3.
İŞÇİ HEYƏTİN MÜAYİNƏSİ
3.1.
İş zamanı özündə COVID-19-a xas olan əlamət(ləri) hiss edən işçi (qızdırma,
qu
ru öskürək, nəfəs darlığı, ishal və s.) dərhal işini dayandırmalı, tibbi maska ilə təmin
olu
naraq qapalı otaqda təcrid izolyasiya edilməlidir. Həmin şəxsə tibbi xidmətin
göstərilməsi üçün 103 TTTY xidmətinə müraciət edilməlidir;
3.2.
İşə gəlməzdən əvvəl özündə COVID-19-a spesifik olan əlamət(ləri) hiss edən
işçi (qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) rəhbərinə xəbər verərək evdə
özünütəcrid etməli və tibbi xidmətin təmin olunması məqsədi ilə 103 TTTY xidmətinə
müraciət etməlidir;
3.3. COVID-19-a xas
olan əlamət(ləri) hiss edən işçi (qızdırma, quru öskürək, nəfəs
darlığı, ishal və s.) xəstəlik əlaməti müşahidə olunan işçilərin işə buraxılmasına görə
məsuliyyəti ictimai-iaşə müəssisəsinin rəhbərliyi daşıyır;
3.4.
Xəstəlik əlaməti olan işçinin iş yeri dezinfeksiya edilməlidir;
3.5.
Həmin işçidə laborator üsul ilə COVID-19 təsdiqləndiyi halda, onunla təmasda
olan
şəxslər Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin mütəxəssisləri
tərəfindən müəyyənləşdirilərək yaşadıqları yerdə karantin nəzarətinə götürülməlidirlər.
|