«Fidan» EİB-in direktoru: Ə.Əliyev
Həmkarlar Komitəsinin sədri: A.Məmmədova
Şəki şəhəri Toxuculuq sexinin mühasibi, azərbaycanlı, orta təhsilli, bitərəf, 15 oktyabr 1980-ci ildə anadan olmuş Nigar Əliyar qızı İsmayılova barədə
XASİYYƏTNAMƏ
Nigar Əliyar qızı İsmayılova 2000-ci ildən indiyədək Şəki şəhəri Toxuculuq sexində mühasib işləyir.
İşlədiy i müddətdə özünü bacarıqlı mütəxəssis kimi göstərmişdir.
Yüksək peşə ustalığını və mənəvi keyfiyyətlərini nəzərə alaraq, Bakıya – Toxuculuq fabrikinə ezam olunmuş, 2003-cü ilin fevralından 2003-cü ilin may ayınadək orada işləmişdir. Vicdanlı və keyfiyyətli işinə görə fabrikin direktorluğu tərəfindən mükafatlandırılmışdır.
N.İsmayılova kollektivin ictimai həyatında fəal iştirak edir. Öz üzərində daim çalışır. İş yoldaşları arasında hörmət qazanmışdır.
Son dərəcə nəzakətli, təvazökar, siyasi cəhətdən savadlıdır.
Xasiyyətnamə ümumi yığıncaqda təsdiq edilmişdir və tələb olunan yerə təqdim edilmək üçün verilir.
Dostları ilə paylaş: |