1.
ÜMUMİ GÖSTƏRİŞLƏR
1.1.
Şənlik mərasimi keçirilən məkanlara olan tələblər
1.1.1.
şənlik mərasimi keçirilən məkanların sahəsinə və müəyyən olunmuş “İctimai
iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair
Metodiki Göstərişlər”ə uyğun olaraq hər bir zal üzrə qonaq tutumunun yenidən
müəyyənləşdirilməsi, həmin tutuma və yol verilən maksimum qonaq sayına uyğun olaraq
şənlik mərasiminin keçirilməsinə icazə verilməsi;
1.1.2.
şənlik keçirilən məkanların saat 00:00-dək fəaliyyət göstərə bilməsi;
1.1.3. g
igiyena və təmizlik, fiziki məsafənin qorunması və digər məsələlərlə bağlı
tələbləri əks etdirən lövhələrin məkanların girişlərində və zallarda yerləşdirilməsi;
1.1.4. g
irişlərdə, ümumişlək yerlərdə və sanitar qovşaqlarda əl dezinfektantları üçün
nəzərdə tutulmuş dispenserlərin yerləşdirilməsi, masalarda əl üçün antiseptik məhlulların
olması;
1.1.5. g
irişlərdə müəyyən olunmuş əməkdaşlar tərəfindən qonaqların təmassız
termometrl
ərlə hərarətinin ölçülməsi və hərarəti olan qonaqların içəri buraxılmaması;
1.1.6. t
əmizlik və dezinfeksiya işlərinə xüsusi diqqət yetirilməsi, ümumişlək yerlərin
mütəmadi təmizlənməsi, mərasimdən sonra zalların tam dezinfeksiya edilməsi və
havalandırılması;
|