Rbaycan döVLƏt qt sad un vers tet mag stratura m



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə5/8
tarix05.03.2017
ölçüsü0,65 Mb.
#10134
1   2   3   4   5   6   7   8

2.2. Qlobal iqtisadi böhran şəraitində ÜTT-nin beynəlxalq ticarət sistemindəki

 

mövqeyinin sistemli təhlili 



 

Son  dövrlərdə  ümumdünya  xarici  ticarət  dövriyyəsi  sabit  və  yüksək  templə 

artır.  Beynəlxalq  ticarət  nəzərdən  keçirildikdə  qeyd  edilməlidir  ki,  dünya  əmtəə 


 

41

dövriyyəsinin  belə  üstün  artımı  beynəlxalq  ticarətin  müasir  dövrdə  başlıca 



xüsusiyyəti olub, dünya bazarının həcminin artması ilə əlaqədardır. Xarici ticarətin 

dinamikasının  ən  başlıca  xüsusiyyəti  son  dövrlərdə  xidmətlərin  beynəlxalq 

ticarətinin daha sürətlə artmasıdır. Dünya ticarət həcminin artırılmasında ÜTT-nin 

rolu  əvəzolunmazdır.  Belə  ki,  ÜTT-nin  fəaliyyəti  nəticəsində  dünya  ticarətinin 

genişlənməsi  daha  sürətlə  baş  verir

.  Bu  baxımdan  ÜTT-nin  müasir  dünya 

ticarətdəki rolunu qiymətləndirmək üçün bir neçə ÜTT-nin hesablamalarına nəzər 

salaq.  


Cədvəl 2.3. 

2013-cü il ÜTT hesabatına görə ölkələrin qlobal ticarət sistemində yeri 

(ixracda ilk 10 ölkə

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

MənbəÜTT-nin rəsmi saytı:www.wto.org 

 

Dünya əmtəə ixracı üzrə bu göstəriciləri faizlə qeyd etsək uygun olaraq Çin 



11.7%,  ABS 8.4%, Almaniya  7.7%,  Yaponiya3.8%,  Niderland 3.5%,  Fransa 3%, 

Koreya  Respublikası  2.9%,  Böyük  Britaniya  2.88%,  Hon-Konq2.85%,  Rusiya 

2.78%,  Italiya2.75%,  Belçika  2.49%,  Kanada  2.43%,  Sinqapur  2.18%,  Meksika 

2%  təskil  edəcəkdir.  Dünya  ticarətində  2013-cü  ilin  birinci  yarısında  zəifləmə 

meyilləri müşahidə olunsa da, ilin ikinci yarısında hətta BVF-nin proqnozlarından 

daha  yüksək  artım  qeydə  alınmışdır.  Bu  artım  əsasən  EÖ-də  və  Çində  tələbin 



 

42

artması hesabına təmin olunmuşdur. 



Dünya ticarətinin artım templəri, bir qayda olaraq, ÜDM-in artım templərini 

üstələyərək  beynəlxalq  mübadilə  və  ixtisaslaşma  proseslərinin  dinamizminin 

artmasından xəbər verir.  Bu proseslərdə  bir  sıra qanunauyğunluqlar  özünü  birüzə 

verir  ki,  onlardan  biri  də  ölkələr  və  ölkə  qrupları  arasında  ziddiyyətlərin 

kəskinləşməsidir, o cümlədən sektorial səviyyədə. 

Dünya  ticarətinin  artım  tempi  ilin  ikinci  yarısında  mənfi  zonadan  çıxsa  da, 

ə

vvəlki dövrlərlə müqayisədə asagı olaraq qalmısdır. 



Şə

kil 2.1. 

2013-cü il ÜTT hesabatına görə qlobal ixrac (%-lə

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

MənbəÜTT-nin rəsmi saytı: www.wto.org 

 

 

Hər  şeydən  öncə,  dünya  iqtisadiyyatının  beynəlmiləlləşdirilməsi  beynəlxalq 



ticarətin və xaricdə  kapital qoyuluşların  yüksək sürətli artımında öz    əksini  tapır. 

Ticarəti liberallaşdıran ölkələrdə fundamental makroiqtisadi göstəricilərin tarazlığı 

ə

ldə olunmalı və liberallaşdırma bu tarazlığı pozmamalıdır. Təbii ki, fundamental 



makroiqtisadi  göstəricilərin  tarazlığı  dedikdə  ölkə  iqtisadiyyatının  stabilliyi  başa 

düşülür.  Stabilliyin  meyarları  kimi  “mülayim  inflyasiyanın”  templərini,  “məqbul 

işsizlik” səviyyəsini və tədiyə balansının tarazlığını göstərmək olar.  lk iki göstərici 

daxili,  sonuncu  göstərici  isə  xarici  tarazlığı  əks  etdirir.  Bu  səbəbdən  milli 

iqtisadiyyatın 

tarazlaşdırılması 

ölkənin 

ixrac 


potensialının 

səmərəli 

reallaşdırılmasının zəruri şərtidir. 


 

43

Analoji  olaraq  qlobal  idxala  diqqət  yetirdikdə  burada  da  idxalın  istər  əmtəə 



istərsə  də  coğrafi  strukturunda  əvvəlki  illərə  nisbətdə  ciddi  dəyişikliklərin 

olmadığının  şahidi  ola  bilərik.  Belə  ki,  2013-cü  il  etibarilə  qlobal  idxalın  coğrafi 

strukturu aşağıdakı konteksdə olmuşdur. 

90-cı  illərdən  başlayaraq  inkişaf  etmiş  ölkələrin  maraqlarına  uyğun  olaraq 

dünya təsərrüfatı sektorlarının əhəmiyyətli dərəcədə yenidən bölgüsü baş verir ki, 

bu  da  milli  iqtisadiyyatların  və  xüsusilə  tranzitiviqtisadiyyatların  parametrlərinə 

təsir  göstərir.  ABŞ-ın  hökmran  mövqeniitirməsinin  real  ehtimalı,  Avropa  ttifaqı, 

Yaponiya  və  Çinin  iqtisadi  imkanlarının  artması  -  bütün  bunlar  dünya  bazarının 

inkişaf  amilləridir.  Bu  amillər  dünya  bazarının  maliyyə  resursları  ticarətindən 

yüksək  texnoloji  əmtəələr  və  texnologiyalar  ticarəti  istiqamətində  struktur 

dəyiyişikliyi  fonunda  meydana  çıxmışdır.  Bütün  bunlar  dünya  məcmu  tələbinin 

prioritet istiqamətlərini müəyyən edir. 



Cədvəl 2.4. 

2013-cü il ÜTT hesabatına görə ölkələrin qlobal ticarət sistemində yeri 

(ixracda ilk 10 ölkə

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



MənbəÜTT-nin rəsmi saytı: www.wto.org 

 

Dünya  bazarında  tələbin  strukturundan  asılı  olaraq  ölkənin  hansı  şərtlər 



ə

sasında  beynəlxalq  əmək  bölgüsü  sisteminə  qoşulması,  bunun  müasir 



 

44

texnologiyalara əsaslanan sahələrin inkişafına, ixrac strukturunun təkmilləşməsinə 



və  ya  diversifikasiya  səviyyəsinin  yüksəlməsinə  gətirib  çıxaracağı  müəyyən 

olunur.  Avrozonada  resessiyanın  davam  etməsi  bu  regionun  idxalına  mənfi  təsir 

göstərmisdir.  Almaniya,  Hindistan,  Braziliya,  Fransa,  Yaponiya  kimi  ölkələrdə 

iqtisadi  artımın  xarici  tələb  kanalları  daxili  tələblə  əvəzlənmisdir.  Digər  tərəfdən 

daxili  bazarları  qorumaq  meyilləri  güclənmisdir.  Belə  ki,  2012-ci  ildə  ÜTT-də 

mübahisəli məsələlərin sayı son on ilin ən yüksək səviyyəsinə çatmısdır. 

ndiki şəraidə dünya ölkələri daha çox daxili bazarı qorumaq barədə düşünür, 

ticarətin  liberallaşdırılması  isə  arxa  plana  keçib.  Transatlantik  ticarət  ittifaqında 

birləşmiş  ABŞ  və  Avropa  ttifaqı  (A )  isə  vəziyyətin  düzəlməsinə  kömək 

etməyəcək. ABŞ  və  A   bu  ay  dünyanın  ən  böyük  ticarət  razılaşması  ilə  bağlı 

görüşlərə  başladığını  elan  edib.  ABŞ  prezidenti  B.Obamanın  və  Böyük 

Britaniyanın  baş  naziri  D.Kemeronun  apardığı  danışıqların  nəticəsi  dünya 

iqtisadiyyatının  təxminən  yarısını  əhatə  edir  və  A -yə  100  milyard  funt  sterlinq, 

ABŞ-a  80  milyard  funt  sterlinq, digər  ölkələrə  isə  85  milyard funt sterlinq vəsait 

daxil olmasını nəzərdə tutur. Ötən il ABŞ və A  arasında ticarət dövriyyəsi 646,6 

milyard  dollar  təşkil  edib.  Bunun  265,4  milyard  dolları  ABŞ-dan  A   ölkələrinə 

ixracın,  381,2  milyard  dolları  isə  qarşı  tərəfdən  ABŞ-a  idxalın  payına  düşür.  A  

üçün ABŞ ən böyük satış bazarı və əmtəə təchizatı baxımından 3-cü ölkədir. ABŞ 

üçün  isə  A   bütün  göstəricilər  üzrə  2-ci  ən  böyük  tərəfdaşdır.  Avropa 

Komissiyasının  prezidenti  J.M.Barozzo  hesab  edir  ki,  tərəflərin  əldə  etdiyi 

razılaşma oyunun qlobal qaydalarını dəyişəcək.  

Razılaşmanın  nəticəsi  olaraq,  A   ölkələrində  istehsal  edilən  ümumi  daxili 

məhsulun (ÜDM) həcminin 2027-ci ilə qədər hər il 0,5% artacağı gözlənilir. ABŞ-

da isə illik artım 0,4% olacaq. Dünyanın ən böyük ticarət razılaşmasının Amerika 

ş

irkətlərinə xeyri həm də o olacaq ki, onlar 6,4 milyard dollar vəsaitə qənaət edə 



biləcək. Bununla belə, yeni razılaşmanın dünya ticarəti üzrə mövcud sistemə necə 

təsir  edəcəyi  hələ  ki,  məlum  deyil.  ÜTT  rəsmisi  P.Laminin  sözlərinə  görə, 

rəhbərlik  etdiyi  qurum  artıq  5  ildir  ki,  11  ölkəni  birləşdirəcək  Trans-Sakit  okean 

tərəfdaşlığının yaradılması üzərində iş aparır, amma hələ də buna nail olunmayıb.  



 

45

Dünyada ÜTT-nin qaydaları əsasında  mövcud olan uğurlu regional ittifaqlar 



da  var.  Nümunə  olaraq  Asiya  Sakit  Okean  qtisadi  Əməkdaşlığı  Təşkilatını 

(ATEC)  göstərmək  olar.  ATEC  ölkələrində  ticarət  baryerlərinin  azaldılması  ilə 

bağlı  görülən  tədbirlər  2002-2010-cu  illərdə  əməliyyat  xərclərini  10%  azaltmağa 

və  təxminən  60  milyard  dollar  vəsaitə  qənaət  etməyə  imkan  verib.  2015-ci  ilə 

qədər  bu  məbləğ  daha  6  milyard  dollar  artacaq.  Ümumi  regional  məhsulun 

həcmində  artım  isə  21  milyard  dollar  təşkil  edəcək.  Əldə  olunan  nailiyyətlər 

gömrük  rəsmiləşdirilməsi  prosedurlarının  sadəliyi  və  yüklərin  elektron  qaydada 

qeydiyyatı  ilə  izah  olunur. Amma  bu  cür  ikitərəfli  və  regional  sazişlər 

subsidiyaların  azalmasına  heç  bir  təsir  göstərməyib  və  gələcəkdə  də 

göstərməyəcək.  P.Lami  hesab  edir  ki,  subsidiyalar  beynəlxalq  ticarətdə  başlıca 

problem  olaraq qalmaqdadır və gömrükdəki  maneələrin azaldılması  bu baxımdan 

heç bir effekt verə bilməz.  

Beynəlxalq  Valyuta  Fondunun  hesablamalarına  görə,  təkcə  yanacaqla  bağlı 

subsidiyaların  məbləği  1,9  trilyon  dollardır.  Bu,  qlobal  dövlət  xərclərinin  8%-i, 

dünya ÜDM-nin isə 2,5%-i qədərdir.Yanacaq subsidiyasından istifadəyə görə, 1-ci 

yeri 502 milyard dollarlıq məbləğlə ABŞ tutur. qtisadi böhran və inzibati tədbirlər 

isə dünya ticarət dövriyyəsində sözügedən xərclərin 10% artmasına səbəb olub.  

Avropa  Komissiyasının  məlumatına  görə,  ötən  il  dünya  ticarətində  artım 

5,2%-dən  2%-ə  enib  və  əmtəə  ixracının  həcmi  isə  18,3  trilyon  dollar  təşkil  edib. 

ÜTT-də  hesab  edirlər  ki,  geriləməyə  səbəb  iqtisadiyyatın  vacib  sahələrində 

mövcud olan problemlərlə bağlıdır.Söhbət o problemlərdən gedir ki, onları iqtisadi 

böhrandan sonra hələ də, həll etmək mümkün olmayıb.  

Bu  il  də  dünya  ticarətinin  həcmində  ciddi  artım  olmayacaq.  2,1%-lik  artım 

gözlənilir  ki,  bu  da  son  20  ilin  orta  göstəricisindən  (5,3%)  və  böhranaqədərki 

səviyyədən (6% - 1990-2008-ci illər) əhəmiyyətli dərəcədə azdır. 

IEÖ-in  dövlət  borcu  II  dünya  müharibəsindən  sonra  ən  yüksək  həddə 

çatmısdır  (ÜDM-in  110%-i).Fiskal  konsolidasiya  tədbirləri  dövlət  gəlirləri  və 

xərcləri istiqamətində davam etdirilmisdir.IƏIT ölkələrində vergi yükünün agırlıq 

mərkəzi istehsaldan istehlaka keçirilmisdir. 


 

46

Xərc  restrukturizasiyası  isə  dövlət  sektorunda  əmək  haqqının  azaldılması 



(Avstriya,  Fransa,  Yunanıstan,  Çexiya,  Estoniya,  Slovakiya  və  s.),  pensiya 

islahatları  (Macarıstan,  Rumıniya  və  s.)  və  dövlət  sektorunda  məsgulluga  hüquqi 

məhdudiyyətlərin  qoyulması  (Belçika,  Yunanıstan,  Rumıniya  və  s.)  formasında 

həyata keçirilmisdir.  

BVF-nin  proqnozlarına  görə  2013-cü  ildə  qlobal  iqtisadi  aktivlik  bir  qədər 

mülayim,  2014-cü  ildə  isə  daha  dinamik  olacagı  gözlənilir.  Qlobal  tələbin  zəif 

artımı ərzaq bazarlarında ucuzlasma ilə nəticələnə bilər. ABS-da dasınmaz əmlak 

bazarının  stabilləsməsi,  istehlakçı  inamının  yaxsılasması  və  ucuz  daxili  enerji 

tutumlu  istehsalın  genislənməsi  2013  və  2014-cü  illər  üçün  iqtisadi  artım 

gözləntilərini  yaxsılasdırmısdır.  Çində  isə  infrastruktura  157  mlrd.ABS  dolları 

həcmində investisiyaların qoyulması haqqında qərar bu ölkənin iqtisadiyyatında da 

sərt enis ehtimalını azaltmısdır.  

Manpower  Group  tərəfindən  42  ölkədə  65  min  müəssisə  arasında  aparılmıs 

sorgunun nəticələrinə görə 2013-cü ilin ilk rübündə sirkətlərin isəgötürmə ilə baglı 

planları orta hesabla neqativdir. Belə ki, 29 ölkədə (Yunanıstan, Italiya, Ispaniya, 

Slovakiya, Niderland, və s.) biznes strukturları is yerlərini ixtisar edəcəyini, cəmi 

13 ölkədə (Tayvan, Hindistan, Braziliya, Meksika və s.) sabit saxlayacagını və ya 

genisləndirəcəyini bildirmisdir.  

Eyni  zamanda  Beynəlxalq  Əmək  Təskilatı  2014  və  2015-ci  illərdə  qlobal 

issizlərin  sayını  artacagını  və  əvvəlki  illərdəki  səviyyəsini  əhəmiyyətli 

üstələyəcəyini proqnozlasdırır. 

UNCTAD-ın  proqnozlarına  görə  BXI-axınları  qısamüddətli  dövrdə  “tənbəl” 

dinamika  nümayis  etdirəcək.2011-ci  ilin  səviyyəsi  yalnız  2015-ci  ildə  bərpa 

olunacaq.  Böhrandan  əvvəlki  səviyyənin  bərpası  gözləntiləri  isə  uzunmüddətli 

dövrə  təxirə  salınmısdır.Bir  sıra  IEÖ-də  isə  pul  çapı  hesabına  stimullasdırma 

tədbirlərinin  görülməsi  valyuta  bazarlarına  mənfi  təsir  edəcək  və  məzənnə 

volatilliyini artıracaqdır. 

 

 

 


 

47

Cədvəl 2.5.  



Dünya iqtisadiyyatında iqtisadi artım və ixrac dinamikası üzrə ölkə 

qruplarının inkişaf proqnozları  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Beləliklə,  iqtisadiyyatın  dəstəklənməsi  üçün  müxtəlif  ölkələrdə  həyata 



keçirilmis  nəhəng  stimullasdırma  tədbirləri  davam  etmisdir.  Əvvəlki  təcrübələrdə 

analoji  nümunənin  olmaması  yekun  nəticə  haqqında  birmənalı  mühakimələrə 

imkan vermir. 

 

 



 

2.3. ÜTT çərçivəsində ticarət mübahisələrinin həlli yolları 

 

Ümumdünya  Ticarət  Təşkilatı  fəaliyyətə  başladığı  gündən  ticarətin 

liberallaşmasına  yönəlmiş  bir  təşkilat  olmuşdur

.  Amma,  təşkilatın  liberallaşma 

yönümlü  olması  dünya  bazarında  öz  payını  artırmaq  fikrində  olan  bir  çox 

şirkətlərin

,  TMK-ların  maraqları  ilə  üst-üstə  düşmüşdür  ki,  bu  da  digər  tərəfdən 

dünya bazarına təsir etmək

, xarici bazarı zəbt etmək fikrində olmayan, yalnız daxili 


 

48

bazarda  inkişaf  etmək  strategiyasını  əsas  tutan  və bunun  üçün  hökümətdən  daxili 



bazarı qorumaq istəyən şirkətlərin 

maraqlarına ziddir.  

Yerli istehsalçılar çalışırlar ki, ölkələrinin bazarları ucuz və yüksək keyfiyyətli 

müxtəlif  əmtəə  və  xidmətlərlə  dolu  olsun

.  Belə  şəraiti  isə  yalnız  istehsalçıların, 

şirkətlərin  rəqabəti  yarada  bilər

.  Həmçinin,  nəzərə  almaq  lazımdır  ki,  ÜTT-kimi 

prinsiplərə malik bir təşkilata üzv olmaqla bir çox ölkələr uduza da bilərlər

. Çünki, 

yüksək  texnologiya  və  intensiv  inkişaf  yolunu  bitirmiş  bir  çox  inkişaf  etmiş 

ölkələrə  məxsus  şirkətlər  qeyd  olunan  yerli  şirkətləri  as

anlıqla  bazardan  çıxara 

bilirlər  və  buna  görə  də  hökümətlər  təşkilata  üzv  olarkən  çox  dəqiq  qərarlar 

üzərində fikirləşməlidir

.  

Qeyd  olunanlardan  əlavə



,  nəzərə  almaq  lazımdır  ki,  ÜTT  kimi  beynəlxalq 

təşkilatın  hüquqi  əsasları  dəyişməz  qalmır  və  daim  yenilənir

.  Bu  yeni 

dəyişikliklərdən  də  bir  sıra  dominant  ölkələr  həmçinin

,  böyük  şirkətlər 

faydalanmağa çalışır. Buradan da ÜTT-nin müxtəlif normalarından bu və ya digər 

vəziyyətdə istifadə edilməsi nəticəsində ticarət konfliktləri və mübahisələr yaranır. 

Və  nəticədə  ÜTT  çərçivəsində  beynəlxalq  mübahisələrin  həlli  problemi  ortaya 

çıxır.  

Çoxtərəfli  ticarət  sisteminin  lazımı  qaydada  və  heç  bir  saxtakarlıq  olmadan 

fəaliyyət  göstərməsi  üçün

, razılaşdırılmış qaydalar toplusuna malik olmaq kifayət 

deyil. Pozuntular baş verdikdə ölkələrə kompensasiya ödəmək hüququnu verən və 

onlar arasında fərqləri və mübahisələri həll etmək üçün qaydalar digər qaydalar ilə 

tamamlanmalıdır.  Əvvəlki  QATT  sisteminin  bəzi  zəif  cəhətlərini  aradan  götürən 

üclü  çoxtərəfli  mübahisənin  həlli  mexanizminin  yaradılması,  buna  görə  də, 

Uruqvay  Raundunun  danışıqlarının  ən  mühüm  nailiyyətlərindən  biridir

Mübahisələrin həlli üzrə orqan



: ÜTT Sazişi, onun hər hansı hüquqi aktları əsasında 

ortaya  çıxan  mübahisələrə  tətbiq  oluna  bilən  qaydalar  və  prosedurların  ümumi 

sistemini  təmin  edir

.  Bu  qaydaları  və  prosedurları  idarə  etmək  üçün  əsas 

məsuliyyət

,  əvvəldə  də  qeyd  olunduğu  kimi,  Mübahisələrin  Həlli  üzrə  Orqan 

(MHO) kimi fəaliyyət göstərən Ümumi Şuranın üzərinə düşür.  

Məsləhətləşmələrin və  barışıqların



 əhəmiyyəti: Prosedurların irəli sürdüyü 

 

49

mühüm  prinsiplərdən  biri  odur  ki



, yalnız onu ikitərəfli qaydada  məsləhətləşmələr 

yolu  ilə  həll  etmək  cəhdləri  baş  tutmadıqda

,  mübahisə  üzv  ölkənin  höküməti 

tərəfindən  MHO-ya  həll  olunmaq  üçün  verilməlidir.  Prosedurlar  həmçinin  təmin 

edir ki, qarşılıqlı olaraq qəbul edilən həll yollarına nail olmaq üçün iki tərəf ÜTT- 

nin  Baş  Direktorundan  və  ya  digər  şəxsdən  onlar  arasında  barışıq  və  vasitəçilik 

etmək üçün özünün vasitəçilik bacarıqlarından istifadə etməyi xahiş edə bilər. 

