Əlaqələndirici rol: Menecerlər xarici əlaqəli şəxslər şəbəkəsini yaratmalı və idarə etməlidirlər. Əlavə olaraq, tabeçiliklərində olanlarla, həmkarları ilə və yuxarı vəzifədə çalışanlarla da daimi əlaqə saxlamaqları menecerlərə ətraflarındakı rəqabət mühitini, ictimai dəyişiklikləri və ya hökümət qanun, qaydalarındakı dəyişiklikləri qiymətləndirmək imkanı verəcəkdir. Bu rolda menecerlər özlərinin xarici məlumat sistemini yaradırlar. Görüşlərdə və peşəkar konfranslarda iştirak etməklə, şəxsi telefon görüşləri ilə, peşə barəsində jurnallarla və xarici agentliklərdə işləyən əməkdaşlarla saxlanılan qeyri-rəsmi, şəxsi əlaqələrlə məlumat sistemini yaratmaq mümkündür.