TəRCÜMƏ edən k. HÜSeyn redaktə edən abdurrauf samiR


MUĞİRƏNİN BU HƏDİS BARƏSİNDƏ ZİKR ETDİYİ İXTİLAFI



Yüklə 1,01 Mb.
səhifə36/84
tarix02.01.2022
ölçüsü1,01 Mb.
#39592
1   ...   32   33   34   35   36   37   38   39   ...   84
Hz Ali

MUĞİRƏNİN BU HƏDİS BARƏSİNDƏ ZİKR ETDİYİ İXTİLAFI

113 - Abdullah b. Nuceyyd rəvayət edir ki, Əli - radıyallahu anhu – dedi ki: «Səhərlər Allah Rəsulu - sallallahu aleyhi və səlləm – in yanına getmək üçün bir saat vaxt ayırmışdı, bu vaxtda yanına girmək üçün icazə istəyirdim, əgər o vaxt namaz qılsaydı «Sübhənallah!» deyərdi. Əgər boş olsaydı, mənə içəri girməyə izn verərdi»119.

114 - İbn Nuceyyd rəvayət edir ki, Əli - radıyallahu anhu – dedi: «Allah Rəsulu - sallallahu aleyhi və səlləm – in yanına biri gecə, biri də gündüz olmaq şərtilə iki dəfə girirdim. Gecə girdiyim zaman mənə öskürərdi…». Şurahbil b. Mudrik isnadına müxalif oldu, ancaq «Öskürdü» sözünə müvafiq oldu120.

115 - Abdullah b. Nuceyyd, Əli - radıyallahu anhu – nun təmizliyə baxanı olan atasından rəvayət edir ki, Əli - radıyallahu anhu – dedi: «Mənim Allah Rəsulu - sallallahu aleyhi və səlləm – in yanına heç kimsədə olmayan bir mərtəbəm vardı. Hər səhər onun yanına gəlib: «Ey Allahın Rəsulu! Salam olsun sənə!» deyərdim. Əgər öskürərdisə ailəmn yanına qayıdardım, öskürməzdisə yanına daxil olardım»121.

116 - Abdullah b. Amr b. Hind əl-Cuməlidən rəvayət edilir ki, Əli - radıyallahu anhu – dedi: «Rəsulullah - sallallahu aleyhi və səlləm – dən bir şey istədiyimdə verərdi, susduğum zaman özü verməyə başlardı»122.

117 - Əbul-Baxtəri rəvayət edir ki, Əli - radıyallahu anhu – dedi: «İstədiyimdə mənə verilərdi, susduğum zaman mənə verilməyə başlanardı»123.

118 – Zadan rəvayət edilir ki, Əli - radıyallahu anhu – dedi: «Vallahi bir şey istədiyimdə mənə verilərdi, susduğumda mənə verilməyə başlanardı»124.

Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin