AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİNİN ŞƏKİ FİLİALI
TƏSDİQ EDİRƏM “Ümumelmi fənlər” kafedrasının müdiri Dos. S.R.Bədiyev________________
Tarix: “14” sentyabr 2023-ci il
“Pedaqogika” fənni üzrə
SİLLABUS (İşçi tədris proqramı) Fənnin sillabusu hazırlanarkən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris-Metodiki Şurasının 2019-cu il tarixli iclasında təsdiq olunmuş “Pedaqogika” proqramı əsas götürülmüşdür. Ümumi məlumatlar:
Fakültə
Pedaqoji
Kafedra
Ümumelmi fənlər
İxtisasın kodu və adı
050101 Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
Qrup
AZD 2201, 2202
Kurs
II tədris ili
Semestr
☒ payız ☐ yaz ☐ yay
Təhsil səviyyəsi
Bakalavr
Müəllim haqqında (Soyadı, adı, atasının adı, elmi adı, telefon, Elektron poçt)
Vaqif Nüsrət oğlu İsmayılov, baş müəllim 050 474 70 90 vaqif.ismailov.69@mail.ru
Fənnin tədris dili
Azərbaycan
Şöbə
Əyani
Tədris ili
2023-2024
Fənn haqqında məlumat:
Fənnin adı və kodu
Pedaqogika, İPF- B02
Kredit sayı
5 kredit
Tədris yükü
77
Auditoriya
Mühazirə 30 saat
Seminar 30 saat
Auditoriyadan kənar
17
Fənnin məqsəd və vəzifələri
Pedaqogika fənni pedaqoji təmayüllü institut və universitetlərdə tədris edilən əsas fənlərdən biridir. Fənnin qarşısında duran əsas məqsəd ali bakalavr təhsili alacaq tələbələri gələcək müəllim üçün zəruri olan istiqamətdə formalaşdırmaqdır. Pedaqogika fənni tələbələrə təhsilin, təlimin, tərbiyənin mahiyyəti və əhəmiyyəti haqqında məlumat verməklə yanaşı istər təlim, istərsə də tərbiyə zamanı istifadə edəcəkləri metodlar, prinsiplər, təlim-tərbiyənin təşkili formaları və s. haqqında bilik, bacarıq və vərdişlər formalaşdırmağı qarşısına məqsəd qoymuşdur.
“Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ” təhsil proqramının Pedaqogika fənninə aid olan kompetensiyaları və həmin fənnin təlim nəticələri arasında əlaqə
3.1. “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ” təhsil proqramının Pedaqogika fənninə aid Peşə kompetensiyaları (PK- peşə kompetensiyaları)
“Pedaqogika” fənnini mənimsəməklə təhsilalan aşağıdakı peşə kompetensiyalarına yiyələnmiş olur:
PK1. Pedaqoji elmin və təcrübənin qarşılıqlı əlaqəsini, onların inkişaf tendensiyasını, pedaqogikanın müxtəlif sahələrinə aid problemlərin həllini təqdim edir.
PK2. Klassik pedaqoqların mütərəqqi, bu günümüz üçün dəyərli olan fikir və ideyalarından yaradıcılıqla istifadə etməyi bacarır.
PK3.Müasir təhsil sənədlərinin tətbiqi üzrə praktik bacarıqlar nümayiş etdirir.
PK4. Qrupda və kollektivdə, rəhbərliklə əlaqəli şəraitdə, sosial mühitdə insanlarla işləmək bacarıqları nümayiş etdirir.
PK5. Dünya xalqlarının məktəb və pedaqoji fikrin inkişaf tarixi haqqında nəticələrini təqdim edir.
PK6. Bəşər cəmiyyətinin müxtəlif dövrlərində mövcud olmuş məktəb sistemi və pedaqoji fikrə tarixilik baxımından düzgün yanaşmağı, müqayisəli təhlillər aparmaq bacarığını nümayiş etdirir.
PK7. Hüquqi və pedaqoji cəhətdən tənzimlənən müəllim-şagird, müəllim-ailə və məktəb-ailə münasibətlərini qura bilir.