TəRCÜmeyi-hal. XasiYYƏtnamə. Arayiş. İŞGÜzar məktub məDƏNİYYƏTİ II mühazirənin plani


İşgüzar fəaliyyətin tərəfdaşları arasında əsas əlaqə forması



Yüklə 67 Kb.
səhifə24/27
tarix02.01.2022
ölçüsü67 Kb.
#46518
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   27
ASEU TEACHERFILE MATERIALS 2021 04 30 4315769916257667355.docx 1620024742

İşgüzar fəaliyyətin tərəfdaşları arasında əsas əlaqə forması

Kompyuter və telekommunikasiya texnologiyalarının səmərəli inkişafına baxmayaraq, yazılı korrespondensiya işgüzar fəaliyyət tərəfdaşları arasında əsas kommunikasiya forması olaraq qalmaqdadır. İşgüzar məktubların mübadiləsi həm dövlət, həm də kommersiya təşkilatlarının vasitəçiliyi ilə reallaşdırılır.

Azərbaycan Respublikası ərazisində poçt əlaqələri ilə bağlı xidmətləri “Azərpoçt” Dövlət Müəssisəsi həyata keçirir. Kommersiya təşkilatları əsasən yazılı korrespondensiyaların ekspres çatdırılması ilə məşğul olur.

Poçt xidməti hər bir kəsə müstəqil şəkildə informasiya əldə etmək, göndərmək və yaymaq imkanı verir, yazışmanın, poçt, teleqraf və digər məlumatların məxfiliyini təmin edir, insanların qarşılıqlı iqtisadi, ictimai və siyasi münasibətlərini möhkəmlətmək və inkişaf etdirmək, əhalinin poçt əlaqələri xidmətinə olan tələbatını ödəmək məqsədilə Azərbaycan Respublikası ərazisində poçt əlaqələrinin formalaşmasını və effektiv fəaliyyətinin hüquqi zəmanətini təyin edir.

“Azərpoçt”un fəaliyyətinin başlıca məqsədi poçt göndərişlərinin və pul vəsaitlərinin təyin olunmuş müddətdə və təhlükəsiz olaraq ünvanı üzrə çatdırmaq, həmçinin qarşılıqlı əlaqədə olduğu Azərbaycan Respublikası hökumət orqanları ilə qoyulmuş qayda əsasında əməkdaşlıq etməkdir.


Yüklə 67 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin