Termodinamikanin I qanunu. I qanunun müXTƏLİf prosesləRƏ TƏTBİQİ



Yüklə 116,5 Kb.
səhifə5/8
tarix02.01.2022
ölçüsü116,5 Kb.
#34964
1   2   3   4   5   6   7   8
Iqanun

A = n RT ln V2 / V1 (16)

Boyl-Mariot qanununa görə real qaz üçün sabit temperaturda P1V1=P2V2 olduğunu nəzərə alsaq, onda izotermik prosesin işini təzyiqlər nisbəti ilə də ifadə etmək olar. olduğundan (16) tənliyindən alarıq:



A = n RT ln P1 / P2 (17)

Beləliklə, izotermik prosesdə 2 parametr: təzyiq və həcm dəyişir. İdeal qazın genişlənmə işi qrafiki olaraq P-V koordinatlarında qurulur.

İzoxor proses. İzoxor proses sabit həcmdə gedən prosesdir. Bu halda V=const olduğundan dV=0 olur və (14) tənliyindən

A=PdV=0 (18)

alınır. Odur ki, termodinamikanın I qanununun ifadəsi üçün (11) ifadəsindən alırıq:

QV = dU (19)

və ya

QV = U (20)

(20) ifadəsi göstərir ki, sabit həcmdə sistemə verilən istilik onun daxili enerjisinin artmasına sərf olunur və ya sistemdə daxili enerjinin dəyişməsi izoxor proses zamanı ayrılan istiliyə çevrilir. dU=CVdT olduğunu nəzərə alsaq onda (19) ifadəsini aşağıdakı kimi də yaza bilərik:

Q = dU = CV dT (21)

Aydındır ki, sistemə verilən istilik onun daxili enerjisinin artmasına sərf olunduğundan izoxor prosesdə sistemin temperaturu artır. (20) ifadəsindən görünür ki, V=const olanda istilik (QV) hal funksiyası xassəsi alır, yəni prosesin yolundan asılı olmur. Beləliklə, izoxor prosesdə 2 parametr: təzyiq və temperatur dəyişir. P – V diaqramında izoxor proses şaquli xətlə göstərilir.

İzobar proses. İzobar proses sabit təzyiqdə gedən prosesdir. İzobar prosesdə sistemə verilən istilik həm sistemin daxili enerjisinin artmasına, həm də onun xarici qüvvələrə qarşı gördüyü işə sərf olunur və bu iş sistemin temperaturunun artması ilə müşayiət olunur. P=const olduqda (11) tənliyinə əsasən yaza bilərik:
QP = dU + PdV = dU + d(PV)=d(U+PV)


Yüklə 116,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin