100 - Rabia b. Nacid, o da Əli - radıyallahu anhu – dan rəvayət edir ki, Allah Rəsulu - sallallahu aleyhi və səlləm – belə buyurdu: «Ey Əli, səndə İsa – əleyhissəlam - bənzər bir xüsusiyyət vardır. Yəhudilər ona o qədər nifrət etdilər ki, tər-təmiz anasına (zina etdi) iftirasını atdılar. Xristiyanlar isə onu o qədər sevdilər ki, onu onda olmayan mövqeyə və mərtəbəyə qaldırdılar»106.
ƏLİ - Radıyallahu Anhu –NUN MƏRTƏBƏSİ VƏ PEYĞƏMBƏR - Sallallahu Aleyhi Və Səlləm –Ə YAXINLIĞI HAQQINDA
101 - Şöbə, o da Əbu İshaqdan, o da əl-Ala b. Arar rəvayət edir ki, bir nəfər İbn Ömər - radıyallahu anhu – dan Osman - radıyallahu anhu – haqqında sual soruşdu. Bu cavabı verdi: «O, iki ordu qarşılaşdığı gün, döyüşdə iştirak etməyənlərdən idi. Sonra Allah onu bağışladı. Günah etdi (xəta etdi). Bu günahı (xətası) öldürülməsinə səbəb oldu». Sonra Əli - radıyallahu anhu – haqqında soruşdu. Bu cavabı aldı: «Onun haqqında soruşma! Onun Allah Rəsulu - sallallahu aleyhi və səlləm – in nəzdnindəki mərtəbəsini görmürsənmi?»107.
102 - əl-Ala b. Arar rəvayət edir ki, Abdullah b. Ömər - radıyallahu anhu – dan soruşdum: «Mənə Əli ilə Osman - radıyallahu anhum – haqqında danışmayacaqsan?». O: «Əliyə gəldikdə onun evi, Allah Rəsulu - sallallahu aleyhi və səlləm – in evindədir. Onun haqqında sənə başqa nə danışım ki?... Osman - radıyallahu anhu – ya gəldikdə isə, (Uhud günü döyüşdə iştirak etməməklə) böyük xəta etdi. Allah onun xətasını bağışladı. İçinizdə o kiçik bir xəta etdi, amma tutub onu öldürdünüz»108.
103 - İsrail, o da Əbu İshaqdan, o da əl-Ala b. Arar rəvayət edir ki, bunu mən İbn Ömər - radıyallahu anhu – dan, Allah Rəsulu - sallallahu aleyhi və səlləm – in məscidində soruşdum. O: «Məsciddə onun evindən başqa ev yoxdur, Osman - radıyallahu anhu – ya gəldikdə isə, kiçik bir xəta etdiyinə görə onu öldürdünüz»109.
104 - Sad b. Ubeydə - radıyallahu anhu – rəvayət edir ki, bir nəfər İbn Ömər - radıyallahu anhu – nun yanına gəldi və Əli - radıyallahu anhu – haqqında bir sual soruşdu. O: «Onun haqqında sənə bir şey danışmayacağam, ancaq Allah Rəsulu - sallallahu aleyhi və səlləm – in evlərinin yanında kimin evi var, bir bax!». O: «Amma mən ona nifrət edirəm!» dedikdə belə dedi: «Elə isə Allah da sənə nifrət etsin!»110.
105 - Zübeyr, o da Əbu İshaq rəvayət edir ki, AbdurRahman b. Xalid b. Qasım b. əl-Abbasdan soruşdular: «Nəyə görə Əli, Allah Rəsulu - sallallahu aleyhi və səlləm – in varisi oldu?». O: «O, Ona hamımızdan öncə qoşulmuşdu, Ona bizdən daha yaxın idi». Zeyd b. Əbu Uneysə, bu hədisin isnadında Zübeyrə müxalif olaraq, Xalid b. Qasımdan dedi111.
