Təşkilatda davranış sistemi konsepsiyası
Təşkilatlar, özlərinin təşkilati davranış sistemini yaradaraq işçilərinə çatdırmaqla və həyata keçirməklə məqsədlərinə nail olurlar. Təşkilatın davranış sistemi təşkilatın struktur və mədəniyyətini müəyyənləşdirməklə yanaşı, bu iki elementin işçilər üzərində təsirini də izah edir. Sxem 1-də nümunəvi təşkilati davranış sisteminin əsas elementləri verilmişdir:
Sxem 1: Müvəffəqiyyətlə təşkil olunmuş təşkilati davranış sisteminin əsas elementləri
Belə sistemlər hər bir təşkilatda bəzən müxtəlif formada da olsa mövcuddur. Təşkilatlarda həmin sistemlər məqsədəuyğun yaradılarsa, müntəzəm olaraq nəzərdən keçirilib dövrünün şərtlərinə uyğun olaraq yenilənərsə bu cür sistemlərin müvəffəqiyyət qazanma imkanları çox böyükdür. Təşkilati davranış sisteminin ən başlıca əhəmiyyəti ondadır ki, o, təşkilatın nəticələrinə təsir göstərən əsas insani və təşkilati müxtəliflikləri müəyyənləşdirə bilir. Bəzi müxtəlifliklər və onların nəticələri barəsində menecerlər sadəcə məlumatlı olaraq qaldıqları halda, digər növ müxtəlifliklərə menecerlər müəyyən dərəcədə nəzarət etmək imkanına malikdirlər. Nəticələr isə təklif olunan məhsul və xidmətlərin kəmiyyət və keyfiyyəti, müştəriyə göstərilən xidmətin səviyyəsi, işçilərin məmnunluğu, şəxsi böyümə və inkişaf baxımından ölçülür.
Təşkilatlar istifadə etdikləri təşkilati davranış sisteminin keyfiyyətinə görə fərqlənirlər. Bu müxtəliflik istifadə edilən təşkilati modeldən irəli gəlir. Menecerlərin tətbiq etdiyi model adətən insanlar barəsindəki gözləntilərlə başlayır və bu da təşkilati hadisələrin müvafiq qaydada başa düşülməsinə gətirib çıxarır.
Təşkilati davranışın aşağıdakı dörd modeli vardır:
Avtokratik model
Mühafizəkar model
Dəstəkləyici model
Kollegial model
Dostları ilə paylaş: |