3. Fərqləndirici hissə. Bu, məktubun əsasını, məzmununu əhatə edir. Burada yazılanlara aid olan xarakterik əlamətlər açıq şəkildə şərh edilir:
«Hörmətli müəllim, Sizin təklif etdiyiniz kitablardan F.Kərimzadənin «Çaldıran döyüşü», S.Rüstəmxanlının «Ömür kitabı», E.Mahmudovun «Kainat gəmisi» adlı əsərlərini oxumuşam. Onların hamısı xoşuma gəldi.
4.Yekunlaşdırıcı hissə (məktubun sonluğu)
«Hörmətli müəllim, Sizi narahat etdiyim üçün üzr istəyirəm. Hələlik, sağ olun. Sizə uğurlar arzulayıram.
Hörmətlə, tələbəniz Günel Təbrizli»
Yaxud: «Əziz bacım, məktubu bitirirəm. Səbirsizliklə cavab gözləyirəm. Xudahafiz, sevimli bacın İlahə».
15 mart 2014-cü il.
Məktubların müəyyən bir qismini rəsmi məktublar təşkil edir. Belə məktublara xahişnamə, təliqə, tələbnamə, təqdimat, təlimat və s. kimi nümunələr daxildir.
Məktubların növlərinə gəlincə demək lazımdır ki, epistolyar üslubdan bəhs edənlər onların 3 və ya 4 növünı qeyd edirlər:
1. İntim – məişət məktubları; 2.Ədəbi məktublar; 3. Rəsmi - işgüzar məktublar; 4. Açıq məktublar.
Dostları ilə paylaş: |