TəSDİq ediLMİŞDİr azərbaycan Respublikası


Digər dərman vasitələri ilə qarşılıqlı təsiri



Yüklə 303,19 Kb.
Pdf görüntüsü
səhifə8/12
tarix02.01.2022
ölçüsü303,19 Kb.
#44884
1   ...   4   5   6   7   8   9   10   11   12
eqlonil kaps

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri 

Əks göstəriş olan kombinasiyalar 

• Levodopa ilə 

Levodopa və neyroleptiklərin effektinin qarşılıqlı antaqonizmi 

• Dofamin reseptorları aqonistləri ilə 

(kaberqolin, xinaqolid, ropinirol, rotiqotin) 

Dofamin reseptorlarının aqonistləri və neyroleptiklər arasında qarşılıqlı antaqonizm. 

Tövsiyə olunmayan kombinasiyalar 



• Etanol ilə 

Etanol neyroleptiklərin sedativ effektini gücləndirir. 

Alkoqol içkilərin və etanol tərkibli dərman preparatların qəbulundan qaçınmaq lazımdır. 

• QT intervalını uzada və ya “piruet” tipli mədəcik taxikardiyanın inkişafına səbəb ola biləcək 



preparatlar ilə: 

- bradikardiya inkişafına səbəb olan: beta-adrenoblokatorlar; ürək döyüntülərini azaldan “ləng” 

kalsium kanalların blokatorları (verapamil, diltiazem); klonidin, quanfasin; ürək qlikozidləri; 

-hipokaliemiyanın inkişafına səbəb olan preparatlar: qanda kalium konsentrasiyasını azaldan 

diuretiklər; bağırsaq peristaltikasını gücləndirən işlədici vasitələr; venadaxili istifadə zamanı 

amfoterisin B; qlükokortikosteroidlər; tetrakozaktid (sulpiridin qəbulundan əvvəl hipokaliemiya 

tənzimlənməlidir); 

-IV sinif antiaritmik vasitələr(xinidin, dizopiramid); 

-III sinif antiaritmik preparatlar (amiodaron, sotalol, dofetelid, ibutilid); 

- digər preparatlar, məsələn pimozid; 

amisulprid; sultoprid; tiaprid; haloperidol; tioridazin; metadon; xlorpromazin; droperidol; 

siamemazin; pipotiazin; sertindol; levomepromazin; imipramin törəmələri olan antidepressantlar

litium preparatları;bepridil; sizaprid; venadaxili yeridilən eritromisin; venadaxili yeridilən 

vinkamin; venadaxili yeridilən spiramisin; moksifloksasin; levofloksasin; mizolastin; difemanil; 

halofantrin; pentamidin; sparfloksasin; klaritromisin; roksitromisin; azitromisin



- serotoninin geriyə tutulmasının selektiv inhibitorları (sitalopram, essitalopram) 

Qeyd olunan preparatların sulpirid ilə yanaşı istifadəsi qaçılmaz olduğu halda pasiyentlər ciddi 

klinik, laborator (qanın elektrolit tərkibinin nəzarəti) və elektrokardioqrafik nəzarət altında 

saxlanılmalıdır. 

Nəzərə alınmalı qarşılıqlı təsirlər 

• Hipotenziv preparatlar, nitratlar və nitrat törəmələri ilə 

Additiv hipotenziv təsir, ortostatik hipotenziya riskinin artması. 

• MSS funksiyasını yatırdan preparatlar ilə: morfin törəmələri (analgetiklər, öskürək əleyhinə 

preparatlar); sedativ təsirə malik H1-histamin reseptorları blokatorları; barbituratalr; 

benzodiazepinlər və digər annksiolitiklər; yuxu preparatları; sedativ təsirə malik 

antidepressantlar (amitriptilin, doksepin, mianserin, mirtazapin, trimipramin); mərkəzi təsirli 

hipotenziv vasitələr (klonidin və digər mərkəzi təsirli hipotenziv preparatlar); baklofen; 

talidomid 

MSS-ə tormozlayıcı təsirinin güclənməsi və psixomotor reaksiyanın zəifləməsi mümkündür. 

•Antasidlər və sukralfat ilə 

Yanaşı istifadəsi zamanı sulpiridin absorbsiyası azalır. Sulpiridin antasidlər və sukralfat ilə 

yanaşı istifadəsi zamanı onların qəbulu arasında ən azı ikisaatlıq fasilə olmalıdır. 

• litium preparatları ilə 



Ekstrapiramid əlavə reaksiyaların yaranma riski artır. Neyrotoksikliyin ilk simptomları meydana 

çıxdığı halda hər iki preparatın qəbulu dayandırılmalıdır. 




Yüklə 303,19 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin