Termohəssasvericilər (termorezistorlar). Termohəssas vericilər keçiricinin elektrik müqavimətinin temperaturdan asılı olmasına əsaslanır. Termorezistorlardan yalnız temperaturu ölçmək üçün deyil, həmçinin yerdəyişmə və ölçüləri, maye və qaz maddələrin sür'ət və sərfini, qazların kiçik sıxlığını, nəmliyi ölçmək üçün, hətta qaz qarışıqlarının kimyəvi təhlili üçün istifadə olunur. Termorezistor elektrik dövrəsinə qoşulur və ətraf mühitlə istilik mübadiləsində olur. Əksər hallarda keçirici termorezistorların materialı kimi təmiz metallardan istifadə olunur. Bundan başqa, təmiz metalların müqavimətinin temperaturdan asılılığı məlum olur və bu da onların istifadə olunduqları cihazların standart dərəcələnməsinə imkan yaradır. Əksər aşkarlanmış möhkəm materialların müqavimətinin temperatur əmsalı 0,004S-1.
Əgər temperaturuna müvafiq müqaviməti ilə, -yə müvafiq temperaturu ilə göstərsək, -yə qədər diapazonda kifayət qədər dəqiqliklə aşağıdakı ifadəni yazmaq olar:
.
Beləliklə, müqavimətin dəyişməsi temperaturlar fərqinə mütənasibdir.Müqavimət termometrləri üçün ən yaxşı material platin hesab olunur =3,8510-3 S-1. Belə verijilər temperatur diapazonunu əhatə edir.Nikel termorezistorlar nisbətən ucuz olduğuna görə =6,1710-3 S-1 -dən yüksək olmayan temperaturları ölçmək üçün istifadə olunur.
Çeviricilərin əsas istismar göstəriciləri onların ətalətliliyidir. İstilik ətalətliliyi səbəbindən belə vericilərin zaman sabiti 1-2 dəqiqə təşkil edir və ona görə də bu vericilər əsasən statik ölçmələr üçün tətbiq edilir.
Müqavimət termometrlərinin xarakteristikaları:
Giriş kəmiyyəti: temperatur;
Çıxış kəmiyyəti: müqavimət;
Ölçmə diapazonu: nikel həssas elementləri üçün (-200) (+150)S, platin həssas elementləri üçün (-30) (+850)S .
Xəta: -dən -yə qədər (ölçmə sxemindən asılı olaraq). Daha böyük məsrəflər hesabına mütləq xətanı 10-2, nisbi xətanı isə 10-3 hədlərində təmin etmək olar.
Üstün cəhətləri: yüksək ölçmə dəqiqliyinin təmin olunması;
Nöqsanları: böyük ətalətlilik.
Yarımkeçirici termorezistorların (termistorların) xarakterik xüsusiyyəti onların müqavimətin böyük mənfi temperatur əmsalına malik olmalarıdır. Termorezistorun müqaviməti temperatur artdıqja azalır.
Termorezistor qızdırılarkən onun müqaviməti aşağıdakı qanun üzrə dəyişir.
, (2.14)
burada - yarımkeçirici materialın yükdaşıyıcılarının qiymətindən və konsentrasiyasından asılı olaraq müqavimətin qiyməti; -energetik əmsal; -mütləq temperaturdur.
Müqavimətin temperatur əmsalı temperaturdan aşağıdakı kimi asılıdır:
. (2.15)
Energetik əmsal müqavimətin iki ölçülməsinin nətijələrinə və onlara müvafiq temperaturlara görə hesablana bilər:
; ;
; ; (2.16)
əmsalı sabit kəmiyyət deyildir və onun dəyişməsi yalnız yüksək temperaturlarda nəzərə alınmalıdır.
Yarımkeçirici termorezistorların temperatur əmsalı böyük (metallara nisbətən 8-10 dəfə böyük), xüsusi elektrik müqaviməti yüksəkdir; ölçüləri kiçik olduğundan kiçik ətalətə malikdir. Bu da onlar vasitəsilə temperaturun dinamik ölçmələrinə imkan verir.
Yarımkeçirici termorezistorların nöqsanı eyni tipli termorezistorlar üçün asılılığının pis təkrar olunmasıdır və bu da onların standart dərəcələnməsini çətinləşdirir.