TəRCÜmeyi-hal. XasiYYƏtnamə. Arayiş. İŞGÜzar məktub məDƏNİYYƏTİ II mühazirənin plani



Yüklə 67 Kb.
səhifə16/27
tarix02.01.2022
ölçüsü67 Kb.
#46518
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   27
ASEU TEACHERFILE MATERIALS 2021 04 30 4315769916257667355.docx 1620024742

Fakültənin dekanı: N.Abbasov

Katib: E.Məmmədov
İŞGÜZAR VƏ RƏSMİ MƏKTUBLAR

Epistolyar üslub
Məktub

Əməli yazıların ən geniş yayılmış növlərindən biri məktubdur. Bu yazı növünə təhsilindən asılı olmayaraq, hər bir insanın gündəlik həyatında daha çox təsadüf edilir.



Məktublar. “Məktub” sözü ərəb mənşəli olub, KTB kökündən (yazı) əmələ gəlmişdir. Bu sözün faili – katib (yazan), məfülü isə məktubdur (yazılmış şey, yazılmış kağız).
Yunanca – epistole, latınca – epistola sözləri “məktub” deməkdir. Amma epistolyar üslub təkcə məktubları əhatə etmir. Epistolyar üslub ən mübahisəli üslubdur. Çünki həm bu üslubu müstəqil üslub hesab etməyənlər (A.N.Qvozdyev, J.R.Qalpern, E.Q.Qavennik, V.Matezius, M.İ.Kojina; Azərbaycanda Ə.M.Dəmirçizadə), həm də müstəqil hesab edənlər (Q.O.Vinokur, L.V.Şerba, R.M.Meyer, A.N.Yefimov; Azərbaycanda A.M.Qurbanov, K.Y.Əliyev, Y.Salehov) vardır. Hər iki tərəf öz arqumentini əsaslandırmağa çalışır. Bundan əlavə, epistolyar üsluba hansı yazı nümunələri daxildir? Bu məsələ ətrafında da yekdil fikir yoxdur. Amma ən tutarlı arqument üslubun adıdır. Bir halda ki, epistola “yazıb göndərmə, iki tərəf arasındakı yazışma” deməkdir, onda epistolyar üslubu mübahisəli hesab etməyə ehtiyac yoxdur. Bundan əlavə, nəzərə almaq lazımdır ki, epistolyar üslubda korrespondent (yazan) ve adresat (alan) olur. Buna görə də, təkcə məktublar deyil, nəsihətnamələri, öyüdnamələri, dəvətnamələri, çağırış tipli yazıları da epistolyar üsluba aid etmək olar.
Məktub yazışmanın ən qədim növlərindəndir. Məktubun yazanı və alanı olur. Habelə məktubun yazılma vaxtı və yeri olur. O, monoloji daxili, yazılı nitq formasında olur. Məktubda onun məzmunundan asılı olaraq, habelə yazışanların münasibətindən asılı olaraq müxtəlif söz və söz birləşmələrindən istifadə olunur.

Əgər məktub yazan və məktub alan arasında səmimi münasibət varsa, burada əzizim, dostum, qardaşım, əziz bacım və s. kimi söz və söz birləşmələri işlənəcəkdir. Əksinə, qeyri-səmimi münasibət qeyri-səmimi sözlərlə, xoşagəlməz ifadələrlə ifadə ediləcək.



Yüklə 67 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin