TəRCÜMƏ edən k. HÜSeyn redaktə edən abdurrauf samiR



Yüklə 1,01 Mb.
səhifə46/84
tarix02.01.2022
ölçüsü1,01 Mb.
#39592
1   ...   42   43   44   45   46   47   48   49   ...   84
Hz Ali

RƏSULULLAH - Sallallahu Aleyhi Və Səlləm İN: «SƏN FATİMƏDƏN DAHA DƏYƏRLİSƏN. FATİMƏ İSƏ MƏNƏ SƏNDƏN DAHA SEVİMLİDİR!» SÖZÜ HAQQINDA

142 - Əbu Nəcih, o da atasından, o da bir nəfərdən rəvayət edir ki, Əli - radıyallahu anhu – nun Kufədə, minbərdə belə dediyini eşitdim: «Rəsulullah - sallallahu aleyhi və səlləm – dən qızı Fatiməni istədim; mənimlə evləndirdi». Ona dedim ki: «Kim sənə daha sevimlidir? Mən yoxsa o?». O: «O, mənə səndən daha sevimlidir, sən isə mənə ondan daha qiymətlisən!»149.
RƏSULULLAH - Sallallahu Aleyhi Və Səlləm İN: «ÖZÜM ÜÇÜN NƏ İSTƏDİMSƏ, SƏNİN ÜÇÜN DƏ MÜTLƏQ ONU İSTƏDİM» SÖZÜ HAQQINDA

143 - Mənsur b. Əbil-Əsvəd, Yezid b. Əbi Ziyaddan, o da Süleyman b. Abdullah b. əl-Hərisdən, o da babasından, o da Əli - radıyallahu anhu – dan rəvayət edir ki: «Xəstələnmişdim, Allah Rəsulu - sallallahu aleyhi və səlləm – məni görməyə gəldi, mən yatırdım. Yanıma yaslandı (söykəndi), sonra məni əbası ilə örtdü. Yaxşılaşdığımı gördükdə məsçidə namaz qılmağa getdi. Namazı qıldıqdan sonra gəlib əbasını götürdü və buyurdu: «Qalx ey Əli!». Qalxdım, sanki heç xəstələnməmiş kimi idim. O: «Namazımda Rəbbimdən nə istədimsə vermişdir. Özüm üçün nə istədimsə, sənin üçün də mütləq onu istəmişəm». Cəfər əl-Ahmər, Mənsura müxalif olub bu hədisi Yezid b. Əbi Ziyad, o da Abdullah İbnil-Hərisdən, o da Əli - radıyallahu anhu – dan rəvayət etmişdir150.

144 - Cəfər əl-Ahmər, Yezid b. Əbi Ziyad, o da Abdullah b. əl-Hərisdən, o da Əli - radıyallahu anhu – dan rəvayət edir ki, bir sancım vardı. Məni yerimdə saxladı. Namaz qılmağa qalxdı. Əbasının bir hissəsini üzərimə ötrmüşdü. Sonra belə buyurdu: «Ey Əli! Qalx, sağaldın, (xəstəlikdən) heç bir şey qalmadı. Özüm üçün nə dua etdimsə, sənin üçün də eyni duanı etdim. Nə dua etdimsə qəbul olundu» və ya: «İstədiyim mənə verildi. Ancaq məndən sonra Peyğəmbər gəlməyəcəyi mənə söylənildi»151.

Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin