131 - İbn Əbi Müleykə, Misvər b. Mahrəmə - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm – in Məkkədə minbərin üstündə belə buyurduğunu eşidmişəm: «Həşim b. əl-Muğirə oğulları, qızlarını Əli - radıyallahu anhu – ilə evləndirmək üçün məndən icazə istədilər. Əbu Talib oğlu Əli - radıyallahu anhu – mənim qızımdan ayrılmadan onların qızı ilə evlənmək istəsə, mən qətiyyən icazə vermərəm». Sonra belə buyurdu: «Fatimə - radıyallahu anhə – mənim bir parçamdır. Onu kədərləndirən məni də kədərləndirər, onu narahat edən şey, məni də narahat edər. Allahın Peyğəmbərinin qızı ilə Allah düşməninin qızını bir yerə cəm etmək Əli - radıyallahu anhu – ya yaraşmaz!»138.
132 - İbn Əbi Muleykə, Musvər b. Mahrəmə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Fatimə - radıyallahu anhə – mənim bir parçamdır, kim onu qəzəbləndirsə məni qəzəbləndirmiş olar»139.
133 - Əli b. Hüseyn, Misvər b. Mahrəmə - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm – buyurdu: «Fatimə - radıyallahu anhə – mənim bir çiynəm ət və ya parçamdır»140.
134 - Əli b. Hüseyn, Misvər b. Mahrəmə - radıyallahu anhu – rəvayət edir ki, mən hələ təzəcə həddi buluğa çatmışdım. Allah Rəsulu - sallallahu aleyhi və səlləm – in minbərdə belə buyurduğunu eşitdim: «Şübhəsiz ki, Fatimə - radıyallahu anhə – mənim bir parçamdır»141.