TəRCÜMƏ edən k. HÜSeyn redaktə edən abdurrauf samiR


ƏVVƏLKİLƏR VƏ SONRAKILARDAN HEÇ KİMSƏYƏ VERİLMƏYƏN BİR XÜSUSİYYƏTİN ƏLİ



Yüklə 1,01 Mb.
səhifə38/84
tarix02.01.2022
ölçüsü1,01 Mb.
#39592
1   ...   34   35   36   37   38   39   40   41   ...   84
Hz Ali

ƏVVƏLKİLƏR VƏ SONRAKILARDAN HEÇ KİMSƏYƏ VERİLMƏYƏN BİR XÜSUSİYYƏTİN ƏLİ – Radıyallahu Anhu YA VERİLMƏSİ, ALLAH RƏSULU - Sallallahu Aleyhi Və Səlləm İN BİR PARÇASI, BUNDAN BAŞQA CƏNNƏT QADINLARININ SEYYİDİ - İMRANIN QIZI MƏRYƏM İSTİSNA OLMAQLA - QIZI FATİMƏ - Radıyallahu Anhə NİN ONUNLA EVLƏNDİRİLMƏSİ

120 - Hüseyin b. Vaqid, Abdullah b. Bureydə, o da atasından rəvayət edir ki, «Əbu Bəkr və Ömər Fatimə – Allah onlardan razı olsun - istədilər: Peyğəmbər: «O, hələ kiçikdir!» dedi. Əli - radıyallahu anhu – onu istədikdə, o saat verdi»126.

121 - Umeys qızı Əsmə - radıyallahu anhə – rəvayət edir ki, Allah Rəsulu - sallallahu aleyhi və səlləm – in qızı Fatimə - radıyallahu anhə – nin toyunda iştirak edirdim. Səhər açıldıqda Allah Rəsulu - sallallahu aleyhi və səlləm – gəlib qapını göydü. Qapını Ona Ummu Əymən açdı. – Onu göndərmək üçün xanımlarının içindəydi deyilir – Qadınlar Peyğmbər - sallallahu aleyhi və səlləm – in səsini eşitdilər. Bəyəndi və «çox gözəl olub» dedi. Sonra bir kənarda oturdu. Məndə bir kənarda oturmuşdum. Sonra Əli - radıyallahu anhu – gəldi. Ona dua etdi, üzərinə bir az su səpdi. Ondan sonra Rəsulullah - sallallahu aleyhi və səlləm – çıxdı, bir qaraltı gördüm və: «Kimdir bu?» deyə soruşdu. Mən: «Əsmə» dedim. «Umeys qızı» deyə soruşduqda. Mən: «Bəli!» dedim. «Rəsulullah - sallallahu aleyhi və səlləm – in qızı Fatimə - radıyallahu anhə – nin yanında olub onu toya hazırlayırdın?» dedikdə «Bəli!» dedim. Bundan sonra mənə dua etdi. Bu rəvayətə Səid b. Əbi Arubə müxalif olaraq onu Əyyub, İkrimdən, o da İbn Abbas - radıyallahu anhu – dan deyərək rəvayət etdi127.

122 - Əyyub, İkrimədən, o da İbn Abbas - radıyallahu anhu – dan rəvayət edir ki, «Allah Rəsulu - sallallahu aleyhi və səlləm – Fatimə ilə Əli - radıyallahu anhum – evləndirdiyi zaman qatlanmış bir yataq, içi (xurma) lifi ilə dolu bir yastıq, bir dənə su tuluğunu cehiz olaraq vermişdi. Bətha qumundan gətirərək evə səpdilər. Əli: «Onu gətirdiyin zaman, mən sənin yanına gələnə qədər ona yaxınlaşma!» dedi. Sonra Allah Rəsulu - sallallahu aleyhi və səlləm – gəldi, qapını döydü. Qapıya Ummu Əymən yaxınlaşdı. «Ey qardaşım!» dedikdə Ummu Əymən: «O necə sənin qardaşın ola bilər ki, sən ona öz qızını verdin». Peyğəmbər: «O mənim qardaşımdır!» buyurub qapıya tərəf getdi, bir qaraltı gördü və «kimdir o?» deyə səsləndi. «Əsma b. Umeys!» dedi. Ona tərəf gedərək: «Allah Rəsulu - sallallahu aleyhi və səlləm – in qızını hazırlamaq üçün gəlmisən?» - Yəhudilər evlənəcək qadını gözəl hazırlayardılar - Ondan sonra su gətirdi, suya (dua) oxuyub üfürdü, sonra Əli - radıyallahu anhu – nu çağırıb o sudan onun üzünə, sinəsinə və qollarına səpdi. Sonra Fatimə - radıyallahu anhə – ni çağırdı. Fatimə - radıyallahu anhə – gələrkən Rəsulullah - sallallahu aleyhi və səlləm – dən utandığına görə az qala (ayağı) paltarına dolaşıb yerə yıxılacaqdı. Sonra da eyni şeyləri ona da buyurdu və: «Ey qızım! Vallahi səni əhlimin ən yaxşısı ilə evləndirmək istədim» deyərək Allah Rəsulu - sallallahu aleyhi və səlləm – ayağa qalxıb çölə çıxdı128.

123 - Abdullah b. Əbi Nəcih atasından, o da Muaviyə - radıyallahu anhu – dan rəvayət edir ki, Əbu Talib oğlu Əli - radıyallahu anhu – yanında yad edildikdə, Sad b. Əbu Vəqqas - radıyallahu anhu – dedi: «Vallahi bu üç fəzilətdən biri məndə olsaydı, mənim üçün günəşin üzərinə işıq saçdığı hər şeydən daha sevimli olardı: «Təbuk döyüşündən onu geri qaytardığı zaman: «Sən mənim qatımda Harunun Musa – əleyhimussəlam - ın qatındakı mərtəbəsində olmaqdan razı olmazsanmı? Yalnız, məndən sonra Peyğəmbər yoxdur» sözünü mənə desəydi, bu mənim üçün günəşin üzərinə işıq saçdığı hər şeydən daha sevimli olardı. Xeybər günü ona buyurdu: «Bu sancağı sabah elə bir adama verəcəyəm ki o, Allahı və Rəsulunu sevir və heç zaman döyüşdən qaçmaz. Allah fəthi ona nəsib edəcəkdir» sözünü mənə desəydi, bu mənim üçün günəşin üzərinə işıq saçdığı hər şeydən daha sevimli olardı. Qızını mənə versəydi, ondan uşaqlarım olsaydı, bu da mənim üçün günəşin üzərinə işıq saçdığı hər şeydən daha sevimli olardı129.

Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin