32. Əli - radıyallahu anhu – deyir ki: «Qul ümüdünü yalnız Rəbbi ilə bağlamalı və yalnız günahları onu qorxudmalıdır».
33. Əli - radıyallahu anhu – deyir ki: «Cahil bilmədiyi soruşmaqdan utanmasın. Alim bilmədiyi bir məsələdə Allah daha gözəl bilir – deməkdən çəkinməsin».
34. Əli - radıyallahu anhu – deyir ki: «Mənə bir hərf öyrədənin köləsi olaram».
35. Əli - radıyallahu anhu – deyir ki: «Nəfsin istəyi sünnəyə müxalif olanın qənaətinə görə haqdır»230.
36. Bir nəfər bayram günü qəbristanlığda bayram namazından əvvəl namaz qılmaq istədi. Əli - radıyallahu anhu – isə ona mane oldu. Adam: «Ey möminlərin əmri! Mən bilirəm ki, Allah namaz qılmaqdan ötrü əzab etməyəcəkdir. Əli: «Mən də bilirəm ki, Allah, Allahın Rəsulu bir işi etmədikcə, yaxud da o, işin edilməsi üçün təşviq etmədikcə edənə savab verilmir. Bu durumda sənin qılacağın namaz əbəs bir iş olmuş olur. Əbəs iş etmək də haramdır. Bəlkə də Uca Allah Peyğəmbərə müxalif olduğun üçün bu əbəs işdən ötrü səni cəzalandırsın»231.
37. Əli - radıyallahu anhu – deyir ki: «Əgər din ağıla görə olsaydı (xufun) alt tərəfinin məst edilməsi, üst tərəfin məst edilməsindən daha uyğun olardı. Lakin mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – in (xufun) üst tərəfinə məst etdiyini gördüm»232.
38. Əli - radıyallahu anhu– deyir ki: «İnsanlarla onların başa düşdükləri tərzdə danışın. Əgər Allah və Rəsulunun təqzib olunmasını istəmirsinizsə»233.
39. Əmirul Muminin Əli b. Əbu Talib - radıyallahu anhu – deyir: «Bu elmi kimdən öyrəndiyinizə fikir verin, çünki bu elm dinin özüdür»234.
40. Yezid b. Mihcən - radıyallahu anhu – rəvayət edir ki, Rahbə adlanan yerdə Əli - radıyallahu anhu – ilə birlikdə idik. Qılıncı qınından çıxardaraq: «Bunu kim alır?» dedi. Sonra da: «Vallahi, yanımda bir izar alabiləcək pulum olsaydı, onu satmazdım» dedi235.
41. Zeyd b. Vəhb - radıyallahu anhu – rəvayət edir ki, Əli - radıyallahu anhu – nun yanına Bəsrədən bir heyət gəldi. İçlərində Xəvariclərin başçılarından olan Cad b. Bacə adında biri var idi. İnsanlara bir nitq söylədi. Allaha həmd-sənadan sonra: «Ey Əli! Allahdan qorx, heç şübhə yox ki, sən də öləcəksən. Muhsin olan kimsənin yolunu da bilirsən. (Ömər nu nəzərdə tuturdu). Əli: «Xeyr, canım əlində olan Allaha and olsun ki, buraya vurulan bir zərbə ilə qətl ediləcəyəm. Bu qəti bir təqdir və verilmiş əhdir. İftira atan həlak olmuşdur» dedi. Sonra bir nəfər paltarından ötrü onu qınadı və: «Səni gözəl geyinməkdən qoyan nədir?» deyə soruşdu. O: «Mənim qiyafətimdən sənə nə? Mənim bu geyinəcəyim təkəbbürlükdən uzaq olan və möminə uyğun olan bir geyimdir» dedi236.