Əlavə təsirlərin inkişafının tezliyinə dair Beynəlxalq Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən
təsnifatı: çox tez-tez (≥10 %); tez-tez (≥1 % və <10 %); bəzən (≥0,1 % və <1 %); nadir hal-
larda (≥0,01 % və <0,1 %); çox nadir hallarda (<0,01 %); tezliyi məlum olmayan (əldə olan
Sulpirid qəbulu nəticəsində inkişaf edən əlavə təsırlər digər neyroleptiklərin qəbulu nəticəsində
inkişaf edən əlavə təsırlərlə eyni olub, onların inkişaf tezliyi daha aşağıdır.
Ürəkdə baş verən pozğunluqlar
Nadir hallarda rast gəlinən: mədəcik ritminin pozulmaları, mədəciklərin fibrilyasiyası, mədəcik
taxikardiyası.
Tezliyi məlum olmayan: QТ intervalının uzanması,”piruet” tipli mədəcik taxikardiyası, ürək
fəaliyyətinin dayanması, qəfləti ölüm.
Damarlarda baş verən pozğunluqlar
Bəzən: ortostatik hipotenziya.
Tezliyi məlum olmayan: ağciyər arteriyasının tromboemboliyası və dərin venalar trombozu daxil
olmaqla venoz tromboembolik fəsadlar, bəzən ölüm ilə nəticələnən; arterial təzyiqin yüksəlməsi
(“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax).
Endokrin sistemdə baş verən pozğunluqlar
Tez-tez rast gələn: hiperprolaktinemiya.
Ümumi pozulmalar
Tez-tez rast gələn: bədən çəkisinin artması.
Qaraciyərdə və öd yollarında baş verən pozğunluqlar
Tez-tez rast gələn: “qaraciyər” fermentləri aktivliyinin artması.
Sinir sistemində baş verən pozğunluqlar
Tez-tez rast gələn: sedasiya və ya yuxululuq, ekstrapiramid pozulmalar (qeyd olunan simptomlar
adətən antiparkinsonik preparatların təyinindən sonra aradan qaldırılır), parkinsonizm, tremor,
akatiziya.
Bəzən: əzələ hipertonusu, diskineziya, əzələ distoniyası.
Nadir hallarda rast gələn: gözlərin deviasiyası.
Tezliyi məlum olmayan: bədxassəli neyroleptik sindrom, hipokineziya, gecikmiş diskineziya
(bütün neyroleptiklərin qəbulu zamanı olduğu kimi onların qəbulundan sonra 3 aydan artıq
müddətdə; antiparkinsonik preparatların qəbulu qeyri-effektivdir və ya simptomların
güclənməsinə səbəb ola bilər), qıcolmalar.
Cinsiyyət orqanlarında və süd vəzilərində baş verən pozğunluqlar
Tez-tez rast gələn: süd vəzilərində ağrı, qalaktoreya.
Bəzən: süd vəzilərinin böyüməsi, amenoreya, orqazmik disfunksiya (orqazmın pozulması),
erektil disfunksiya.
Tezliyi məlum olmayan: qinekomastiya.
Dəridə və dərialtı toxumalarda baş verən pozğunluqlar
Tez-tez rast gələn: makulo-papulyoz səpgi.
Qan və limfa sistemində baş verən pozğunluqlar
Bəzən: leykopeniya.
Tezliyi məlum olmayan: neytropeniya, aqranulositoz.
Hamiləlik, doğuşdan sonrakı və perinatal vəziyyətlər
Tezliyi məlum olmayan: yenidoğulmuşlarda ekstrapiramid simptomlar, “ləğvetmə sindromu”
(“Hamiləlik və laktasiya dövrü” bölməsinə bax).
İmmmun sistemdə baş verən pozğunluqlar
Tezliyi məlum olmayan: anafilaktik reaksiyalar: övrə, təngnəfəslik, arterial təzyiqin həddindən
artıq enməsi, anafilaktik şok.
Psixikanın pozulmaları
Tez-tez rast gələn: yuxusuzluq.
Tezliyi məlum olmayan: şüur qarışıqlığı.
Mədə-bağırsaq traktında baş verən pozğunluqlar
Bəzən: hipersalivasiya.
Sümük-əzələ sistemində və birləşdirici toxumada baş verən pozğunluqlar
Tezliyi məlum olmayan: əyriboyunluq, trizm.
Maddələr mübadiləsində və qidalanmada baş verən pozğunluqlar
Tezliyi məlum olmayan: hiponatriemiya, antidiuretik hormonun qeyri-adekvat sekresiyası
sindromu