yaradılan
21
sistemin üçüncü «sütunu» BTT olmalı idi. BTT ticarət, iqtisadi inkişaf, məşğulluq,
investisiya siyasətlərini çoxtərəfli şəkildə tənzimləməklə məşğul olmalı idi.
1947-ci ilin avqust-oktyabr aylarında keçirilən Cenevrə konfransı zamanı
Havana Xartiyası üzərində iş gedərkən konfransda təmsil oluan 23 ölkə, o
cümlədən ABŞ, Kanada, Böyük Britaniya, Fransa, Hindistan, Braziliya və digər,
daha az zəif inkişaf etmiş ölkələr beynəlxalq iqtisadi əlaqələrin inkişafına
ə
həmiyyətli dərəcədə maneçilik edən gömrük tariflərinin səviyyəsini qarşılıqlı
şə
kildə aşağı salmaq haqqında danışıqlara başladılar. Nəticədə 23 ölkə ilkin olaraq
“Tarif və ticarət üzrə baş saziş”i (QATT) qəbul etdilər və bu saziş 1948-ci il
yanvarın 1-dən fəaliyyətə başladı. QATT BTT-nin nizamnaməsinin ratifikasiyası
prosesi başa çatana qədər fəaliyyət göstərməli idi və bundan sonra onun bir
hissəsinə çevrilməli idi.
Lakin bir neçə ölkənin, xüsusən ABŞ parlamentinin BTT-nin nizamnaməsini
ratifikasiya etməməsi nəticəsində dünya ticarətini tənzimləyən təşkilatın yaranması
47 il ləngidi. ABŞ parlamentinin nizamnaməni ratifikasiya etməməsinin səbəbi
səslərin bölüşdürülməsi prinsipi idi. ABŞ belə hesab edirdi ki, hər bir ölkə dünya
ticarətində nə qədər paya malikdirsə, o qədər də səsi olmalıdır. Avropalılar isə «bir
ölkə – bir səs» prinsipini müdafiə edirdilər.Bu illər ərzində isə dünya ticarəti
QATT çərçivəsində tənzimlənirdi ki, bu zaman da keçirilən ticarət danışıqları
raundları mühüm əhəmiyyət kəsb edirdi. Ümumiyyətlə, QATT çərçivəsində 1947-
1994-cü illərdə məqsədləri beynəlxalq ticarətin liberallaşdırılması və ticarət
maneələrinin aradan qaldırılması olan 8 ticarət danışıqları raundu keçirilmişdir
(Cədvəl 2.1).
Cenevrə raundu adlandırılan birinci raund nəticəsində dünya ticarətinin 1/5-nə
toxunan 10 mlrd. dollarlıq 45 min tarif güzəştləri edildi. Danışıqlar zamanı
həmçinin razılıq əldə edildi ki, bu güzəştlər BTT-nin nizamnamə layihəsində
göstərilən bir sıra ticarət qaydalarının qəbulu ilə müşaiyət olunmalıdır.
Lakin, kəmiyyət məhdudiyyətlərinin yavaş-yavaş aradan qaldırılması gömrük
tariflərinin əvvəlki əhəmiyyətini geri qaytarırdı. Buna görə də, 1949-cu il Annesi
və 1951-ci il Torki raundlarında əsas diqqət ticarətin gömrük tarifləri ilə
22
tənzimlənməsini qaydaya salmağa yönəlmişdi.
Dostları ilə paylaş: |