Yalnız  60  gün  ərzində  məsləhətləşmələr  və  yaxud  barışıq  səyləri  arzuedilən 

nəticələr  vermədikdə

, şikayət edən tərəf MHO-dan rəsmi olaraq şikayətə baxmaq 

üçün  ekspertlər  qrupu  yaratmaqla  mübahisəni  həll  etmə  mexanizminə  başlamağı 

xahiş  edə  bilər.  Mübahisələrin  həllini  asanlaşdırmaq  və  ekspertlər  qrupunun 

yaradılmasının  əleyhinə  şikayət  olunan  ölkə  tərəfindən  təxirə  salınmadığını təmin 

etmək  məqsədilə

,  prosedurlar  MHO-dan  tələb  edir  ki,  belə  bir  ekspert  qrupunun 

yaradılmasına  qarşı  konsensus  olana  qədər,  şikayət  edən  ölkə  tərəfindən  tələb 

olunduqda ekspertlər qrupunu yaratsın. 

Ekspertlər Qrupu: Ekspertlər Qrupu normal olaraq üç nəfərdən ibarət olur, o 

vaxta  kimi  mübahisə  tərəfləri  bunun  beş  üzvdən  ibarət  olmasına  razılaşsın

Ekspertlər  qrupuna  təyin  olunacaq  şəxslərin  adları  ÜTT  Katibliyi  tərəfindən, 



özündə  saxladığı  hökümət  və  qeyri

-hökümət  ekspertlərinin  siyahısından  təklif 

olunur. Siyahıda olan şəxslər üzv ölkələrin yüksək ixtisaslı məsul işçiləri, onların 

ÜTT  nümayəndə  heyətlərinin  üzvləri,  Katiblikdə  çalışmış  məsul  işçilər  və 

beynəlxalq ticarət hüququ və ya siyasəti üzrə təhsil almış şəxslərdir

.  


Ekspertlər  qrupuna  üzvlük  adətən  mübahisə  tərəfləri  ilə  məsləhətləşmələrdə 

həll olunur. Ekspertlər qrupundan ümumilikdə tələb olunur ki, altı və ya doqquz ay 

müddətində

, iş üzrə faktların və haqqında şikayət olunan tədbirlərin hüquqi aktların 

müvafiq  göstərişləri  ilə  uyğunluğunun  obyektiv  qiymətləndirilməsinin  aparılması 

haqqında tövsiyyələr daxil olan məruzələrini MHO-ya təqdim etsin.  



Apellyasiya  Orqanı:  Apellyasiya  məhkəməsi  kimi  Apellyasiya  Orqanının 

yaradılması  mübahisənin  həlli  sisteminə  yeni  bir  əlavədir

.  Orqan,  hüquq, 

beynəlxalq  ticarət  və  müxtəlif  sazişlərin  əhatə  etdiyi  movzularda  təcrübəsi  olan 

tanınmış nüfuzlu orqanın yeddi nəfərdən ibarət heyəti olur. Onlar heç bir hökumətə 


 

50

mənsub  olmamalıdır



.  Yeddi  nəfərdən  yalnız  üç nəfəri  hər  hansı  bir  işdə  fəaliyyət 

göstərməyə çağrılır

. Müraciət mübahisə tərəflərinin hər hansı biri tərəfindən edilə 

bilər.  Ekspert  qrupunun  məruzələrindəki  hüquqi  məsələlərə  və  onun  tərəfindən 

hazırlanmış  hüquqi  anlayışlara  qədər  məhdudlaşdırılan  Apellyasiya  Orqanının 

məruzəsi 60 gündən 90 günə kimi müddət ərzində MHO-ya təqdim olunmalıdır. 



MHO  tərəfindən  məruzələrə  baxılması:  Tərəflərdən  birinin  ekspertlər 

qrupunun  məruzəsinə  qarşı  müraciət  etdiyi  ekspertlər  qrupunun  və  yaxud 

Appellyasiya  Orqanının  məruzəsi  qəbul  olunmaq  və  müvafiq  tövsiyyələr  və 

qərarlar  üçün  MHO-  ya  təqdim  olunur.  Mübahisələrin  təcili  həllini  təmin  etmək 

məqsədilə,  belə  bir  şərt  qoyulur  ki,  “MHO  tərəfindən  qrupunun  yaradılması 

tarixindən”  olan  dövr  və  “onun  ekspert  qrupunun  və  ya  apellyasiya  orqanının 

məruzəsini  nəzərdən  keçirdiyi”  tarix,  ekspert  qrupunun  məruzəsi,  müraciət 

olunmadıqda doqquz ayı və o müraciət olunduqda isə 12 ayı keçməməlidir. Ticarət 

mübahisələrinin həlli sisteminin yaradılması ÜTT

-nin ən böyük nailiyyətidir. Onun 

ünvanına  çoxlu  müsbət  sözlər  deyilir  lakin  bununla  yanaşı  onun  effektivliyinə 

münasibətdə  mənfi  fikirlər  də  söylənilir.  Həqiqətən,  ÜTT-nin  ticarət 

mübahisələrinin həlli sistemi mükəmməllikdən uzaqdır

. Bu isə ölkələrə mütəmadi 

olaraq  ÜTT-nin  normalarını  pozmağa  imkan  yaradır.  Bunun  müqabilində  ölkələr 

ya simvolik olaraq cəzalandırılır və ya ondan yayınır, təhqiqatı uzadır və yenisinə 

başlanılır.  Məsələn,  AB  ilə  Hindistanın  toxuculuq  sənayesi  mallarının  idxalı  ilə 

bağlı  yaranmış  mübahisəli  məsələyə  baxaq

.  şə  3  il  baxıldı  və  qərar  Hindistanın 

xeyrinə  qəbul  edildi

.  Buna  baxmayaraq AB  gecikmədən  antidempinq  təhqiqatına 

başladı.  

Beynəlxalq  ticarətin  liberallaşdırılması  prosesinə  sənayecə  EÖ  rəhbərlik 

edirlər  və  bundan  daha  çox  mənfəət  götürürlər

.  Beynəlxalq  ticarət  siyasəti 

normalarını  hazırlayarkən  onlar  qəbul  olunmuş  prinsiplərə  əsaslandıqlarını 

bildirsələr  də  öz  maraqlarından  çıxış  edirlər.  Əgər  onlara  hər  hansı  bazarı 

liberallaşdırmaq  maraqlı  deyilsə

,onda onlar onu liberallaşdırmırlar. Əgər onlar öz 

məhsullarının  III  ölkə  bazarlarına  daxil  olmasına  çalışırlarsa

,  onda  ticarət 

maneələrinin  aradan  qaldırılmasına  nail  olurlar.  Qərb  ölkələri  dünya 



 

51

iqtisadiyyatında  tutduqları  hakim  mövqeyə  görə  ÜTT  normalarını  istədikləri 



istiqamətə yönəldə bilirlər.  

Avropa dövlətləri ÜTT danışıqları zamanı kənd təsərrüfatını xüsusilə müdafiə 

edirlər

. Bunu təkcə istehsalın subsidiyalaşdırılması vasitəsilə deyil,həm də yüksək 



qadağan olunmuş idxal rüsumları vasitəsilə edirlər

.  dxal rüsumları ayrı- ayrı ərzaq 

məhsulları  üzrə ABŞ

-da, Kanadada, AB və Yaponiyada 100,200 və hətta 300%-ə 

çatır. Avropa və digər inkişaf etmiş dövlətlərin proteksionizm siyasəti hər il  OÖ-ə 

100 milyard dollara başa gəlir ki, bu da  EÖ-in  OÖ-ə etdiyi yardımı 2 dəfə ötür.
 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin