Hz. ƏLİ HAQDA NAZİL OLAN AYƏLƏR: «Əgər Peyğəmbərə qarşı bir-birinizə kömək etsəniz, (bilin ki)Allah onun hamisi, Cəbrail, əməlisaləh möminlər və bunlardan sonra (bütün) məIəklər də onun köməkçiləridir!» (ət-Təhrim 4). İbn Abbas, İbn Məsud, İbn Ömər və başqaları – Allah onlardan razı olsun - bu ayədəki əməlisaleh möminlərin Əbu Bəkr, Ömər, Osman, Əli, Həsən – Allah onlardan razı olsun - və başqalarının olduqlarını təfsir etmişlər197. «Haqqı(Quranı) gətirən və onu təsdiq edənlər əsl müttəqilərdir» (əz-Zumər 33)198.Onu təsdiq edənlər Əbu Bəkr, Ömər, Osman, Əli, Həsən – Allah onlardan razı olsun - və başqa möminlərdir. Əli b. Əbu Talib - radıyallahu anhu – Kufə məscidində xütbə verdiyi zaman demişdir: «Ey insanlar! Osman - radıyallahu anhu – nun əleyhinə danışırsınız, lakin həqiqətən, Mən və Osman Allahın müjdələdiyi müsəlmanlardanıq» deyib bu ayəni oxudu: «Biz onların ürəklarindəki kin-küdurəti çıxarıb atdıq. Onlar qardaş olub taxt üstündə qarşı-qarşıya əyləşərlər». (əl-Hicr 47)199.