Termodinamikanin I qanunu. I qanunun müXTƏLİf prosesləRƏ TƏTBİQİ



Yüklə 116,5 Kb.
səhifə6/8
tarix02.01.2022
ölçüsü116,5 Kb.
#34964
1   2   3   4   5   6   7   8
Iqanun

U+PV=H olduğunu və dH=CPdT tənliyini nəzərə alsaq onda alarıq:

QP = dH = CPdT (22)

və ya



(22) ifadəsi göstərir ki, sabit təzyiqdə sistemə verilən istilik də (QP) hal funksiyası xassəsi alır.

(13) tənliyindən sistemin V1 həcmindən V2 həcminə kvazistatik izobar genişlənmə işi üçün:



(23)

ifadəsini alarıq.

İdeal qazın hal tənliyinə əsasən n mol qaz üçün V1V2 həcmlərinin və ifadələrini tapıb (23) tənliyində yerinə yazsaq

A = n R(T2 – T1) (24)

ifadəsini alarıq.

İzobar prosesdə də 2 parametr: həcm və temperatur dəyişir. P–V diaqramında izobar proses üfüqi xətlə göstərilir.

İzobar-izotermik proses. Adi şəraitdə qazın təzyiqi və ya temperaturunu dəyişmədən onun həcmini dəyişmək mümkün deyildir. Lakin əgər qazda kimyəvi reaksiya baş verərsə, onda həcmin dəyişməsi mümkündür. Məsələn, porşenlə təchiz olunmuş silindrə 1 mol N2O4 dolduraq və qazın təzyiqini xarici təzyiqlə tarazlaşdıraq. Əgər sistemdə N2O4  2NO2 reaksiyası gedərsə, onda 1 mol N2O4 2 mol NO2-yə çevrilər və həmin təzyiqdə həcm 2 dəfə artar.

Əgər reaksiyadan əvvəl qazın mol sayı n1, sonra isə n2 olarsa, onda sabit P və T-da həcmlər V1= n1RT/PV2= n2RT/P olar. (23) tənliyini n mol ideal qaz üçün yazaq:




Yüklə 116,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin