Sumqayıt Şəhər Təhsil Şöbəsinin
müdiri cənab Vidadi Bağırova
Sizin 23 mart 2018-ci il tarixli 312 saylı məktubunuza cavab olaraq bildiririk ki, fakültənin qiyabi şöbə üzrə IV kurs tələbəsi Nazilə Nəsir qızı Quliyeva xəstə olduğu üçün qış sessiyasında iştirak edə bilməmiş, təkrarən IV kursda saxlanılmışdır. O, hazırda həmin kursda oxuyur.
Nazilə Nəsir qızı Quliyeva yaxşı oxumaqla bərabər, fakültənin ictimai işlərində də yaxından iştirak edir.
Filologiya fakültəsinin
dekanı: Aslan Bayramov
30.03.2018
İŞGÜZAR YAZIŞMALAR İŞGÜZAR HƏYATIN TƏRKİB
HİSSƏSİ KİMİ*
İşgüzar əməkdaşlıq prosesində informasiya mübadiləsi əlaqə vasitələrinin istifadəsindən asılı olaraq, müxtəlif formalarda həyata keçirilir. İstifadə olunan bu vasitələr Respublika qanunvericiliyi tərəfindən idarə edilir. Qanunvericilikdə Azərbaycan Respublikası ərazisində və onun yurisdiksiyasına aid olan ərazilərdə əlaqə sahələrinin fəaliyyəti ilə bağlı hüquqi əsaslar təyin edilir, dövlət hakimiyyəti orqanlarının əməkdaşlıq əlaqələri ilə bağlı səlahiyyəti və göstərilən fəaliyyətdə iştirak edən şəxsin və ya əlaqələrin xidmətlərinə müraciət edən istifadəçilərin hüquq və vəzifələri müəyyənləşdirilir.
İşgüzar informasiya məzmununa malik əlaqə vasitələrinin obyekti kimi aşağıdakıları misal göstərmək olar:
yazılı korrespondensiya;
teleqramlar;
telefonoqramlar;
faksoqramlar;
elektron poçt vasitəsilə verilən məlumatlar.
Dostları ilə paylaş: |