106 - Zeyd, o da Əbu İshaqdan, o da Xalid b. Qasım (b. əl-Abbas) rəvayət edir ki, Ondan soruşdular: «Rəsulullah - sallallahu aleyhi və səlləm – ə əmisi olan baban yox, Əli - radıyallahu anhu – varis oldu?». «Bəli, çünkü Ona ilk qoşulan və Ondan heç ayrılmayan Əli - radıyallahu anhu – dur» deyə cavab verdi112.
107 - Numan b. Bəşir - radıyallahu anhu – rəvayət edir ki, Əbu Bəkr - radıyallahu anhu –, Peyğəmbər - sallallahu aleyhi və səlləm – dən izn alıb yanına girmişdi. Aişə - radıyallahu anhə – nın uca səslə belə dediyini eşitdi: «Əlini məndən çox sevdiyini bilirəm!». (Əbu Bəkr) Bunu eşitdikdə ona əl qaldırmaq üçün əyilib belə dedi: «Ey filan qadının qızı! Rəsulullah - sallallahu aleyhi və səlləm – ə qarşı səsini ucaltdığını görürəm!». Allah Rəsulu - sallallahu aleyhi və səlləm – tez onu tutub mane oldu, Əbu Bəkr - radıyallahu anhu – da qəzəbli olaraq çıxdı. Bundan sonra Allah Rəsulu - sallallahu aleyhi və səlləm – buyurdu: «Ey Aişə! Gördünmü səni o adamdan (atandan) necə qorudum». Ondan sonra Əbu Bəkr - sallallahu aleyhi və səlləm – yenidən izn alıb içəri daxil oldu. Allah Rəsulu - sallallahu aleyhi və səlləm – ilə Aişə - radıyallahu anhə – barışmışdılar, belə dedi: «Hərb halında ikən məni içəriyə dəvət etdiniz. İndi də barış halında ikən məni içəriyə dəvət edip aldınız!». Allah Rəsulu - sallallahu aleyhi və səlləm – buyurdu: «Təklifini qəbul etdik, buyur!»113.
108 - Cumey b. Umeyr - radıyallahu anhu – rəvayət edir ki, mən hələ uşaq ikən anamla birlikdə Aişə - radıyallahu anhə – nin yanına daxil olduq. Ondan Əli - radıyallahu anhu – haqqında söz soruşduqda: «Allah Rəsulu - sallallahu aleyhi və səlləm – in kişilər içində ondan (Əlidən) və qadınlar içində onun xanımından (Fatimədən) daha çox sevdiyi heç kimi görmədim» deyərdi114.
109 - Cumey b. Umeyr - radıyallahu anhu – rəvayət edir ki, atamla birlikdə Aişə - radıyallahu anhə – nin yanına daxil olduq. Pərdənin arxasından ona Əli - radıyallahu anhu – haqqında sual verdi: Aişə - radıyallahu anhə – dedi: «Məndən elə bir adam haqqında soruşursan ki, Allah Rəsulu - sallallahu aleyhi və səlləm – in qatında ondan və xanımından daha sevimli və əziz heç kimsə tanımıram»115.
110 - Abdullah b. Ata, İbn Bureydə - radıyallahu anhu – rəvayət edir ki, bir nəfər gəlib atama belə bir sual verdi: «Allah Rəsulu - sallallahu aleyhi və səlləm – in ən çox sevdiyi adam kimdir?». O: «Qadınlar arasında Fatimə, kişilərdən isə Əli - radıyallahu anhum – dur» deyə cavab verdi116.
111 - Abdullah b. Nuceyyd rəvayət edir ki, o Əli - radıyallahu anhu – nun belə söylədiyini eşidib: «Hər gecə Allah Rəsulu - sallallahu aleyhi və səlləm – in yanına gedərdim. Əgər namaz qılardısa «Sübhənəllah» deyərdi, əgər namazda deyildisə mənə izn verərdi və mən daxil olardım»117.
112 - Abdullah b. Nuceyyd rəvayət edir ki, Əli - radıyallahu anhu – dedi: «Səhər mənim (xüsusi) bir vaxtım vardı. O vaxtda Allah Rəsulu - sallallahu aleyhi və səlləm – in yanına daxil olardım. Əgər namazda olsaydı «Sübhənəllah!» deyərdi, (namazda) olmasaydı içəri girməyim üçün izn verərdi»118.