TəRCÜMƏ edən k. HÜSeyn redaktə edən abdurrauf samiR



Yüklə 1,01 Mb.
səhifə33/84
tarix02.01.2022
ölçüsü1,01 Mb.
#39592
1   ...   29   30   31   32   33   34   35   36   ...   84
Hz Ali

PEYĞƏMBƏR Sallallahu Aleyhi Və Səlləm İN ONU SEVƏNƏ DUA, ONA KİN BƏSLƏYƏNƏ İSƏ BƏDDUA ETMƏSİ HAQQINDA

94 - Abdullah b. Bureydə - radıyallahu anhu – dan, o da atasından rəvayət edir ki, insanlar arasında Əbu Talibin oğlu Əli - radıyallahu anhu – ya qəzəb etdiyim qədər heç kimsəyə qəzəb etmirdim. Hətta Qureyşdən bir adamın sırf Əli - radıyallahu anhu – ya kin bəslədiyi üçün sevirdim. O adam bir dəstənin üzərində rəhbər kimi kiçik bir döyüşə göndərildi. Mən də Əli - radıyallahu anhu – nu sevmədiyi üçün ona qoşuldum. Bir çox əsirlər tutduq. O, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə: «Bizə birini göndər ki, əldə etdiyimiz qənimətlərin (5/1) xumslandırsın (bölüşdürsün)» deya bir məktub yolladı. Peyğəmbər – sallallahu aleyhi və səlləm – Əli - radıyallahu anhu – nu göndərdi. Əsirlərin içində Vasifə (adlı bir cariyə) var idi. Əli - radıyallahu anhu – qənimət malını xumslandırdıqda Vasifə xums mallarının içinə düşdü. Bir daha humuslandırdı, bu dəfə Peyğəmbər – sallallahu aleyhi və səlləm – in Əhli Beytinə düşdü. Bir daha humslandırdı və bu səfər Əli - radıyallahu anhu – nun ailəsinə düşdü. Sonra başından su damlayaraq yanımıza gəldikdə: «Bu nədir?» deyə soruşduq. Cavab verdi: «Vasifəni görmədiniz mi? Əvvəl xüms malları içinə düşdü, sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – in Əhli Beytinə düşdü, daha sonra da Əli - radıyallahu anhu – nun (öz) ailəsinə düşdü, mən də cariyəm olduğu üçün onunla cinsi əlaqəyə girdim». Bundan sonra (Qureyşli adam) Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə (Əlidən şikayət etdiyini) bildirən bir məktub yazdı, məni də o məktubu təsdiqləyici kimi göndərdi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə məktubu oxumağa başladım, Onun doğrudur dediyinə, mən də «doğrudur» dedim. Bundan sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – əlimdən tutub belə buyurdu: «Ey Bureydə! Əli - radıyallahu anhu – yə mi qəzəblənirsən?». Mən: «Bəli» dedim. O: «Ona qəzəblənmə! Əgər onu sevirsənsə, sevgini daha da artırmağa çalış! Canım qüdrət əlində olan (Allaha) and olsun ki, Əli - radıyallahu anhu – nun ailəsinin xumsdakı nəsibi Vəsifədən daha üstündür». Bureydə: «Allah Rəsulu – sallallahu aleyhi və səlləm – dən sonra, insanlar arasında (bu hadisədən sonra) ən çox sevdiyim adam Əli - radıyallahu anhu – olmuşdu.

Bureydə - radıyallahu anhu – nun oğlu Abdullah deyir ki: «Bu hədisədə mənimlə Peyğəmbər – sallallahu aleyhi və səlləm – arasında (ravi) yalnız atamdır. Ondan başqa heç kimsə yoxdur»100.




Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin